Məhkəmə qərarları › İş №2(103)-4179/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4179/2023

16.08.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4179/2023 16.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: müqavilə öhdəliklərinin icra edilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1053/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçıların nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İş materilları ilə müəyyən edilir ki, "xxxx" MMC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 01061K və 01062K saylı ilkin müqavilələrə görə, İddiaçı2 və İddiaçı1 mülkiyyətində olan ünvan 1 ünvanında ümumi sahəsi 66,8 kvm müvafiq hüquq müəyyənedici sənədlə təsdiq edilməyən sahə ilə birlikdə 108 kv.m olan fərdi yaşayış evini "xxxx" MMC-yə təhvil vermiş, müqavilədə əks olunmuş şərtlərə əsasən, bu ilkin müqavilənin qüvvəyə mindiyi tarixdən 18 aydan gec olmayaraq, notariat qaydasında əsas alqı-satqı müqaviləsinin bağlanması üçün zəruri olan hüquq müəyyənedici sənədlərin layihə icraçısına təqdim edilməsi üzrə Paylı mülkiyyətçinin öhdəliklərinin yerinə yetirilməsi şərtilə, bu ilkin müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 18 aydan gec olmayaraq, paylı mülkiyyətçiylə, həmin ərazidə yeni tikiləcək binada ümumi sahələri 94,10 kv.m və 45.60 kv.m olan 2 (iki) tam təmirli mənzilin hər birinin ½ hissəsinin alqı-satqısı haqqında notariat qaydasında əsas alqı-satqı müqaviləsinin bağlanması və əsas alqı-satqı müqaviləsi bağlanana qədər yaşayış evinin kirayələnməsi üçün hər ay 350 manat miqdarında kirayə haqqının paylı mülkiyyətçiyə ödənilməsi öhdəliyini, paylı mülkiyyətçi isə bu İlkin müqavilənin “ç” bəndində göstərilmiş evin boşaldılaraq, layihə icraçısına təhvil verilməsi və bu İlkin müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 18 aydan gec olmayaraq, notariat qaydasında əsas Alqı-satqı müqaviləsinin bağlanması üçün zəruri olan hüquq müəyyənedici sənədlərin layihə icraçısına təqdim edilməsi öhdəliyini və bu ilkin müqavilənin müddəalarına əməl edilməsi şərtilə, Yeni mənzillərin ½ hissəsinin layihə icraçısından qəbul edilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Hazırda iddiaçılar RR Constructions” tərəfindən Nərimanov rayonunun Mayakovski küçəsində tikilmiş yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 94.10 kv.m olan tam təmirli mənzilin və 11-ci mərtəbəsində ümumi sahəsi 45,60 kv.m olan digər tam təmirli mənzilin verilməsi, həmçinin mənzillər təhvil verilən anadək aylıq müəyyən edilmiş kirayə haqlarının məcburi qaydada ödənilməsi, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin onlara ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-yə həvalə edilməsini tələb edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 06 mart 2020-ci il tarixli ilkin müqavilələrə uyğun olaraq, onlara Cavabdeh tərəfindən Nərimanov rayonunun Mayakovski küçəsində tikilmiş yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 94.10 kv.m olan tam təmirli mənzilin və 11-ci mərtəbəsində ümumi sahəsi 45,60 kv.m olan digər tam təmirli mənzilin verilməsi, həmçinin mənzillər təhvil verilən anadək aylıq müəyyən edilmiş kirayə haqlarının məcburi qaydada ödənilməsi, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin onlara ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, 27 ünvanda yerləşən 77A saylı fərdi yaşayış evi DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu ildə verilmiş çıxarışa əsasən onların paylı mülkiyyətindədir. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2004-cü ildə verilmiş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan da müəyyən olunur ki, qeyd olunan 77A saylı fərdi yaşayış evi 1972-ci ildə inşa edilməklə ümumi sahəsi 66,8 kv.m olan 3 yaşayış otağından ibarət olmaqla, evin torpaq sahəsi 108,1 kv.m tikintialtı torpaq sahəsi isə 82,5 kv.m-dir. Həmin evi ailəsi 1996-cı ildə almış və həmin vaxtdan orada yaşamışlar. Həmçinin Bakı şəhəri 38 saylı MKİS tərəfindən tərtiib edilmiş sexmdən də müəyyən olunur ki, 77A saylı fərdi yaşayış evinin boş həyətyanı torpaq sahəsi 26 kv.m təşkil edir. Tərəflər arasında bağlanmış 06 mart 2020-ci il tarixli ilkin müqavilələrə əsasən bütün sənədləri MMC-yə təqdim etmişlər. MMC nümayəndələri tərəfindən yaşayış evi və torpaq sahəsinin ərazi ölçülmüş, sonuncu razılaşmaya əsasən ümumi sahəsi 66,8 kv.m olan, hüquqmüəyyənedici sənədlə təsdiq edilməyən sahə ilə birlikdə 108 kv.m torpaq sahəsi olan fərdi yaşayış evinin MMC-yə verilməsi nəticəsində həmin ərazidə yeni tikiləcək binada ümumi sahəsi 94.10 kv.m və 45 kv.m olan 2 tam təmirli mənzilin hər birinin ½ hissəsinin alqı-satqı bağlanmaları, habelə binada mənzil təhvil verilən günədək hər ay hər birinə 350 manat kirayə məbləğinin ödənilməsi barədə qarşılıqlı razılığa gəlmişlər. Belə ki, sahəsi 94,10 kv.m olan mənzil yeni tikiləcək 2-ci binanın 9-cu mərtəbəsində, yaşayışın isə 7-ci mərtəbəsinə, sahəsi 45,6 kv.m olan isə birinci binanın 11-ci (yaşayışın 9-cusu) mərtəbəsində olmalı və MMC tərəfindən tam təmir edilmiş vəziyyətdə təhvil verilməli idi. Onlar isə ona həmin 45,6 kv.m mənzili 1-ci binanın 4-cü (yaşayışın 2-ci) mərtəbəsində verəcəklərini bildirdilər. Məhz bu razılaşmalar nəzərə alınaraq paylı mülkiyyətlərində olan 77A saylı fərdi yaşayış evini boşaldaraq MMCyə təhvil verilmiş, özləri isə kirayədə yaşamağa başlamışlar. Binanın tikintisi bitəndən sonra Cavabdeh MMC rəhbərliyi müqavilə öhdəliklərini icra etməkdən süni surətdə yayınmışdır.

4. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraz təqdim edərək, birgə iddiaçılar cavabdeh şirkətlə bağlanan müqavilələr üzrə öhdəliklərin icrasına dair hissədə qeyd edirlər ki, müqavilə üzrə birgə iddiaçıların üzərinə düşən öhdəliklər tam şəkildə icra edilsə də, cavabdeh şirkət müqavilə öhdəliklərinə əməl etmir və birgə iddiaçılara ümumi sahəsi 45 kv.m. olan mənzili verməkdən müxtəlif bəhanələrlə yayınmağa cəhd edir. Lakin işin halları onu deməyə əsas verir ki, müqavilə öhdəliklərini cavabdeh yox, birgə iddiaçılar icra etməmişlər. RR Constructions” MMC ilə İddiaçı2 arasında 06 mart 2020-ci il tarixli 01061K nömrəli müqavilə və Cavabdeh MMC ilə digər İddiaçı1 arasında 06 mart 2020-ci il tarixli 01062K nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilələr mahiyyət etibarilə öhdəliklərin qarşılıqlı icrasına əsaslanır. Belə ki, sözügedən müqavilələr üzrə birgə iddiaçılar 2 əsas öhdəliyi üzərlərinə götürmüşlər: 1) müqavilə qüvvəyə mindiyi tarixdən etibarən 3 təqvim günü ərzində evi boşaldılaraq Layihə İcraçısına təhvil vermək və 2) müqavilə qüvvəyə mindiyi tarixdən etibarən 18 aydan gec olmayaraq, daşınmaz əmlaka dair hüquq müəyyənedici sənədləri layihə icraçısına təqdim etməli idi. Məhz birgə iddiaçılar tərəfindən yuxarıda qeyd edilən hər 2 şərt tam şəkildə icra edildiyi təqdirdə, cavabdeh 2 öhdəliyi icra etməyi öhdəsinə götürmüşdür. Payçıların hər birinə ilkin müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 18 aydan gec olmayaraq, həmin ərazidə yeni tikiləcək binada ümumi sahələri 94.10 kv.m. və 45.60 kv.m. olan 2 (iki) tam təmirli mənzilin hər birinin ½ hissəsinin alqi-satqısi haqqında notariat qaydasında əsas alqı-satqı müqaviləsinin bağlanması və 2) yaşayış evinin kirayəiənməsi üçürr hər ay 350 manat (ümumi kirayə haqqının) miqdarında kirayə haqqının Paylı mülkiyyətçiyə ödənilməsi: Birgə iddiaçılar onlara məxsus evi boşaldaraq Layihəçiyə təhvil versələr də, müqavilə üzrə digər öhdəliyi, yəni müqavilə qüvvəyə mindiyi tarixdən etibarən 18 aydan gec olmayaraq, daşınmaz əmlaka dair hüquq müəyyənedici sənədləri Layihə İcraçısına təhvil vermək öhdəliyini yerinə yetirməmişdir. Birgə iddiaçılar iddia ərizəsində də göstərdikləri kimi ancaq Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, 27 ünvanında yerləşən 77A saylı, ümumi sahəsi 66.8 kv.m. olan fərdi yaşayış evinə dair DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsindən çıxarış almışlar. Tikintialtı torpaq sahəsinin 82.5 kv.m., boş həyətyanı sahənin 26 kv.m. olduğunu (ümumi torpaq sahəsi 108 kv.m.) bildirsələr də, həmin torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sənədlərinin olmadığını və bu sənədlər olmadığı üçün həmin sənədlərin cavabdeh şirkətə təqdim edilmədiyini iddia ərizəsində etiraf edirlər. Bu fakt bir daha onu təsdiq edir ki, birgə iddiaçılara mülkiyyət hüququ əsasında yalnız ümumi sahəsi 66.8 kv.m. olan fərdi yaşayış evi məxsus olmuşdur. Birgə iddiaçıların mübahisələndirdiyi torpaq sahəsi dövlətin mülkiyyətindədir və birgə iddiaçıların daha əvvəl istifadə etdiyi 108 kv.m. torpaq sahəsi də daxil olmaqla, ümumilikdə 1.61 ha torpaq sahəsi ünvan 3 ünvanlarında yerləşən binaların və onlara bitişik fərdi yaşayış evlərinin sökülməsi, yenidən layihələndirilməsi və tikilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 05 avqust 2019-cu il tarixli 250 №-İi sərəncamri əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir və "xxxx" MMC torpaq sahəsinin icarəsinə görə hər il Bakı şəhər İcra Hakimiyyətinə 46414 (qırx altı min dörd yüz on dörd) manat icarə haqqı ödəyir. Şərh edilənlər onu deməyə imkan verir ki, ilkin müqavilələr üzrə birgə iddaçıların üzərlərinə götürdükləri öhdəliklər onlar tərəfindən tam şəkildə icra edilməmişdir. Birgə iddiaçılar yuxarıda da şərh edildiyi kimi, evi boşaltsalar da, daşınmaz əmlaka dair hüquq müəyyənedici sənədləri 18 ay vaxt ərzində tam şəkildə cavabdeh şirkətə təqdim etməmişlər (birgə iddiaçılar yalnız onlara məxsus olan evə dair çıxarışı əldə etmişlər, torpaq sahəsi isə onlara məxsus olmadığı üçün onlar nə cavabdeh şirkətlə müqavilə bağlanan ana qədər, nə də müqavilənin qüvvədə olduğu müddət ərzində həmin torpaq sahəsinə dair hüquq müəyyənedici sənədi əldə edib cavabdeh şirkətə təqdim etməmiş və buna görə də öhdəliyi tam şəkildə icra etməmişlər). Buna görə də, cavabdeh şirkət birgə iddiaçılara yalnız ümumi sahəsi 94.10 kv.m. olan mənzil vermişdir. Yəni, "xxxx" MMC həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina etmiş, başqa sözlə 45.60 kvm mənzili tam haqlı olaraq birgə iddiaçılara verməmişdir. Birgə icraçılara təqdim edilən ümumi sahəsi 94,10 kv.m olan mənzilə dair qeyd edilmişdir ki, müvafiq mənzil, yəni ünvan 4 ünvanında inşa olunmuş 2-ci binanın, 2-ci blok, 16-cı mərtəbəsində yerləşən 84 nömrəli 2021-ci il 27 dekabr tarixli razılaşma əsasında İddiaçı2 təhvil verilmişdir. Həmin tarixdən etibarən birgə iddiaçılar həmin mənzildə yaşayırlar və kommunal ödənişləri edirlər. Bu faktı iddia ərizəsinə əlavə edilən çıxarış və Nərimanov-30 MMMC tərəfindən təqdim edilən arayış da təsdiq edilir. Arayışda həmin şəxslərin sözügedən mənzildə yaşadığı və 2022-ci ilin 7 ayı və 2023-cü ilin 2 ayı üzrə kommunal ödənişləri etdiyi əks olunmuşdur. Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən, pilot layihələrdə mənzilin ümumi kvadratmetrinin 20 faizi qədər əlavə mənzil həmin sakinlərə verilməlidir. Lakin, "xxxx" MMC tərəfindən birgə iddiaçılara onlara mülkiyyət hüququ əsasında məxsus olan 66,8 kv.m əvəzində 20 % yox, əlavə 41 %, yəni 94,10 kv.m mənzil verilmişdir. Birgə iddiaçılar tərəfindən iddia ərizəsinə əlavə edilmiş NRİH başçısının təqdim etdiyi cavab məktubunda qeyd edilmişdir: “əlavə hissəyə dair hüquq müəyyənedici sənədlər təqdim edilmədiyi üçün tikinti şirkəti, yalnız 66,8 kv.m çıxarışla olan hissənin əvəzinə, 94,10 kv.m yeni mənzil verilmişdir. Göründüyü kimi, iddiaçılar yalnız çıxarış əsasında onlara məxsus olmuş 66,8 kv.m əraziyə dair hüquq müəyyənedici sənədi şirkətə təqdim etmişlər. Cavabdeh şirkət tərəfindən birgə iddiaçılara 9 sentyabr 2021-ci il tarixində və 16 sentyabr 2021-ci ildə xəbərdarlıqlar göndərilmişdir və həmin xəbərdarlıqlar birgə iddiaçılar tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmin xəbərdarlıqlardan da göründüyü kimi, tərəflər arasındakı müqavilənin qüvvəyə minməsindən 18 ay keçməsinə baxmayaraq, iddiaçılar tərəfindən yalnız fərdi yaşayış evinin ümumi sahəsi 66.8 kv.m olan hissəsinə dair çıxarış şirkətə təqdim edildiyi və 41.2 kv.m. əraziyə dair hüquqmüəyyənedici sənəd təqdim edilmədiyi üçün şirkət həmin əraziyə dair müvafiq sənədlərin təqdim edilməsi üçün əlavə vaxt vermiş, həmin vaxt ərzində müvafiq hüquq müəyyənedici sənədlərin təqdim edilmədiyi halda iddiaçılara yalnız 94.10 kv.m mənzil veriləcəyi bildirilmişdir, lakin həmin vaxt ərzində iddiaçılar həmin öhdəliyi icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Maddi normanın tələbindən də göründüyü kimi, mülki qanunvericilik öhdəliyin icrası üçün qarşı tərəfə (birgə iddiaçılara) əlavə müddət vermiş tərəfi, indiki halda "xxxx" MMC-ni müqavilədən imtina etmək kimi hüquqla təmin edir. Birgə iddiaçılar müqavilə üzrə onlara təqdim ediləcək mənzillərin yeni tikiləcək binanın müvafiq olaraq 7-ci və 11-ci mərtəbəsində veriləcəyini bildirsələr də, bununla bağlı ilkin müqavilələrdə hər hansı şərt nəzərə tutulmayıb və buna görə iddiaçıların bu tələb də əsassızdır. İddia tələbinin bir qismini “mənzillər təhvil verilən anadək aylıq müəyyən edilmiş kirayə haqlarının məcburi qaydada ödənilməsi” tələbi təşkil edir. Birgə iddiaçılar evi təhvil verdiyi gündən hesablanmaqla, yəni 2020-ci ilin mart ayından etibarən 2021-ci ilin noyabr ayına qədər hər bir iddiaçıya 350 manat olmaqla, aylıq 700 manat kirayə haqqı tərəfimizdən ödənilmişdir. Cavabdeh şirkət tərəfindən iddiaçılara ümumilikdə 14580 (on dörd min beş yüz səksən) manat kirayə haqqı ödənilmişdir. Birgə iddiaçılarla bağlanan ilkin müqavilələrin şərtinə əsasən şirkət 2021-ci ilin noyabr ayında birgə iddiaçılara ümumi sahəsi 94.10 kv.m. olan mənzil vermişdir Və buna görə də müqaviləyə uyğun olaraq kirayə haqlarının verilməsi dayandırılmışdır. 2-ci mənzilin birgə iddiaçılara verilməməsi isə yuxarıda da şərh edildiyi kimi, birgə iddiaçıların müqavilə öhdəliklərini tam icra etməməsinə görədir və buna görə də onlara kirayə haqqının ödənilməsinin davam etməsi tələbi tamamilə absurddur. İddia ərizəsində göstərilmişdir ki, evin altında olan, həmçinin həyətyanı sahəyə aid olan torpaq sahəsi iddiaçıların istifadəsində olduğu üçün həmin ərazi də torpaq qanunvericiliyinə əsasən onların mülkiyyəti sayılmalıdır. İndiki halda, birgə iddiaçıların mübahisələndirdiyi torpaq sahəsi dövlətin mülkiyyətindədir və birgə iddiaçıların daha əvvəl istifadə etdiyi 108 kv.m. torpaq sahəsi də daxil olmaqla, ümumilikdə 1.61 ha torpaq sahəsi ünvan 3 ünvanlarında yerləşən binaların və onlara bitişik fərdi yaşayış evlərinin sökülməsi, yenidən layihələndirilməsi və tikilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 05 avqust 2019-cu il tarixli 250 №-li sərəncamı əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Qeyd edilənlərə əsasən, birgə iddiaçılar İddiaçı2 və Rzayev Anär Zal oğlu Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə öhdəliklərin” icra edilməsi və paylı mülkiyyət hüququ ilə onlara məxsus daşınmaz əmlak hüquqlarının müdafiəsi tələbinə dair” iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş olunmuşdur.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1053/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia ərizəsinin rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.1, 425.1, 441.1, 441.2, 441.3, 441.4, 441.5, 442-ci maddələrinə, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 2.1 və 12.1-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən iddiaçıların nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələblərinin təmin edilməsi barədə barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə əsassız və qanunsuz qətnamə qəbul etmiş, yeganə əmlakları paylı mülkiyyətdə olan fərdi yaşayış evi olan iddiaçıların mülkiyyət hüquqlarına müdaxilə edilməsi ilə nəticələnmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi tamamilə qeyd edilən tələblərə ümumiyyətlə cavab vermir. İddiaçıların fərdi yaşayış evi üzərində paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, yaşayış evinin ölçüləri və evin yerləşdiyi torpaq sahəsi verilən çıxarış və texniki pasportda M1:100 və M1:200 miqyasda qeyd edilmiş, buna baxmayaraq birinci instansiya məhkəməsi Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 109 saylı sərəncamı əsasında cavabdeh tərəfindən sökülmüş, ümumi sahəsi 108 kv.m olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarını pozaraq, həmin evin əvəzinə iddiaçıların hər birinə ayrı-ayrılıqda verilməli olan 2 ədəd mənzili verməkdən imtina etmiş, eləcə də mənzil təhvil verilənədək olan müddətdə kirayə xərclərinin ödənilməməsini nəzərə almamışdır. Məhkəməyə təqdim edilmiş, "xxxx" MMC ilə iddiaçılar arasında bağlanmış xx.xx.2020-ci il tarixli 01061K və 01062K saylı ilkin müqavilələrdən də müəyyən olunur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********75-10301 saylı çıxarışa əsasən paylı mülkiyyətçi olan iddiaçılar sökülməli olan ərazidə - ünvan 5 ünvanında yerləşən, yuxarıda göstərilən çıxarışa əsasən ümumi sahəsi 66,8 kv.m, müvafiq hüquq müəyyənedici sənədlə təsdiq edilməyən sahə ilə birlikdə 108 kv.m olan fərdi yaşayış evini 3 təqvim günü ərzində boşaldaraq cavabdehə təqdim eləmiş, cavabdeh isə müqavilə üzrə Paylı mülkiyyətçi olan iddiaçılara həmin ərazidə yeni tikiləcək binada ümumi sahələri 94,10 kv.m və 45,60 kv.m olan 2 (iki) tam təmirli mənzili verməyi, əsas alqı-satqı müqaviləsi bağlanana qədər yaşayış evinin kirayələnməsi üçün hər ay 350 manat miqdarında kirayə haqqının Paylı mülkiyyətçiyə ödənilməsi öhdəliyini üzərinə götürsə də, yalnız iddiaçılardan birinə 94,10 kv.m mənzil sahəsi vermiş, sonuncu dəfə xx.xx.2021-ci ildə iddiaçıların hər birinə ayrıayrılıqda 350 manat kirayə haqqı ödəmiş, yeni tikilən yaşayış binasının 2-ci blok 16-cı mərtəbəsindəki 84 saylı mənzil isə xx.xx.2021-ci ildə iddiaçılardan İddiaçı2 təhvil verilmiş, ondan sonrakı müddətdə əsassız və qanunsuz olaraq müqavilə öhdəliklərindən birtəfəli qaydada imtina edilərək İddiaçı1 ümumi sahəsi 45,60 kv.m olan mənzilin verilməsindən imtina edilmiş, eləcə də, mənzil təhvil verilən anadək ödənilməli olan aylıq 350 manat kirayə haqqının verilməsindən imtina edilmişdir. Bununla da cavabdeh təşkilat müqavilə öhdəliklərini icra etməkdən birtərəfli qaydada imtina etmiş, birinci instansiya məhkəməsi isə qeyd olunan hallara ümumiyyətlə qiymət verməmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda, yalnız cavabdehin mövqeyini nəzərə almaqla qətnamə qəbul edilmiş, bu zaman iddiaçıların paylı mülkiyyətində olan fərdi yaşayış evinin ölçüləri, eləcə də cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri araşdırma predmeti olmamışdır. Cavabdeh məhkəmə mübahisəsindən əvvəl hətta 1 otaqlı mənzili də yerində iddiaçılara təqdim etmiş (bu barədə videoçəkiliş mövcuddur), lakin sonradan iddiaçıların müxtəlif instansiyalara müraciət etmələrindən və məlum olmayan digər səbəblərdən öhdəlikləri icra etməkdən yayınmışdır. Təəsüflər olsun ki, tərəflərindən təqdim edilmiş dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın texniki pasportu, bank hesab çıxarışları, iddiaçıların dövlət orqanlarına çoxsaylı şikayətlərinə verilən cavab məktubları, tərəflər arasında bağlanılmış ilkin müqavilələr birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, sənədlər birtərəfli qaydada təhrif edilmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsasıkimi istinad etdiyi halları sübut etməlidir. İiddiaçılar tələblərinin əsası kimi istinad etdikləri halları təsdiq edən sübutları məhkəməyə təqdim etmiş, cavabde tərəf isə bunun əksini təsdid edən hər hansı sbüutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh imtinanın əsası kimi onu da qeyd edir ki, guya ki 66 kv.m mənzil əvəzinə 20 kv.m əlavə olmaqla iddiaçılardan birinə 94 kv.mlik mənzil verib. Əgər, əvvəlcədən belə bir razılaşmanı nəzərdə tutmuşdularsa, onda ilkin müqavilə bağlanılmamışdan əvvəl iddiaçılara bu barədə iradlarını bildirərdilər. Eləcədə, qanunvericilikdə söküntü ərazisinə düşən evlərin ölçülərində yalnız 20 faiz əlavə verilməsi şərti ilə kompensasiya verilməsi konkret şərt kimi nəzərdə tutulmamışdır. Belə bir tələb minumum şərt kimi nəzərə alınır. Ən azından onu da nəzərə almaq lazımdır ki, dövlət reyestrindən çıxarışda olan ölçülərlə MMC və ya MTK–lar tərəfindən hesablanan ölçülər üst-üstə düşmür. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə, məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməli olduğu halda, birinci instansiya məhkəməsi işin hallarını düzgün araşdırmamış, iddiaçılar tərəfindən səlahiyyətli dövlət orqanı hesab edilən daşınmaz Əmlkaın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarısi tərəfindən verilmiş texniki pasportda göstərilən ölçülər və tərəflər arasında bağlanılmış müqavilələrdəki bəndlər nəzərə alınmamış, yekunda məhkəmə ümumi sözlərdən istifadə edərək, iddiaçıların mülkiyyət hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmiş, ən azından nəzərə almamışlar ki, iddia tələbində istinad olunan ölçüdə yaşayış sahəsi ilə təmin olunmaq iddiaçılar üçün xüsusilə zəruri və ehtiyacdan irəli gəldiyi halda, müqavilədə verilməsi nəzərdə tutulan mənzil sahəsi vermək cavabdeh MMC üçün cüzi məbləğ təşkil edir. Cavabdeh istinad edir ki, iddiaçılar daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənədləri şirkətə təqdim etməmişlər. Bu dəlil tamamilə absurd və mümkünsüzdür olan görə ki, hələ 2020-ci ildə müqavilə bağlanılmamışdan əvvəl bütün sənədlər tam formada cavabdehə təqdim edilmişdir ki, bu sənədlər əsasında ilkin müqavilə tərtib edilmiş və iddiaçılar mülkiyyətlərində olan fərdi yaşayış evini söküntü məqsədilə cavabdehə təqdim etmiş, əvəzində isə yeni tikiləcək binadan müqavilədə nəzərəds tutulan tam təmirli 2 ədəd mənzil təhvil verilən günədək hər biri aylıq 350 manat kirayə haqqı almalı idilər. Birinci instansiya məhkəməsi nəzərə almır ki, fərdi yaşayış evi söküləndən sonra iddiaçılar dövlət reyestrindən çıxarışdan əlavə daha hansı sənədi cavabdehə təqdim etməli idilər ki, şirkət həmin sənədlə qane olub, nəzərdə tutulan mənzilləri iddiaçılara verməli idi. Eləcədə, cavabdeh tərəfindən tərtib edilmiş ilkin müqavilələrdə iddiaçılar tərəfindən əlavə hər hansı sənəd təqdim edilməsi nəzərdə tutulmayıb. Qeyd olunan yaşayış evinin hüquqmüəyyənedici sənədlə təsdiq edilməyən sahə ilə birlikdə 108 kv.m olması isə məhz DƏDRX Bakı şəhər ərazi idarəsi tərəfindən hələ xx.xx.2004-cü ildə tərtib edilmiş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu və xx.xx.2019-cu ildə verilmiş fərdi yaşayış evinin texniki pasportu ilə təsdiq olunur. Hətta, fərdi yaşayış evinin ölçülərini ərazi üzrə 38 saylı MKİS-in texniki tərəfindən tərtib edilməklə MKİS-in möhürü ilə təsdiq edilmiş sxem ilə müəyyən edilmiş, bundan əlavə, cavabdeh təşkilatın nümayəndələri ölçüləri ididaçılarla birlikdə yerində bir daha yoxladıq dan sonra müqavilənin tərtibinə başlamışlar. Məhkəmə araşdırması zamanı da, məhkəmə bu barədə qarşı tərəfin cavab verməsini təklif eləsə də, cavabdehin nümayəndəsi əlavə hansı sənədin tələb edilməli olmasının müqavilədə nəzərdə tutulmadığını etiraf etmişdir. Cavabdeh təşkilat iddiaçılarla bağladığı 06 mart 2020-ci il tarixli ilkin müqavilələrin 1.1-ci bəndində ilkin müqavilənin qüvvəyə mindiyi tarixdən 18 aydan gec olmayaraq paylı mülkiyyətçilərə 2 tam təmirli mənzil verməyi öhdəsinə götürmüş, lakin həmin mənzillərdən 1-ni başqa mərtəbədə 21 aydan sonra qismən təmin edərək iddiaçılardan İddiaçı2 vermiş, digər mənzili isə hazırki vaxtadək verməmiş, eləcə də hələ xx.xx.2021-ci ildən hər iki iddiaçıya ödənişləri dayandırmışdır. 16-cı mərtəbədə yerləşən 1 ədəd mənzilin məcburiyyətdən İddiaçı2 tərəfindən götürülməsinin əsası o olmuşdur ki, MMC binada yerləşən bütün 3 otaqlı mənzilləri satması, yalnız 16-cı mərtəbədə 1 ədəd 3 otaqlı mənzil olmasını bildirərək, əks təqdirdə ümumiytələ mənzil verməməsini bildirmiş, nəticədə məcburiyyətdən həmin 3 otaqlı mənzil iddiaçılardan bir tərəfindən müvəqqəti yaşamaq üçün qəbul edilmişdir. Təəsüflər olsun ki, iddiaçıların ailəsinin bütün dövlət qurumlarına ünvanladığı müraciətlər baxılması üçün rayon İcra hakimiyyətinə göndərilmiş, həmin qurumdan da eyni məzmunda təkrar cavablar verilmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçılar və onların valideynləri başda Azərbaycan Respublikasının Prezidenti olmaqla müxtəlif dövlət orqanlarına 100-lərlə şikayətlər yazmış, onlara verilməli olan mənzilllərin və kirayə haqqlarının əsassız olaraq verilməməsi barədə şikayət etmiş, bir çox dövlət qurumları mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət etmələrini iddiaçılara tövsiyə etmişlər. İddiaçılar məhz pozulmuş hüquqlarının bərpası üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etsələr də, birinci instansiya məhkəməsi də cavabdehlə eyni mövqedən çıxış etmişdir ki, sonda iddiaçıların məhkəməyə olan inamı sarsılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçıların paylı mülkiyyətində fərdi yaşayış evi olmuş, bu yaşayaış evinin ölçüləri texniki pasport və çıxarış əsasında ümumi sahəsi 108 kv.m olmuş, həmin evin əvəzində cavabdeh müqavilə üzrə yeni tikiləcək binada ümumi sahələri 94,10 kv.m və 45,60 kv.m olan 2 (iki) tam təmirli mənzili verməyi, əsas alqı-satqı müqaviləsi bağlanana qədər yaşayış evinin kirayələnməsi üçün hər ay 350 manat miqdarında kirayə haqqının paylı mülkiyyətçi olan iddiaçılara ödənilməsi öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh və məhkəmə iddiaçılar tərəfindən əlavə hansısa sənədin təqdim edilməli olmasını bildirsələr də, bu sənədin nədən ibarət olmasını əsaslandıra bilməmişlər. Məhkəmə və cavabdeh hesab etmişlər ki, guya ki, iddiaçılar xüsusi mülkiyyətdə olan 68 kv.m sahədən əlavə, yardımçı tikililərə və evin yerləşdiyi 108 kv.m torpaq sahəsinə də iddiaçılar çıxarış almalı idilər ? . Belə bir bənd tərəflər arasında bağlanılmış müqavilədə mövcud deyildir. Məhkəmənin hakimi özü də şəxsən bu barədə qarşı tərəfindən nümyaəndəsinə sual vermiş, lakin nümayəndə belə bir tələbin yalnız sözdə olmasını bildirərək müqavilədə olmamasını etiraf etmişdir. Müqavilədə əlavə çıxarış və ya sənəd alınması barədə hər hansı bənd nəzərdə tutulmadığı, eləcə də iddiaçıların paylı mülkiyyətində olmuş fərdi yaşayış evinin ölçülərində hər hansı anlaşmazlıq mövcud olmadığı halda, birinci instansiya məhkəməsi hakiminin iddianı rədd etməsi barədə qənaətə gəlməsi ağlabatan və ədalətli deyildir. Birinci instansiya məhkəməsində cavabdeh müqavilələrdə iki ədəd mənzilin verilməli olmasını etiraf etsə də, dövlət reyestrindən çıxarışda qeyd olunan 66,8 kv.m mənzil əvəzinə 99,1 kv.m yeni mənzil verilməsinin ədalətli olmasını bildirmişdir. Birinci instansiya məhkəməsi nəzərə almır ki, əgər həqiqətən də, iddiaçıların paylı mülkiyyətində olan fərdi yaşayış evinin ölçülərində hər hansı uyğunsuzluq var idisə, niyə cavabdeh MMC və onun kifayət qədər bu sahədə ixtisaslaşmış əməkdaşları evi təhvil alarkən tərtib etdikləri aktda bu barədə qeyd aparmamış və tərtib edilmiş müqavilədə də evin ölçülərinin 108 kv.m olması barədə qeydiyyat aparmışlar. Eyni zamanda müqavilələrdə əlavə hansısa sənədin təqdim edilməli olması nəzərdə tutulmamışdır. Ən azından məhkəmə araşdırma zamanı təqdim edilən bank sənədlərinə nəzər yetirsə idi, görərdi ki, cavabdeh məhz xx.xx.2021-ci il tarixədək müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri gecikmələr olsa da icra etmiş, ondan sonrakı müddətdə öhdəliklərin icrasından yayınmağa başlamış, nəticədə iddiaçılar əvvəlcə cavabdeh təşkilata, sonra dövlət qurumlarına, ən sonda isə məhkəməyə mürqaciət etmək məcburiyyətinə qalmışlar.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətinə qarşı etiraz iddia tələbinə qarşı etirazın dəlillərinə uyğun əsaslandırılmışdır.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə kollegiyasının iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Ailə Məcəlləsinin

Azərbaycan Respublikası Konstitusiyasının:

13. 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur;

14. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur;

15. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

16. Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 390.1 fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

18. Maddə 425.1 öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

19. Maddə 441.1 Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır.

20. Maddə 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

21. Maddə 441.3. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər.

22. Maddə 441.4. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir.

23. Maddə 441.5. Bu Məcəllənin 441.2-441.4-cü maddələrində nəzərdə tutulan qaydalar müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda tətbiq edilir.

24. Maddə 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun:

25. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

26. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.

27. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

28. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

33. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

38. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası izahatkarı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1053/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 6 ünvanda yerləşən mənzil ½ hissədə İddiaçı1, ½ hissədə İddiaçı2 mülkiyyətindədir;

41. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Texniki Pasportuna əsasən ünvan 6 ünvanda yerləşən yaşayış evlərinin texniki göstəricələri 66,8 kv.m (yaşayış sahəsi 47,6 kv.m, köməkçi sahəsi 19.2 kv.m) təşkil edir;

42. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubunun məzmunundan görünür ki, X3 bildirilmişdir ki, Ədliyyə Nazirliyinə etdiyi müraciətə baxılmış və müraciətdə göstərilən məsələnin həlli nazirliyin səlahiyyətinə aid olmadığından, bununla bağlı aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək etmək tövsiyə edilmişdir.

43. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2022- ci il tarixli məktubunun məzmunundan görünür ki, ünvan 8 ünvanda yerləşən yaşayış evinin "xxxx" MMC tərəfindən sökülüb yeni yaşayış sahəsi ilə təmin olunması barədə tərəflər arasında bağlanılmış müqavilə öhdəliklərinə adı çəkilən MMC tərəfindən əməl olunmaması bağlı müvafiq tədbirlərin görülməsi barədə AR Baş Prokurorluğundan daxil olmuş müraciətə baxılmış və nəticəsi barədə məlumat verilməsi üçün Nərimanov Rayon İcra Hakimiyyətinə məktub göndərilmişdir.

44. İş materiallarında olan Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubunun məzmunundan görünür ki, vətəndaş Zal Rzayevin məktubuna baxılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, ünvan 9 ünvanında yerləşən, paylı mülkiyyət hüququ üzrə İddiaçı2 və İddiaçı1 məxsus olan (hər birinə ½ hissəsi), çıxarışa əsasən ümumi sahəsi 66,8 kv.m, müvafiq hüquqmüəyyənedici sənədlə təsdiq edilməyən sahə ilə birlikdə 108 kv.m olan fərdi yaşayış evinin əvəzinə həmin ərazidə yeni inşa ediləcək binada 94.1 kv.m və 45.6 kv.m olan 2 tam təmirli mənzilin verilməsinə dair mülkiyyətin payçıları ilə sifarişçi tikinti təşkilatı "xxxx" MMC arasında ilkin müqavilələr bağlanmışdır. Bu müqavilələrin şərtlərinə görə paylı mülkiyyət sahibləri notariat qaydasında alqısatqı müqaviləsinin bağlanması üçün zəruri olan hüquqmüəyyənedici sənədləri sifarişçi tikinti şirkətinə təhvil verməlidir. Lakin əlavə hissəyə dair hüquqmüəyyənedici sənədlər təhvil verilmədiyi üçün tikinti şirkəti yalnız 66,8 kv.m çıxarışla olan hissənin əvəzinə, 99,1 kv.m yeni mənzil vermişdir. Məsələnin həlli ilə bağlı aidiyyatı qaydada məhkəmə orqanlarına müraciət etməsi vətəndaşa tövsiyə olunmuşdur.

45. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 01061K və 01062K saylı ilkin müqavilələrə əsasən: Ç) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********75-10301 saylı çıxarışa əsasən, paylı mülkiyyətçi, sökülməli olan ərazidə - ünvan 1 ünvanında yerləşən, yuxarıda göstərilən çıxarışa əsasən ümumi sahəsi 66,8 kv.m, müvafiq hüquq müəyyənedici sənədlə təsdiq edilməyən sahə ilə birlikdə 108 kv.m olan fərdi yaşayış evinin ½ hissəsinin mülkiyyətçisidir; D) Layihə icraçısı ½ hissəsi paylı mülkiyyətçiyə məxsus olan evin söküntüsü zonasına düşməsini nəzərə alaraq, evin boşaldılaraq, Layihə icraçısına təhvil verilməsi və notariat qaydasında əsas Alqı-satqı müqaviləsinin bağlanması üçün zəruri olan hüquq müəyyən edici sənədlərin Layihə icraçısına verilməsi üzrə Paylı mülkiyyətçinin öhdəliklərinin yerinə yetirilməsi şərtilə, Paylı mülkiyyətçiylə, həmin ərazidə yeni tikiləcək binada ümumi sahələri 94,10 kv.m və 45,60 kv.m olan 2 (iki) tam təmirli mənzilin hər birinin ½ hissəsinin alqı-satqısı haqqında əsas alqı-satqı müqaviləsi bağlamağa razıdır; 1.1-ci maddəsinə əsasən bu ilkin müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 3 təqvim günü ərzində bu ilkin müqavilənin “Ç” bəndində göstərilmiş evin boşaldılaraq, layihə icraçısına təhvil verilməsi və bu ilkin müqavilənin qüvvəyə mindiyi tarixdən 18 aydan gec olmayaraq, notariat qaydasında əsas alqı-satqı müqaviləsinin bağlanması üçün zəruri olan hüquq müəyyənedici sənədlərin layihə icraçısına təqdim edilməsi üzrə Paylı mülkiyyətçinin öhdəliklərinin yerinə yetirilməsi şərtilə, bu ilkin müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 18 aydan gec olmayaraq, paylı mülkiyyətçiylə, həmin ərazidə yeni tikiləcək binada ümumi sahələri 94,10 kv.m və 45.60 kv.m olan 2 (iki) tam təmirli mənzilin hər birinin ½ hissəsinin alqı-satqısı haqqında notariat qaydasında əsas alqı-satqı müqaviləsinin bağlanması və əsas Alqı-satqı müqaviləsi bağlanana qədər yaşayış evinin kirayələnməsi üçün hər ay 350 manat miqdarında kirayə haqqının Paylı mülkiyyətçiyə ödənilməsi öhdəliyini, paylı mülkiyyətçi isə bu İlkin müqavilənin “ç” bəndində göstərilmiş evin boşaldılaraq, Layihə icraçısına təhvil verilməsi və bu İlkin müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 18 aydan gec olmayaraq, notariat qaydasında əsas Alqı-satqı müqaviləsinin bağlanması üçün zəruri olan hüquq müəyyənedici sənədlərin Layihə icraçısına təqdim edilməsi öhdəliyini və bu ilkin müqavilənin müddəalarına əməl edilməsi şərtilə, Yeni mənzillərin ½ hissəsinin Layihə icraçısından qəbul edilməsi öhdəliyini öz üzərinə götürür. 1.2-ci maddəsinə əsasən bu İlkin müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 3 təqvim günü ərzində bu İlkin müqavilənin “ç” bəndində göstərilmiş evin boşaldılaraq, Layihə icraçısına təhvil verilməsi üzrə öz öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, Layihə icraçısı birtərəfli qaydada bu İlkin müqaviləyə xitam verir. Bu halda Paylı mülkiyyətçiylə yeni tikiləcək binada ümumi sahələri 94.10 kv.m və 45.60 kv.m olan 2 (iki) tam təmirli mənzilin hər birinin ½ hissəsinin alqısatqısı haqqında əsas alqı-satqı müqaviləsinin bağlanması və əsas Alqı-satqı müqaviləsi bağlanana qədər yaşayış evinin kirayələnməsi üçün hər ay 350 (üç yüz əlli) manat miqdarında kirayə haqqının Paylı mülkiyyətçiyə verilməsi üzrə Layihə icraçısının öhdəliklərinə də xitam verilir. 1.3-cü maddəsinə əsasən, paylı mülkiyyətçi bü ilkin müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 18 aydan gec olmayaraq notariat qaydasında əsas alqı satqı müqaviləsinin bağlanması üçün zəruri olan hüquqmüəyyənedici sənədlərin Layihə icraçısına təqdim edilməsi üçün öhdəliklərini tam şəkidə yerinə yetirmədiyi təqdirdə, Paylı, mülkiyyətçi ilə bağlanılacaq əsas Alqı-satqı müqaviləsinin şərtləri, müqavilə bağlanması anma Paylı mülkiyyətçi tərəfindən Layihə icraçısına təqdim edilmiş hüquq müəyvənedici sənədlərə əsasən yenidən müəyyən ediləcəkdir. 1.4-cü maddəsinə əsasən, Layihə icraçısı, Paylı mülkiyyətçinin öhdəliklərinin yerinə yetirilməsi şərtilə, bu İlkin müqavilənin qüvəyyə mindiyi tarixdən etibarən 18 aydan gec olmayaraq, Paylı mülkiyyətçiylə, həmin ərazidə yeni tikiləcək binada ümumi sahələri 94.10 kvadrat metr və 45.60 kyadrai metr olan 2 (iki) tam təmirli mənzilin hər birinin 1\2 hissəsinin alqısatqısı haqqında əsas Alqı-satqı müqaviləsinin bağlanması və kirayə haqqının ödənilməsi üzrə öz öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, Paylı mülkiyyətçi bu İlkin müqaviləyə birtərəfli qaydada xitam verib, sökülmüş Evin bazar dəyəri miqdarında kompensasiyanın ödənilməsini Layihə icraçısından tələb edə bilər.

46. İş materillarında olan 09 sentyabr 2021-ci tarixli və 16 sentyabr 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı2 və İddiaçı1 müqavilə üzrə öhdəliklərini tam şəkildə yerinə yetirməyi əks təqdirdə aralarında bağlanmış ilkin müqavilənin şərtlərinin, faktiki təqdim edilən hüquq müəyyənedici sənədlərlə yenidən müəyyən edilməsi tələbilə məhkəmə müraciət ediləcəyi bildirilmişdir.

47. İş materillarında olan İddiaçı2 və İddiaçı1 tərəfindən "xxxx" MMC-yə göndərilən pretenziya məktubunun məzmunundan görünür ki, İddiaçı2 və İddiaçı1 onlara dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, habelə onlara yeni yaşayış binasında verilməli olan mənzillərin və kirayə haqlarının məhkəmə qaydasında təhvil verilməsi, həmçinin hüquqi xidmətləri görə çəkilən xərclərin və iddianın məhkəməyə verilməsi üçün ödəniləcək dövlət rüsumunun əvəzinin tutulması barədə məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdar edilmişdir.

48. İş materillarında olan Azərbayan Respublikası Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli, 109 saylı Sərəncamına əsasən V.Mayakovski küçəsi 8/9 və 10 nömrəli beşmərtəbəli binaların həmçinin bitişik ərazidə yerləşən fərdi evlərin gələcəkdə sökülüb, əvəzində yeni çoxmənzilli binaların tikintisi məqsədilə müvəqqəti hasara alınması və sakinlərin kirayə haqları ilə təmin olunmaqla digər ünvanlara köçürülməsi işinin "xxxx" MMC tərəfindən həyata keçirilməsinə icazə verilmişdir.

49. İş materillarında olan Müxtəlif tarixli kassa məxaric orderlərinindən görünür ki, "xxxx" MMC tərəfindən iddiaçılara aylıq cəmi 700 manat məbləğində kirayə haqqı ödənişi həyata keçirilmişdir.

50. İş materillarında olan Nərimanov-30 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin arayışından görünür ki, İddiaçı2 və İddiaçı1 2021-ci ilin 27 dekabr tarixindən ünvan 3 ünvanında inşa olunmuş binanın 2 bina, 2 blok, 16 mərtəbəsində yerləşən 84 nömrəli 94.1 kv.m sahəsi olan mənzildə yaşayırlar. İddiaçı2 tərəfindən həmin mənzildə kommunal xidmətlərdən istifadəyə görə mütəmadi olaraq (2022-ci ilin yanvar, may, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları 2023-cü ilin yanvar və fevral ayları üzrə) ödənişlər edilmişdir

51. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. • Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) • İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

52. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

53. Hazırda iddiaçılar RR Constructions” tərəfindən Nərimanov rayonunun Mayakovski küçəsində tikilmiş yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 94.10 kv.m olan tam təmirli mənzilin və 11-ci mərtəbəsində ümumi sahəsi 45,60 kv.m olan digər tam təmirli mənzilin verilməsi, həmçinin mənzillər təhvil verilən anadək aylıq müəyyən edilmiş kirayə haqlarının məcburi qaydada ödənilməsi, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin onlara ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-yə həvalə edilməsini tələb edir.

54. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.

55. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən olunur ki, ünvan 4 ünvanında inşa olunmuş 2-ci binanın, 2-ci blok, 16-cı mərtəbəsində yerləşən 84 nömrəli 2021-ci il 27 dekabr tarixli razılaşma əsasında İddiaçı2 artıq təhvil verilmişdir.

56. Tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, İddiaçı2 və İddiaçı1 2021-ci ilin 27 dekabr tarixindən ünvan 3 ünvanında inşa olunmuş binanın 2 bina, 2 blok, 16 mərtəbəsində yerləşən 84 nömrəli 94.1 kv.m sahəsi olan mənzildə yaşamaqla kommunal xidmət pulu ödəyirlər. İddiaçı tərəf binanın məhz 7-ci mərtəbəsində ümumi sahəsi 94.10 kv.m olan tam təmirli mənzilin onlara təhvil verilməsini iddia etsələr də, tərəflər arasında bağlanmış müqavilədə mənzilin mərtəbəsi ilə bağlı şərt mövcud olmamışdır. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi Cavabdeh tərəfindən Nərimanov rayonunun Mayakovski küçəsində tikilmiş yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 94.10 kv.m olan tam təmirli mənzilin iddiaçılara təhvil verilməsi hissəsində əsassız olduğundan rədd edilməlidir.

57. İddia tələbinin «11-ci mərtəbəsində ümumi sahəsi 45,60 kv.m olan digər tam təmirli mənzilin verilməsi» hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə yaşayış sahəsinin dövlət qeydiyyatına alınmış hissəsinin 66,8 kv.m olması, hüquq müəyyənedici sənədlə təsdiq edilməyən sahə ilə birlikdə isə 108 kv.m olması müəyyən olunmuşdur. Bu baxımdan, müqavilə şərtlərinə əsasən paylı mülkiyyətçi ilkin müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 18 aydan gec olmayaraq notariat qaydasında əsas alqı satqı müqaviləsinin bağlanması üçün zəruri olan hüquqmüəyyənedici sənədlərin Layihə icraçısına təqdim edilməsi üçün öhdəliklərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə, Paylı, mülkiyyətçi ilə bağlanılacaq əsas Alqı-satqı müqaviləsinin şərtləri, müqavilə bağlanması anına Paylı mülkiyyətçi tərəfindən Layihə icraçısına təqdim edilmiş hüquq müəyvənedici sənədlərə əsasən yenidən müəyyən edilməsi göstərilmişdir. (1.3-cü bənd)

58. Digər tərəfdən, "xxxx" MMC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 01061K və 01062K saylı ilkin müqavilələrin 2.1.3-cü bəndində ilkin müqavilə qüvvəyə mindiyi tarixdən etibarən 18 (on səkkiz) aydan gec olmayaraq, notariat qaydasında əsas Alqı-satqı müqaviləsinin bağlanması üçün zəruri olan hüquq müəyvənedici sənədləri Layihə icraçısına vermək öhdəliyi paylı mülkiyyətçilərin (iş üzrə iddiaçıların) üzərinə qoyulmuşdur. İş üzrə cavabdeh "xxxx" MMC tərəfindən birgə iddiaçılara 09 sentyabr 2021-ci tarixli və 16 sentyabr 2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmiş və 41,2 kv.m sahənin hüquqmüəyyənedicə sənədlərinin təqdim ounması təklif olunmuş, buna baxmayaraq müqavilə öhdəliyinin həmin şərti yerinə yetirilməmişdir.

59. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə almaqla haqlı olaraq hesab etmişdir ki, iddia tələbinin «11- ci mərtəbəsində ümumi sahəsi 45,60 kv.m olan digər tam təmirli mənzilin verilməsi» hissəsi əsassızdır, təmin oluna bilməz.

60. Qanunvericinin tələbindən də göründüyü kimi əgər müqavilənin bir tərəfi şərtləşdirilmiş öhdəliyi tam həcmdə icra etmirsə, müqavilənin digər tərəfi öz üzərinə düşən öhdəliyin icrasını dayandıra və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Belə ki, birgə iddiaçılar yuxarıda da şərh edildiyi kimi, evi boşaltsalar da, daşınmaz əmlaka dair hüquq müəyyənedici sənədləri 18 ay vaxt ərzində tam şəkildə cavabdeh şirkətə təqdim etməmişlər (birgə iddiaçılar yalnız onlara məxsus olan evə dair çıxarışı əldə etmişlər, torpaq sahəsi isə onlara məxsus olmadığı üçün onlar nə cavabdeh şirkətlə müqavilə bağlanan ana qədər, nə də müqavilənin qüvvədə olduğu müddət ərzində həmin torpaq sahəsinə dair hüquq müəyyənedici sənədi əldə edib cavabdeh şirkətə təqdim etməmiş və buna görə də öhdəliyi tam şəkildə icra etməmişlər). Buna görə də, cavabdeh şirkət birgə iddiaçılara yalnız ümumi sahəsi 94.10 kv.m. olan mənzil vermişdir. "xxxx" MMC həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina etmiş, bu səbəbdən cavabdeh 45.60 kvm mənzili birgə iddiaçılara verməmişdir.

61. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

62. Göründüyü kimi, iddiaçılar Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, 27 ünvanda yerləşən fərdi yaşayış evinin boş həyətyanı torpaq sahəsinin onlara məxsus olmasının təsdiq edən hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

63. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır, şikakayətin dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

65. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

66. Kollegiya hesab edir ki, hazırkı halda apellasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir.

67. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçıların nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1053/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər..

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar