Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4179/2024 02.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı (Cavabdeh2 və Cavabdeh3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “torpaq sahəsindəki tikilinin sökülməsi, həmin sahədən çıxarılma və dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli 2(003)-1715/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 (mübahisə predmeti üzrə müstəliq tələb irəli sürməyən üçün şəxs Cavabdeh2 və Cavabdeh3) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 0,10 ha torpaq sahəsində tikilinin cavabdehin hesabına sökülməsi, sonuncunun torpaq sahəsindən çıxarılması və vurulmuş 40000 manat zərərin cavabdehin hesabına ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, üçüncü şəxslər Cavabdeh2 və Cavabdeh3 cavabdeh qismində qeyd etməklə, mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 0,10 ha torpaq sahəsində Cavabdeh1 tərəfindən həyata keçirilən qanunsuz tikinti işlərinin dayandırılması, sözügedən cavabdehin torpaq sahəsindən çıxarılması, tikilinin sonuncunun hesabına sökülməsi, dəymiş zərər qismində cavabdehlər Cavabdeh2 və Cavabdeh3 18000 manat məbləğində pul vəsaitinin və cavabdehlərdən 40000 manat məbləğində pul vəsaitinin dəymiş zərər qismində tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli 2(003)-1715/2024 nömrəli İddiaçı iddianın dəyişdirilməsi barədə mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 0,10 ha torpaq sahəsində Cavabdeh1 tərəfindən həyata keçirilən qanunsuz tikinti işlərinin dayandırılması, sözügedən cavabdehin torpaq sahəsindən çıxarılması, tikilinin sonuncunun hesabına sökülməsi və cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 40000 manat məbləğində pul vəsaitinin dəymiş zərər qismində tutulub ona ödənilməsi barədə qətnamə çıxarılması hissəsində icraata götürülmüş, İddiaçı iddianın dəyişdirilməsi barədə ərizəsi “dəymiş zərər qismində cavabdehlər Cavabdeh2 və Cavabdeh3 18000 manat məbləğində pul vəsaitinin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılması hissəsində” geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçının verdiyi şikayət, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göründüyü kimi iddiaçının ilkin tələbinin bir hissəsi Cavabdeh1 yönəlməklə onun mübahisəli torpaq sahəsində çıxarılması, həmin torpaq sahəsində tikinti işlərinin dayandırılması və mübahisəli torpaq sahəsində olan tikintilərin cavabdehin hesabına sökülməsi olsa da, iddia tələbinin həcminin artırılması barədə ərizədə əlavə olaraq dəymiş zərər qismində cavabdehlər Cavabdeh2 və Cavabdeh3 18000 manat məbləğində pul vəsaitinin tutulub ona ödənilməsindən ibarətdir. Cavabdehlərə qarşı iddia tələbləri bir-biri ilə əlaqədar deyildir, iddiaçı bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirmişdir. Məhkəmə də haqlı olaraq göstərmişdir ki, qeyd edilən cavabdehlərə qarşı iddia tələbləri birlikdə baxılıb həll edilməməli olduğundan, iddia tələbinin həcminin artırılması barədə ərizənin “dəymiş zərər qismində cavabdehlər Cavabdeh2 və Cavabdeh3 18000 manat məbləğində pul vəsaitinin tutulub ona ödənilməsi” hissəsində geri qaytarılmalıdır. İddiaçının tələbi ayrı-ayrı cavabdehlərə qarşı yönəlməklə bir-biri ilə əlaqədar olmayan tələblərdən ibarət olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi doğru qənaətə gəlmiş, mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli 2(003)-1715/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4179/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4179/2024
02.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver