Məhkəmə qərarları › İş №2(103)-4168/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4168/2025

13.07.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-4168/2025 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh3 Haşım oğluna və cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: kompensasiya verilməklə mənzildən çıxarılma; maneələrin aradan qaldırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X7 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılov Ayşən Səaddin qızının katibliyi, iddiaçı İddiaçı, cavabdeh cavabdeh2 və onun vəkili vəkil1 oğlunun, cavabdeh cavabdeh1 iştirakları ilə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh3 Haşım oğlu və cavabdeh1 qarşı “kompensasiya verilməklə mənzildən çıxarılma və maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ### 2025ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının ##.##.2011-ci il tarixli, *** saylı sarəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, T. Şahbazi küçəsində yerləşən, sahəsi 26,2 kv.m olan ** nömrəli mənzilin kirayəçisi olmuş atası X8 vəfat etməsi ilə əlaqədar həmin mənzilin kirayə müqaviləsi oğlu İddiaçı adına keçirilmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2016-cı il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək cavabdeh2, cavabdeh3 Haşım oğlunun və cavabdeh1 cavabdeh İddiaçı sahibliyində olan Bakı şəhəri, Yasamal rayonu, T. Şahbazi küçəsində yerləşən, sahəsi 26,2 kv.m olan ** nömrəli mənzilə istifadə hüquqlarının tanınması və onlar həmin mənzilə köçürülməsi qət olunmuşdur; həmin qətnamə qanuni qüvvəsini almışdır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İddiaçı cavabdehlər X1, cavabdeh3 Haşım oğlu və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının ##.##.2011-ci il tarixli, *** saylı sarəncamına əsasən ona məxsus Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, 71 savlı evdə ona məxsus olan yaşayış otağından cavabdehlər X3, cavabdeh3 Haşım oğlunun və cavabdeh1 çıxarılması və Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının ##.##.2011-ci il tarixli, 403 sayli sərəncamına əsasən ona verilmiş Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ** saylı evin yaşayış sahəsi 26,2 kv.m. olan mənzilindən onun istifadəsinə maneənin cavabdehlər cavabdeh2, cavabdeh3 Haşım oğluna və cavabdeh1 və ailə üzvlərinə qadağan olunması, iddia üçün ödənilmiş 100 manat dövlət rüsumunun və hüquqi xidmətə ödənilmiş 350 manat pul vəsaitinin cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Daha sonra, ##.##.2025-ci il tarixdə iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının ##.##.2011-ci il tarixli, *** saylı sərəncamına əsasən iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ** saylı evdə iddiaçıya məxsus olan yaşayış otağından cavabdehlər cavabdeh2, cavabdeh3 Haşım oğlunun və cavabdeh1 5.000 (beş min) manat kompensasiya ödəməklə istifadə hüquqlarına xitam verilərək çıxarılmaları və Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının ##.##.2011-ci il tarixli, *** saylı sərəncamına əsasən ona verilmiş Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ** saylı evin yaşayış sahəsi 26,2 kv.m. olan mənzilindən istifadəsinə maneənin cavabdehlər cavabdeh2, cavabdeh3 Haşım oğluna və cavabdeh1 və ailə üzvlərinə qadağan olunması, iddia üçün ödənilmiş 100 manat dövlət rüsumunun və hüquqi xidmətə ödənilmiş 350 manat pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının ##.##.2011-ci il tarixli, *** saylı sarəncamına əsasən ona məxsus Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, 71 savlı evdə evin hasi 26.2 kv.m. olan mənzilin kirayəçisi olmuş atası X9 vəfat etməsi ilə əlaqədar həmin mənzilin kirayə müqaviləsi oğlu kimi o, yəni İddiaçı Buludxan oğlunun adına keçirilmişdir. Məlumat üçün bildirir ki, qeyd olunan ünvan-Bakı şəhəri, Yasamal rayonu, sahbari küçəsi, ** saylı ev kimi qeydiyyatdan keçən ev köhnə yaşayış evləridir. Eyni həyətdə bir neçə tikili var və hələ atası sağıkən hər birinin evlərini ayırıb vermişdir. X4 da evi ayrılıb verilmişdir və o da ailəsi ilə, yəni hazırki iş üzrə cavabdehlərlə bir həyətdə olan, lakin hər bir kommunal xidmətləri ayrı olan evdə yaşayırdı. Onu da məhkəmənin nəzərinə çatdırır ki, ünvan 2 ünvanında sahəsi 20 kv.m. olan bir otaq və 12 kv.m köməkçi hissə hazırki iş üzrə cavabdehlərin anası X5 adına 2005-ci il tarixdə qeydiyyatdan keçmişdir. Cavabdehlər ona məxsus olan evlə, yəni ünvan 2 ünvanında yerləşən, lakin özlərinə, yəni atasına və anasına məxsus olan evdə yaşasalar da, Yasamal Rayon Məhkəməsində ona qarşı iddia qaldıraraq, onun sahibliyində kimi qeydiyyata alınan, ünvan 2 ünvanında yerləşən mənzilə istifadə hüquqlarının tanınması və onların həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etdilər. Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2016cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh2, cavabdeh3 Haşım oğlunun və cavabdeh1 onun sahibliyində olan ünvan 2 ünvanında yerləşən mənzilə istifadə hüquqlarının tanınması və onlar həmin mənzilə köçürülməsi qət olunmuşdur. Məhkəmənin qeyd edilən qətnaməsi qanuni qüvvəsin aldıqdan bir müddət sonra cavabdehlər onun yaşadığı evin qapısının kilidini dəyişərək onu öz evinə buraxmadılar. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada ona məxsus olan evdən çıxmaq məcburiyyətində qalmışdır. Şəxsi evi ola-ola kirayədə yaşamaq məcburiyyətində qalmışdır. Bu da onun həyat şəraitinin ağırlaşmasına səbəb olur.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2781/2025 saylı ## ### 2025-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mənzildən çıxarılma hüququ mülkiyyətçiyə məxsusdur. İddiaçı isə mülkiyyətçi deyil və mübahisəli ev üzərində onun hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmamışdır. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, iddiaçı mübahsəli yaşayış sahəsinin (özbaşına tikilinin) ona məxsus olması barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, yerli baxış zamanı müəyyən edilmişdir ki, qeyd olunan ünvanda iki ayrı mənzil mövcuddur. İddiaçı hazırda mübahisələndirdiyi – cavabdehlərin yaşadığı evdə yaşamamışdır. Mübahisəli evdə cavabdehlər yaşayır. İddiaçının keçmiş həyat yoldaşı isə, eyni saylı ünvanda yerləşən başqa evdə (tikilidə) yaşayır.

8. Həmçinin məhkəmə qeyd etmişdir ki, Yasamal Rayon Məhkəməsinin *(***)- ****/**** saylı ##.##.2016-cı il tarixli qətnaməsinə əsasən cavabdeh2, cavabdeh3 Haşım oğlunun və cavabdeh1 cavabdeh İddiaçı sahibliyində olan ünvan 2 ünvanında yerləşən mənzilə istifadə hüquqlarının tanınmış və həmin mənzilə köçürülmüşlər. Göründüyü kimi cavabdehlərin qeyd olunan mənzildə istifadə hüquqları vardır.

9. Hətta mübahisəli mənzil iddiaçının qeyd etdiyi mənzil olsa da belə kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. Məhkəmə hesab etmişdir ki, cavabdehlərin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi müqabilində iddiaçı tərəfindən təklif edilən kompensasiya, ona davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli yaşayış sahəsi ilə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğ deyildir və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində onlar heç gözləmədikləri bir halda yaşayış sahəsi ilə təminatsız qalacaqlar.

10. Cavabdehlərin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi müqabilində onlara iddiada göstərilən məbləğdə kompensasiyanın ödənilməsi hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilməz. Təklif olunan kompensasiya cavabdehlərə davamlı surətdə və müəyyən müddət ərzində başqa yerdə əvvəlki yaşayış sahəsinə xas olan şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir. Əksinə təklif edilən kompensasiya məbləği yetərli deyildir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.1, 157.2, 157.4, 180.1, 180.2 və 180.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ### 2025-ci il tarixli qətnaməsindən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil özbaşına tikili deyil, qanunvericiliklə müəyyən olunmuş qaydada Yasamal Rayon İcra Hakimiyyəti Başçısının ##.##.2011-ci il tarixli, *** saylı sərəncamı ilə onun istifadəsinə və sahibliyinə verilmişdir. Lakin məhkəmə hazırda baxılan mübahisəyə qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etməməklə maddi hüquq normalarının tələblərini pozmuşdur. İşin hallarından göründüyü kimi, o, mübahisəli mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və ya mənzilin satılması və s. tələblə iddia qaldırmamışdır. Lakin məhkəmə işə əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması kimi yanaşmaqla o cür mübahisələrə tətbiq olunmalı maddi hüquq normalarını tətbiq etməklə yanlışığa yol vermişdir. İşin hallarından müəyyən olunduğu kimi, Yasamal rayon İcra Hakimiyyəti Başçısının ##.##.2011-ci il tarixli, *** saylı sərəncamına əsasən hazırda mübahisələndirilən mənzil - Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ** saylı evin yaşayış sahəsi 26,2 kv.m. olan onun sahibliyinə və istifadəsinə verilmişdir. Həmçinin işdə olan, Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2016-cı il tarixli qətnaməsinə əsasən cavabdeh2, cavabdeh3 Haşım oğlunun və cavabdeh1 onun sahibliyində olan ünvan 2 ünvanında yerləşən mənzilə istifadə hüquqları tanınmış və həmin mənzilə köçürülmüşlər, həmin qətnamə də Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2016-cı il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Mülki işin mübahisəsiz halından müəyyən olunduğu kimi cavabdehlərin mübahisələndirilən mənzildən sadəcə istifadə hüquqları mövcuddur. Lakin cavabdehlər ona məxsus mənzilə sahiblənməyə cəhd etdikləri üçün, o, maddi hüquq normasının göstərilən tələbinə əsasən onlardan özünə məxsus olan mənzili geri tələb etmişdir. Məhkəmə iddia tələbini rədd etməklə maddi hüquq normasının tələblərini pozmuşdur. İş materialları ilə müəyyən olunmuşdur ki, mübahisələndirilən mənzil qanunvericiliklə müəyyən olunmuş qaydada onun sahibliyinə və istifadəsinə verilmiş mənzildir. Lakin məhkəmə işdə olan sübutlara deyil, öz möqeyi ilə formalaşdırdığı fikrə mötəbər sübut kimi hüquqi qiymət verərək qeyd edir ki, mübahisələndiridyi mənzil cavabdehlərin istifadə etdikləri mənzil deyil. İddia ərizəsinə əlavə edilmiş sübutlardan göründüyü kimi mübahisələndirilən mənzil ona məxsusdur və cavabdehlər həmin mənzilə məhkəmə qətnaməsi ilə istifadə hüququ əldə etmişlər. Lakin məhkəmə işdə olan sübutları araşdırmamış onlardan istifadə etməmişdir. İddia ərizəsinə əlavə olunmuş, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının ##.##.2011ci il tarixli, *** saylı sərəncamından göründüyü kimi Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ** saylı evin yaşayış sahəsi 26,2 kv.m. olan mənzilin kirayəçisi olmuş X9 vəfat etməsi ilə əlaqədar həmin mənzilin kirayə müqaviləsi oğlu kimi iş üzrə onun adına keçirilmişdir. Bununla da o qeyd edilən mənzilin ona məxsus olduğunu sübut etmişdir. Lakin işə baxan məhkəmə qəbul etdiyi qətnamədə qeyd edir ki, ünvan 2 ünvanında yerləşən mənzilə baxış keçirilmiş, yerli baxış zamanı orada bir neçə mənzilin olduğu məlum olmuşdur. Cavabdehlər həmin mənzildə yaşayır, lakin ona məxsus ünvan 2 ünvanında yerləşən evin yaşayış sahəsi 26.2 kv.m olan mənzil həmin mənzil deyil, həmin ünvanda yerləşən digər mənzildir. Xüsusilə qeyd etməyi zəruri hesab edir ki, cavabdehlər mübahisələndirilən mənzilin onların yaşadığı mənzil olduğunu birbaşa göstərərək, məhkəməyə ərizə ilə müraciət edərək, qeyd edilən mənzilə dair onunla bağlanmış müqavilənin adlarına dəyişdirilməsini xahiş edirlər. Məhkəmə isə qeyd edir ki, o, mənzilin ona aid olmasını sübut edə bilməmişdir. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2016-cı il tarixli qətnaməsindən göründüyü kimi cavabdeh2, cavabdeh3 Haşım oğlunun və cavabdeh1 cavabdeh İddiaçı qarşı iddiaları təmin edilərək cavabdeh2, cavabdeh3 Haşım oğlunun və cavabdeh1 cavabdeh İddiaçı sahibliyində olan ünvan 2 ünvanında yerləşən mənzilə istifadə hüquqlarının tanınması və onlar həmin mənzilə köçürülməsi qət olunmuşdur. Bu halın, yəni hazırda cavabdehlərin təkbaşına istifadə etməyə cəhd etdikləri mənzilin ona məxsus olması işin mübahisəsiz halıdır. Lakin məhkəmə prosessual hüquq normasının tələbini pozaraq qeyd edilən mənzilin ona məxsus olmadığı qənaətinə gəlmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştiak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2 və onun vəkili vəkil1 oğlu apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliyin tələblərinə uyğun qaydada məlumatlandırılmış digər cavabdeh məhkəmə iclasında təmsil olunmamış, habelə üzrlü səbəblərdən iclasda iştirak edə bilməməsinə dair mötəbər sübutlar təqdim etməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

22. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərində müvafiq olaraq qətnamənin ləğv olunması və iddianın təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyasının

23. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

24. 32-ci maddəsində qeyd edilmişdir ki, hər kəsin şəxsi toxunulmazlıq hüququ, şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır, hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.

25. «İnsan hüquqlarının və X13 haqqında» Avropa Konvensiyasına dair * saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

26. 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

27. 159-cu maddəsinə əsasən, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

28. 163.1-ci maddəsinə əsasən, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.

29. 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

30. 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

31. 165.1-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

32. 165.2-ci maddəsinə əsasən, qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.

33. 166.3-cü maddəsinə əsasən, yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.

34. 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (1982-ci il # #### tarixli qanunla təsdiq edilmiş və ## ####### 2009-cu il tarixədək qüvvədə olmuş)

35. 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

36. 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını(ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

37. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» ## ######## 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

38. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” ## ###### 2012-ci il tarixli qərarında göstərilmişdir ki, bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

39. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyindən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin olunmalıdır.

42. Məhkəməyə müraciət edən iddiaçı bildirmişdir ki, atasının vəfatından sonra mübahisəli mənzil üzrə kirayə müqaviləsi onun adına rəsmiləşdirilmişdir. Cavabdehlər isə onlara məxsus ayrıca yaşayış sahəsi olduğu halda, iddiaçının yaşadığı mənzildən istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülmələri barədə məhkəmə qətnaməsi əldə etmiş, sonradan mənzilin qapısının qıfılını dəyişdirərək iddiaçının öz mənzilindən istifadəsinə mane olmuşlar. Nəticədə iddiaçı kirayədə yaşamaq məcburiyyətində qalmışdır.

43. Belə ki, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının ## ###### 2011-ci il tarixli *** nömrəli sərəncamı əsasında Bakı şəhəri, Yasamal rayonu, T. Şahbazi küçəsi, ** nömrəli evdə yerləşən, sahəsi 26,2 kv.m olan mənzilin kirayəçisi olmuş X10 vəfatından sonra həmin mənzil üzrə kirayə müqaviləsi oğlu İddiaçı adına rəsmiləşdirilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ######## 2016-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə X6, cavabdeh3 və cavabdeh1 Həşim oğlunun cavabdeh İddiaçı sahibliyində olan Bakı şəhəri, Yasamal rayonu, T. Şahbazi küçəsi, ** nömrəli evdən istifadə hüququna malik olduqları müəyyən edilmiş və onların həmin mənzilə köçürülmələri qərara alınmışdır. Qanuni qüvvəyə minmiş həmin qətnamədə qeyd olunmuşdur ki, iddiaçılar X6 və qeyriləri mübahisəli evin yaşayış sahəsindən istifadə hüququna malikdirlər. Onlar həmin mənzildə məhz icarədarın razılığı ilə uzun müddət yaşamış və bu səbəbdən qüvvədən düşmüş Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən həmin hüququ əldə etmişlər.

44. Hazırkı mülki iş üzrə birinci instansiya məhkəməsi cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun mövcudluğunu qüvvədən düşmüş Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən müəyyən edən və hazırkı iş üçün preyudisial əhəmiyyətə malik olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ######## 2016-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinə istinad etsə də, mübahisəli yaşayış sahəsinin hüquqi statusunu düzgün qiymətləndirməmişdir. Belə ki, məhkəmə Mülki Məcəllənin 180.1-180.3-cü maddələrinə istinad edərək mübahisə predmeti olan yaşayış sahəsinin özbaşına tikili olması və həmin sahədən çıxarılma tələbinin yalnız mülkiyyətçi tərəfindən irəli sürülə bilməsi qənaətinə gəlmişdir. Bu əsasla, iddiaçının mübahisəli yaşayış sahəsinin mülkiyyətçisi olmamasını və həmin sahə üzərində hüququnu təsdiq edən sübutlar təqdim etməməsini nəzərə alaraq, iddianın əsassız olması nəticəsinə gəlmişdir.

45. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

46. İş materialları ilə müəyyən edilir ki, mübahisəli yaşayış sahəsi özbaşına tikili olmayıb, Dövlət mənzil fonduna daxildir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının ## ###### 2011-ci il tarixli, *** nömrəli sərəncamına əsasən, Bakı şəhəri, Yasamal rayonu, T. Şahbazi küçəsində yerləşən, sahəsi 26,2 kv.m olan ** nömrəli mənzilin kirayəçisi olmuş X10 vəfatı ilə əlaqədar həmin mənzil üzrə kirayə müqaviləsi oğlu – iddiaçı İddiaçı adına rəsmiləşdirilmişdir.

47. Göstərilən hallardan da aydın olur ki, iddiaçı kirayə müqaviləsinin tərəfi kimi həmin müqavilədən irəli gələn hüquq və vəzifələrin daşıyıcısıdır. Lakin bu hal ona Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən cavabdehlərin Bakı şəhəri, Yasamal rayonu, T. Şahbazi küçəsində yerləşən, sahəsi 26,2 kv.m olan ** nömrəli mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbi ilə çıxış etmək səlahiyyəti vermir. Belə ki, həmin normanın məzmununa görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi barədə tərəflər arasında razılaşma olmadıqda, bu hüquqa yalnız mülkiyyətçinin məhkəmədə irəli sürdüyü tələb əsasında, bazar qiymətinə uyğun kompensasiya ödənilməsi yolu ilə xitam verilə bilər. Bu hüquqi mexanizm bir tərəfdən mülkiyyət hüququnun müdafiəsinə xidmət edir, digər tərəfdən isə yaşayış sahəsindən istifadə hüququnun kompensasiya müqabilində itirilməsini nəzərdə tutur.

48. İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olmadığından, qətnamə əsasında həmin mənzildən istifadə hüququ tanınmış və mənzilə köçürülmüş cavabdehlərin istifadə hüquqlarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi əsasında kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi barədə iddiası təmin oluna bilməz. Bundan əlavə, mübahisəli mənzil hazırda sosial kirayə müqaviləsi əsasında təyinatı üzrə istifadə olunur. Cavabdehlərin həmin mənzildən istifadə hüquqları məhkəmə qətnaməsi ilə tanınmış, onlar həmin ünvanda yaşayış yeri üzrə qeydiyyata alınmış və faktiki olaraq yaşayırlar. Bu səbəbdən, onların da həmin yaşayış sahəsi ilə bağlı müvafiq qanunvericilikdən irəli gələn ağlabatan və qanuni gözləntilərinin mövcudluğu istisna edilmir.

49. Bununla belə, iddiaçı Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının ## ###### 2011-ci il tarixli, *** nömrəli sərəncamı əsasında Bakı şəhəri, Yasamal rayonu, T. Şahbazi küçəsində yerləşən, yaşayış sahəsi 26,2 kv.m olan ** nömrəli mənzil üzrə əldə etdiyi hüquqların həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

50. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddiaçı mübahisəli mənzil üzrə bağlanmış kirayə müqaviləsinin tərəfi olmaqla, həmin müqavilədən irəli gələn hüquq və vəzifələrin daşıyıcısıdır. İş materialları ilə müəyyən edilmiş və cavabdehlər tərəfindən mübahisələndirilməyən hallardan görünür ki, cavabdehlərin hərəkətləri nəticəsində iddiaçı kirayəçisi olduğu mənzil üzərində faktiki sahibliyindən məhrum edilmiş, həmin yaşayış sahəsindən istifadəsinə maneələr yaradılmış və nəticədə mənzil üzərində faktiki hakimiyyətini həyata keçirmək imkanından məhrum olmuşdur.

51. İddiaçının sahibliyinə və istifadəsinə törədilmiş maneələrin aradan qaldırılmasını tələb etdiyi yaşayış sahəsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ######## 2016-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə cavabdehlərin istifadə hüquqlarının mövcudluğu müəyyən edilmiş Bakı şəhəri, Yasamal rayonu, T. Şahbazi küçəsində yerləşən, yaşayış sahəsi 26,2 kv.m olan ** nömrəli mənzildir. Hazırkı mübahisənin predmeti də məhz həmin yaşayış sahəsidir.

52. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, yaşayış sahəsinin yerləşmə koordinatlarının yenidən və daha ətraflı araşdırılmasına zərurət yoxdur. Belə ki, qeyd olunan məhkəmə qətnaməsi hazırkı mülki iş üzrə preyudisial əhəmiyyətə malik olmaqla, mübahisəli yaşayış sahəsinin mövcudluğu, yerləşdiyi yer və cavabdehlərin həmin yaşayış sahəsindən istifadə hüquqlarına dair halları artıq müəyyən etmişdir. Mülki Prosessual Məcəllənin preyudisiya ilə bağlı müddəalarına uyğun olaraq, həmin hallar hazırkı iş üzrə yenidən sübut edilməli və ya araşdırılmalı deyildir.

53. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, həmin məhkəmə iş üzrə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli yaşayış sahəsinin hüquqi statusunu düzgün müəyyən etməmiş, iddiaçının həmin yaşayış sahəsi ilə bağlı kirayə müqaviləsindən irəli gələn hüquqlarının mövcudluğunu nəzərə almamış, nəticədə isə mübahisə münasibətlərini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etməyərək mübahisəyə səhv hüquqi qiymət verməmişdir.

54. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. İşin düzgün həlli üçün əhəmiyyətli olan halları müəyyən etmədən, onlara və tərəflərin dəlillərinə qanunvericiliyə uyğun qaydada qiymət vermədən çıxarılan qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.

55. Bu qaydalara riayət edilməməsi həm Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, həm də İnsan Hüquqlarının və X13 X23 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir.

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə ## ### 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə ## #### 2008-ci il tarixli qərarlar).

57. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» ## ###### 2005-ci il tarixli * saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

58. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilmədən qəbul edildiyindən, habelə kifayət qədər əsaslandırılmadığından ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iddia qismən təmin edilməli Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının ## ###### 2011-ci il tarixli, *** nömrəli sərəncamı əsasında iddiaçı İddiaçı adına rəsmiləşdirilmiş kirayə müqaviləsinin predmeti olan Bakı şəhəri, Yasamal rayonu, T. Şahbazi küçəsində yerləşən, ** nömrəli evin yaşayış sahəsi 26,2 kv.m olan mənzilindən iddiaçının istifadəsinə maneələrin törədilməsi cavabdehlər X6, cavabdeh3 və cavabdeh1 Həşim oğluna qadağan edilməlidir.

59. Bundan başqa, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı birinci instansiya məhkəməsinə müraciət etməsi ilə əlaqədar vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə 350 manat məbləğində xərc çəkmişdir.

60. Mülki Prosessual Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.

61. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

62. Bu Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

63. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçının vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə çəkdiyi 350 manat məbləğində xərc cavabdehlər cavabdeh2 Həşim qızından, cavabdeh3 və cavabdeh1 Həşim oğlundan müştərək qaydada tutularaq iddiaçı İddiaçı ödənilməlidir. Məhkəmə bu qənaətini onunla əsaslandırır ki, iş üzrə vəkilin iştirak etdiyi məhkəmə iclaslarının və həyata keçirdiyi prosessual hərəkətlərin həcmi nəzərə alındıqda, hüquqi yardıma görə 350 manat məbləğində xərcin cavabdehlərdən iddiaçının xeyrinə tutulması ağlabatan və mütənasib hesab edilməlidir.

64. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.

65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ### 2025-ci il tarixli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının ## ###### 2011-ci il tarixli, *** nömrəli sərəncamı əsasında iddiaçı İddiaçı adına rəsmiləşdirilmiş kirayə müqaviləsinin predmeti olan Bakı şəhəri, Yasamal rayonu, T. Şahbazi küçəsində yerləşən, ** nömrəli evin yaşayış sahəsi 26,2 kv.m olan mənzilindən iddiaçının istifadəsinə maneələrin törədilməsi cavabdehlər X6, cavabdeh3 və cavabdeh1 Həşim oğluna qadağan olunsun. İddia digər hissədə rədd edilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı İddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 150 (yüz əlli) manatın 75 manatı məbləğində pul cavabdehlər cavabdeh2, cavabdeh3 Haşım oğlundan və cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı İddiaçı ödənilsin. Vəkil xərci olaraq 350 manat məbləğində pul cavabdehlər cavabdeh2, cavabdeh3 Haşım oğlundan və cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı İddiaçı ödənilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar