Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4169/2023 08.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmrin ləğvi və sair” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “əmrin ləğvi və sair”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-743/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli K- 1190 saylı əmrinin ləğv edilərək, onun işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Nərimanov Rayon Məhkəməsinin 2(005)-743/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Aytən Novruzova) ilə iddia ərizəsi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
3. İddiaçı apellyasiya şikayətini verərək, qeyd etmişdir ki, rayon məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz.
4. Yekun məhkəmə aktı qəbul edilən zaman iddiaçı, onun nümayəndəsi və vəkilinin iştirakı təmin olunmamışdır. Lakin qətnamədə iştirak etmələri qeyd olunmuşdur. Bu bir daha onu sübut edir ki, qətnamə prosessual hüquq normalına zidd olaraq qəbul edilmişdir. Hesab edir ki, məhkəmə əsassız olaraq iddianı rədd edərək qeyd edilən hüquqlarını pozmuşdur. Mülki işə əlavə edilmiş qəbzdən göründüyü kimi İddiaçı xx.xx.2023-cü il tarixdə teleqram vasitəsilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixdə olacaq məhkəmə iclasının təxir edilməsini xahiş etmişdir. Lakin məhkəmə teleqramı nəzərə almayaraq mülki işə iddiaçı, onun nümayəndəsi və vəkilinin iştirakı olmadan baxaraq qətnamə qəbul etmişdir. X16 şəhər təhsilinə rəhbər təyin olunduqdan sonra baş vermiş hadisələrlə bağlı olaraq Azərbaycan Respublikası Elm və Təhsil Naziri cənab Emin Əmirullayevə müraciət edildikdən sonra saxtakarlığın qarşısı alınaraq saxta ərizənin icraası dayandırılmış və rəsmi məktub göndərilmişdir. Lakin, iddiaçı həmin məktubla tanış olamamış və iddiaçıdan məktub gizlədilmişdir. Daha sonra isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tərtib olunmuş akt “GDRTİ”-yə göndərilmiş iddiaçı həmin sənədlərlə tanış edilmədən iddiaçı tərəfindən verilmiş vəsatətlər təmin olunmadan istintaq araşdırmaları başa çatmadan və iddiaçının iştirakı olmadan 12 oktyabr tarixdə həmkarlar təşkilatı qeyri obyektiv və qanunsuz qərar çıxarmışdır.
5. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsi, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun dəlilərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun dəlilərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi, həmçinin qeyd etdi ki, həmkarlar təşkilatının iclasında iddiaçının işdən kənarlaşdırılması barədə qərar qəbul edilib, halbuki bu təşkilat yalnız işdən çıxarılma barədə təqdimata rəy bildirə bilər. Həmçinin rayon məhkəməsində sonuncu məhkəmə iclasının təxirə salınması barədə vəsatətə versələr də, onların vəsatəti təmin edilməmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
8. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq, qeyd etdi ki, iddiaçının apellyasiya şikayəti formal xarakterlidir, iddiaçı nə əmrin, nə də aktın qanunsuzluğu ilə bağlı hər hansı dəlil irəli sürmür. Bundan başqa məktəbdə aparılan yoxlamada iddiaçı özü də iştirak edib, imza edib. Hazırda cinayət işi ilə əlaqədar istintaqın gedişində təsərrüfat işləri üzrə direktor müavini büdcəyə 10.000 manat ödəyib, bundan başqa 1800 manat, 1000 manat, 300 manat məbləğlərində ödəmələr var. Həmçinin qeyd etdi ki, hazırkı iş üzrə rayon məhkəməsində 5 məhkəmə iclası keçirilib, onların dördündə iddiaçı iştirak edib, iddiaçı yalnız sonuncu məhkəmə iclasının təxirə salınması barədə teleqram vurmuş, o da həmin vəsatətə üzrlü səbəblə balı heç bir sübut əlavə edilmədiyi üçün etiraz etmiş, rayon məhkəməsi də haqlı olaraq vəsatəti təmin etməmişdir. Rayon məhkəməsində hərətərəfli və obyektiv araşdırma aparılmaqla qətnamə qəbul edilmişdir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:
9. Mülki iş materiallarında olan:
10. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli K- 1190 saylı əmrinə əsasən İddiaçı “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.4-cü, 13.5-ci bəndlərinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş və Gəncə Şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad olunmuşdur.
11. 24.10.2022-ci il tarixli ərizənin məzmundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli, K1190 nömrəli əmrində müvafiq dəyişiklik aparılmasını Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin rəhbərliyindən xahiş etmişdir.
12. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli, E- 1065 saylı əmrinin məzmunundan görünür ki, 2021-2022-ci il tədris ili ərzində Gəncə şəhəri, 1 nömrəli tam orta məktəbdə tədrisin təşkili, müəllimlərin dərs bölgüsü, işçilərin işə davamiyyəti və tədris-pedaqoji sənədlərin aparılması vəziyyətinin yoxlanması məqsədilə Nazirliyin əməkdaşları ezam olunmuşlar.
13. 10.11.2022-ci il tarixli 453 saylı məktubun məzmunundan görünür ki, Azərbaycan Təhsil İşçiləri X13 Respublika Komitəsi tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq əmrlə razı olmadığı halda, müvafiq tələblə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
14. 19 dekabr 2022-ci il tarixli “cinayət işinin başlanması barədə” qərarın məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri X16 şəhər prokurorluğuna ərizə ilə müraciət edərək, Gəncə şəhər 1 nömrəli tam orta məktəbin direktoru İddiaçı dövlət əmlakını mənimsəməsi və həmin məktəbdə qanunsuz hərəkətlərə yol verməsi faktı əsasında Gəncə şəhər prokuroru tərəfindən Azərbaycan Respublikası CM-in 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanmışdır.
15. xx.xx.2022-ci il tarixli, 10/10 saylı məktubun məzmundan görünür ki, Gəncə- Daşkəsən Regional Təhsil İdarəsinin Gəncə şəhər üzrə Təhsil Sektorunun Həmkarlar İttifaqı Komitəsi İddiaçı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri X16- Daşkəsən Regional Təhsil İdarəsinin Gəncə şəhəri üzrə Təhsil Sektorunun Həmkarlar İttifaqı Komitəsinin sədrinə ünvanlandığı 06 oktyabr 2022-ci il tarixli 00-01- 1021/10 saylı təqdimatı ilə əlaqədar 12 oktyabr 2022-ci il tarixdə saat 16:00-da Gəncə-Daşkəsən Regional İdarəsinin Gəncə Şəhəri üzrə Təhsil Sektorunun Həmkarlar İttifaqı Komitəsinin növbədən kənar iclasında iştirak etməsini xahiş olunmuşdur.
16. 12 oktyabr 2022-ci il tarixli 92 №-li protokoldan çıxarışa əsasən, Gəncə şəhəri İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru İddiaçıyla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir.
17. xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, aktı imza edənlər qeyd edilən tarixdə məktəbdə olarkən aşağıdakıları aşkar etmişlər: 1) İX-Xİ siniflər üzrə xx.xx.2022-ci il tarixdə İ növbənin 2 və 3-cü dərs saatında şagirdlərin dərsə davamiyyətinə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, 9a sinfində 23 nəfərdən 8 nəfəri, 9b sinfində 23 şagirddən 9 nəfəri, 9c (Rus bölməsi) sinfindən 26 şagirddən 15 nəfəri, 9ç sinfindən 26 şagirddən 14 nəfəri, 9d sinfindən (Rus bölməsi) 26 şagirddən 12 nəfəri, 9e (Rus bölməsi) sinfindən 20 şagirddən 12 nəfəri, 10 b sinfindən 22 şagirddən 19 nəfəri, 10c sinfindən 21 şagirddən 16 nəfəri, 10ç sinfindən (rus bölməsi) 24 şagirddən 18 nəfəri, 10d sinfindən (rus bölməsi) 20 şagirddən 15 nəfəri, 11a sinfindən 21 şagirddən 16 nəfəri, 11c sinfindən (rus bölməsi) 25 şagirddən 22 nəfəri, dərsdə iştirak etməmişdir;
2. 10a sinfində təhsil alan 22 nəfər, 11b sinfində 27 nəfər, 11ç sinfində (Rus bölməsi) 26 şagirddən heç bir şagird dərslərdə iştirak etməmişdir. Ümumilikdə 15 sinif üzrə (İX, X, Xİ siniflər) 353 şagirddən 251 nəfəri üzrlü səbəb olmadan dərslərdə iştirak etməmiş, davamiyyət həmin siniflər üzrə 30 faiz təşkil etmişdir.
3. 11 a sinfində şagird sayı 21 nəfər olmasın baxmayaraq sinif otağında 12 nəfər şagird üçün masa qoyulmuş, otağa əlavə şagird masası yerləşdirmək otağın ölçüsünə görə mümkün deyildir.
4. Texniki heyət üzrə xadimə vəzifəsində işləyən orta və ali təhsilli işçilər X12, X4.X5, X1, X9, X6 əməf müqaviləsi üzrə vəzifə funksiyalarını və öhdəliklərini yerinə yetirmədikləri məktəbdə digər işləri (kargüzarlıq, kompüter işləri, əmr kitabının işlənməsi, ümumi nəzarət və digər) yerinə yetirdikləri izahatları ilə təsdiq edilmişdir.
5. Texniki heyət üzrə 1 nəfər fəhlə vəzifəsində işləyən ali təhsilli X10 üzrlü səbəb olmadan monitorinq günü xx.xx.2022-ci il tarixdə işdə olmamışdır.
6. Məktəbin direktoru Mətanət Qafarovanın yazılı izahatına əsasən rus bölməsində tədris aparan ingilis dili müəllimi X2 10 yanvar 2022-ci il tarixdə X3 Dubay şəhərinə getmiş,31 mart 2022-ci il tarixədək üzrlü səbəb olmadan işdə olmamış, lakin həmin aylarda əsassız olaraq işdə hesa edilərəkona əmək haqqı ödənilmişdir. Məktəb direktorunun 01 aprel 2022-ci il tarixli,6 nömrəli əmri ilə Nərmin Mircəfərova işdən azad edilmişdi. Nərmin Mircəfərovanın işdr azad edilməsi barədə ərizəsi onun ölkə xaricində olması səbəbindən anası (Aybəni tərəfindən yazılaraq direktora(M.Qafarovaya) təqdim edilmişdir. Həmçinin direktor M.Qafarova yazılı izahatında N.Mircəfərovanın sonuncu dəfə 2021-ci ilin sentyabr ayında məktəbdə gördüyünü bildirmişdir. 2021/2022-ci tədris ilində N.Mircəfərovaya evdə fərdi təhsilə cəlb edilmiş şagirdlərə dərs keçməsi üçün 3,5 saat verilmiş, sonradan həmin dərs saatı 1 saat azalaraq 2,5 saat olmuşdur.
18. Məktəbin direktoru İddiaçı yazılı izahatına əsasən aşağıda adları qeyd olunan tədris-pedaqoji və maliyyə təsərrüfat sənədləri 2022-ci ilin iyun ayında Gəncə Şəhər Prokurorluğu tərəfindən götürüldüyü bildirilmişdir.
1. Əmr kitabı (2020/2021, 2019/2020-ci tədris illəri üzrə)
2. Pedaqoji şuranın protokollar kitabı (2020/2021, 2021/2022-ci tədris illəri üzrə)
3. Pedaqoji və texniki heyət üzrə işçilərin işə davamiyyət kitabı
4. Pedaqoji və texniki heyət üzrə işçilərin şəxsi işləri, əmək kitabçaları
5. Evdə təhsil alan şagirdlərin şəxsi işləri, jurnalları
6. 2021/2022-ci tədris ili üçün İ-Xİ siniflər üzrə jurnallar
7. Buraxılan və əvəz edilən dərslərin uçotu kitabı
8. Direktor və direktor müavinlərinin iş planı Tətbiq edilən maddi hüquq normaları:
19. 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü;
20. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;
21. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
22. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; Tətbiq edilən prosessual hüquq normaları:
23. Mülki Prosessual Məcəllə
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
27. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
28. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
29. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
30. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
33. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
34. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
35. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
36. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Kollegiyanın ararşdırmaları ilə müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xx.xx.2006-cı il tarixdən Gəncə Şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmiş, qeyd edilən əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 20 oktyabr 2022-ci il tarixdən ləğv edilmişdir. Belə ki, Gəncə Şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbində Azərbaycan Respublikasının Təhsil Nazirliyinin əməkdaşları tərəfindən araşdırma aparılarkən məktəbin direktoru tərəfindən təhsil müəssisəsində tədrisin təşkili, əmək intizamına riayət olunması və digər sahələrdə bir sıra nöqsanlar aşkar edilmişdir. Qeyd edilən nöqsanlarla bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə akt tərtib edilmiş, aktda İddiaçı tərəfindən yol verilmiş nöqsanlar ayrı-ayrılıqda qeyd edilmişdir.
38. Həmçinin həmkarlar ittifaqının 12 oktyabr 2022-ci il tarixli 92 saylı iclas protokolu təqdim olunmuş, bu barədə razılığın alınması müəyyən olunmuşdur.
39. Bundan əlavə, mülki iş materiallarında olan 19 dekabr 2022-ci il tarixli “cinayət işinin başlanması barədə” qərarın məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri X16 şəhər prokurorluğuna ərizə ilə müraciət edərək, Gəncə şəhər 1 nömrəli tam orta məktəbin direktoru İddiaçı dövlət əmlakını mənimsəməsi və həmin məktəbdə qanunsuz hərəkətlərə yol verməsi faktı əsasında Gəncə şəhər prokuroru tərəfindən Azərbaycan Respublikası CM-in 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanmışdır.
40. Eyni zamanda, cavabdehin nümayəndəsi məhkəmə iclasında cinayət işi ilə əlaqədar istintaqın gedişində təsərrüfat işləri üzrə direktor müavini büdcəyə 10.000 manat ödəyib, bundan başqa 1800 manat, 1000 manat, 300 manat məbləğlərində ödəmələr edildiyini qeyd etmişdir.
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məzuniyyət hüququ ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlil hazırkı işin həlli üçün əhəmiyyət kəsb etmir.
42. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, o, sonuncu məhkəmə iclasının təxirə salınması barədə vəsatətlə müraciət etsə də, rayon məhkəməsinin onun vəsatətini təmin etməmiş, lakin qətnamədə onun iştirakını qeyd etmişdir.
43. Kollegiya bununla bağlı bildirir ki, mülki iş materiallarından görünür ki, iddiaçı və onun nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixli hazırlıq iclasında, xx.xx.2023-cü il tarixli məhkəmə iclaslarında iştirak etmiş, yalnız sonuncu xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının təxirə salınması barədə iddiaçı xx.xx.2023-cü il tarixdə vəsatət göndərmiş, lakin vəsatətə üzrlü səbəblə bağlı sübut əlavə edilmədiyindən rayon məhkəməsi onun iştirakı olmadan işə baxılması qərarına həlməkdə haqlı olmuşdur. Belə ki, MPM-in 185.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məcəllənin 185.5ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
44. Həmçinin birinci instansiya məhkəmə araşdırmaları zamanı iddiaçı öz vəkili Vəkil ilə məhkəmə iclaslarında iştirak etdiyindən, rayon məhkəməsi qətnamədə onun iştirakını qeyd etməkdə haqlı olmuşdur, bu səbəbdən də apellyasiya şikayətinin həmin dəlili əsassızdır.
45. İdidaçının apellyasiya şikayətinin digər dəlili “GDRTİ”-nin rəhbərinin ona qarşı qərəzli münasibəti olması barədə dəlilləri üzrə sübut təqdim etmədiyindən, onun həmin dəlili də əsassızdır.
46. Apellyasiya şikayətinin digər dəlili iddiaçının iştirakı olmadan 12 oktyabr tarixdə həmkarlar təşkilatının qeyri obyektiv və qanunsuz qərar çıxarmasıdır.
47. Kollegiya bununla bağlı bildirir ki, mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli aktın surətindən məlum olur ki, İddiaçı xx.xx.2022-ci il tarixdə keçiriləcək həmkarlar ittifaqının iclasına dəvət olunsa da, iclasa gəlməkdən imtina etmişdir, aktın doğruluğu imzalarla təsdiq olunmuşdur (i/v 42).
48. Mülki iş materiallarında olan Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Gəncə şəhər üzrə Təhsil Sektorunun Həmkarlar İttifaqı Komitəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, 10/10 saylı məktubun məzmunundan görünür ki, Gəncə- Daşkəsən Regional Təhsil İdarəsinin müdiri X16-Daşkəsən Regional Təhsil İdarəsinin Gəncə şəhəri üzrə Təhsil Sektorunun Həmkarlar İttifaqı Komitəsinin sədrinə ünvanlandığı 06 oktyabr 2022-ci il tarixli 00-01- 1021/10 saylı təqdimatı ilə əlaqədar 12 oktyabr 2022-ci il tarixdə saat 16:00-da Gəncə-Daşkəsən Regional İdarəsinin Gəncə Şəhəri üzrə Təhsil Sektorunun Həmkarlar İttifaqı Komitəsinin növbədən kənar iclasında iştirak etməsini xahiş olunmuş, həmçinin iclasda iştirak etməyəcəyi təqdirdə, Həmkarlar İttifaqı Komitəsinin heyəti tərəfindən onun iştirakı olmadan qərar qəbul ediləcəyi bildirilmişdir (i/v 43).
49. Bununla da məlum olur ki, iddiaçının iştirakı olmadan 12 oktyabr tarixdə həmkarlar təşkilatının qeyri obyektiv və qanunsuz qərar çıxarması barədə dəlili əsassızdır.
50. Bundan başqa, iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında qeyd etdi ki, həmkarlar təşkilatının iclasında iddiaçının işdən kənarlaşdırılması barədə qərar qəbul edilib, halbuki bu təşkilat yalnız işdən çıxarılma barədə təqdimata rəy bildirə bilər.
51. Bununla bağlı bildirilir ki, “GDRTİ” Həmkarlar İttifaqı komitəsinin 12 oktyabr 2022-ci il tarixli 92 №-li protokoldan çıxarışa əsasən, Gəncə şəhəri İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru İddiaçıyla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir (i/v 46).
52. Bundan başqa Kollegiya qeyd edir ki, iddiaçı “GDRTİ” Həmkarlar İttifaqı komitəsinin 12 oktyabr 2022-ci il tarixli 92 №-li protokolunu mübahisələndirməmişdir.
53. Beləliklə, iddiaçının apellyasiya şikayətində qeyd edilən dəlillər formal xarakterli olduğundan, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz olması barədə iddiaçı tərəfindən hər hansı sübut təqdim edilmədiyindən apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.
54. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəticə:
55. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
56. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-743/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Kamran Əkbərov