Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-417/2021 15.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı və onun vəkili X1, Cavabdeh və onun nümayəndəsi (vəkili) X2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-610/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3.276 (üç min iki yüz yetmiş altı) manat əsas borc məbləği, maddi ziyan və əldən çıxmış faydaya görə 1638 (min altı yüz otuz səkkiz) manat, 4000 (dörd min) manat məbləğində mənəvi ziyana görə təzminat, məhkəmədə hüquqlarının müdafiəsi üzrə çəkilən 1000 (min) manat və 40 (qırx) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx xxxx 2017-ci il tarixdə Bakı şəhər 4 saylı dövlət notariat kontorunun dövlət notariusu vəzifəsini icra edən X4iu tərəfindən təsdiq edilmiş kredit müqaviləsinə əsasən mən 8736 (səkkiz min yeddi yüz otuz altı) manat məbləğində borc pul almış və həmin pulu bağlanmış müqavilənin ikinci bəndinə əsasən xx.xx.2019-cu il tarixəə borc verənə tam qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh vəd verdiyi vaxtda pulu ona tam qaytarmadı və keçən 2 ilə qədər müddətdə o dəfələrlə borcu ondan tələb etsə də, müxtəlif vəd verərək o, borcu tam qaytarmamış, ona maddi və mənəvi ziyan vurmuşdur. Cavabdeh aldığı pulun yalnız 5460 (beş min dörd qüz altmış) ona qaytarmışdır. 3276 (üç min iki yuz yetmiş altı manatını) hal –hazıradək qaytarmamışdır. O pul vəsaitini cavabdehə verdikdən sonra manat dəyərdən düşüb. Belə ki, 3276 manat x25 %(əldən çıxmış fayda) = 819 manat x 2 ilə=1638 manatdanda dəymiş maddi ziyan 1638 manat pul vəsaitinin dövriyyədən çıxması nəticəsində ona maddi ziyan dəymişdir. Məhkəmədə hüquqlarının müdafiəsi üçün 1000 (min) manat xərc çəkmişdir. Keçirdiyi psixoloji sarsıntıya görə ona 4000 manat mənəvi ziyan dəymişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-610/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıdaki məzmununa uyğun əsaslandırmış, əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi haqsız olaraq iş üzrə ekspertiza təyin etmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə etmişlər və əlavə olaraq bildirmişlər ki, cavabdeh iddiaçıya borcunun qaytarılması məqsədilə öz maaş kartını vermiş və iddiaçı hər ay həmin kartdan pul çəkmişdir. Lakin cavabdeh həmin kartı bir neçə dəfə bloklamış və özü bank filialına yaxınlaşaraq hesabından pul çəkmiş, lakin həmin pul vəsaitlərini iddiaçıya ödəməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək izahatlarında bildirmişlər ki, iddiaçını 2017-ci ildən əvvəl tanıyır. Onun işlədiyi şirkətdə sürücü işləyirdi. 2016-cı ildə xanımı Elnurədən təxmini 1000-1500 manat pul götürüb. Ödəmədikcə faizlər qalxıb və 5000 manat olub. O zaman kartı Elnurədə idi, maaşını o götürürdü. Sonra 2017-ci ildə Mehmandan pul götürüb, kartını ona verib. 2 il ərzində kartı onda qalıb. Sonradan hesablayanda görüb ki, faizlərdən əlavə ona xeyir verib. 2 il ərzində 14700 manat pul çəkib. Ona görə də x xxxxxxx 2019-cu il tarixdə kartı bağlatdırıb. Çıxarışdan da görünür ki, ATM vasitəsilə çəkilən pullar Sumqayıtdan çəkilib. Az olduqda isə o pulun qalanını əldən Mehmana verib. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Mülki iş materiallarında olan xx xxxx 2017-ci il tarixli kredit müqaviləsinə əsasən borc verən İddiaçı Cavabdeh 8736 manat məbləğində pul verməyi, cavabdeh isə krediti xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il tarixədək hər ay 364 (üç yüz altmış dörd) manat olmaqla “borc verənə” (faizsiz verilmə şərti ilə) qaytarmağı öz öhdəsinə götürür. İş materiallarında olan ASB (xxxx) tərəfindən verilmiş hesabdan çıxarışından görünür ki, xx.xx.2017-ci il tarixdən-xx xxxxxxx 2019-cu il tarixə qədər hesabdan çıxarışdan görünür ki, xx.xx.2017-ci il tarixdə Sumqayıt filialından 285 manat, xx.xx.2017-ci il tarixdə Sumqayıt filialından 325 manat, xx.xx.2017-ci il tarixdə Sumqayıt filialından 315 manat, xx.xx.2017-ci il tarixdə Sumqayıt filialından 325 manat, xx.xx.2018-ci il tarixdə Sumqayıt filialından 320 manat, xx.xx.2018-ci il tarixdə Sumqayıt filialından 285 manat, xx.xx.2018-ci il tarixdə Sumqayıt filialından 320 manat, xx.xx.2018- ci il tarixdə Sumqayıt filialından 230 manat, xx.xx.2018-ci il tarixdə Sumqayıt filialından 320 manat, xx.xx.2018-ci il tarixdə Sumqayıt filialından 330 manat, xx.xx.2018-ci il tarixdə Sumqayıt filialından 90 manat, xx.xx.2018-ci il tarixdə Sumqayıt filialından 80 manat, xx.xx.2018-ci il tarixdə Sumqayıt filialından 75 manat, xx.xx.2018-ci il tarixdə Sumqayıt filialından 325 manat, xx.xx.2018-ci il tarixdə Sumqayıt filialından 325 manat, xx.xx.2018- ci il tarixdə Dərnəgül filialından 520 manat, xx.xx.2019-cu il tarixdə Sumqayıt filialından 905 manat, xx.xx.2019-cu il tarixdə Sumqayıt filialından 520 manat, xx.xx.2019-cu il tarixdə Dərnəgül filialından 495 manat, xx.xx.2019-cu il tarixdə Sumqayıt filialından 200 manat, xx.xx.2019-cu il tarixdə Sumqayıt filialından 865 manat, xx.xx.2019-cu il tarixdə Sumqayıt filialından 120 manat, xx.xx.2019cu il tarixdə Sumqayıt filialından 325 manat, xx.xx.2019-cu il tarixdə Sumqayıt filialından 695 manat, xx.xx.2019-cu il tarixdə Sumqayıt filialından 760 manat hesabdan ATM vasitəsilə çıxarılmışdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehin İddiaçı qarşısında 8736 manat məbləğində borc pulu qaytaracağı öhdəliyini götürməsi, onların arasında bununla bağlı müqavilənin bağlandığı, bununla belə həmin borcun tam ödənildiyi qənaətinə gəlmişdir. Belə ki, apellyasiya baxışı zamanı iş üzrə ekspertizanın aparılması qərara alınmış, ekspert qarşısında “mülki işin materiallarında olan sənədlər nəzərə alınmaqla Cavabdeh hesabından (VÖEN: AZE07777091, İBAN: AZxx xxxx 0000 0000 0005 8236 001) xx.xx.2017-ci ildə xx.xx.2019-cu ilədək ATM vasitəsilə hansı məbləğlərdə pul vasəti çxarılmış və çıxarılmış vəsaitlərin ümumi məbləği nə qədər olmuşdur?” sualı qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli eskpert rəyində qeyd olunmuşdur ki, Cavabdeh “xxxx” ASC-dəki hesabından çıxarışların məlumatlarından göründüyü kimi, 1002 58236 351 nömrəli hesabdan xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə ATM vasitəsilə 9.355,00 manat məbləğində pul vəsaitinin məxaric olunması müəyyən edilir. (o cümlədən: xx.xx.2017-ci il tarixdə 285 manat, xx.xx.2017-ci il tarixdə 325 manat, xx.xx.2017-ci il tarixdə 315 manat, xx.xx.2017-ci il tarixdə 325 manat, xx.xx.2018-ci il tarixdə 320 manat, xx.xx.2018-ci il tarixdə 285 manat, xx.xx.2018-ci il tarixdə 320 manat, xx.xx.2018-ci il tarixdə 230 manat, xx.xx.2018-ci il tarixdə 320 manat, xx.xx.2018-ci il tarixdə 330 manat, xx.xx.2018-ci il tarixdə 90 manat, xx.xx.2018-ci il tarixdə 80 manat, xx.xx.2018-ci il tarixdə 75 manat, xx.xx.2018-ci il tarixdə 325 manat, xx.xx.2018-ci il tarixdə 325 manat, xx.xx.2018-ci il tarixdə 520 manat, xx.xx.2019-cu il tarixdə 905 manat, xx.xx.2019-cu il tarixdə 520 manat, xx.xx.2019-cu il tarixdə 495 manat, xx.xx.2019-cu il tarixdə 200 manat, xx.xx.2019-cu il tarixdə 865 manat, xx.xx.2019-cu il tarixdə 120 manat, xx.xx.2019-cu il tarixdə 325 manat, xx.xx.2019-cu il tarixdə 695 manat, 07.092019-cu il tarixdə 760 manat). Kollegiya iddiaçının cavabdeh tərəfindən kartın bloka salındığı barədə arqumentini əsassız hesab edərək qeyd edir ki, “xxxx” ASC bankı tərəfəndin məhkəmə göndərilən məlumatdan cavabdehə məxsus kartın xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2019-cu il tarixdən, xx.xx.2019-cu il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək blokda olduğu aydın olur. Göründüyü kimi, cavabdehə məxsus kart bir neçə gün blokda olmuş və iddiaçının kartdan pul çıxarmadığı arqumenti iş üzrə verilmiş ekspert rəyinə və bank məlumatlarına əsasən inandırıcı hesab edilə bilməz. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-610/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri 145 manat İddiaçı tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmmədov Məmməd Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-417/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-417/2021
15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver