Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4177/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, Cavabdeh və Qətnamə ilə maraqlarına toxunulan şəxs X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(011)- 7258/2019 saylı qətnaməsindən Cavabdeh və qətnamə ilə maraqlarına toxunulan şəxs X7 tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan övladları xx xxxxxx 2008-ci il təvəllüdlü X5 və xx xxxx 2012-ci il təvəllüdlü X8 ilə birlikdə Bakı şəhəri Xətai rayonu Qafqaz küçəsində 37/8 ünvanında yerləşən fərdi yaşayış sahəsinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə ailə qurduqları 2006-cı ildən etibarən Bakı şəhəri Xətai rayonu Qafqaz küçəsində 37/8 ünvanında yerləşən evdən ailə üzvü kimi istifadə edərək yaşamağa başlamış və cavabdehlə birgə təsərrüfat aparmışdır. Həmin ünvanda yerləşən fərdi yaşayış evi özbaşına tikilidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlə nikahları pozulmuş, birgə nikahlarından doğulmuş xx xxxx 2007-ci il təvəllüdlü X3 atasının yanında, xx xxxxxx 2008-ci il təvəllüdlü X2 və xx xxxx 2012-ci il təvəllüdlü X6 iddiaçının yanında saxlanılması qət edilmişdir. İddiaçı cavabdehlə münasibətləri pisləşdiyi və nikahlarına xitam verildiyi üçün ünvan 3 ünvanında yerləşən evdən çıxmaq məcburiyyətində qalmışdır. İddiaçıya məxsus olan məişət və qızıl zinət əşyaları hələ də həmin ünvanda yerləşən evdə qalmaqdadır. İddiaçı iki azyaşlı uşağı ilə birlikdə müvəqqəti olaraq valideynlərinin evinə sığınmışdır. Hazırda onun yaşamağa başqa yeri yoxdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(011)- 7258/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh və qətnamə ilə maraqlarına toxunulan şəxs X7 ayrı-ayrılıqda həmin qətnamədən apelyasiya şikayətləri verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Hər iki apelyasiya şikayəti eyni məzmunlu olmaqla belə əsaslandırılmışdır ki, mübahisəli mənzil X7 tərəfindən inşa olunmaqla onun faktiki sahibliyindədir. Çünki onun İddiaçı qarşı həmin mənzildən cehiz əşyalarının çıxarılması tələbi olmuş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək qətnamə qanuni qüvvəsini almışdır. Qanuni qüvvəsini almış həmin qətnamə ilə mübahisəli mənzilin onun faktiki sahibliyində olması halı təsdiq edilmişdir. Bununla eyni zamanda iddiaçının həmin mənzildə yaşamaq və istifadə etmək hüququnun olmaması qənaətinə gəlmək mümkün olar. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edərək izahatına əlavə olaraq bildirdi ki, o qarşı tərəfə təklif etmişdir ki, onlara kreditlə ev alsın, ilkin ödənişi o ödəsin, qalan məbləği isə, yəni aylıq krediti iddiaçı özü ödəsin. Çünki o, İddiaçı kifayət qədər yüksək məbləğdə aliment verir. Hətta onda olan uşağa görə o ödənilən alimentdən imtina edə bilər. Mübahisəli mənzil atasının faktiki sahibliyindədir. Həmin mənzili atası tikmiş, onlar hazır mənzilə köçmüşlər. Evin tikilməsində nə onun, nə də İddiaçı heç bir əməyi olmamışdır. İddiaçının həmin mənzilə tələb irəli sürmək hüququ yoxdur. Bundan əlavə, birgə nikahda olduqları dövrdə İddiaçı dəfələrlə ona xəyanət etmiş, qonşuluqda yaşayan şəxslər dəfələrlə bunun şahidi olmuş, boşanma ilə bağlı keçirilmiş məhkəmə prosesində şahidlər bu faktı təsdiq etmişlər. Buna görə də İddiaçı həmin evə qayıtmağa mənəvi haqqı yoxdur və bu, gələcəkdə tərəflər arasında xoşagəlməz hadisələrin baş verməsinə səbəb ola bilər. İzahatının sonunda Cavabdeh şikayətlərin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı isə şikayətin təmin edilməməsini xahiş edərək izahatına əlavə olaraq bildirdi ki, qarşı tərəfin təklifi ilə razılaşmır. Çünki onun kredit ödəməyə imkanı çatmır, ödənilən alimenti isə uşaqlarının ehtiyaclarına sərf edir. Onun əsas tələbi uşaqlarının atasının ona imkan daxilində ev alıb verməsidir ki, uşaqları ilə birgə sığınacaqları olsun. Köçmək istədiyi fərdi yaşayış evinin keçmiş qaynatası Bariz Quliyevə məxsus olmasını etiraf edir. İzahatının sonunda İddiaçı şikayətlərin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, qətnamə ilə maraqlarına toxunulan şəxs X7məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(011)-7258/2019 saylı qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. Mülki işin materiallarından görünür ki, İddiaçı Cavabdeh ilə xx xxxxxx 2006-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, tərəflər 2006-cı ildən etibarən ünvan 3 ünvanında yerləşən evdə yaşamışlar. Həmin ünvanda yerləşən fərdi yaşayış evi özbaşına tikilidir. Tərəflər arasındakı nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx xxxx 2007-ci il təvəllüdlü X3 atası Cavabdeh, xx xxxxxx 2008-ci il təvəllüdlü X2 və xx xxxx 2012-ci il təvəllüdlü X6 anaları İddiaçı yanında saxlanılması qət edilmişdir. İddiaçı və cavabdeh arasında münasibətlər pisləşdiyi üçün 2017-ci ilin oktyabr ayında iddiaçı həmin evdən çıxmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(004)-1638/2019 saylı qətnaməsindən görünür ki, birgə nikah dövründə əldə olunmuş əmlaklar tərəflər arasında bölünmüş, İddiaçı məxsus olan cehiz əşyalarının ünvan 3 “a” saylı evdən çıxarılması qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(103)-9336/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı apelyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(004)-1638/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə---İddiaçı tələbinin təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisəli ev özbaşına tikili olduğundan, qanunun analogiyası tətbiq olunmaqla, tərəflər arasında mübahisəli münasibət xx xxxxxxx 2009-cu il tarixdən əvvəl yarandığından və bu münasibətlər mülki qanunvericiliklə birbaşa tənzimlənmədiyindən, hazıkı mübahisəyə həmin vaxt qüvvədə olan mənzil qanunvericiliyinin normalarını tətbiq etmişdir. Birinci instansiya məhkəməsi belə hesab etmişdir ki, İddiaçı Bakı şəhəri Xətai rayonu Qafqaz küçəsində 37/8 ünvanında yerləşən özbaşına tikiliyə cavabdehin razılığı ilə ailə üzvü kimi köçərək orada yaşadığından, cavabdehlə birgə təsərrüfat apardığından, iddiaçının özünə məxsus evi olmadığından və mübahisəli ev iddiaçının yeganə yaşayış yeri olduğundan, orada Cavabdeh ilə bərabər hüquqlar əldə etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, tərəflərin izahatlarından və iş materiallarından görünür ki, mübahisəli mənzil iddiaçının keçmiş qaynatası X1 və istifadəsində olmuşdur. İddiaçı iddia ərizəsində 2006-cı ildə ailə qurduqdan sonra Bakı şəhəri Xətai rayonu Qafqaz küçəsində 37/8 ünvanında yerləşən fərdi yaşayış evinə köçdüyünü, 2018-ci ildə həmin evdən çıxdığını, ona məxsus məişət və qızıl zinət əşyalarının həmin evdə qaldığını göstərmişdir. İş materiallarında olan tərəflər arasında nikahın pozulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsinin surətindən də görünür ki, tərəflər həmin ünvanda yaşamışlar. İşdə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı məxsus olan bir sıra əşyalar Bakı şəhəri Xətai rayonu Qafqaz küçəsində 37/8 “a” ünvanında yerləşən fərdi yaşayış evində qalmış, həmin əşyaların evdən çıxarılması qət edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri Xətai rayonu Qafqaz küçəsində 37/8 ünvanında, İddiaçı isə ünvan 46/2D ünvanında qeydiyyatdadır. İşin faktiki hallarından görünür ki, İddiaçı köçmək istədiyi Bakı şəhəri Xətai rayonu Qafqaz küçəsində 37/8 ünvanında yerləşən fərdi yaşayış evi özbaşına tikili olsa da, faktiki olaraq iddiaçının keçmiş qaynatası X7 tərəfindən inşa olunmuşdur. İş materiallarında həmin fərdi yaşayış evinin İddiaçı və onun keçmiş əri Cavabdeh birgə vəsaiti hesabına tikilməsi barədə heç bir sübut yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh və qətnamə ilə maraqlarına toxunulan şəxs X4 apelyasiya şikayətləri təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(011)- 7258/2019 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası rədd edilsin. Apelyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıdan tutularaq apelyatorlara ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4177/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4177/2020
08.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver