Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4174/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı övladları ilə birlikdə mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Açar sözlər: (mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X7 və X2 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (bundan sonra-üçüncü şəxs) Maraqlı şəxs, Üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili, eyni zamanda Cavabdeh vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(005)-2029/2024 saylı qətnaməsindən Cavabdeh və üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı Cavabdeh ilə 2002-ci ildə evlənmiş, nikahlarını 24 yanvar 2009-cu il tarixdə rəsmiləşdirmişlər. 2.Tərəflərin nikahından 18 iyul 2003-cü il təvəllüdlü Nəzifə, 12 avqust 2004-cü il təvəllüdlü Amin, 16 aprel 2008-cı il təvəllüdlü Qulu və 22 mart 2013-cü il təvəllüdlü Bahar adlı uşaqları var. 3.İddiaçı ailə qurduqdan sonra Bakı şəhəri, Nərimanov rayonu, A.Qərib küçəsi, 26 B saylı özbaşına tikiliyə gəlin gəldiyini, həmin tikiliyə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı (bundan sonra “iddiaçı”) Cavabdeh (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, onun uşaqları - xx.xx.2008-ci il təvəllüdlü X13 və xx.xx.2013-cü il təvəllüdlü X9 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, A.Qərib küçəsi, 26 B saylı özbaşına tikilidən ibarət fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 5.İddia tələbi belə əsaslandırılıb ki, iddiaçı ailə həyatı qurduqdan sonra cavabdehin yaşadığı ünvan 1 ünvanında yerləşən qarajda yaşamışdır. Daha sonra həmin qarajı söküb yerində fərdi yaşayış evi tikmişlər. Ev tam hazır olandan sonra iddiaçıya məxsus cehiz əşyaları həmin evdə yerləşdirilmişdir və hazırda da sözü gedən evdədir. Cavabdehlə münasibətləri pozulmuşdur və bu səbəbdən nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələbinə dair məhkəməyə müraciət etmişdir. Hazırda mülki iş məhkəmənin icraatındadır. Oğlu Amin hazırda atası ilə yaşayır. Lakin digər övladları Qulu və Bahar hazırda onun yanında yaşayırlar. Qızı Bahar “Daun sindromu” xəstəsidir. Hazırda övladları qeydiyyatda olduqları ünvan 1 yaxınlığında yerləşən məktəbdə oxuyurlar. Onların məktəbə gəlib getməsi çətinliklər yaradır. Ona və uşaqlarına məxsus bütün əşyalar köçmək istədiyi evdə yerləşir. 6.Bundan başqa, valideynlərinə məxsus evdə qardaşı öz ailəsi ilə birlikdə yaşadığına görə, öz uşaqları ilə birlikdə orada yaşaması üçün şərait yoxdur. Həmçinin qızı “Daun sindrom”lu olduğuna görə, xüsusi qayğıya ehtiyacı olan uşaqdır. Mübahisə predmeti olan ev özbaşına tikili olmaqla, hüquq müəyyənedici sənədləri yoxdur. Mübahisəli evə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olsa da, həmin ev mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Hazırkı şəraitdə cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, iddiaçının və övladlarının da həmin şərtlər daxilində evdə yaşamaq hüququ var. Mübahisəli evdən iddiaçının öz iradəsindən asılı olmayan səbəbdən çıxması onun və uşaqlarının həmin sahədə yaşamaq hüquqlarının itirilməsinə səbəb ola bilməz. Mübahisəli tikilini cavabdehlə birlikdə birgə nikah dövründə əldə etdiyindən, həmin tikilidə cavabdehlə birlikdə yaşadığından və cavabdehlə birgə təsərrüfatın idarə edilməsində iştirak etdiyindənhəmçinin mübahisəli ev onun və övladlarının yeganə yaşayış yeri olduğundan, iddia təmin edilməlidir. 7.İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 43-cü və Mülki Məcəllənin 27.1 və 27.3-cü maddələrinə istinad etmişdir. 8.Cavabdeh hər hansı dəlil irəli sürmədən iddia tələbini qəbul etmədiyini bildirərək, iddianın rədd olunmasını xahiş etmişdir. 9.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(005)- 2029/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. (hakim-Kəmalə Əmirxanova) 10.Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, qanunvericilikdə özbaşına tikililərə dair mübahisələri həll etmək üçün birbaşa tətbiq edilən maddi hüquq normaları olmadığından, mübahisəli hüquq münasibətləri 2004-cü il tarixdə yarandığından hazırki mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin qeyd olunan maddi hüquq normaları analogiya üzrə tətbiq edilməlidir. 11.Birinci instansiya məhkəməsi qeyd edilən Mənzil Məcəlləsinin tələblərindən çıxış edərək hesab etmişdir ki, iddiaçının həmin mənzilə köçürülməsi barədə tələbi əsaslıdır. Çünki iddiaçının tələbindən də göründüyü kimi, iddia edilən mənzilin hər hansı hüquq müəyyənedici sənədləri yoxdur. Həmin mənzilin əmlak kimi dövlət reyestrində qeydiyyatı aparılmamışdır. Lakin Mənzil Məcəlləsinin tələblərinə görə cavabdeh hazırda ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşadığından və həmin ev cavabdehin istifadəsində olduğundan onun arvadının – iddiaçının həmin yaşayış evində yaşamaq hüququ vardır. 12.Birinci instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 11.1, 27.1-ci, Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat 13.Cavabdeh və onun atası Maraqlı şəxs ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. 14.Cavabdeh apellyasiya şikayətini belə əsaslandırıb ki, iddiaçı ilə ailə qurduqda birbaşa atası Maraqlı şəxs məxsus fərdi yaşayış evinə köçmüş və qısa bir müddət (təxminən bir il) yaşadıqdan sonra, mübahisə səbəbindən atasına məxsus olan fərdi yaşayış evindən çıxıb, əvvəlcə Sabunçu rayonu Zabrat qəsəbəsində, daha sonra Neftçilər metrosu yaxınlığında kirayədə yaşamışlar. Lakin sonradan maddi durumları zəif olduğuna görə anasının xahişi və atasının razılığı ilə mübahisəli olan, atasına məxsus fərdi yaşayış evinə köçüblər. Onlar köçən zaman qaldıqları otaqda kirayənişin qalırdı, atası kirayənişin çıxarıb, onların yaşamalarına icazə verib. Mübahisəli fərdi yaşayış evi 1978-1980-ci illərdə atası tərəfindən tikilmiş otaq olub və həmin otaqda da daim kirayənişin yaşamışdır.Həmin yaşayış otağını atası sonradan öz hesabına təmir etdirərək genişləndirmişdir. Bu zaman iddiaçı ilə onun maddi imkanı olmadığına görə atası yenə də müvəqqəti olaraq yaşamalarına icazə vermişdir. İddiaçı, ümumiyyətlə, cehiz əşyası gətirməmişdi. Qeyd edilən əşyalar sonradan onun adına alınmış əşyalardır. İddiaçının valideyninə məxsus iki rayonda - Sabunçu rayonu, Maştağa qəsəbəsində və Abşeron rayonu, Xırdalan şəhərində mənzil vardır. İddiaçının qardaşı Almaniyada yaşayır. Mübahisəli fərdi yaşayış evi atasının maddi vəsaiti ilə tikilib, iddiaçının və onun heç bir maddi köməyi olmamışdır. Bütün kommunal ödəniş bildirişlərindən də açıq-aşkar görünür ki, mübahisəli özbaşına yaşayış evi atasının adına yazılmışdır. Hazırda da atasının istifadə və sahibliyindədir. Belə olan halda iddiaçının, nə də onun mübahisəli fərdi yaşayış evinə heç bir hüquqları yaranmır. 15.Maraqlı şəxs apelyasiya şikayəti də cavabdehin apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb və qeyd olunub ki, mübahisəli fərdi yaşayış evi ona məxsus olduğu halda, məhkəmə onu cəlb etmədən işə baxmışdır. 16.Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 oktyabr 2022-ci il tarixli, 2(103)-6549/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməmişdir. (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov, Qürbət Əsgərov) 17.Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə həqiqi hallara uyğun gəlməmiş, daşınmaz əmlakın mülki hüquqi statusu, evin sahibliyinin və digər hüquqlarının, habelə cavabdehə qarşı yönəlmiş tələbin sonuncuya aidiyyəti müəyyən edilməmiş, sahiblik və istifadə hüquqları olmuş digər şəxslərin hüquqları nəzərə alınmamış, iddiaçının irəli sürdüyü dəlillər sübuta yetirilməmiş və iddiaçının başqa ünvanda qeydiyyatda olması, habelə daşınmaz əmlakın özbaşına tikili olaraq başqa şəxsə məxsus olması müəyyən edilmişdir. Ona görə, hazırki münasibətlərdə iddiaçının və cavabdehin subyektiv hüququ müstəvisində sübutların mövcud olmaması, habelə mübahisənin mülki hüquqi səciyyəsinin müəyyən edilməməsi, analoji mülki münasibətlər baxımından belə iddianın təmin edilməsi üçün əsas olmamışdır. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia əsassız olduğundan təmin edilməməlidir. İddiaçının diqqətinə çatdırılmalıdır ki, ilk olaraq hər hansı daşınmaz əmlaka dair hüququların təsbit edilməsi üçün müvafiq icra hakimiyyətinə və ya bələdiyyəyə müraciət etməli, müəyyən edilmiş səlahiyyətə sahib müvafiq icra hakimiyyətində rəsmi qeydiyyatdan keçdikdən sonra hüquqlarının müdafiə edilməsi üçün mübahisə yaranarsa, məhkəməyə müraciət etməkdə haqlıdır. Hazırki mülki hüquq münasibətlərində cavabdehlə nikah mövcud olmadığından və nikah münasibətlərinə daxil olma tarixi maddi hüquq normalarının qeyd edilən müddəalarının analogiya üzrə tətbiqinə belə imkan vermədiyindən, iddianın təmin edilməsi hüquqdan sui-istifadəyə şərait yaradan hal kimi və məhkəmə səlahiyyətindən kənar olaraq yolverilməzdir. Diqqətə çatdırılmalıdır ki, hər hansı şəxsin mənzilə (yaşayış sahəsinə) köçürülməsi üçün, ilk növbədə qeyd edilən mənzil (yaşayış sahəsi) və ora köçmək istəyən şəxsin hüquqları mövcud olmalı və ya bu hüquqların tanınması üçün müraciət olmalıdır. Mövcud olmayan mənzilə (yaşayış sahəsinə) hüququ olmayan şəxsin köçürülməsi səlahiyyətlərdən kənara çıxma kimi qiymətləndirilməlidir. 18.Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 13, 63-67-ci, Mənzil Məcəlləsinin 30-cu, Mülki Məcəllənin 6, 11.1, 135-158, 180, 181, 185, 228-ci, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1, 2, 7-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarları ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
19. İddiaçı (vəkil- Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tərəfindən prosessual və maddi hüquq normaları kobud şəkildə pozulmuşdur. Tərəflər arasında olan mülki hüquq münasibətləri yeni MənzilMəcəlləsi qüvvəyə minməmişdən əvvəl-2002-ci ildən yaranmışdır. Bu səbəbdən də hazırkı münasibətlərə köhnə Mənzil Məcəlləsinin 53-54-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. Bundan əlavə, mübahisəli fərdi yaşayış evi tərəflərin birgə nikahı dövründə tikilib. Bunu Nərimanov Rayon Məhkəməsində Cavabdeh şəxsən etiraf etmişdir. Yəni cavabdehin atası Maraqlı şəxs onları evdən qovduğuna görə həmin həyətdə yerləşən qarajı sökərək, hazırki mübahisəli fərdi yaşayış evini tikmişlər. Subyektiv hüquqa gəldikdə isə, evin birgə tikib təmir etdiklərinə görə iddiaçının həmin evə sahiblik və istifadə hüquqları yaranmışdır. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi qanunun analogiyası ilə bağlı qanunun tələblərini pozmuşdur. Bundan əlavə, prosessual hüquq normaları pozulmuşdur. Belə ki, həmin həyətdə 2 fərdi yaşayış evi vardır. Mübahisəli ev hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs yaşadığı evlə bir həyətdə yerləşir. Cavabdeh və hüquqlarına toxunan şəxs sübutları saxtalaşdıraraq orada bir evin olduğunu qeyd etmişlər. Bu mənada işin faktiki halı araşdırılmamış, evlərə yerli baxış keçirilməmişdir. İşin həmin faktiki halına məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Mahiyyət etibarı ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs öz evində yaşayır və qətnamə onun hüquq və mənafelərini pozmur. Odur ki, hüquq və vəzifələrinə toxunan şəxsin işə cəlb olunmasının özü belə prosessual qanunvericiliyin tələblərinə ziddir. Yəni iddianın təmin olunması hüquq və vəzifələrinə toxunan şəxsin heç bir hüquq və vəzifələrini mənafelərini pozmamaqla həmin şəxs iddiaya cavab verməli olan şəxs deyildir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-784/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərar ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara almışdır. 22.Kassasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur: -Maraqlı şəxs apellyasiya şikayətinin icraata qəbul olunması zamanı prosessual qanunvericiliyin tələblərinə əməl olunmamışdır; -işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin icraatı üzrə, MPM-nin 357.1-ci maddəsində göstərilən şəxslərin şikayətlərindən fərqli prosessual qayda müəyyən edilib. Belə ki, MPM-nin 364.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə, məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər; -qanunvericiliyin tələbindən göründüyü kimi işdə iştirak etməyən şəxslər tərəfindən verilmiş apellyasiya şikayəti daxil olduqda, ilk addım qəbul edilən qətnamənin onun hüquq və vəzifələrinə toxunmasını müəyyən etməkdən ibarətdir. Birinci instansiya məhkəməsi bu məsələni araşdırmalı, həmçinin apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamalıdır. Qəbul edilən qətnamənin onun hüquq və vəzifələrinə toxunması müəyyən edilərsə və apellyasiya şikayəti MPM-in tələblərinə uyğundursa, bu barədə qərardad qəbul edilməli və apellyasiya şikayəti işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir; -lakin iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən bu qaydaya riayət olunmamışdır.Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayətinin mümkün sayılması barədə qərardadında qəbul edilmiş qətnamənin Maraqlı şəxs hüquq və vəzifələrinə toxunmasını əsaslandırmamışdır; -bundan başqa, işin hallarından göründüyü kimi, cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddiaçının irəli sürdüyü dəlillərə (evi birgə nikah müddətində inşa etmələri, həyətdə başqa evlərin də olması və s.) heç bir münasibət bildirməmiş, evinözünə deyil, atasına məxsus olması barədə fikir bildirməmiş, mübahisəli evdə bir yerdə yaşadıqlarını inkar etməmiş, sadəcə iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində isə yuxarıda qeyd olunan dəlilləri irəli sürmüşdür; -birinci instansiya məhkəməsi iddia tələbinə qarşı dəlillərini irəli sürmək üçün MPM-nin 14-cü maddəsində nəzərdə tutulan prosessual imkanları cavabdehə təqdim etmiş, lakin cavabdeh bu imkanlardan istifadə etməmişdir; -MPM-nin 47.1-ci maddəsinin tələbinə əsasən, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar; -MPM-nin 47.1 və 77-ci maddələrinin birgə təhlili o nəticəyə gəlməyə əsas verir ki, cavabdeh ona qarşı irəli sürülmüş dəlillərin məhkəmə tərəfindən onun iştirakı ilə araşdırılması üçün prosessual fəallıq göstərməlidir, məhkəmə iclasında iştirak etməli, iddiaçının tələbinə qarşı mövqeyini açıqlamalı, işin hallarına dair ətraflı izahat verməli, sübutlar təqdim etməlidir. Lazımi şərait yaradılmasına baxmayaraq, cavabdeh tərəfindən sübutlar təqdim edilmədikdə, məhkəmə işdə olan sübutlar əsasında qərar çıxarmaqda haqlıdır. -apellyasiya instansiyası məhkəməsinin iddianı rədd edərkən əsaslandığı “daşınmaz əmlakın mülki hüquqi statusunun müəyyən edilməməsi, habelə daşınmaz əmlakın özbaşına tikili olaraq başqa şəxsə məxsus olmasının müəyyən edilməsi” barədə dəlilləri ziddiyyətlidir; -nəzərə alınmalıdır ki, yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülməsi barədə iddialara baxılarkən, araşdırılmalı məsələlərdən biri istifadə hüququnun tanınması tələb olunan yerin statusu məsələsidir. Bu baxımdan ilk öncə nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin məqsədləri baxımından mənzil hüququnun obyekti yaşayış sahələridir və yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra - tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir. Qanunla müəyyən edilmiş qaydada və əsaslarla yaşayış sahəsi yaşamaq üçün yararsız hesab edilə bilər. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir (Mənzil Məcəlləsinin 12.1- 12.5-ci maddələri) -hazırki işdə iddiaçı evin özbaşına tikili olmasını bildirir və cavabdeh də bu halı mübahisələndirmir. Özbaşına tikilmiş evlərə köçürülməsi barədə işlərə baxılması təcrübəsi var və bu zaman evin statusu ilə bağlı araşdırma aparılır. Apellyasiya instansiyası məhkəməsi də evin statusunu vurğulamış, lakin evin başqa şəxsə məxsus olması barədə nəticəyə gələrkən məhkəmənin hansı sübuta istinad etməsi göstərilməyib; -iş materiallarına mübahisəli tikilin yerlədiyi ünvanda dair Mənzil İstismar İdarəsi tərəfindən tərtib olunub və möhürlə təsdiqlənmiş eskiz əlavə olunub və həmin evin Maraqlı şəxs məxsus olduğu qeyd olunub. Lakin bu evin yerləşdiyi torpaq sahəsinə kimin hüququ olması müəyyən olunmayıb; -apellyasiya instansiyası məhkəməsi iddiaçıdan bu barədə sübutun olub-olmamasını soruşmuş olsa da, ona həmin sübutu təqdim etməyi təklif etməmiş, bununla bağlı ona vaxt verməmişdir. Halbuki, MPM-in 77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Bu halın araşdırılması ona görə əhəmiyyətlidir ki, iddiaçı həyətdə iki ev olduğunuvə ikinci evin onun cavabdehlə evləndikdən sonra inşa edildiyini bildirir. Təqdim olunan evə dair eskiz isə 2005-ci ildə tərtib olunub və həmin dövrdəki vəziyyəti əks etdirir; -apellyasiya instansiyası məhkəməsinin iddianı rədd edərkən “iddiaçının başqa ünvanda qeydiyyatda olmasına” istinad etməsi də əsassızdır. Çünki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər; -göründüyü kimi, yaşayış yeri üzrə qeydiyyat, yaşayış sahəsindən istifadə hüququnun yaranmasına əsas hesab olunmur. -apellyasiya instansiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, “hazırki mülki hüquq münasibətlərində cavabdehlə nikah mövcud olmadığından və nikah münasibətlərinə daxil olma tarixi maddi hüquq normalarının qeyd edilən müddəalarının analogiya üzrə tətbiqinə belə imkan vermədiyindən, iddianın təmin edilməsi hüquqdan sui-istifadəyə şərait yaradan hal kimi və məhkəmə səlahiyyətindən kənar olaraq yolverilməzdir. ... Mövcud olmayan mənzilə (yaşayış sahəsinə) hüququ olmayan şəxsin köçürülməsi səlahiyyətlərdən kənara çıxma kimi qiymətləndirilməlidir”; -halbuki, tərəflər özləri nikahda olduqlarını, habelə mübahisəli evin mövcud olduğunu inkar etmirlər. Məhkəmə onların arasında nikahın olmamasına istinad etmək üçün nikahda olmaması barədə sübutu tələb etməmişdir; -apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd etməklə yanaşı, qeyd iddiaçının diqqətinə çatdırmışdır ki, ilk olaraq hər hansı daşınmaz əmlaka dair hüquqların təsbit edilməsi üçün müvafiq icra hakimiyyətinə və ya bələdiyyəyə müraciət etməli, müəyyən edilmiş səlahiyyətə sahib müvafiq icra hakimiyyətində rəsmi qeydiyyatdan keçdikdən sonra hüquqlarının müdafiə edilməsi üçün mübahisə yaranarsa, məhkəməyə müraciət etməkdə haqlıdır; -Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır; -tərəflər arasında yaranan mübahisə, iddiaçının mənzil hüquqlarının həyata keçirilməsi üzrə yaranmışdır. Bu baxımdan iddia tələbi işin halları nəzərə alınmaqla Konstitusiyanın mənzil hüququnu təsbit edən 43-cü maddəsi və əlaqəli normalar əsasında yoxlanmalıdır; -Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyəyönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır; -məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun; -bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin araşdırması MPM-nin 14-cü maddəsində müəyyən olunmuş işin hərtərəfli, tam və obyektiv tədqiqi prinsipinə cavab vermir.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
23.Təkrar apellyasiya baxışında apellyasiya instansiyası məhkəməsinin 07 aprel 2023-cü il tarixli qərardadı ilə hazırki iş üzrə apellyasiyanın mümkünlüyü barədə 06 sentyabr 2022-ci il tarixli və 04 oktyabr 2022-ci il tarixli qərardadlar ləğv edilmiş, qətnamədən iş üzrə tərəf olmadığı üçün birinci instansiya məhkəməsi tərəfindən işin baxılmasına cəlb edilməmiş, lakin iş üzrə qəbul edilmiş qətnamənin onun maraqlarına toxunduğunu bildirən Maraqlı şəxs verdiyi apellyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 364.2-ci maddəsinin tələblərinə uyğun olaraq qəbul edilməsi məsələsinə baxılması üçün iş Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir.
24. Nərimanov Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli qərardadı ilə Maraqlı şəxs iş üzrə maraqlarına toxunan şəxs qismində tanınmışdır.
25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 dekabr 2023-cü il tarixli, 2(103)- 7015/2023 nömrəli qətnaməsi ilə hər iki apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 iyun 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Xəyalə Cəmilova, Aytən Oruczadə) 26.Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında mübahisə doğurmayan işin faktiki hallarına görə iddiaçı ilə cavabdeh xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan onların 4 övladı doğulmuşdur. Sonradan münasibətləri pozulduğu üçün iddiaçı nikahın pozulması, uşaqların onun yanında saxlanılması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. İşə Rayon Məhkəməsi tərəfindən baxılan zaman nikahın pozulmasına dair mülki iş Nərimanov Rayon Məhkəməsinin icraatında olmuşdur. Tərəflərin birgə nikahından olan uşaqlardan ikisi yetkinlik yaşına çatmış, Qulu və Bahar isə yetkinlik yaşına çatmamışlar. İddiaçı yetkinlik yaşına çatmayan Qulu və Bahar ilə mübahisəli evi tərk etmişdir. Uşaqlar mübahisəli evin yaxınlığında yerləşən məktəbdə təhsil alırlar. Mübahisəli ev özbaşına tikilidir və cavabdeh hazırda həmin evdə yaşayır. İddiaçı ilə cavabdehin nikahı xx.xx.2023-cü il tarixdə məhkəmə qaydasında pozulmuşdur. 27.Tərəflər arasında mübahisə doğuran hal mübahisəli tikilinin ər-arvad olmuş iddiaçı ilə cavabdehə, yoxsa cavabdehin atası – birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin onun maraqlarına toxunduğunu bildirən Maraqlı şəxs məxsus olması halıdır. İddiaçı cavabdeh ilə nikaha daxil olub, ailə qurduqdan sonra cavabdehin yaşadığı və ünvan 3ünvanına gəlin kimi köçməsini və həmin ünvanda həyətdə yerləşən qarajda cavabdeh ilə birlikdə yaşamasını, lakin sonra həmin qarajda yaşamağın mümkünsüz olduğunu anlayaraq, qarajı sökərək yerində mübahisəli evi tikmələrini, ev tam hazır olandan sonra evə köçmələrini bildirir. Cavabdeh və onun atası Maraqlı şəxs isə apellyasiya şikayətində mübahisəli evin 1978-1980-ci illərdə Maraqlı şəxs tərəfindən tikilmiş otaqdan ibarət olmasını, həmin otaqda da daim kirayəçi yaşamasını, yaşayış otağını Maraqlı şəxs sonradan öz hesabına təmir etdirərək genişləndirməsini, evin tikilməsində iddiaçının və cavabdehin heç bir maddi iştirakının olmamasını bildirmişlər. 28.Apellyasiya instansiyası məhkəməsi göstərib ki, işin mübahisəli halları ilə bağlı Rayon Məhkəməsində işə baxılarkən tərəflər hər hansı sübut təqdim etməmişlər. Cavabdeh Rayon Məhkəməsində işə baxılan zaman məhkəmə hazırlıq və məhkəmə baxışı iclaslarında iştirak edərək iddiaya etiraz etdiyini bildirmiş, lakin etirazını nə ilə əsaslandırması, o cümlədən mübahisəli tikilinin atasına məxsus olması barədə Rayon Məhkəməsinə izahat verməmişdir. Mübahisəli tikilinin iş üzrə tərəflərə deyil, cavabdehin atasına məxsus olması barədə dəlil yalnız qətnamədən verilmiş apellyasiya şikayətlərində ortaya çıxmışdır. 29.Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 14.2, 77.1. 47.1 və 88 maddələrinə istinadən bildirmişdir ki, bu normaların birgə təhlili o nəticəyə gəlməyə əsas verir ki, cavabdeh ona qarşı irəli sürülmüş dəlillərin məhkəmə tərəfindən onun iştirakı ilə araşdırılması üçün prosessual fəallıq göstərməlidir, məhkəmə iclasında iştirak etməli, iddiaçının tələbinə qarşı mövqeyini açıqlamalı, işin hallarına dair ətraflı izahat verməli, sübutlar təqdim etməlidir. Lazımi şərait yaradılmasına baxmayaraq cavabdeh tərəfindən sübutlar təqdim edilmədikdə, məhkəmə işdə olan sübutlar əsasında qərar çıxarmaqda haqlıdır. 30.Apellyasiya instansiyası məhkəməsi həmçinin cavabdehin mübahisəli evlə bağlı atasına – Maraqlı şəxs məlumat verməməsi, Maraqlı şəxs mübahisəli evlə bağlı məhkəmə mübahisəsinin getməsindən xəbərsiz olmasını inandırıcı hesab etməmiş və bunu onunla əsaslanıdrmışdır ki, hər iki şəxsin verdiyi apellyasiya şikayətinin məzmun etibarilə bir-birinin oxşarlığı və dəlillərinin eyniliyi də bu qənaəti təsdiq edir. 31.Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilənlərə əsasən, hesab etmişdir ki, apellyatorların irəli sürdüyü dəlillər və təqdim etdiyi sübutlar yeni hallar və sübutlar hesab edilərək Rayon Məhkəməsinin qətnaməsinin əsaslılığı yoxlanarkən həmin dəlillərə və sübutlara istinad edilməsi yolverilməzdir. Buna görə də kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qərarında münasibət bildirdiyi müəyyən məsələlərin dəyərləndirilərək qiymət verilməsi zəruridir. 32.Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə yaşayış sahəsinə köçürülmə barədə iddialara baxılarkən, ilk növbədə iddiaçının köçürülməsini xahiş etdiyi yerin statusu müəyyən edilməlidir. Bu baxımdan ilk öncə nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin məqsədləri baxımından mənzil hüququnun obyekti yaşayış sahələridir və yaşayış sahəsi dedikdə-Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra - tələblərə) cavabverən) ayrıca sahə başa düşülür. Yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir. Qanunla müəyyən edilmiş qaydada və əsaslarla yaşayış sahəsi yaşamaq üçün yararsız hesab edilə bilər. 33.Bu növ iddiaların həllində həm də mübahisəli yaşayış sahəsinin hüquqi statusu, yəni kimə məxsus olması mütləq müəyyən olunmalıdır. Çünki, mənzil fondu Məcəllədə özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fondu kimi təsnifatlaşdırılmışdır və onların hüquqi rejiminin tənzimlənməsində fərqli cəhətlər vardır. Mənzilin hüquqi statusunun müəyyən olunması bir tərəfdən mübahisə tərəflərinin düzgün müəyyənləşdirilməsi, bununla da prosessual hüquq normalarına əməl olunması baxımından əhəmiyyətlidirsə, digər tərəfdən mübahisənin həlli üçün maddi hüquq normasının düzgün seçilməsi nöqteyi-nəzərindən zəruridir. Yaşayış sahəsinin hüquqi statusunun müəyyən olunmaması və ya düzgün müəyyən olunmaması son nəticədə səhv məhkəmə qərarının çıxarılması (maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi) ilə nəticələnəbilər. 34.Apellyasiya instansiyası məhkəməsi iddiaçı mübahisəli evin özbaşına tikili olduğunu bildirir, cavabdehdə bu halı mübahisələndirmir. İş materiallarına ünvan 5 ünvanda yerləşən yaşayış tikililərə dair Mənzil İstismar İdarəsi tərəfindən 2005-ci il tarixdə tərtib olunub möhürlə təsdiqlənmiş eskiz əlavə olunub və həmin evin Maraqlı şəxs məxsus olduğu qeyd olunub. Lakin bu evin yerləşdiyi torpaq sahəsinə kimin hüququ olması iş materiallarından müəyyən edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə qəbul etdiyi qərarında işdə iştirak edən şəxslərin diqqəti bu məsələyə çəkilsədə, ikinci apellyasiya baxışı zamanı bununla bağlı hər hansı sübut təqdim edilməmişdir. 35.Bundan başqa, iddiaçı, onunla cavabdehin birgə nikahları dövründə mübahisəli tikilinin inşa edildiyi bildirir. Apellyatorlar isə mübahisəli tikilinin 1978-1980-ci illərdə Maraqlı şəxs tərəfindən inşa edildiyini bildirsələr də, bu halı təsdiq edən sübutları Məhkəməyə təqdim etməmişlər. Yuxarıda qeyd edilən “Eskiz” 2005-ci ildə tərtib olunub və apellyasiya baxışı zamanı iş üzrə tərəflərin verdikləri izahatlardan bəlli oldu ki, mübahisəli tikili “Eskizdə” əks olunmamışdır. 36.Göstərilənləri nəzərə alan apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iş üzrə tərəflər arasında yaranmış mövcud mülki mübahisə, iddiaçının mənzil hüquqlarının həyata keçirilməsi ilə bağlıdır. Bu hal nəzərə alınmaqla iddiaya Azərbaycan Respublikası Konstitusiyasının mənzil hüququnu təsbit edən 43-cü maddəsinin və əlaqəli normalar əsasında qiymət verilməlidir. 37.Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinin xarakterinə görə qadağan edici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi norma olmasını qeyd edərək, göstərmişdir ki, hüquqi dövlətdə bütün məhrum etmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. 38.Apellyasiya instansiyasının qənaətinə görə Rayon Məhkəməsində işə baxılan zaman etirazının dəlillərini əsaslandırmamış, yalnız iddiaya etiraz etməklə kifayətlənmiş cavabdehin vermiş olduğu izahatı əsas götürməklə tərəflərin mübahisəyə baxılarkən nikahda olmasını, iddiaçının da cavabdehin arvadı kimi birgə nikah dövründə tikilmiş mübahisəli evə köçürülməsi barədə iddianı əsaslı hesab edərək təmin etməklə Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. İddiaçının və uşaqlarının cavabdeh tərəfindən qanunsuz olaraq məhrum edilməsi onların mənzil hüququnun pozulmasına səbəb olduğu üçün iddiaçı azyaşlı uşaqları ilə birgə mübahisəli evə köçürülməlidir.
Kassasiya isntansiya məhkəməsində ikinci icraat
39.Cavabdeh və maraqlarına toxunan şəxs Maraqlı şəxs (Vəkil2) birlikdə kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. 40.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm birinci, həm də ikinci apellyasiya baxışı icraatında təqdim edilən sübutlardan görünür ki, fərdi yaşayış evi Maraqlı şəxs məxsusdur, həmin fərdi yaşayış evində qeydiyyatdadır, kommunal ödənişlər onun tərəfindən aparılır. Bu isə o deməkdir ki, iddiaçı Maraqlı şəxs ailə üzvü sayılmır və onların Maraqlı şəxs fərdi yaşayış evində hüquqları yaranmır; -Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 228.3-cü maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır; -Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; -məhkəmə qətnaməsində qeyd etmişdir ki, apellyatorlar mübahisəli tikilinin 1978-1980-ci illərdə Maraqlı şəxs tərəfindən inşa edildiyini bildirsələr də, bu halı təsdiq edən sübutları Məhkəməyə təqdim etməmişlər. Yuxarıda qeyd edilən “Eskiz” 2005-ci ildə tərtib olunub və apellyasiya baxışı zamanı iş üzrə tərəflərin verdikləri izahatlardan bəlli oldu ki, mübahisəli tikili “Eskizdə”əks olunmamışdır; -qeyd edilməlidir ki, iş materialında olan ünvan 5 ünvanda yerləşən yaşayış tikililərə dair Mənzil İstismar İdarəsi tərəfindən 2005-ci il tarixdə tərtib olunub möhürlə təsdiqlənmiş eskiz əlavə olunub və həmin evin Maraqlı şəxs məxsus olduğu qeyd olunduğu açıq şəkildə qeyd edilmişdir. Eyni zamanda da mübahisəli tikilinin əvvəlki vəziyyəti olan bir otaq (iddiaçının bildirdiyi qaraj kimi deyil) kimi də qeyd aparılmışdır; -həmçinin iş materialına sonradan əlavə edilmiş vəkil sorğusuna verilmiş Nərimanov rayon 18 saylı MKİS-nin cavabında da hazırkı mübahisəli ünvan 5 ünvanda yerləşən özbaşına tikilinin giriş hissəsindəki ikimərtəbəli özbaşına tikilinin 2013-cü ildə Maraqlı şəxs tərəfindən inşa edilməsi və hazırda da istifadəsində olması qeyd edilmişdir; -məhkəmə isə qətnaməsində bu arayışın adını, ümumiyyətlə, çəkmir və hətta qeyd edir ki, mübahisəli tikilinin Maraqlı şəxs aid olmasını sübut edən heç bir sənəd əlavə edilməmişdir; -məhkəmənin bu mövqeyi əsassızdır və prosessual pozuntu hesab edilməlidir. Belə ki, maraqlarına toxunun şəxs Maraqlı şəxs məhkəmə qətnaməsindən sonradan xəbərdar olaraq işə qoşulmuş və apellyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsində işə qoşulmamış və işə cəlb edilməmişdir. Bu səbəbdən də sübutlarını apellyasiya baxışında təqdim etməsi mümkün olmuşdur. Bu səbəbdən də maraqlarına toxunan şəxsin hüquqları qorunmalı təqdim etdiyi sübutlara qiymət verilməlidir; -bundan əlavə, cavabdeh məhkəmə zalında iddianı qəbul etməmiş, birgə nikah dövründə mübahisəli fərdi yaşayış evini tikdirdiklərini etiraf etməmiş, iddiaya etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Hətta bildirdiyinə görə məhkəmə qısa çəkmiş, evin atasına yəni mənə məxsus olduğunu bildirsə də, məhkəmə bu barədə qeyd aparmamış, sübut edilməsi üçün vaxt verməmiş və həmin gündə də qərar çıxarmışdır. Cavabdehin iddiaya yazılı etirazının olmaması və bu barədə qeydlərin olmaması iddianı qəbul etmək kimi qəbul edilə bilməz; -kassasiya qərarında qeyd edilmişdir ki, mübahisəli fərdi yaşayış evinin hüquqi statusu və kimə məxsus olması və s. yenidən araşdırılsın ona uyğun qiymət verilsin. Məhkəmə bu tələbi yerinə yetirərək tərəflərə sübutlar təqdim edilməsini üçün vaxt vermişdir. İddiaçı tərəf nə birinci, nə də apellyasiya instansiyasına bir dənə də olsa sübut təqdim edə bilməmişdir. Apellyator Maraqlı şəxs isə mübahisəli tikilinin ona məxsus olması barədə həm 18 saylı MKİS 2005-ci ildə təsdiq edilmiş eskizi, hansı ki, həmin eskizdə də mübahisəli yaşayış otağının əvvəlki vəziyyəti və Maraqlı şəxs tərəfindən tikilməsi, həm də ki, hazırkı vəziyyətdə olduğu ikimərtəbəli tikilinin də 2013-cü ildə Maraqlı şəxs tərəfindən tikilməsi tam sübut edilmişdir. Hətta məhkəmə öz qətnaməsində belə həmin mübahisəli tikilinin Maraqlı şəxs tərəfindən tikilməsinin müəyyən olduğu qənaətinə gəlir. Sadəcə sübutun birinci instansiya məhkəməsində təqdim edilməməsi üçün əsaslı saymır və sübuta qiymət vermir. Hansı ki, bu sübutların Maraqlı şəxs tərəfindən təqdim edilməsi iştirak etmədiyi və işə cəlb edilmədiyi üçün mümkünsüz olmuşdur. 41.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1730/2024 nömrəli, 14 2023-cü il tarixli qərarı ilə, Cavabdeh və qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 7015/2024 nömrəli, 19 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına qaytarılması qərara alınmışdır. 42.Kassasiya instansiya məhkəməsi öz qərarıdan qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi bu iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 31 yanvar 2023-cü il tarixli qərarında şərh edilən göstərişlərin birinə – Maraqlı şəxs qətnamə ilə maraqlarına toxunan şəxs olub-olmamasına – əməl etsə də, digər göstərişlərinə əməl etməmişdir. Halbuki Ali Məhkəmənin həmin göstərişləri iddia tələbi üzrə tərəflər arasındakı hüquq münasibətlərinin müəyyən edilməsi və mübahisənin qanuni və ədalətli həlli üçün mühüm əhəmiyyət daşımışdır. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə isə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. 43.İşdən görünür ki, iddia tələbi özbaşına hesab edilən yaşayış sahəsinə köçürülmə barədədir. İddiaçı həmin yaşayış sahəsini cavabdehlə (hazırda keçmiş əri ilə) birgə nikah vaxtı özlərinin yaşayış sahəsinə ehtiyaclarını ödəmək üçün tikdiyini bildirmişdir. Qətnamə ilə maraqlarına toxunan şəxs isə müvafiq sübutlar təqdim edərək qeyd edilən yaşayış sahəsinin nə iddiaçıya, nə də cavabdehə aid olmadığını, həmin ünvanda olan mübahisəli fərdi yaşayış evinin 1978-1980-ci illərdə özü tərəfindən tikildiyi otaq olmasını və həmin otaqda da daim kirayənişin yaşamasını bildirmişdir. 44.Apellyasiya instansiyası məhkəməsi Maraqlı şəxs irəli sürdüyü dəlillər və təqdim etdiyi sübutları yeni hallar və sübutlar hesab edərək onlara istinad edilməsinin yolverilməz olduğunu bildirmişdir. 45.Məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, qətnamə ilə maraqlarına toxunan şəxsin təqdim etdiyi sübutların göstərilən əsasla yolverilməz olması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin halları baxımından prosessual qanunvericiliyə uyğun olmamışdır. 46.Belə ki, işdən görünür ki, Maraqlı şəxs apellyasiya şikayətinin maraqlarına toxunan şəxs kimi mümkünlüyü məsələsi hazırki iş üzrə birinci kassasiya baxışında müzakirə predmeti olmuş və kassasiya instansiyası məhkəməsinin qərarında bu barədə müvafiq göstəriş olmuşdur. Qeyd edildiyi kimi, apellyasiya instansiyası məhkəməsi həmin göstərişə əməl edərək, Maraqlı şəxs apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardadı ləğv etmiş, qətnamənin Maraqlı şəxs maraqlarına toxunub-toxunmaması məsələsinin həlli məqsədilə müvafiq prosessual hərəkətlərin edilməsi üçün işi birinci instansiya məhkəməsinə göndərmişdir. 47.Birinci instansiya məhkəməsi müvafiq sübutlara əsasən Maraqlı şəxs qətnamə ilə maraqlarına toxunan şəxs kimi tanımış, apellyasiya instansiyası məhkəməsi də qətnamə ilə maraqlarına toxunan şəxs kimi Maraqlı şəxs apellyasiya şikayətini mümkün hesab etmişdir.
48. Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 49.Göründüyü kimi, prosessual qanunvericilik apellyasiya instansiyası məhkəməsinə yeni sübutlar təqdim edilməsini, bir qayda olaraq qadağan etsə də, bundan istisnanı da nəzərdə tutmuşdur, bu istisna da ondan ibarətdir ki, işdə iştirak edən şəxslər həmin sübutları birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. 50.Hazırki işin mübahisəsiz hallarına görə də Maraqlı şəxs birinci instansiya məhkəməsində işə baxılmasına cəlb edilməmişdir. Bu da o deməkdir ki, Maraqlı şəxs obyektiv səbəblərdən iddiaya etirazını və buna dair sübutlarını məhz apelyasiya instansiyası məhkəməsinə təqdim etmişdir. 51.Belə olan halda, Maraqlı şəxs irəli sürdüyü dəlillər və təqdim etdiyi sübutları yeni hallar və sübutlar hesab edərək onlara istinad edilməsinin yolverilməz olması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ziddiyyətli olmuşdur: məhkəmə bir tərəfdən həmin şəxsin apellyasiya şikayətini qətnamə ilə maraqlarına toxunan şəxs kimi mümkün hesab etmiş, digər tərəfdən də onun təqdim etdiyi sübutları gecikmiş hesab edərək qəbul etməmişdir. 52.Nəticədə Maraqlı şəxs istər birinci, istərsə də ikinci apellyasiya baxışında iddiaya etirazının əsası kimi istinad etdiyi sübutlar qiymətləndirilməmiş, onun şahid dindrilməsi ilə bağlı vəsatəti açıq qalmış, iddia həmin sübutlara və vəsatətə qiymət verilmədən həll edilmişdir.
53. Mülki Prosessual Məcəlləyə görə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. (MPM, 9.3, 14.2, 218.1, 220.4-cü maddələr)
54. Maraqlı şəxs iddiaya etirazının əsası kimi istinad etdiyi sübutlara qiymət verilmədiyi üçün, sübut etmə yükünün bölüşdürülməsində də səhvə yol verilmişdir. Qeyd edildiyi kimi, iddiaçı köçmək istədiyi yaşayış sahəsinin cavabdehlə (keçmiş əri ilə) birgə tikməsinə, qeyd edilən ünvanda qətnamə ilə maraqlarına toxunan şəxsə aid olan evdən savayı, başqa bir evin də olmasına istinad etmişdir. Qarşı tərəf orada bir evin olmasını bildirmiş və müvafiq sənədlər təqdim etmişdir. Bu baxımdan, qeyd edilən ünvanda qətnamə ilə maraqlarına toxunan şəxsə aid olan evdən savayı, başqa bir evin də olması və bu evin onunla keçmiş ərinin vəsaiti hesabına tikilməsi halını sübut etmə vəzifəsi iddiaçının üzərində düşmüşdür. 55.İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi nəinki qarşı tərəfin iddiaya etirazına dair sübutlarını araşdırmamış, hətta tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı iddiaçının hansı sübutuna qiymət verdiyini də qətnaməsində göstərməmişdir. 56.Ümumiyyətlə, iddiaçının iddia tələbinin əsas kimi istinad etdiyi hansı halların müəyyən edilməsi, bununla bağlı hansı sübutun araşdırılması da qətnamədən görünmür. 57.Halbuki ikinci apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin göstərişlərinə tam əməl edilməklə, işin halları müəyyən edilməli və bundan sonra qanuni və əsaslı qətnamə çıxarılmalı idi. Bu da məhz sübutlara qiymət verilməsi ilə olmalı idi. Lakin apellyasya instansiyası məhkəməsi yuxarıda qeyd edildiyi kimi qarşı tərəfin iddiaya etirazının əsası kimi istinad etdiyi sübutların yol verilməz olduğunu bildirməklə kifayətlənərək, qətnaməsini əsasən kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən göstərişlərlə əsaslandırmışdır.
58. Bu da o deməkdir ki, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin hazırki iş üzrə əvvəlki qərarında şərh edilən göstərişlərlə bağlı tam araşdırma aparmadan Ali Məhkəmənin qərarında apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməli olan hallar kimi qeyd etdiyi məsələləri müəyyən edilmiş hallar kimi göstərərək Ali Məhkəmənin həmin qərarını iddianı təmin etmək üçün formal əsas kimi qəbul etmişdir. 59.Buna görə də məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı Ali Məhkəmənin qərarına apellyasiya instansiyası məhkəməsinin yuxarıda göstərilən yanaşmasını formal yanaşma hesab etmişdir. 60.Məhkəmə kollegiyası qeyd etmişdir ki, hər hansı iş üzrə Ali Məhkəmənin qərarı müvafiq olaraq mübahisənin bu və ya digər formada həll edilməsi üçün formal əsas kimi götürülməməlidir. Bütün hallarda konkret iş üzrə Ali Məhkəmənin əvvəlki qərarında şərh edilən göstərişlərə tam şəkildə əməl olunmalı, məhz bundan sonra mübahisə üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
61.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya instansiya məhkəməsindəki üçüncü icraat
Məhkəmə icraatı iştirakçılarının izahatları
62.Məhkəmə kollegiyasının iclasında Cavabdeh öz apellyasiya şikayətini müdafiə etdi, müstəqil tələb irəli sürməyən 3-cü şəxsin apellyasiya şikayətini qəbul edərək, izahatında qeyd etdi ki, 2002ci ildə ailə qurmuşdur, sonra 2003-də uşaq anadan olanda qardaşı ilə yola getmədilər, ona görə evdən çıxdılar, Zabratda kirayədə qaldılar, bir xeyli kirayədə qalandan sonra təzədən 2004-cü ildə qayıdıb atası gillə yaşamağa başladılar. Sonra oğlu oldu, bundan sonra yenə evdən çıxıb yenə evə gəlirdilər. Bir xeyli yaşayandan sonra yenə söz-söhbət oldu, bir neçə dəfə gedib-gəldilər. 2016-cı ildə gəldilər yenə qaraj olan evə. Oranı atası tikib. Atasıgil evi tikəndə, təxminən 2014-cü ildə, ev yarı beton yarı şifer idi. Yenə yaşaya bilmədilər, dava-dalaşa görə. 2020-ci ildə Qara Qarayevə köçdülər, sonra qızı qaçırdılar (2021-ci ildə). Sonra maşınını satıb Almaniyaya getdi gəldi. İddiaçının anası gəlib qızını apardı ki, boşatdırıram. İddiaçı anası ilə öz xoşu ilə getmişdir. 63.Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Maraqlı şəxs öz apellyasiya şikayətini müdafiə etdi, cavabdehin apellyasiya şikayətini qəbul edərək, izahatında qeyd etdi ki, o, oranı jekdən də kağız verdilər, qəflətən tikmişdir. Birmərtəbəli ev idi, sonra təmir elətdirib 2-ci mərtəbəni düzəltdi. Nə vaxt tikilməyi yadında deyil, oğlunun 2005-ci ildə toyu olub, həmin vaxt o ev var idi. 7-8 il bundan qabaq olub, oranı yenidən bir də təmir eləyib, 1-ci mərtəbəni söküb, 2-ci mərtəbəni də saldı. Bunlar qaraj-qaraj deyir, qaraj olsa maşın salardılar ora, ora ev olub. Bunlar kirayə yaşamağa getdilər, onlarla yaşamadılar. Əvvəl onun evində qalırdılar, sonra yenə çıxıb kirayədə yaşamağa getdilər. Sonra qız nişanlananda qudaların arasında söz-söhbət oldu, qızı vermək istmirdilər, qız da qoşulub qaçdı. Qızı qaçırdandan sonra barışıq oldu. X1 təzə gəlmişdilər, qız gedəndən sonra heç 2 ay yaşamadılar, anası dedi mən qızımı boşatdırıram, deyib getdi. 64.Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili, eyni zamanda Cavabdeh vəkili Vəkil2 izahatında qeyd etdi ki, bu günə qədər həmin mənzilin birgə nikah dövründə tikilməyinə dair hər hansı bir sübut təqdim edilməmişdir, özünün ifadəsində və iddia ərizəsində də həmin mənzildən məcburi qaydada çıxarılması ilə bağlı hər hansı bir fikir yoxdur. Kassasiya şikayətində özlərinin belə bir ifadəsi var ki, Maraqlı şəxs bizi evdən qovduğuna görə həmin həyətdə yerləşən qarajı sökmək məcburiyyətindən yaşamağa yeri olmadığından hazırki fərdi yaşayış evini tikmişlər. Yəni 2013-cü ildən tikildiyini qeyd etsə də bildirir ki, bir il təmir olmadı və bir il ərzində mən köçdüm ora və 2021-ci ildən Qara Qarayevdə qaldığını bildirir və qalma səbəbini də bir il ərizində qaldı və təmir olmadı ona görə olduğunu qeyd etdi. 2013-cü ildə tikilən mənzil 2021-ci ilədək təmir olunmayıbsa və həmin müddət ərizində harada yaşamaqları barədə də məlumat vermir. 2021-ci ildə təmir edilib yekunlaşmışsa həmin vaxta qədər harada yaşamaqları barədə sübut yoxdur. İddia tələbində 26B ünvanında köşürülməsini tələb etsə belə 26B ünvanında bir neçə mənzil var. İddia tələblərində belə konkretlik yoxdur. 2021-ci ildə həmin mənzil təmir olunub yekunlaşmışsa belə qızlarının toyunu niyə orada eləmirdilər?! Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia tələbi təmin edilməməlidir. 65.Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətlərini qəbul etməyərək, izahatlarında və sədrlik edənin suallarına cavab olaraq qeyd etdilər ki, iddiaçı 2002-ci ildə nikahsız qaydada ailə həyatı qurmuşdur, gəlin gələndə yolun başındakı, qaynatasının yaşadığı, yerli baxış zamanı olan evdə yaşamışdır. Bu böyük qız birinci sinifə gedən zamana qədər davam etdi, onda 2009-cu ildə nikaha girmişdir. Ondan sonra, daha doğrusu ondan əvvəl münaqişə oldu, gecəylə onları qaraj dedikləri yerə çıxardılar. Münaqişə nikahdan əvvəl oldu, qardaşı evləndi ondan sonra münaqişə düşdü. İli yadında deyil, münaqişə qardaşı evlənəndən sonra oldu. Qaraja münaqişədən sonra yığışdılar, tarixi dəqiq yadında deyil. Ailə qurduqdan (2002ci ildən) böyük qızı olana kimi (2003-cü il təvəllüdlü) həmin evdə qayınatasıgildə yaşamışdır. 2008ci ildə orada (qarajda) idi artıq. Sonra da qarajı tikib ev elədilər. Qaraj sölükəndə yuxarı evə, əvvəl yaşadığı evə köçdülər, qarajın sökülmə tarixini bilmir, dəqiq yadında deyil. Qaraj tikilib ev olanda 4- 5 ay orada yaşamağa başladırlar, ayrılana qədər orada yaşadılar, 3 il olub ki, ayrılıblar. Oradan çıxıb kirayədə yaşamağa 1 dəfə gedib, ili yadında deyil, Qara Qarayevə getmişdi. Orada hardasa 1 il yaşadı, Qara Qarayevə ona görə getmişdir ki, evdə təmir gedirdi, hər yer tör-töküntü idi deyə. Sonrada qayıtdılar. Böyük qızı ailəlidir. Nişanı kirayədə qaldığı yerdə oldu. 3 il olub ki, böyük qızı nişanlanıb, nişanı Qarayevdə oldu. 2020-ci ilin axırı, 2021-ci ilin əvvəli olardı. Nişanlanandan bir xeyli sonra həmin evə qayıtdılar. Qız bir az xəstələndi, həm də təmir qurtardı deyə həmin evə qayıtdılar. Qızın həmin evə qonaq gəldiyi vaxt şəkillər var idi, amma, telefonu format olub deyə hamısı silinib. Qızının iyul ayının 18-i, ad günü toyu olub. Nişandan sonra həmin evə qayıtmağı çox çəkmədi. (xx.xx.2021-ci il tarixldə Qara Qarayevdə çəkilmiş şəkli göstərir). Şəkildə qızının toyuna gedirlər. Qarayevdən həmin evə 2021-ci ildən, nişandan sonra qayıtdılar. Ayrılana qədər həmin evdə yaşadılar, 3 il olar ayrılıb, 2022-ci ildə ayrılıb. Həmin evdən çıxardılar deyə çıxdı. Gecəylə uşağın platarlarını da atdılar ki, lazım deyil xəstə uşaqdı. Qapını bağladılar ki, uşaq çıxmasın çölə, 102-yə zəng vurdular ki, uşağı oğurlayır, o da dedi ki, öz uşağıdı, oğurlamır. Onu həmin evdən qovmaqları ilə bağlı sübut kimi uşaqdan soruşa bilərlər, uşaq nə lazımdı bilir. Evin tikilməyi ilə bağlı sübut kimi deyə bilər ki, qarşı tərəf özü etiraf edibdir. Onun sübutu bir Allahdı bir də dediyi sözdür.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
66. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu, onların mahiyyətinə zidd deyildirsə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
67. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
68. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 69.Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 70.Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 71.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 72.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
73. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. 74.Maddə 420.Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
75.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 76.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 77.Məhkəmə kollegiyası tərəflərin və 3-cü şəxsin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. 78.Belə ki, işin mübahisə olunmayan halı ondan ibarətdir ki, tərəflər 2002-ci ildə nikah qeyd etdirmədən faktiki nikaha daxil olmuş, xx.xx.2009-cu il tarixdə rəsmi nikah qeyd etdirmişlər. Birgə nikahdan onların 4 övladı dünyaya gəlmişdir. Sonradan münasibətləri pozulduğu üçün iddiaçı nikahın pozulması, uşaqların onun yanında saxlanılması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. İşə birinci instansiya məhkəməsi tərəfindən baxılan zaman nikahın pozulmasına dair mülki iş Nərimanov Rayon Məhkəməsinin icraatında olmuşdur. Tərəflərin birgə nikahından olan uşaqlardan ikisi yetkinlik yaşına çatmış, Qulu və Bahar isə yetkinlik yaşına çatmamışlar. İddiaçı yetkinlik yaşına çatmayan Qulu və Bahar ilə mübahisəli evi tərk etmişdir. Uşaqlar mübahisəli evin yaxınlığında yerləşən məktəbdə təhsil alırlar. Mübahisəli ev özbaşına tikilidir və cavabdeh hazırda həmin evdə yaşayır. Tərəflərin nikahı xx.xx.2023-cü il tarixdə məhkəmə qaydasında pozulmuşdur. 79.Tərəflər arasında mübahisə doğuran hal mübahisəli tikilinin ər-arvad olmuş iddiaçı ilə cavabdehə, yoxsa cavabdehin atası-işə sonradan cəlb edilmiş, üçüncü şəxs Maraqlı şəxs məxsus olması halıdır. İddiaçı cavabdeh ilə nikaha daxil olub, ailə qurduqdan sonra cavabdehin yaşadığı və ünvan 3ünvanına gəlin kimi köçməsini, əvvəlcə cavabdehin valideynləri ilə birlikdə yaşamasını, sonra münasibətləri korlandığı üçün həmin ünvanda həyətdə yerləşən qarajda cavabdeh ilə birlikdə yaşamasını, lakin sonra həmin qarajda yaşamağın mümkünsüz olduğunu anlayaraq, qarajı sökərək yerində mübahisəli evi tikmələrini, ev tam hazır olandan sonra evə köçmələrini bildirir. Cavabdeh və onun atası Maraqlı şəxs isə apellyasiya şikayətində mübahisəli evin 1978-1980-ci illərdə Maraqlı şəxs tərəfindən tikilmiş otaqdan ibarət olmasını, həmin otaqda da daim kirayəçi yaşamasını, yaşayış otağını Maraqlı şəxs sonradan öz hesabına təmir etdirərək genişləndirməsini, evin tikilməsində iddiaçının və cavabdehin heç bir maddi iştirakının olmamasını bildirmişlər. 80.Kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, məhkəmələr işin mahiyyəti üzrə düzgün həll olunması üçün zəruri olan həddə işin hallarını araşdırmamışdır. Məhkəmələr tərəfindən mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxarır. Bu da öz növbəsində həmin məhkəmə aktı ilə hər-hansı hüquqi nəticəyə gəlinməsinə ciddi çətinliklərin yaranmasına səbəb ola bilər. Bu baxımdan mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar. 81.Kollegiya qeyd edir ki, MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. 82.Hazırki işin mübahisəsiz hallarına görə də üçüncü şəxs Maraqlı şəxs birinci instansiya məhkəməsində işə baxılmasına cəlb edilməmişdir. Göründüyü kimi, üçüncü şəxs Maraqlı şəxs obyektiv səbəblərdən iddiaya etirazını və buna dair sübutlarını məhz apelyasiya instansiyası məhkəməsinə təqdim etmişdir. 83.Belə olan halda, üçüncü şəxs Maraqlı şəxs irəli sürdüyü dəlillər və təqdim etdiyi sübutları yeni hallar və sübutlar hesab edərək, onlara istinad edilməsinin yolverilməz olması qəbuledilməzdir. 84.Buna görə də, üçüncü şəxs Maraqlı şəxs iddiaya etirazının əsası kimi istinad etdiyi sübutlar qiymətləndirilməlidir. 85.Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli iclasında üçüncü şəxs Maraqlı şəxs tərəfindən təqdim olunmuş şahid X3 ifadəsində və ona verilən suallara cavab olaraq bildirmişdir ki, 1992-ci ildən 2003-cü ilədək Bayramın evində kirayədə qalmş, sonra ev alaraq çıxmışdır. Məhkəmə iclas zalındakılardan Bayramı, onun oğlunu və gəlinin tanıyır. Bayram kişi ona qarşı mehriban olub, o evin (qapının ağzındakı evin) birinci mərtəbəsinin tikintisində kömək etmişdir. Həmin ev 1995-96-ci illərdə tikilmiş, düzünü desə qapının yanında qaraj qapısı var idi, amma içəridən götürülüb ev olunmuşdu, qapının arxasından divar hörüldü ev oldu. Tikilməmişdən qabaq həyət idi, balaca giriş qapısı var idi. Balaca qapı təxminən 1 metr olardı, böyük qapı da var idi. Böyük qapının ölçüsü böyük idi, 3 metr olardı, hündürlüyü 2-2,5 metr olardı. O qapının arxasından divardı hörərək ev eləmişlər. Özləri hörmüşlər, hörgüsünə o da köməklik etmişdir. Üstü açıq qaldı, sonra üstünə beton tökdülər. Sonra o, bir müddət, 1992-2003-cü illərdə orada yaşadı. Orada yaşadığı müddətdə Bayramın ailəsi, qohumlarını görmüşdür. İddiaçını orada görmüşdür. Xanımı 2014-cü ildə öz evinə qonaq gələndə görmüşdür. Bayramın evində Gülər xanımı görməmişdir. İddiaçının toyunda (2002- 2003-cü illərdə, təxminən 2003-cü axırlarında) olmuşdur. İddiaçını toydan sonra orada görməmişdir. 2003-cü ildə toyunda olmuşdur, sonra ev alıb çıxmışdır, aşağı mərtəbəni tikmiş, orada yaşamışdır, sonra ev alıb çıxmışdır. Toy 2002-ci ildə olubsa, onda o səhv eləyir, o, 2001-ci ildən oradan çıxmışdır. Onların toyunda öz evindən gəlmişdir. 2002-ci ildə Nərimanov rayonu ərazisində kirayədə qalmış, 2003-cü ildə özünə ev alımışdır. Toyunda neçənci ildə iştirak etdiyini qarışdırır, 2002 ya da 2003-cü il idi. İddiaçı o çıxandan sonra orada yaşayıb. O, Bayramla qohumdur. Babaları qohumdur. Evin tikilmə vaxtını qarışdırır, 1993-1997-ci illər arasında olmalıdır. 2-ci mərtəbəni kimin tikməsini bilmir, o, iştirak etməmişdir. İddiaçını gəlin köçəndə görmüşdür, toyunda olmuşdur, həmin evə gəldi, sonra onlar yerini dəyişdi. Yaşadığı ev əvvəl aşağıda ev var idi, sonra 1995-1996-cı illərdə qapının arxasındakı divarı tikib ev elədilər, qaraj dedikləri yerdə qaldılar. Oranı özü tikmişdir, tikməyi Bayram demişdir. O, qalanda 2-ci mərtəbəsi yox idi. 86.Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli iclasında üçüncü şəxs Maraqlı şəxs tərəfindən təqdim olunmuş şahid X4 ifadəsində və ona verilən suallara cavab olaraq bildirmişdir ki, məhkəmə iclasındakılardan Bayramı, oğlunu və gəlnini tanıyır, Bayramla ailəvi dostdurlar. Evləri yaxın deyil, bir az aralıdır. 2004-2005-ci illərdə görmüşdür, gəlin kimi, Yaşarın yoldaşı idi. Qapıdan girəndə sol tərəfdə tualet, hamam var idi, sonra qardaşının evi, sonra Bayramın evi idi. Son bir ilə qədər gedib gəlmişdir. Son bir ilədək orada tualet, hamam görmüşdür. Sol tərəfdəki tualet hamam deyəsən birmərtəbəli idi. Bir dənə Bayramın evi var idi ikimərtəbə. Dar cığırdan keçəndə sağda heç nə yoxdur, qapıdan girən kimi solda tualet hamam var. 2004-2005-ci illərdə gəlini o evdə görməmişdir, həyətdə görə bilər. Gəlini orada görmüşdür, Yaşarın yoldaşıdır. 87.Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli iclasında üçüncü şəxs Maraqlı şəxs tərəfindən təqdim olunmuş şahid X12 ifadəsində və ona verilən suallara cavab olaraq bildirmişdir ki, məhkəmə zalındakılardan Bayramı, oğlunu və şahidləri də tanıyır. Yaşarı təxmini 2007-2008-ci ildən, 15 ildən çoxdur tanıyır, gedib-gəlirdi. 2007-2008-ci illərdə Montində yaşayırdı, ailəli idi, həyətə girən kimi olan evdə yaşayırdı, solda idi, bir otaqlı idi. Yaşarın evində oturub söhbət etmişdir, evdə stol-stul şkaf və sairə var idi. Pəncərə görməmişdir, bir qapısı var idi. Evin tikilməyini görməmişdir, o gedəndə tikili idi, yəqin ki, Bayram kişi tikmiş olar. Gözü ilə görməmişdir. Şəkillərə baxır həmin ev olduğunu bildirir. Neçənci ildən o evə gedib-gəldiyi yadında deyil, 15-16-17 ildi. Sonuncu dəfə 1 həftə əvvəl getmişdir. İçərisinə girməmişdi. Belə bilirdi ki, tikiblər, o da iştirak etmişdir. Fəhlə kimi 1-2 gün kömək eləmişdir. Kömək eləməyi Bayram kişi ona demişdir. Pul verməmişdir. 88.Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli iclasında üçüncü şəxs Maraqlı şəxs tərəfindən təqdim olunmuş şahid X10 ifadəsində və ona verilən suallara cavab olaraq bildirmişdir ki, məhkəmə iclasındakılardan Bayramı, oğlunu, yoldaşını, şahidləri də tanıyır. O, Bayram kişinin evində “Molyarka” işi görmüşdür. O, evə Bayram kişiyə görə gedirdi, pulunu alıb, işini görürdü, iş gördüyü yer qapıdan girəndə soldakı evin içərisi idi. Bir otaqlı ev idi, qaldırıb iki otaqlı etdilər. Yaşarın toyunda iştirak etməmişdir. Nə vaxt ailə qurduğunu bilmir. Bayram onu 2012-2013-cü ildə çağırmışdır, işləməyə. Evin uzunu 3,5 metr, eni 2,5 metr idi. 2-ci mərtəbənin üstü şifer idi. Usta kimi işləyəndə Yaşarı görürdü, yoldaşını görmürdü. Evin qapısı küçədən idi, ölçüsü 1-1.5 metr olardı. Qapı əvvəl 2 dənı idi, indi 1 dənədir. Qapını indi də görür, balaca dəmir qapıdır. 2012-2013-cü ildə yaşar orada yaşayırdı. Qapı göy rəng idi. Yaşar ona pul verməyib. Orada “alçipan” olmayıb, o etmişdir sonradan. 89.İşin hallarından göründüyü kimi, cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddiaçının irəli sürdüyü dəlillərə münasibətdə iddianı qəbul etməmiş, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Bununla bağlı birinci instansiya məhkəməsində məhkəmə iclaslarının heç bir çəkilişi mövcud deyildir. 90.Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, Maraqlı şəxs iddiaya etirazının əsası kimi istinad etdiyi sübutlara qiymət verilmədiyi üçün, sübut etmə yükünün bölüşdürülməsində də səhvə yol verilmişdir. Qeyd edildiyi kimi, iddiaçı köçmək istədiyi yaşayış sahəsinin cavabdehlə (keçmiş əri ilə) birgə tikməsinə, qeyd edilən ünvanda qətnamə ilə maraqlarına toxunan şəxsə aid olan evdən savayı, başqa bir evin də olmasına istinad etmişdir. Qarşı tərəf orada bir evin olmasını bildirmiş və müvafiq sənədlər təqdim etmişdir. Bu baxımdan, qeyd edilən ünvanda qətnamə ilə maraqlarına toxunan şəxsə aid olan evdən savayı, başqa bir evin də olması və bu evin onunla keçmiş ərinin vəsaiti hesabına tikilməsi halını sübut etmə vəzifəsi iddiaçının üzərində düşmüşdür. 91.Yuxarı instansiya məhkəməsinin göstərişlərinə uyğun olaraq, iddiaçıya köçmək istədiyi yaşayış sahəsinin cavabdehlə (keçmiş əri ilə) birgə tikməsinə dair sübutlar təqdim etməsi təklif olunsa da, iddiaçı bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir. 92.Kollegiya qeyd edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). 93.Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. 94.Bu qənaətə gələrkən kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 95.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. 96.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 97.Məhkəmə kollegiyası tərəflərin iştirakları ilə mübahisəli ünvana yerli baxış keçirmişdir. Yerli baxış zamanı müəyyən olunmuşdur ki, həyətə giriş qapısından sol tərəfdə ardıcıl olaraq, uzununa tikilmiş bir-birinə bitişik tikililər mövcuddur. Qapıdan sağ tərəfdə isə qonşu sahədir. Həyətə daxil olan kimi sol tərəfdə ikimərtəbəli tikili yerləşir. Həmin tikili ayrıca bir tikili deyil, digər tikililərlə birlikdə ardıcıl yerləşmişdir. Həyətdə həmin tikililərdən ayrıca tikili mövcud deyildir. İddiaçı həmin tikilinin qaraj olduğunu, özünün orada yaşadığını, sonradan cavabdehlə birlikdə oranı söküb, ikimərtəbəli ev tikdiklərini bildirdi. Cavabdeh isə bunun həqiqətə uyğun olmadığını, həmin tikilini əvvəllər atası Bayramın tikdiyini, sonradan sökərək, yerində ikimərtəbəli tikilini də atası Bayramın tikdiyini bildirdi. Bu halı müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs də təsdiq etdi. 98.İş materiallarına ünvan 5 ünvanda yerləşən yaşayış tikililərinə dair Mənzil İstismar İdarəsi tərəfindən 2005-ci il tarixdə tərtib olunub möhürlə təsdiqlənmiş eskiz əlavə olunub və həmin evin Maraqlı şəxs məxsus olduğu açıq şəkildə qeyd edilmişdir. Həmin eskizdə mübahisəli tikilinin əvvəlki vəziyyəti bir otaq (iddiaçının bildirdiyi qaraj kimi deyil) kimi də qeyd aparılmışdır. 99.Həmçinin iş materialına sonradan əlavə edilmiş vəkil sorğusuna verilmiş Nərimanov rayon 18 saylı MKİS-nin cavabında da hazırkı mübahisəli ünvan 5 ünvanda yerləşən özbaşına tikilinin giriş hissəsindəki ikimərtəbəli özbaşına tikilinin 2013-cü ildə Maraqlı şəxs tərəfindən inşa edilməsi və hazırda da istifadəsində olması qeyd edilmişdir. 100.Həmçinin şahid ifadələrindən də göründüyü kimi, mübahisəli tikilinin iddiaçı tərəfindən deyil, Maraqlı şəxs tərəfindən tikilməsi halı öz təsdiqini tapır. 101.Beləlikdə tədqiq edilmiş sübutlarla iddiaçının köçmək istədiyi yaşayış sahəsinin cavabdehlə (keçmiş əri ilə) birgə tikməsi halı öz təsdiqini tapmamış, əksinə həmin tikilinin Maraqlı şəxs tərəfindən tikilməsi halı tam olaraq təsdiq olunmuşdur. 102.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməsi ilə bağlı qanuni və əsaslı deyildir. 103.Beləki, Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 104.Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 105.“Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 228-ci mаddəsinin və Mənzil Məcəlləsinin (1982-ci il redаksiyаsı) 123-cü mаddəsinin birinci hissəsinin şərh edilməsinə dаir” Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin 27 iyul 2001-ci il tаrixli Qərаrınа əsаsən, 2000-ci ilin sentyаbr аyının 1-dən sоnrа yаşаyış evindən (mənzildən) istifаdə edilməsi ilə əlаqədаr yаrаnаn hüquq münаsibətləri ilə bаğlı mübаhisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci mаddələrinin qаydаlаrınа uyğun, bu tаrixədək yаrаnmış hüquq münаsibətləri ilə bаğlı mübаhisələr isə Mənzil Məcəlləsinin (1982-ci il redаksiyаsı) 123-cü mаddəsinin qаydаlаrınа uyğun həll edilməlidir. 106.İddiaçı cavabdehlə 2002-ci ildə rəsmi nikah qeyd etdirmədən mübahisə predmeti olan yаşаyış evində yaşamış, nikahlarını 24 yanvar 2009-cu ildə rəsmiləşdirmişlər. 107.Qeyd olunmalıdır ki, iddiаçının köçmək istədiyi yаşаyış evi mübahisəli hüquq münasibətinin yarandığı dövrdə, yəni 2009-cu ildən indiyədək rəsmi olaraq dövlət reyestrində qeydiyyata alınmamışdır. Tikililərin üçüncü şəxs Maraqlı şəxs tərəfindən inşa edilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Həmin özbaşına tikili fiziki obyekt olaraq özündə üçüncü şəxs Maraqlı şəxs əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. İddiaçı bunun əksiniyəni köçmək istədiyi tikilinin ozü və cavabdeh tərəfindən tikilməsini təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etməmişdir. 108.Belə olan halda, mübahisə qanunun analogiyası üzrə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri tətbiq edilməklə həll edilməlidir. 109.Birinci instansiya məhkəməsi evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığına istinad edərək, mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsini tətbiq etməmiş, bunun əvəzində isə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrini tətbiq etmişdir. Halbuki bu yanaşma isə Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin 27 iyul 2001-ci il tаrixli Qərаrındakı hüquqi mövqeyə zidd olmuşdur. 110.Kollegiya hesab edir ki, MM-nin 228-ci maddəsinə əsasən iddiaçı üçüncü şəxsin ailə üzvü hesab olunmur. 111.İddiaçının “digər şəxs” kimi evə köçürülməsinə gəldikdə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında analoji hüquqi məsələ ilə bağlı belə şəxslərin dairəsinə kimlərin daxil olması barədə hüquqi mövqe sərgiləmiş və müəyyən etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın birbirinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. 112.Oxşar yanaşma keçmiş Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrində nəzərdə tutulmuş “digər şəxslər” ifadəsinə də aid edilə bilər. 113.Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hər hansı şəxsin ailə üzvü və ya digər şəxs kimi yaşayış sahəsinə köçürülməsi zamanı ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü olması və ya özünün saxlanılmasını mülkiyyətçidən tələb etmək hüququ olan şəxs olub-olmamasına qiymət verilmədən, onun həmin evə köçürülməsi düzgün olmamışdır. 114.Kollegiya hesab edir ki, hazırki halda iddiaçı üçüncü şəxsin ailə üzvü və ya digər şəxs olmadığından, onun hazırki tələbi təmin oluna bilməz. 115.Beləliklə, qeyd olunanlara əsasən kollegiya hesab edir ki,apellyasiya şikayətləri təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. 116.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
Qət etdi: Cavabdeh və üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(005)-2029/2024 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov