Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4166/2021 24.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Cavabdeh X11 vəkili Vəkil iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər X14, X7, X15, X3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı “borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(007)-49/2020 saylı qətnaməsindən iddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər X14, X7, X15, X3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı “borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 03R000025353 saylı kredit razılaşması üzrə 33564.53 ABŞ Dolları kredit borcu, 12492.83 ABŞ Dolları faiz borcu və 12886.68 ABŞ Dolları cərimə borcu olmaqla, cəmi 58944 (əlli səkkiz min doqquz yüz qırx dörd) ABŞ Dolları 14 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsi 40 saylı evin 9 nömrəli mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə olan borcun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulması, Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsi 40 saylı evin 9 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 həmin mənzilə istifadə hüququnun itirilməsi, onların mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 21.12.2012-ci il tarixli 03L000008768 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə ******* (bir milyon) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 13.02.2014-cü il tarixli 03R000025353 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 49000 (qırx doqquz min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 16.05.2016-cı il tarixli 03R000025353S saylı, 22.02.2017-ci il tarixli 03R000025353SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 15.08.2017-ci il tarixdən banka qaytarmamışdır.Cavabdeh1 götürdüyü kredit borcundan 15435.37 ABŞ Dolları ödəmiş, onun 33564.63 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır.Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirir ki, Cavabdeh1 kredit borcu və 13.03.2018-ci il tarixə 210 gün üçün hesablanmış faiz borcu 12492.83 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. 13.03.2018-ci il tarixə 210 gün üçün hesablanmış cərimə 12886.68 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehipoteka qoyan Cavabdeh4 AccessBank QSC ilə bağladığı 06.02.2014-cü il tarixli 03M000001463 saylı ipoteka müqaviləsi (Bakı şəhəri 14 saylı Notariat Kontoru tərəfindən təsdiq edilib) əsasında Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsindəki 40 saylı binanın 3-cü mərtəbəsində 64.73 kv.m ümumi 46.73 kv.m yaşayış 18 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 9 nömrəli mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(007)-49/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 03R000025353 saylı kredit razılaşması üzrə 33564.53 ABŞ Dolları kredit borcu, 3925 ABŞ Dolları faiz borcu və 905 ABŞ Dolları cərimə borcu olmaqla, cəmi 38394 (otuz səkkiz min üç yüz doğsan dörd) ABŞ Dolları məbləğində borc ödəniş günü (manatın ABŞ dollarına məzənnəsi nəzərə alınmaqla manatla), məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh4 mülkiyyətində dəyəri 90000 manat müəyyən olunmuş Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsi 40 saylı evin 9 nömrəli mənzilinə yönəldilməsi, mənzil açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına cavabdehlərin İddiaçı QSC-yə olan borcu ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulması, Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsi 40 saylı evin 9 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onlar mənzildən çıxarılmaları, mənzilin boşaldılması, alıcıya təhvil verilməsi, cavabdehlər X8, X5, X9, X13' qızından, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 müştərək qaydada alınaraq iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 120 manat məbləğində pul Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN 1********) AZ34CTRE**********002088501 saylı hesabına, X2 (kod 210005, VÖEN **********) AZ41NABZ013601**********3944 saylı müxbir hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, faiz və cərimə borcunun hesablanması hissəsində iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ipoteka predmetinin dəyərinin yenidən hesablanmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçının apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində, cərimə borcu məbləğini müqavilə üzrə cəmi 905 ABŞ dolları müəyyənləşdirərkən və ümumilikdə tələb olunan 12886.68 ABŞ Dolları məbləğində cərimə borcunu 905 ABŞ dolları məbləğinədək azaldarkən kreditorun əmlak və digər əsaslı mənafeləri nəzərə almamış, yalnız borcluların mənafeyindən çıxış etmişdir. Cərimə borcu 905 ABŞ dolları həddinədək azaldılarkən tənasüb düzgün müəyyən edilməmiş, kreditor olaraq iddiaçı Bankın mənafeləri ümumiyyətlə nəzərə alınmamışdır. Belə ki, cavabdehlər kredit müqaviləsi üzrə 15.08.2017-ci il tarixdən banka olan borclarını geri qaytarmırlar ki, bu da yekunda kreditor bankın mənafelərinin pozulması ilə nəticələnir. Kredit razılaşmasının müddəalarına uyğun olaraq faiz məbləği onun tam qaytarılmasınadək hesablanır. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə Bakı şəhər, Nizami rayonu C.Naxçıvanski küçəsi, 40 saylı binanın 3-cü mərtəbəsində 64.73 kv.m ümumi sahəsi 46.73 yaşayış sahəsi yardımçı tikintidən ibarət 3 otaqlı, 9 nömrəli mənzilin bazar qiyməti 90.000 azn dəyərində qiymətləndirilmişdir. Bu kimi qiymətləndirmə yardımçı sahədən birlikdə olan bu evin qiymətinin 90.000 azn olması əsassız və qanunsuzdur. Bu hissədə evin yenidən qiymətləndirilməsi tələb olunduğundan bu hissəyə yenidən baxılmalıdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X11 vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsi, iddiaçının apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddia tələbinin faiz və cərimə borcunun yenidən hesablanması, ipoteka predmetinin dəyərinin müəyyən edilməsi hissəsində yoxlanılması təşkil edir. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətlər qisməni təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsinin faiz, cərimə borcunun tutulması və ipoteka predmetinin dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 21.12.2012-ci il tarixli 03L000008768 saylı kredit xətti müqaviləsi ilə cavabdehə 120 (yüz iyirmi) ay müddətinə ******* (bir milyon) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 13.02.2014-cü il tarixli 03R000025353 saylı kredit razılaşma ilə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 49000 (qırx doqquz min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. 16.05.2016-cı il tarixli 03R000025353S saylı, 22.02.2017-ci il tarixli 03R000025353SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 15.08.2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 15435.37 ABŞ Dolları ödəmiş, onun 33564.63 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. 03S000016708, 03S000020319, 03S000016702 nömrəli zaminlik müqavilələri ilə X16, X17, X4 həmin kredit müqaviləsi üzrə İddiaçı QSC - nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka qoyan Cavabdeh4 AccessBank QSC ilə bağladığı 06.02.2014-cü il tarixli 03M000001463 saylı ipoteka müqaviləsindən görünür ki, Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsindəki 40 saylı binanın 3-cü mərtəbəsində 64.73 kv.m ümumi 46.73 kv.m yaşayış 18 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 9 nömrəli mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. 13.03.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 03R000025353 saylı 13.02.2014-cü il tarixli kredit razılaşması üzrə İddiaçı QSC-yə 33564.63 ABŞ dolları əsas, 12492.83 ABŞ dolları faiz, 12886.68 ABŞ dolları cərimə, cəmi 58944.14 ABŞ dolları borcu vardır. İş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış kredit, zaminlik və ipoteka müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pul məbləğini borcluya vermişdir. Bunun nəticəsində bankın borcludan kredit üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, o isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclular müqavilələr üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, penyanı, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. İlk əvvəl məhkəmə kollegiyası iddia tələbinin faiz borcunun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verən məhkəmə kollegiyası bildirir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə mühasibatlıq ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30995 nömrəli 20.12.2019-cu il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən hesabdan çıxarışlardan və İddiaçı KB ASC ilə Cavabdeh1 arasında 21dekabr 2012-ci il tarixində 03L000008768 saylı kredit xətti müqaviləsinə əsasən 13 fevral 2014-cü il tarixdə 03R000025353 saylı kredit razılaşmasının qeyd olunan şərtləri nəzərə alınmaqla müqavilə bitən müddətə Cavabdeh1 13.02.2017-ci il tarixə banka olan borcu 43031.59 ABŞ dolları əsas, 717.19 ABŞ dolları faiz, 150 ABŞ dolları cərimə borcu qeyd edilir ki, hesabdan çıxarış məlumatlarından göründüyü kimi, AccessBank» KB ASC ilə Cavabdeh1 arasında 21dekabr 2012-ci il tarixində 03L000008768 saylı kredit xətti müqaviləsinə əsasən 13 fevral 2014-cü il tarixdə 03R000025353 saylı kredit razılaşması üzrə müqavilə müddətindən sonra 6000.47 ABŞ dolları məbləğində borclu tərəfindən ödənişləri olması müəyyən olunur. 43898.78 ABŞ dolları-6000.47 ABŞ dolları=37898.31 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/382 nömrəli 08.04.2020-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən hesabdan çıxarışlardan və İddiaçı KB ASC ilə Cavabdeh1 arasında 21dekabr 2012-ci il tarixində 03L000008768 saylı kredit xətti müqaviləsinə əsasən 13 fevral 2014-cü il tarixdə 03R000025353 saylı kredit razılaşmasının və 22.02.2017-ci il tarixli müqavilənin qeyd olunan şərtləri nəzərə alınmaqla müqavilə bitən müddətə Cavabdeh1 15.01.2018-ci il tarixə banka olan borcu- 41116.52 ABŞ dolları əsas, 3925.70 ABŞ dolları faiz borcu, 905 ABŞ dolları cərimə borcu təşkil edir. Bundan başqa məhkəmə kollegiyası tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə kollgiyasına təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3133 saylı 31.05.2021-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarışlardan və İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 21 dekabr 2012-ci il tarixində 03L000008768 saylı Kredit Xətti Müqaviləsi üzrə 13 fevral 2014-cü i! tarixdə 03R000025353 saylı kredit razılaşmasına əsasən 22.02.2017-ci il tarixli 03R000025353SA nömrəli Saziş Müqavilənin qeyd olunan şərtləri nəzərə alınmaqla müqavilə bitən müddətə Cavabdeh1 banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: o cümlədən; 15.01.2018ci il tarixə (kredit müqaviləsi üzrə öhdəliklərin icrasının müddətinin sonuna) əsas borc üzrə — 41.116,52 ABŞ dolları; faiz borcu üzrə — 3.925,70 ABŞ dolları: cərimə borcu — 905,0 ABŞ dolları; 06.10.2020-ci il tarixə (qətnamə qəbul edilən tarixə) əsas borc üzrə — 41.116,52 ABŞ dolları; faiz borcu üzrə — 25.202,58 ABŞ dolları: (3925,70 ABŞ dolları + 21.276,88 ABŞ dolları) cərimə borcu — 5.810 ABŞ dolları. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, 22.02.2017-ci il tarixli ödəniş planında (səh.16) göstərilmş 8.188,64 ABŞ dolları ÖDƏNİŞ PLANİnda göstərilən aylıq ödəniş 1.000,00 ABŞ dolları güzəşt olunaraq ödənilməmiş 8.188,64 ABŞ dolları məbləğində faiz borcu müqavilənin sonunda yəni 15.01.2018-ci il tarixdə ödənilməsi nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi faiz məbləğini, 3925 A B Ş d o l l a r ı müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, faiz borcunun tutulması hissəsi ekspert rəyinə uyğun olaraq, müqavilənin sonunadək olan məbləğ 3925,70 ABŞ dolları müəyyən edilməlidir. Bundan başqa iddianın cərimə borcu ilə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qeyd olunan hissədə səhv nəticəyə gəlmişdir. Belə ki, cərimənin (dəbbə pulu) ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. İddiaçı iddia tələbində cərimə borcunun 12886,68 ABŞ dolları tutulmasını xahiş edir. Sonuncu ekspert rəyində isə cərimə borcu qətnamə qəbul edilən tarixə 5810 ABŞ dolları müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, müqavilə şərtlərinə uyğun olaraq, cərimə borc 1000 ABŞ dolları müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tələbin ipoteka ilə yüklü edilmiş ipoteka predmetinə yönəldilməsi, həmin daşınar əmlakın açıq hərraca çıxarılması, satılması və əldə ediləcək vəsaitin banka olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə edilmiş vəsait kifayət etmədiyi təqdirdə borcun ümumi qaydada icra edilməsi barədə düzgün nəticəyə gəlsə də, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İş materiallarından görünür ki, ipoteka müqaviləsi bağlanarkən ipoteka predmeti olan Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsi 40 saylı binanın 3-cü mərtəbəsində 64.73 kv.m ümumi 46.73 kv.m yaşayış 18 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 9 nömrəli mənzilinin bazar dəyəri 60391 manat müəyyən edilmişdir. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının nəticələrinə dair 0111/19/AB seriyalı 14.03.2019-cu il tarixli "xxxx" MMC-nin ekspert rəyindən görünür ki, Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsi 40 saylı binanın 3-cü mərtəbəsində 64.73 kv.m ümumi 46.73 kv.m yaşayış 18 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 9 nömrəli mənzilinin hazırki bazar qiyməti 90000 manat təşkil edir. Kollegiya tərəfindən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə kollegiyasına təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş ƏEM/İ 70-729/21 saylı 16 iyul 2021-ci il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsi 40 saylı binanın 3cü mərtəbəsində 64.73 kv.m ümumi 46.73 kv.m yaşayış 18 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 9 nömrəli mənzilinin bazar dəyəri 107.000 manat, likvid dəyəri isə 100.000 manat müəyyən edilmişdir. Qeyd olunan rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər-hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Kollegiya hesab edir ki, Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsi 40 saylı binanın 3cü mərtəbəsində 64.73 kv.m ümumi 46.73 kv.m yaşayış 18 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 9 nömrəli mənzilinin likvid dəyəri ekspert rəyi ilə 100.000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası həmçini hesab edir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 200 manatın 50%- cavabdeh X6, qalan 50% isə İddiaçı QSC tutularaq, "xxxx" MMC-nin hesabına ödənilməlidir. Bundan başqa məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 100 manatın 50%- cavabdeh X6, qalan 50% isə İddiaçı QSC tutularaq, dövlət büdcəsinin hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı QSC-nin və cavabdeh X11 apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(007)-49/2020 saylı qətnaməsi faiz, cərimə və ipoteka predmetinin dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, cavabdehlərdən müştərək qaydada 3925,70 ABŞ dolları məbləğində faiz borcu və 1000 ABŞ dolları məbləğində cərimə borcu tutularaq (ödəniş zamanı Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə) İddiaçı ASC-yə ödənilməli, ipoteka predmeti olan Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsi 40 saylı binanın 3-cü mərtəbəsində 64.73 kv.m ümumi 46.73 kv.m yaşayış 18 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 9 nömrəli mənzilin likvid qiyməti 100.000 manat müəyyən edilməli, məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 200 manatın 50%- cavabdeh X6, qalan 50% isə İddiaçı QSC tutularaq, "xxxx" MMC-nin hesabına ödənilməli, məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 100 manatın 50% cavabdeh X6, qalan 50% isə İddiaçı QSC tutularaq, dövlət büdcəsinin hesabına ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı QSC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(007)-49/2020 saylı qətnaməsi faiz, cərimə və ipoteka predmetinin dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Cavabdehlərdən müştərək qaydada 3925,70 ABŞ dolları məbləğində faiz borcu və 1000 ABŞ dolları məbləğində cərimə borcu (ödəniş zamanı Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə) tutularaq, İddiaçı ASC-yə ödənilsin. İpoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 40 saylı binanın 3cü mərtəbəsində 64.73 kv.m ümumi 46.73 kv.m yaşayış 18 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 9 nömrəli mənzilin likvid qiyməti 100.000 manat müəyyən edilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 200 manatın 50% cavabdeh X6, qalan 50% isə İddiaçı QSC-dən tutularaq, "xxxx" MMC-nin hesabına ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 100 manatın 50% cavabdeh X6, qalan 50% isə İddiaçı QSC-dən tutularaq, dövlət büdcəsinin hesabına ödənilmsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-4166/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4166/2021
24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver