Məhkəmə qərarları › İş №2(103)-4180/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4180/2022

23.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4180/2022 23.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı Mirzəbala qızının Cavabdeh qarşı «əşyaların mənzildən çıxarılması» tələbinə dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin 2(008)-2593/2022 saylı işi üzrə 14.03.2022-ci il tarixli qərardadından İddiaçı Mirzəbala qızı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Mirzəbala qızı mülkiyyətində olan ünvan 1 ünvanından Cavabdeh məxsus əşyaların cavabdehin hesabına çıxarılaraq mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2593/2022 saylı işi üzrə 14.03.2022-ci il tarixli qərardadı ilə (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 39.1, 152.1.3, 152.2, 152.4-cü maddələrinə istinadən) iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Qərardadda qeyd edilmişdir ki, iddia ərizəsində tələb olunub ki, cavabdehə məxsus olan cehiz əşyaları iddiaçıya məxsus olan evdən çıxarılsın. Bu iddia Mülki-Prosessual Məcəllənin 39.1-ci maddəsində nəzərdə tutulan “mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddia” hesab olunur. Sözügedən mənzil ünvan 2 ünvanında yerləşdiyindən iddia tələbinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxıla bilməz. İddia tələbinə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. İddiaçı şikayət verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2593/2022 saylı, 14 mart 2022-ci il tarixli qərardanın ləğv edilməs barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 39.1, 152.3, 267, 268, 269-cu maddələeinə istinadən qeyd edilmişdir ki, məhkəmə prosessual hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, tələb Cavabdeh məxsus olan daşınar cehiz əşyalarının mənzildən çıxarılması olduğundan, bu tələbə müstəsna aiddiyətə dair Azərbaycan Respublikası MPM-in 39.1-ci maddəsi deyil, həmin Məcəllənin 35.1- ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində baxılmalıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2593/2022 saylı işi üzrə 05.04.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 33-45, 385 və 387-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etdiyindən qərardadın dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə görə: daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir (39.1). Bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur (36.13). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 iyun 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki: “...Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi;- sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir....” Diqqətə çatdırılmalıdır ki, ərizəçinin qərardad üzrə dəlilləri hüquqtətbiqetmə ilə bağlıdır və tələb üzrə iddiaçının hüquqları mübahisələndirilməsədə, birinci instansiya məhkəməsinin müstəsna aidiyyətlə bağlı qənaətini, yəni iddia tələbinin (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan) qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddia olmasını istisna edən hallar müəyyən edilmir. Prosessual qanunvericiliyə görə, ərazi aidiyyətinin müəyyən edilməsi, iddia ərizəsinin mahiyyəti ilə deyil, tələb ilə bağlılığı müəyyən edir və ilk baxışdan işin təfərruatı araşdırılmadan tələbin mahiyyətin müəyyən edilməsi şəxsin məhkəmə müdafiə hüquqların pozulmasına şərait yaradan amil kimi yolverilməz hesab edilsədə, habelə mülki prosessual qanunvericiliyin müstəsna aidiyyətlə bağlı müddəalarının biləvasitə hazırki tələblə bağlılığı müəyyən edilməsədə, bir vasitə olaraq iddiaçının iddianın qaldırılmasında məqsədi öz sahiblik hüquqlarının pozulmasını aradan qaldırmaqdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Mirzəbala qızının şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2593/2022 saylı işi üzrə 14.03.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar