Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4166/2025 27.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Açar sözlər: (pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-1035/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiq edilmiş və “Borc verən” qismində İddiaçı ilə “Borc alan” qismində Cavabdeh arasında bağlanılmış xx.xx.2014-cü il tarixli borc müqaviləsinin surətinə əsasən İddiaçı Cavabdeh 30.000 ABŞ dolları məbləğində borc pul vermiş, Cavabdeh borcunu 3 il müddətinə xx.xx.2017-ci il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür.
2. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-432/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, Cavabdeh 16.000 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə tutulması qət edilmişdir.
3. Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural Aşurov tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-432/2019-009 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Cavabdeh 16.000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə tutulması barədə icra sənədi üzrə icraata başlanılmışdır.
4. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-213/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, Cavabdeh 4.683,88 manat məbləğində zərər və ödənilmiş 70 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
5. Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural Aşurov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-213/2022-010 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Cavabdeh 4.683,88 manat məbləğində zərər və ödənilmiş 70 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi barədə icra sənədi üzrə icraata başlanılmışdır.
6. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş uçot faiz dərəcəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 7,5%, xx.xx.2022-ci ildən etibarən 7,75% təşkil etmiş, 1 ABŞ dollarının Azərbaycan manatına qarşı xx.xx.2022-ci il tarixdən orta illik məzənnəsi 1.7000 manat təşkil etmişdir.
a)Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış xx.xx.2014- cü il tarixdə kredit müqaviləsi üzrə cavabdeh 16.000 ABŞ dolları (16.000x1.7=27.200 manat) əsas borcunu, 2022-ci ilə hesablanmış 4.683,88 manat məbləğində zərər, ümumilikdə 31.884 manat vaxtında qaytarmadığına görə 2 il 9 ay üzrə illik bank faizi 7,5% olaraq (31884x7,5%x2.9=6795) 6795 manat, 2 il üçün inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 29.2% təşkil etdiyini nəzərə alaraq (31884x29.2%=9310) 9310 manat və ödənilmiş 138.3 manat dövlət rüsumu cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 8.İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında xx.xx.2017-ci il tarixədək qaytarmaq şərti ilə borc pulun verilməsi barədə xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəfindən cavabdehə 30.000 ABŞ dolları məbləğində pul verilmiş, cavabdeh isə götürülən pul məbləğini müqavilədə nəzərdə tutulmuş qaydada qaytarmalı olduğu halda, yəni xx.xx.2017-ci il tarixdən gec olmayaraq qaytarmalı olduğu halda bunu etməmiş və bununla da kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Bundan sonra onun tələbi əsasında Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən 16.000 ABŞ dolları məbləğində pulun alınıb ona verilməsi qət edilmişdir. Səbail rayon Məhkəməsinin qətnaməsi qüvvəyə minmiş və icraya yönəlmişdir, lakin cavabdeh aralarında bağlanmış müqaviləyə əsasən borclu olduğu pulu verməkdən imtina etmişdir. O, Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3200 ABŞ dolları və 10000 manat məbləğində vurulmuş zərərin əvəzi olaraq və 136,32 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsi 2(009)-213/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 4.683,88 manat məbləğində zərər və ödənilmiş 70 manat dövlət rüsumu tutularaq ona ödənilməsi, qalan hissədə iddia təmin edilməməsi qət edilmişdir. Səbail rayon Məhkəməsinin qətnaməsi qüvvəyə minmiş və icraya yönəlmişdir, lakin cavabdeh bu günə qədər də onunla aralarında bağlanmış müqaviləyə əsasən borclu olduğu pulu verməkdən imtina edir. Qeyd olunanlara əsasən mövcud iddia tələbi irəli sürülür. Hesab edir ki, iddia tələbi təmin edilərək, onunla cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdeh 16.000 ABŞ dolları (16.000 x 1.7=27.200 manat) əsas borcunu, 2022-ci ildə hesablanmış 4.683,88 manat məbləğində zərər, ümumilikdə 31.884 manat vaxtında qaytarmadığına görə 2 il 9 ay üzrə illik bank fatzi 7,5% olaraq (31884x7,5%x2.9=6795) 6795 manat, 2 il üçün inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 29,2% təşkil etdiyini nəzərə alaraq (31884x29.2%=9310) 9310 manat və ödənilmiş 138,3 manat dövlət rüsumu cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməlidir. Birincisi, tərəflər arasında bağlanmış borc (kredit) müqaviləsinə görə cavabdeh (Borc alan) borcu (krediti) xx.xx.2017-ci ilə kimi bütöv şəkildə ona (Borc verənə) qaytarmağı öhdəsinə götürmüşdü, lakin üzərindən 8 il keçmiş cavabdeh hələ də borcu geri qaytarmamışdır. İkincisi, onunla cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli borc müqavilə üzrə cavabdeh 16.000 ABŞ dolları (16.000x1.7=27.200 manat) əsas borcunu, 2022-ci ilə hesablanmış 4.683,88 manat məbləğində zərər, ümumilikdə 31884 manat vaxtında qaytarmadığına görə 2 il 9 ay üzrə illik bank faizi 7,5% olaraq (31884x7,5%x2,9=6795) 6795 manat cavabdehdən tutularaq ona verilməlidir. Üçüncüsü, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin müəyyən etdiyi 2 il üçün inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 29,2% təşkil etdiyini nəzərə alaraq (31884x29,2%=9310) 9310 manat cavabdehdən tutularaq ona verilməlidir. Dördüncüsü, tərəfindən ödənilmiş 138,3 manat dövlət rüsumu cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməlidir.
9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-1035/2025 saylı qətnaməsi ilə iddianın təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qərara alınmışdır.
10. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixədək qaytarmaq şərti ilə xx.xx.2014-cü il tarixdə borc müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 30.000 ABŞ dolları məbləğində pul verilmişdir. Cavabdeh isə pulu müqavilədə nəzərdə tutulmuş müddətdə qaytarmalı olduğu halda, bunu etməmiş və bununla da borc müqaviləsi ilə üzərinə düşən öhdəlikləri pozmuşdur. Qanuni qüvvəyə minmiş Səbail rayon Məhkəməsinin 2(009)-432/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh 16.000 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdehin ödəməli olduğu pul məbləğini gecikdirdiyinə görə iddiaçı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmiş və Səbail rayon Məhkəməsinin 2(009)-213/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 4.683,88 manat məbləğində zərər və ödənilmiş 70 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
11. Məhkəmə hesab etmişdir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi pozsa da, iddiaçıdan aldığı pul vəsaitinin saxlamaqla ondan faydalanmasına dair hər hansı bir sübut mövcud olmadığından, məhkəmə iddia tələbləri əsaslı hesab etmir. Digər tərəfdən məhkəmə izah etmişdir ki, qanunvericilik ödənilməli pul məbləğinin indeksləşdirilməsi ilə bağlı tərəfin (tələbkarın) məhkəməyə müraciət etmək hüququnun olmasını da nəzərdə tutur (AR MPM-nin 132-ci maddəsi). Lakin indeksasiya ilə bağlı məhkəməyə müraciət icra icraatı qaydasında verilmiş ərizə ilə həll edilməlidir. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələblərin əsaslı olması müəyyən olunmadığından, həmin tələblər əsassız hesab olunmalı və təmin edilməməlidir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 443.5, 449.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 8, 132, 119.1 və 216-220ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birincisi “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2- ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində qeyd olunan “əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər)” müddəası borclunun icranı gecikdirdiyi müddət ərzində pulun alıcılıq qabiliyyətinin azalması şəklində ifadə olunan inflyasiya nəticəsində yaranan zərəri də ehtiva edir. Borclunun pul öhdəliklərini icra etməməsi nəticəsində kreditora dəyən zərərin (həmçinin inflyasiya nəticəsində yaranan zərər) həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsi ilə müəyyən olunmuş gecikdirmə faizlərinin məbləğindən çoxdursa, borcverən (kreditor) həmin Məcəllənin 449.3-cü maddəsinə əsaslanaraq bu faizlərlə əhatə olunmayan hissədə (fərq məbləğində) zərərin əvəzinin ödənilməsini borcludan tələb etmək hüququna malikdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi barəsində verilmiş notariusun icra qeydi üzrə tutulmalı olan pul məbləği borcalan tərəfindən ödənilmədiyi təqdirdə, borcverənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən inflyasiya nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. İkincisi, tərəflər arsaında bağlanmış borc (kredit) müqaviləsinə görə cavabdeh (Borc alan) borcu (krediti) xx.xx.2017-ci ilə kimi bütöv şəkildə iddiaçıya (Borc verənə) qaytarmağı öhdəsinə götürmüşdü, lakin üzərindən 8 (səkkiz) il keçmiş cavabdeh hələ də borcu geri qaytarmamışdır. Üçüncüsü, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli borc müqaviləsi üzrə cavabdeh 16.000 (on altı min) ABŞ dolları (16.000x1.7=27.200 manat) əsas borcunu, 2022-ci ilə hesablanmış 4.683,88 (dörd min altı yüz səksən üç manat səksən səkkiz qəpik) manat məbləğində zərər, ümumilikdə 31884 (otuz bir min səkkiz yüz səksən dörd) manat vaxtında qaytarmadığına görə 2,9 (iki il doqquz ay) il üzrə illik bank faizi 7,5% olaraq (31884x7.5%x2.9=6795) 6795 manat cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Dördüncüsü, Azərbaycan Respublikasının Dövlət Statistika komitəsinin müəyyən etdiyi 2 (iki) il üçün inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 29.2 % (faiz) təşkil etdiyini nəzərə alaraq (31884 x 29.2 %=9310) 9310 manat cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beşincisi, iddiaçı tərəfindən ödənilmiş 138.3 (yüz otuz səkkiz manat otuz qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməlidir. İşə baxan məhkəmə yuxarıda göstərillənləri yanlış qiymətləndirmiş bu zaman Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə zidd mövqe tutmuşdur. Məhkəmə təqdim olunmuş subutlara deyil özünün mülahizəsinə uyğun qərar qəbul etmişdir. Belə ki, iddiaçı tərəfindən iddiasına dair mötəbər sübutlar təqdim olunduğu halda hüquqi qiymət verilməmişdir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Məhkəmə işin hallarını və qanun normalarını sadalamaqla qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 15.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında qeyd etdi ki, icra qeydi ilə bağlı məsələdə Azərbaycan Respublikası Ali Məhkəməsi, Nazirlər Kabineti və Ədliyyə Nazirliyindən arayışlar almışdır. Hüququn mahiyyəti üzrə icra qeydi qətnaməyə bərabər tutulur. Ancaq Cinayət Məcəlləsinin 306-cı maddəsində məhkəmə qətnaməsi nəzərdə tutulduğunu üçün icra qeydi ilə bağlı cinayət işi başlanıla bilmir. Daha sonra yeni iddia qaldırdılar, Xətai Rayon Məhkəməsi belə qənaətə gəldi ki, icra qeydi qüvvədə olduğu təqdirdə yeni iddia qaldırıla bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərardadı ilə yeni iddia qaldırıla bilinməsi qeyd edildi. Yeni iddia qaldırdıqdan sonra isə məhkəmə əldən çıxmış faydanın sübut edilməməsi əsası ilə iddianı rədd etdi. İddia qaldırılana qədər faydalanma məsələsi, qətnamə qəbul edildikdən sonra, icra mərhələsində gecikmələr üçün də eyni mexanizm tətbiq edilir. Onlar indeksasiya istəmir, qətnamədən sonrakı dövr üzrə olanı tələb edirlər.
17. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 445.7.Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Maddə 384.0.2.Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddələr 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 21.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanunililiyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apellyasiya şikayətini və iş materiallarını, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. 23.İşin mübahisəsiz halı odur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixədək qaytarmaq şərti ilə xx.xx.2014-cü il tarixdə borc müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 30.000 ABŞ dolları məbləğində pul verilmişdir. Cavabdeh isə pulu müqavilədə nəzərdə tutulmuş müddətdə qaytarmalı olduğu halda, bunu etməmiş və bununla da borc müqaviləsi ilə üzərinə düşən öhdəlikləri pozmuşdur.
24. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-432/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh 16.000 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə tutulması qət edilmişdir.
25. O cümlədən, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-213/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 4.683,88 manat məbləğində zərər və ödənilmiş 70 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
26. Hazırda iddiaçı onunla cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi üzrə cavabdeh 16.000 ABŞ dolları (16.000x1.7=27.200 manat) əsas borcunu, 2022-ci ilə hesablanmış 4.683,88 manat məbləğində zərər, ümumilikdə 31.884 manat vaxtında qaytarmadığına görə 2 il 9 ay üzrə illik bank faizi 7,5% olaraq (31884x7,5%x2.9=6795) 6795 manat, 2 il üçün inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 29.2% təşkil etdiyini nəzərə alaraq (31884x29.2%=9310) 9310 manat və ödənilmiş 138.3 manat dövlət rüsumu cavabdehdən tutularaq ona verilməsini xahiş edir.
27. İddiaçı 16.000 ABŞ dolları (16.000x1.7=27.200 manat) əsas borcunu, 2022-ci ilə hesablanmış 4.683,88 manat məbləğində zərərini toplayaraq, ümumilikdə 31.884 manatın vaxtında qaytarılmadığına görə inflyasiya itkilərinin kompensasiyasını tələb edir. 28.Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 15 aprel 2025-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Mülki Prosessual Məcəllənin 232-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası institutu qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən effektiv vasitədir. Belə ki, bu hüquq təkcə məhkəməyə müraciət etmək imkanını deyil, həmçinin ədalət mühakiməsi nəticəsində dövlətin adından çıxarılmış qərarın icrasının təmin olunmasını, pozulmuş hüquq və azadlıqların real bərpası imkanını ehtiva edir.
29. Ödənilməli pul məbləğlərinin indeksasiyası ilə bağlı qətnaməni çıxaran hakimin üzərinə qoyulan səlahiyyət qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşımaqla məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasından irəli gəlir. Eyni zamanda, bu institut prosessual qənaət prinsipinin məqsədləri baxımından artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə tutulmalı olan pul məbləğlərinə dair yeni iddianın qaldırılmasının qarşısını alır. Konstitusiya Məhkəməsinin Plenumu oxşar mövqeyi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 10 oktyabr tarixli Qərarında ifadə etmişdir. 30.Göründüyü kimi, borcun tutulmasına dair artıq qanuni qüvvəsini almış qətnamə vardır. Bundan sonra iddiaçı inflyasiya itkilərinin kompensasiyasını icra qaydasında tələb edə bilər.
31. Bundan əlavə, iddiaçı bank uçot dərəcəsi ilə zərərini tələb edir. İşə baxan məhkəmə «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarına istinad edərək iddianı rədd edərkən qeyd etmişdir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi pozsa da, iddiaçıdan aldığı pul vəsaitinin saxlamaqla ondan faydalanmasına dair hər hansı bir sübut mövcud olmadığından iddia tələbi təmin edilə bilməz.
32. Həmin Qərarda qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. 33.Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır:qanunsuz saxlama;qaytarmaqdan boyun qaçırma;ödənilməsini digər şəkildə gecikdirmə;başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. 34.Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. 35.Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur.
36. O cümlədən kollegiya qeyd edir ki, öhdəliyin icra edilməməsi zamanı faizlərin ödənilməsi ilə bağlı qanunvericilikdə bir sıra tənzimləmələr nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 445.7, 449.1 və 745.5-ci maddələrində müvafiq olaraq aşağıdakı müddəalar təsbit edilmişdir: - Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər; - özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər; - kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz.
37. Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.
38. Kollegiya hesab edir ki, hazırki iddia tələbi Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən qismən təmin edilə bilər. 39.Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-213/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, məhkəmə xx.xx.2019-cu ildən başlayaraq xx.xx.2022-ci ilədək 27.200 manat məbləğində pul vəsaitinin gecikmə faizi olaraq 4683.88 manat məbləğində pulun tutulmasını qət etmişdir.
40. İddiaçı da tələbində sonrakı 2 il 9 ay üzrə zərərinin ödənilməsini tələb etmişdir.
41. Kollegiya hesab edir ki, məhkəmənin qətnaməsinə əsasən tutulmuş 16000 dollar məbləğində əsas borcun 2 il 9 ay üzrə illik beş faizi, yəni 2199,4 ABŞ dolları məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
42. Kollegiya o cümlədən qeyd edir ki, iddiaçı həm qətnamə ilə tutulmuş əsas borcu, həm də faiz borcunun cəmi üzrə faizin hesablanmasını tələb etmişdir.
43. Lakin, mülki qanunvericiliyə görə faizdən faiz ödənilməsi yolverilməzdir. Bu səbəbdən kollegiya yalnız qətnamə ilə tutulmuş əsas borc üzrə 2 il 9 ay üzrə illik beş faiz zərərin hesablanmasını əsaslı hesab edir.
44. Beləliklə, kollegiya qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, 2199,4 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməli, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 30 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə rüsum iddiaçının özünə aid edilsin. 45.Kollegiya qeyd edir ki, mübahisələndirilən hissədə iddia tələbi beş min manatdan az oduğundan cavabdeh qətnamədən kassasiya şikayəti verə bilməz.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-1035/2025 saylı qətnaməsi qismən ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. 2199,4 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 30 manatı cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qalan hissədə rüsum iddiaçının özünə aid edilsin. Qətnamədən iddiaçı rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Günay Axundova Hakimlər Məhəmməd Rüstəmli Fərrux Qasımov