Məhkəmə qərarları › İş №2(103)-4181/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4181/2022

03.06.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4181/2022 03.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «pul» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1427/2022 saylı işi üzrə 05 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına daxil olmuş məktubda qeyd edilir ki, iddiaçı tərəfindən apellyasiya şikayəti daxil olduğundan İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə 2(006)-1427/2022 saylı mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmasının təmin olunması xahiş edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 364, 365, 384.0.6.-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara a l d ı: Mülki iş məhkəmə baxışından çıxarılsın və şikayətə səlahiyyət həddində qiymət verilməsi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan 2(103)- 4181/2022 saylı mülki iş üzrə icraata qəbulu qərardadı ləğv edilsin və iş apellyasiya baxışından çıxarmaqla Nəsimi Rayon Məhkəməsinə qaytarılması təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar