Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-4165/2025 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh “xxxx” QSC-yə qarşı mülki iş üzrə (Açar sözlər: pul) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, cavabdeh “xxxx” QSC-nin nümayəndəsi X1 iştirakı ilə, iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh “xxxx” QSC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ### 2025-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. “xxxx” QSC-nin “xxxx” televiziya verilişində iştirakla əlaqədar QSC ilə iddiaçılar arasında ##.##.2023-cü il tarixli müqavilə bağlanmış, həmin müqavilə əsasında tərəflər arasında qarşılıqlı hüquq və vəzifələr yaradan öhdəlik hüquq münasibətləri formalaşmışdır. Müqavilənin 6-cı bəndinin məzmununa görə, "İştirakçının çəkildiyi şou buraxılışı hansısa səbəbdən efirə çıxmazsa, uduş etibarsız sayılacaq."
2. İddiaçılar cavabdehin dəvəti əsasında AZTV televiziya kanalında yayımlanan "xxxx" televiziya verilişində ##.##.2023-cü il tarixində iştirak etmiş, müsabiqənin şərtlərinə uyğun olaraq 35.000 manat məbləğində mükafat qazanmışlar.
3. Cavabdeh tərəflər arasında bağlanmış müqavilənin 6-cı bəndinə istinad etməklə çəkilişin qeydə alındığı sərt diskin zədələnməsi nəticəsində verilişin efirdə yayımlanmasının mümkün olmamasını əsas gətirərək, həmin məbləğin onlara ödənilməsindən imtina etmişdir.
4. İşin apellyasiya baxışı zamanı alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin *-**-**-*/*-***/**** nömrəli ## #### 2026-cı il tarixli ekspert rəyinə əsasən tədqiqat prosesinin təsviri hissəsi”nin 1-ci bəndində göstərilən səbəblərə görə,tədqiq olunan “Kingston” markalı “SSD” tipli yaddaş qurğusunun yaddaşı ilə əlaqə yaradılması və onun yaddaşından məlumatların oxunması, bərpa edilməsi mümkün olmamışdır; ekspert qarşısında qoyulmuş suallarda göstərilən, təqdim edilmiş yaddaş qurğusunun zədələnmə səbəblərinin - enerji mənbəyi və elektrik güc artımı, elektrik gərginliyi, daxili və ya xarici təsir ilə əlaqəli məsələlərinin, o cümlədən yaddaş qurğusunun hazırlanma texnologiyaları ilə əlaqəli fiziki məsələlərin müəyyən edilməsi məhkəmə kompüter-texniki ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid deyildir; bu səbəbdən, qeyd olunan məzmunlu suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar iddiaçı2 və iddiaçı1 “xxxx” QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 35.000 manat pulun, habelə ödənilmiş 195 manat dövlət rüsumunun tutularaq iddiaçılara bərabər qaydada bölünməklə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
6. İddia onunla əsaslandırmışdır ki, iddiaçılar cavabdehin dəvəti ilə AZTV televiziya kanalında yayımlanan "xxxx" televiziya müsabiqəsində ##.##.2023-cü il tarixində iştirak etmişlər. Televiziya müsabiqəsinin şərtlərinə görə iddiaçılar-iştirakçılar suallara cavab verərək müsabiqənin əvvəlində onlara təqdim edilmiş 100.000 manatı bütövlükdə və ya özləri tərəfindən müəyyən edilən hissədə müsabiqənin sonunacan qorumağı bacarmalıdırlar. Qoruya bildikləri məbləğ isə onların mükafatı hesab edilir. ##.##.2023-cü il tarixində qeyd edilən müsabiqədə iddiaçılar birgə iştirakçı qismində iştirak etmişlər və müsabiqənin şərtlərinə uyğun olaraq, yüzə yaxın tamaşının şahidliyi ilə 35.000 manatı müsabəqinin sonunda mükafat olaraq qazanmışlar. Tərəflər arasında olan müqaviləyə əsasən çəkiliş efirə getdikdən sonra cavabdeh iddiaçılara müştərək qaydada olmaqla müsabiqədə qazandıqları mükafatı verməli idi. "xxxx" müsabiqəsinin çəkilişi və efirə verilməsi arasında adətən 5-8 gün vaxt olmasına baxmayaraq, cavabdehlərin iştirak etdiyi çəkilişin efirə ##.##.2024-cü il tarixə qədər gedəcəyi barədə çəkilişdən sonra məlumat verilmişdir. Müsabiqə efirə getmədiyi təqdirdə iddiaçılar dəfələrlə müsabiqənin efirə getməsi ilə bağlı cavabdehə müraciət etsələr də, cavabdeh tərəf müxtəlif tarixlər deyərək müsabiqənin efirə gedəcəyi ilə bağlı yalan vədlər vermişlər. İddiaçıların nümayəndəsi və vəkili olaraq ##.##.2024-cü il tarixində cavabdehə pretenziya məktubu ilə müraciət etdi. Cavabdeh ##.##.2024-cü il tarixli cavab məktubunda qeyd etmişdir ki, "iddiaçıların iştirak etdiyi müsabiqəyə dair çəkilişin yazıldığı sərt diskin zədələnməsi nəticəsində müsabiqə efirdə yayımlana bilməmişdir və tərəflər arasında imzalanmış müqavilənin 6-cı maddəsinə əsasən şounun buraxılışı hansısa səbəbdən efirə çıxmazsa, uduş etibarsız sayılır, bu baxımdan iddiaçıların ##.##.2023-cü il tarixli çəkilişləri üzrə hər hansı ödənişin edilməsi mümkün deyil." Cavabdehin qeyd edilən cavab məktubuna əsasən sorğu ilə cavabdehə müraciət etdi, cavabdeh isə ##.##.2024-cü il tarixli cavab məktubunda qeyd etmişdir ki, iddiaçıların iştirak etdiyi müsabiqə üzrə çəkilişlərin yazıldığı sərt diskin zədələnməsi faktı ##.##.2024-cü ildə müəyyən edilib və zədələnmənin yaranmasına səbəb enerji şəbəkəsində yaranmış problem olub." İddiaçıların qeyd edilən verilişdə iştirak etməsi və müsabiqə şərtlərinə uyğun mükafat qazanması işin mübahisəsiz faktiki hallarıdır. İşin mübahisə doğuran halı isə ondan ibarətdir ki, cavabdeh tərəf iddia edir ki, müsabiqənin çəkilişinin yazıldığı sərt diskin zədələnməsi nəticəsində efirə getməməsi tərəflər arasında olan müqavilənin 6-cı bəndinə uyğundur və bu səbəbdən iddiaçılara hər hansı uduş məbləği təqdim edilə bilməz.. Cavabdehin uduş məbləğini iddiaçılara təqdim etməsinə səbəb olan hal Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə qadağan edilən hüquqdan sui-istifadədir və əsaslı hesab edilə bilməz.
7. Cavabdeh tərəf iddiaya etiraz edərək qeyd etmişdir ki, “xxxx” QSC-nin “xxxx” Televiziya Şousunda iştirakla əlaqədar QSC ilə iddiaçılar arasında ##.##.2023-cü il tarixli müqavilə bağlanmışdır. Qeyd olunan şəxslər şounun ##.##.2023-cü il tarixli çəkilişlərində iştirak etmişlər. Lakin həmin çəkilşin, habelə ondan sonra həyata keçirilən, digər oyuncuların da iştirak etdikləri 27 və 28 oktyabr tarixli çəkilişlər olmaqla, 3 verilişin yazıldığı sərt diskin zədələnməsi oradakı məlumatların itirilməsi ilə nəticələnmişdir. Bu səbəbdən də şounun qeyd olunan çəkilişləri efirdə yayımlanmamışdır. Çəkilişlərin yazıldığı sərt diskin zədələnməsi barədə iddiaçılar iddiaçı2 və iddiaçı1 QSC tərəfindən məlumat da verilib. Tərəflər arasında imzalanmış adıçəkilən müqavilənin 6-cı maddəsinə əsasən “xxxx” Televiziya Şousunun buraxılışı hansısa səbəbdən efirə çıxmazsa, uduş etibarsız sayılır. Bu baxımdan da iddiaçı2 və iddiaçı1 ##.##.2023-cü il tarixli çəkilişləri üzrə hər hansı ödənişin edilməsi mümkün deyil. Bu baxımdan da, hazırki iddia əsassızdır. İddiaçıların vəkilinin cavabdehə ünvanladığı ##.##.2024-cü il tarixli pretenziya məktubu cavalandırılaraq, “xxxx” Televiziya Şousunun çəkilişlərinin davam etdiyi, qeyd olunan problemin QSC-yə aid texniki daşıyıcıda ortaya çıxmasını nəzərə alaraq iddiaçı2 və iddiaçı1 razılıqları olduğu tədqirdə onların çəkilişlərdə yenidən iştirakları üçün QSC tərəfindən şərait yaratmağa hazır olunduğu bildirilmişdir. Eyni zamanada, vəkilin ##.##.2024cü il tarixli sorğusuna cavab olaraq, iddiaçıların iştirak etdikləri 27 və ## ####### 2023-cü il tarixli çəkilişlərinin yazıldığı sərt diskin zədələnməsi faktı, ## ###### 2024-cü il tarixdə çəkilişlər üzrə verilişin hazırlanması zamanı müəyyən olunduğu, buna dair eyni tarixli akt tərtib edildiyi və həmin zədələnmənin səbəbinin enerji şəbəkəsində yaranmış problem olduğu qeyd edilmişdir.
8. Məhkəmə iclasında şahid İsmixanova Aytən Nuru qızı ifadə verərək bildirmişdir ki, “xxxx” Televiziya Şousunun baş redaktorudur. Belə ki, 3 sezon üçün sualları o tərtib etmişdirm. Çəkiliş zamanı xüsusi bunkerdə əyləşmişdir. Suallar efirə gedərkən dəqiq, səliqəli yazılmağını yoxlamışdır. Hal-hazırda orada işləmir. Verişilin çəkildiyi gündən sonrakı gün Rövşən müəllim onları kabinetinə çağıraraq, məbləğin çox olduğunu bildirmiş, həmin məbləğin iddiaçılar tərəfindən udulmasına niyə imkan verilməsinin səbəbini soruşmuşdur. Verilişin əvvəlində sullar qovluqda hazır olmuşdur. Verilişin gedişatında prodüserlər otağına daxil olaraq, sualları çətinləşdirməyini tələb etmişlər. Rövşən müəllim həmin məbləğdə pulu verə bilməyəcəcəyini bildirərək, verişilin efirə getməməsi ilə bağlı göstəriş vermişdir. O haqsızlığa dözməyərək həmin layihədən çıxmışdır. Diskin zədələndiyini eşitməmişdir. Nəticə etibarilə iddiaçılar 35000 manat pul udmuşlar.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2459/2025 saylı ## ### 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçılara ziyan vurulması, səbəbli əlaqə və s. bu kimi halların mövcudluğu sübuta yetirilmədiyindən, bununla da cavabdehin hərəkəti nəticəsində iddiaçılara maddi zərər vurulması halı müəyyən olunmadığından cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.
11. Məhkəmə hesab etmişdir ki, şou efirə çıxmamış, bu hal həm iddiaçıların nümayəndəsi və vəkili, həm də cavabdehin nümayəndəsi tərəfindən təsdiq olunur. İşin mübahisəsiz halıdır. Şou efirə çıxmadığı üçün də cavabdeh tərəf haqlı olaraq iddiaçılara uduş məbləğini həyata keçirmir. Belə ki, tərəflər arasında bağlanmış ##.##.2023-cü tarixli müqavilənin 6-cı bəndində də göstərilmişdir ki, şou buraxılışı hansısa səbəbdən efira çıxmazsa uduş etibarsız sayılır.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 21.1, 21.2, 1096.1 və 1096.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
13. Həmin qətnamədən iddiaçılar iddiaçı2 və iddiaçı1 birgə apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəf öz vəzifələrini, yəni çəkilişin hazırlanıb efirə verilməsindən ibarət olan vəzifəsini kobudcasına pozaraq tərəflər arasında olan müqavilənin 6-cı bəndində qeyd edilən hala səbəb olmuş və nəticə etibarı ilə 6cı bənddə qeyd edilən hüquqdan sui-istifadə etmişdir. Habelə, cavabdeh tərəf əvvəlki rəftarları, yəni müsabiqənin əvvəlki çəkilişlərinin efirə getməsi və uduş məbləğlərinin verilməsi, habelə cavabdeh qurumun dövlət televiziyası olması ilə bağlı iddiaçılarda güvən yaradan rəftara zidd hüququnu həyata keçirmişdir. Məhz bu kimi hərəkətlər yuxarıda qeyd edilən Mülki Məcəllənin maddələri ilə qadağandır və hüquqdan sui-istifadə əsası üzərindən uduş məbləğinin verilməməsi etibarsız hərəkətdir. Tərəflərindən məhəkəməyə dəvət edilmiş, məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" şousunun baş redaktoru işləmiş İsmixanova Aytən Nuru qızının ifadəsini hakim iclas zalında sadəcə dinləməklə, qətnamədə isə sadəcə qeyd etməklə kifayətlənmiş, verilən ifadə iddia tələbinin əsasını təsdiq etsə də, habelə cavabdehin iddia tələbinə etirazının əsasını təşkil edən halları təkzib etsə də məhkəmə tərəfindən hər hansı hüquqi qiymət verilməmişdir. Şahid ifadəsində bildirmişdir ki, "Du şən Pullar” Televiziya Şousunun baş redaktorudur. Belə ki, 3 sezon u çu n sualları o tərtib etmişdir. Çəkiliş zamanı xu susi bunkerdə əyləşmişdir. Suallar efirə gedərkən dəqiq, səliqəli yazılmağını yoxlamışdır. Hal-hazırda orada işləmir. Verişilin çəkildiyi gu ndən sonrakı gu n Rövşən mu əllim onları kabinetinə çağıraraq, məbləğin çox olduğunu bildirmiş, həmin məbləğin iddiaçılar tərəfindən udulmasına niyə imkan verilməsinin səbəbini soruşmuşdur. Verilişin əvvəlində sullar qovluqda hazır olmuşdur. Verilişin gedişatında produ serlər otağına daxil olaraq, sualları çətinləşdirməyini tələb etmişlər. Rövşən mu əllim həmin məbləğdə pulu verə bilməyəcəyini bildirərək, verişilin efirə getməməsi ilə bağlı göstəriş vermişdir. O haqsızlığa dözməyərək həmin layihədən çıxmışdır. Diskin zədələndiyini eşitməmişdir. Nəticə etibarilə iddiaçılar 35.000 manat pul udmuşlar. Cavabdeh qurumun iddia tələbinə etirazının əsasını təşkil edən hal ondan ibarətdir ki, ##.##.2024-cü il tarixində çəkilişin yazıldığı sərt disk zədələnmişdir və buna görə də çəkiliş efirə getməmişdir. Cavabdeh tərəf məhkəməyə belə bir halı təsdiq edəcək sadəcə cavabdeh qurumdan əmək haqqı alan, cavabdeh qurumda əmək müqaviləsi əsasında çalışan şəxslərin tərtib etdiyi aktla təsdiq etməyə çalışmışdır. Hansı ki, qeyd etdiyi əsaslara görə həmin aktda imza edən şəxslərin ümumiyyətlə mövcudluğu məhkəmədə təsdiq edilmədi, habelə qeyd edilən şəxslərin imzalarının həqiqiliyi, habelə aktda qeyd edilən halları məhkəmə iclasında təsdiq etmədən belə bir aktın sübut kimi qəbul edilməsi yolverilməzdir. Habelə aktda qeyd edilən sərt diskin zədələnməsinə səbəb olan halın mövcudluğu, aktın zədələnməsi faktı da cavabdeh qurum tərəfindən başqa dəlillərlə təsdiq edilmədi. Məhkəmə sadəcə cavabdeh qurumun mülahizəsindən asılı qalmış, mülahizə üzrə əlavə hər hansı araşdırma, dəlil toplama həyata keçirmədən işin yeganə həqiqi aktı halı kimi qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” QSC-nin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçılar məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 20.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 21.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
22.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin II, IV və VII hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.
23.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
24.6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 25.16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 26.21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olanşəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 27.21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnubərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 28.328.1-328.3-cü maddələrinə əsasən, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Bu Məcəllənin müəyyənləşdirdiyi tələblərə zidd olan, yaxud icrası mümkün olmayan şərt etibarsızdır. Belə şərtdən asılı olan əqd tamamilə etibarsızdır. Tərəflərin iradəsindən asılı olan şərt, yəni baş verməsi və ya baş verməməsi yalnız tərəflərin əqddəki arzusundan asılı olan şərt etibarsızdır. Belə şərtlə bağlanmış əqd etibarsızdır. 29.328.4-cü maddəsinə əsasən, pozitiv şərt o deməkdir ki, əqd hansısa hadisənin müəyyən müddətdə baş verəcəyi şərti ilə bağlanmışdır. Əgər həmin müddət bitmiş və hadisə baş verməmişsə, şərt qüvvədən düşmüş sayılır. Əgər müddət müəyyənləşdirilməyibsə, şərt istənilən vaxt yerinə yetirilə bilər. Hadisənin baş verməsinin mümkünsüzlüyü aydın olduqda şərt qüvvədən düşmüş sayıla bilər. 30.328.10-cu maddəsinə əsasən, şərtin baş verməsi onun üçün sərfəli olan tərəf şərtin baş verməsinə vicdansızcasına kömək göstərdikdə şərt baş verməmiş sayılır. 31.385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 32.386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədənəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 33.390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 34.399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 35.421-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 36.423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 37.425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 38.425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 39.442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 40.560.1-560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
41. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 42.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 43.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin hüquqi mahiyyəti və mübahisəli hüquq münasibətinin xarakteri düzgün müəyyən olunmamış, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarına düzgün hüquqi qiymət verilməmişdir. 45.Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 46.Tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, iddianın haqlı bir hüquqi səbəbə söykənib-söykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. Çünki hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil. Bu qayda Roma hüququndan gələn “da mihi factum, dabo tibi ius” (mənə faktları ver, sənə uyğun hüququ verim) prinsipinə əsaslanır.
47. Mübahisələndirilən qətnamədən göründüyü kimi, birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 21.1, 21.2, 1096.1 və 1096.2-ci maddələrinə istinadla əsaslandıraraq iş üzrə cavabdehin iddiaçılara ziyan vurması, həmin zərərlə cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin mövcudluğu, habelə cavabdehin təqsirli davranışının sübuta yetirilmədiyi qənaətinə gəlmiş, nəticə etibarilə cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyinin qoyulması üçün qanunla nəzərdə tutulmuş şərtlərin olmadığını qeyd etmişdir.
48. Bununla belə, məhkəmə iş üzrə müəyyən olunmuş halları ilə həmin normaların dispozisiya şərtləri arasında uyğunluğun nədən ibarət olmasına dair hüquqi dəyərləndirmə aparmamışdır. Belə ki, məhkəmə tərəfindən tərəflər arasında yaranmış hüquq münasibətinin həqiqi mahiyyətini, iddiaçılar tərəfindən tələb olunan pul vəsaitinin hansı hüquqdan irəli gəldiyini, cavabdehin mübahisə predmeti olan vəsaiti ödəməməklə hansı öhdəliyə riayət etmədiyini və bu mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasını lazımi qaydada araşdırıb düzgün müəyyən etməmişdir. Bu hal isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara, tərəflər arasında mövcud olan qarşılıqlı hüquq münasibətlərinə və qanunvericiliyin tələblərinə uyğun əsaslandırılmalı olması barədə prosessual hüquq normalarının pozulmasına gətirib çıxarmışdır.
49. Halbuki öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli (pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s.), yaxud müəyyən hərəkətdən çəkinməlidir. Öhdəlik müqavilə nəticəsində və ya qanunda nəzərdə tutulmuş əsaslar (əsassız varlanma, özgə işlərini tapşırıqsız aparma və s.) əmələ gələ bilər. Odur ki, iddianın qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, sonra müqavilə münasibətlərinə oxşar (məsələn, özgə işlərini tapşırıqsız aparma), daha sonra isə qanundan irəli gələn əsaslar (məsələn, əsassız varlanma və s.) yoxlanılmalıdır.
50. İş materialları ilə müəyyən edilir ki, “xxxx” QSC-nin “xxxx” televiziya verilişində iştirakla əlaqədar QSC ilə iddiaçılar arasında ##.##.2023-cü il tarixli müqavilə bağlanmış, həmin müqavilə əsasında tərəflər arasında qarşılıqlı hüquq və vəzifələr yaradan öhdəlik hüquq münasibətləri formalaşmışdır.
51. Mülki qanunvericiliyə müvafiq olaraq, müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il ## #### tarixli Qərarı).
52. Mülki Məcəllənin 405.1-ci maddəsinə müvafiq olaraq, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
53. Mülki dövriyyənin sabitliyini təmin edən ən vacib prinsiplərdən biri də “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
54. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
55. Hazırda iddiaçılar cavabdehin dəvəti əsasında AZTV televiziya kanalında yayımlanan "xxxx" televiziya verilişində ##.##.2023-cü il tarixində iştirak etdiklərini, müsabiqənin şərtlərinə uyğun olaraq 35.000 manat məbləğində mükafat qazandıqlarını, lakin cavabdehin tərəflər arasında bağlanmış müqavilənin 6-cı bəndinə istinad etməklə çəkilişin qeydə alındığı sərt diskin zədələnməsi nəticəsində verilişin efirdə yayımlanmasının mümkün olmamasını əsas gətirərək, həmin məbləğin onlara ödənilməsindən imtina etdiyini bildirmişlər. İddiaçılar hesab etmişlər ki, cavabdeh qeyd olunan müqavilə şərtinə istinad etməklə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə qadağan olunmuş hüquqdan sui-istifadəyə yol vermişdir.
56. Cavabdehin istinad etdiyi müqavilənin 6-cı bəndinin məzmununa görə, "İştirakçının çəkildiyi şou buraxılışı hansısa səbəbdən efirə çıxmazsa, uduş etibarsız sayılacaq." Göründüyü kimi tərəflər müqavilə bağlamaqla mübahisə predmeti olan ödənişin verilməsini yalnız iddiaçıların verilişdə iştirak etməsi ilə deyil, həmin verilişin efirə çıxması ilə şərtləndirmişlər. Belə ki, müqavilədə açıq şəkildə nəzərdə tutulmuşdur ki, verilişin yayımı hər hansı səbəbdən baş tutmadıqda uduşun (mükafatın) ödənilməsi vəzifəsi qüvvədən düşür.
57. Bu halda ilk növbədə müqavilənin bu bəndində nəzərdə tutulmuş şərtin etibarlılığına, standart şərt olub-olmamasına, olduğu təqdirdə həmin şərtin müqavilənin tərkib hissəsinə çevrilib-çevrilməməsinə hüquqi qiymət verilməlidir.
58. Burada da nəzərə alınmalıdır ki, iddiaçılar televiziya sahəsində peşəkar fəaliyyət göstərən şəxslər olmaqla televiziya istehsalının xüsusiyyətlərini və bu sahədə mövcud riskləri anlayan şəxslər olmuş, efirin baş tutmaması riskinin mövcudluğunu bilmişlər. İddiaçıarın fəaliyyət göstərdikləri sahə ilə əlaqədar aralarında bağlanmış müqavilənin məqsədinin yalnız onların iştirak etməsi ilə əlaqədar olmayıb, televiziya məhsulunun hazırlanaraq tamaşaçılara təqdim edilməsindən ibarət olduğunu, verilişin efirə çıxmadığı təqdirdə müqavilədə nəzərdə tutulan nəticənin əldə edilməsinin mümkün olmadığını bilməmələri inandırıcı görünmür.
59. Buna görə də qeyd olunan müqavilə şərti iddiaçılar üçün etibarsız, gözlənilməz və ya ədalətsiz hesab edilə bilməz, cavabdehin hüququndan sui-istifadə etmək cəhdi kimi qiymətləndirilə bilməz. Müqaviləni imzalayan zaman onların aydın və birmənalı iradəsinin mövcudluğu iş materialları ilə təsdiq edilir, onlar bu şərti fərdi qaydada dəyişdirmək və ya dəqiqləşdirilməsini müzakirə etmək imkanına malik olmuşlar. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçıların iqtisadi cəhətdən zəif və hüquqlarının xüsusi müdafiəsinə ehtiyac duyulan tərəf kimi qəbul edilməsi üçün hər hansı əsas müəyyən edilmir.
60. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş “verilişin efirə çıxmaması halında uduşun etibarsız sayılması” barədə şərt etibarlıdır, cavabdehin qeyd olunan müqavilə şərtlərinə istinad etməsi Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə qadağan olunmuş hüquqdan sui-istifadəyə yol verilməsi kimi qiymətləndirilə bilməz.
61. Əksinə, tərəflər arasında bağlanmış müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 328-ci maddəsinin mənasında şərtlə bağlanmış əqd kimi qiymətləndirilməlidir. Belə ki, tərəflər mübahisəli ödəniş üzrə hüquq və vəzifələrin yaranmasını verilişin efirə çıxmasından asılı etmişlər. Bu səbəbdən hazırda verilişin efirə çıxmamasının səbəbləri, həmin halın cavabdehin risk dairəsinə aid olub-olmaması, habelə yazının qorunması və saxlanılması üçün zəruri texniki tədbirlərin görülüb-görülməməsi iş üzrə hüquqi qiymətləndirilməli olan mühüm hallar hesab edilir. Belə ki, Mülki Məcəllənin 328.10-cu maddəsinə əsasən şərtin baş verməsi üçün sərfəli olan tərəf şərtin baş verməsinə vicdansızcasına mane olduqda, şərt baş vermiş sayılır.
62. Yuxarıda qeyd edilən halların müəyyən edilməsi məqsədilə kollegiya, müvafiq araşdırmanın aparılmasını zəruri hesab etmişdir. Belə ki, iddiaya etirazda qeyd edilən dəlillərdən göründüyü kimi cavabdeh, verilişin efirə çıxmamasını QSC-nin iradəsindən asılı olmayan texniki səbəblərlə bağlı olduğunu, elektrik təchizatında baş vermiş nasazlıq nəticəsində verilişin qeydə alındığı daşıyıcının zədələndiyini, yazının bərpasının isə mümkün olmadığını qeyd etmişdir.
63. Göstərilən halların cavabdehin vicdansız davranışının nəticəsi olub-olmaması, habelə qabaqcadan qarşısının alınması mümkün olmayan texniki nasazlıq nəticəsində yaranıbyaranmamasını müəyyən etmək məqsədilə məhkəmə kollegiyası tərəfindən müvafiq qurumlara sorğu ilə müraciət olunmuşdur.
64. Sorğu əsasında təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, enerji təchizatında baş vermiş texniki nasazlıq nəticəsində SSD yaddaş qurğusunun sıradan çıxması texniki baxımdan mümkün hesab edilir. Bununla yanaşı, mütəxəssis tərəfindən qeyd olunmuşdur ki, belə halların qarşısının alınması məqsədilə UPS (fasiləsiz enerji mənbəyi), enerji qoruma sistemləri və ehtiyat nüsxələrin yaradılması kimi standart texniki tədbirlərdən istifadə olunur. Eyni zamanda mütəxəssis göstərmişdir ki, bəzi hallarda, xüsusilə SSD fiziki zədələnmədikdə, xüsusi avadanlıqlar vasitəsilə məlumatların bərpası mümkün olur.
65. Sözügedən sorğuya münasibətdə cavabdeh təqdim etdiyi vəsatətdə göstərmişdir ki, çəkiliş aparılan studiyada fasiləsiz enerji mənbələri (UPS), enerji qoruma sistemləri və çəkiliş materiallarının saxlanılması üzrə texniki prosedurlar mövcud olmuşdur. Sıradan çıxmış “Kingston A400” markalı SSD qurğusu həm montaj, həm də çəkiliş prosesində istifadə edilən peşəkar avadanlığın tərkib hissəsi olmuş, müvafiq nasazlıq isə avadanlıqla enerji şəbəkəsi arasında baş vermiş nadir və əvvəlcədən proqnozlaşdırılması mümkün olmayan texniki problem nəticəsində yaranmışdır. Cavabdeh həmçinin bildirmişdir ki, UPS sisteminin mövcudluğu belə bütün hallarda SSD qurğusunun zədələnməsinin qarşısını tam şəkildə almır və konkret hadisə texniki baxımdan istisna xarakterli hal kimi qiymətləndirilməlidir.
66. Cavabdeh tərəfin verdiyi vəsatətə əsasən kollegiya tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət olunmuş, *-**-**-*/*-***/**** nömrəli ## #### 2026-cı il tarixli ekspert rəyi əldə edilmişdir. Həmin rəyin tədqiqat prosesinin təsviri hissəsinin 1-ci bəndində göstərilənlərə əsasən, tədqiq olunan “Kingston” markalı “SSD” tipli yaddaş qurğusunun yaddaşı ilə əlaqə yaradılması, həmin yaddaşda saxlanılan məlumatların oxunması və bərpasının mümkün olmadığı müəyyən edilmişdir.
67. Mülki Məcəllənin 328.4-cü və 328.10-cu maddələrinə əsasən, pozitiv şərt o deməkdir ki, əqd hansısa hadisənin müəyyən müddətdə baş verəcəyi şərti ilə bağlanmışdır. Əgər həmin müddət bitmiş və hadisə baş verməmişsə, şərt qüvvədən düşmüş sayılır. Şərtin baş verməsi onun üçün sərfəli olan tərəf şərtin baş verməsinə vicdansızcasına kömək göstərdikdə şərt baş verməmiş sayılır.
68. Kollegiya hesab edir ki, mübahisəli “Kingston” markalı SSD yaddaş qurğusunun sıradan çıxmasının və həmin qurğuda mövcud olmuş məlumatların bərpasının mümkün olmaması işdə olan sənədlərlə təsdiq edilmişdir. Verilişin efirə çıxmaması cavabdehin qəsdən və ya vicdansız davranışının nəticəsi deyil, elektrik təchizatında yaranmış nasazlıq səbəbindən məlumat daşıyıcısının zədələnməsi ilə bağlı yaranmışdır. İş materiallarında əksini təsdiq edən mötəbər sübutlar mövcud deyildir. Hazırda “Kingston” markalı SSD tipli yaddaş qurğusundan məlumatların oxunması və bərpası mümkün deyildir.
69. Bu səbəbdən kollegiya hesab edir ki, Mülki Məcəllənin 328.10-cu maddəsində nəzərdə tutulmuş hüquqi nəticələrin tətbiqi üçün əsaslar müəyyən edilmir.
70. Bu halı təsdiq etmək məqsədilə iddiaçılar şahid İsmixanova Aytən Nuru qızının ifadəsinə istinad etmişlər. Lakin məhkəmə kollegiyası iddiaçılar tərəfindən təqdim olunmuş bu sübutu qiymətləndirərkən nəzərə alır ki, İsmixanova Aytən Nuru qızı cavabdeh təşkilatın keçmiş əməkdaşıdır. Onun şahid qismində verdiyi ifadəsinin qərəzli olması ehitmalı yüksəkdir və işdə mövcud olan digər obyektiv sübutlarla təsdiq olunmur. Bu səbəbdən məhkəmə kollegiyası həmin şahid ifadəsinə tənqidi yanaşaraq, onu işin həlledici sübutu kimi qəbul etmir.
71. Eyni zamanda kollegiya bir daha qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin məqsədi yalnız iddiaçıların iştirak etməsi deyil, televiziya məhsulunun hazırlanaraq tamaşaçılara təqdim edilməsindən ibarət olmuşdur. Veriliş efirə çıxmadığından müqavilədə nəzərdə tutulan nəticə əldə edilməmiş, bu səbəbdən də mübahisəli ödəniş üzrə cavabdehin öhdəliyi yaranmamışdır.
72. Belə olan halda da iddiaçıların istinad etdiyi məbləğdə pul vəsaitini cavabdehdən tələb etməsi əsassızdır. Belə ki, mülki hüquq münasibətlərində səlahiyyətdar hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun.
73. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).
74. Beləliklə məhkəmə kollegiyası işin faktiki hallarını müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxılan zaman müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.
75. Belə olan halda apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2459/2025 saylı, ## ### 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh “xxxx” QSC-yə qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir.
76. Apellyasiya şikayəti təmin edildiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onlara aid edilməlidir.
77. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2459/2025 saylı, ## ### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh “xxxx” QSC-yə qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev