Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4189/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, X4 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X2, nümayəndəsi və vəkili Nümayəndə, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 2(006)-53/2024 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və ilkin iddia üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) İddiaçı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) ilkin iddia üzrə Cavabdeh qarşı “paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi və s.” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh münasibətdə ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi, naturada bölgü mümkün olmadıqda Cavabdeh iddiaçının xeyrinə 250000 (iki yüz əlli min) manat miqdarında kompensasiyanın tutulması, bu da mümkün olmadıqda mənzilin açıq hərracda satılaraq "xxxx" ASC-yə məhkəmə qətnaməsi çıxan dövrədək kredit öhdəliyi üzrə yaranmış borc məbləği ödənildikdən sonra əldə olunan pul məbləğinin İddiaçı və Cavabdeh arasında 1/2 nisbətdə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddi üzrə cavabdeh (bundan sonra-cavabdeh) Cavabdeh ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “avtomobilin və mənzilin açıq hərracdan satılması və s.” tələblərinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçıtərəfindən verilmiş iddia ərizəsinin rədd edilməsi, “Hyundai-Santafe” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin və ünvan 2 ünvanında yerləşən 1 saylı mənzilin qiymətləndirilərək açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin İddiaçı ilə Cavabdeh arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəkili-nümayəndəsi Vəkil dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən verilmiş ilkin iddia ərizəsinin rədd edilməsi, cavabdehlə iddiaçı arasında 1/2 hissəsi paylı mülkiyyətlər olan “Hyundai Santafe” markalı, ** RH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyatın və ünvan 2 ünvanında yerləşən 1 saylı mənzilin Cavabdeh ilə İddiaçı arasında naturada bölünməsi, payın ayrılması mümkün olmadıqda, Cavabdeh payının əvəzi olan pul məbləğini müəyyən edərək kompensasiya kimi ödənilməsi, İddiaçı bundan imtina etdikdə isə qeyd edilən əmlakların hərracdan satılması, əldə olunan pulun paylara uyğun olaraq mülkiyyətçilər arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 2(006)-53/2024 saylı qətnaməsi (sədrlik edən-Günay Abidova) ilə ilkin iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 83 ünvanında yerləşən 9 saylı mənzilin paylara uyğun naturada ayrılmasının qeyri-mümkün olduğu, həmçinin tərəflərin bir-birlərinə kompensasiya ödəmək niyyətində olmadıqları müəyyən edildiyindən, həmin mənzilin açıq hərracdan satılması, mənzilin satışından əldə edilən vəsaitdən 36.382,71 (otuz altı min üç yüz səksən iki manat yetmiş bir qəpik) manat hissəsi "xxxx" ASC-yə ödənilməsi, qalan hissəsi isə tərəflərin paylarına mütənasib surətdə (hər birinə 1/2 hissə olmaqla) onların arasında bölüşdürülməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, “X8” minik markalı, 90RH999 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair tərəflərin bir-birlərinə kompensasiya ödəmək niyyətində olmadıqları müəyyən edildiyindən, həmin nəqliyyat vasitəsinin açıq hərracda satılması və satışından əldə edilən vəsaitin tərəflərin paylarına mütənasib surətdə (hər birinə 1/2 hissə olmaqla) onların arasında bölüşdürülməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, ilkin iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 90 (doxsan) manat hissəsinin ilkin iddia üzrə Cavabdeh tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməsi, qalan hissəsinin ilkin iddia üzrə İddiaçı aid edilməsi, qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manat hissəsinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi, qalan hissəsinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyərinin 170 (bir yüz yetmiş) manat hissəsinin ilkin iddia üzrə Cavabdeh, qalan 30 (otuz) manat hissəsinin isəilkin iddia üzrə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, ünvan 3 ünvanında yerləşən 1 saylı mənzilin açıq hərracdan satılaraq, əldə olunmuş pul vəsaitləriinin iddiaçı ilə cavabdeh arasında bərabər bölünməsi, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsindəyerləşən 83 saylı evin 9 nömrəli mənzil üzrə əmtəəşunaslıq ekspertizasının təyin edilməsi, qətnamənin digər hissəsinin isə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnmədən həmçinin üçüncü şəxs "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin “Mənzilin satışından əldə edilən vəsaitdən 36.382,71 (otuz altı min üç yüz səksən iki manat yetmiş bir qəpik) manat hissəsi "xxxx" ASC-yə ödənilsin” hissəsində ləğv edib, mənzilin satışından əldə edilən vəsaitdən "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli 48 saylı müqavilə üzrə iş üzrə yekun məhkəmə qərarının icra ediləcək günə olacaq borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraat paylı mülkiyyətdə olan əmlakların hərracdan satılması tələblərinə baxarkən bu əmlakın satış qiymətinin müəyyən olunması ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları tərəfindən Mülki Prosessual Məcəllənin 418-1-ci maddəsinə əsasən qərardad qəbul edilənədək dayandırılmış, daha sonra tərəflər elektron kabinet vasitəsi ilə vəsatət təqdim edərək hazırkı mübahisəni barışıq sazişi ilə yekunlaşdırmaq istədiklərini, buna görə də iş üzrə icraatın təzələnməsini və barışıq sazişinin təsdiq edilməsini xahiş etmiş, məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X3 və digər nümayəndəsi və vəkili Nümayəndətərəflərin barışıq sazişi bağladıqlarını bildirərək, barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəflərin barışıq sazişi bağladıqlarını bildirdi, barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Həmçinin məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf iddiaçı tərəfə barışıq sazişinin şərtlərinə uyğun olaraq 50000 (əlli min) manat məbləğində pul ödədi. Mülki iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxslər "xxxx" ASC və "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndələr məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tərəflər-İddiaçı nümayəndəsi X3 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil arasında bağlanmış 18 dekabr 2024-cü il tarixli barışıq sazişinin şərtlərinə görə tərəflər aşağıdakı şərtlərlə razılığa gəlirlər: 1.İddiaçının öhdəlikləri: -İddiaçı Cavabdehə qarşı “paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi və s.” tələbinə dair iddiadan imtina edir; -İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 83 ünvanında yerləşən 9 saylı mənzilinüzərində 1/2 hissədə tanınmış payından imtina edir, mənzilin tam mülkiyyət hüququ əsasında Cavabdehin adına rəsmiləşdirilməsinə etirazının olmadığını bildirir. -İddiaçı ünvan 2 ünvanında yerləşən 1 saylı mənzilə görə ümumilikdə "xxxx" MMC və ya “X9” MMC-yə olan 6994 (altı min doqquz yüz doxsan dörd) manat borcu ödəməyi öhdəsinə götürür. -İddiaçı Cavabdehə qarşı irəli sürülən iddia tələbi, Məhkəmə işi və Barışıq sazişi barədə bütün məlumatların məxfiliyinə tam əməl edir və məlumatların məxfiliyinə əməl etməməsi ilə bağlı Cavabdehə dəyəcək bütün maddi ziyan üçün tam maddi məsuliyyət daşıyır; -İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2-ci maddəsinin tələbləri ilə tanışdır və Barışıq sazişinin məhkəmə qərardadı ilə təsdiq edilməsi İddiaçının gələcəkdə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin məhkəmə tərəfindən imtina edilməsi üçün əsas olduğu İddiaçıya izah edildi və İddiaçı bu Barışıq sazişində nəzərdə tutulan hüquq və öhdəlikləri qəbul edərək könüllü şəkildə Barışıq Sazişini bağlayır.
2. Cavabdehin öhdəlikləri: -Məhkəmə işinin qurtarması Barışıq sazişinin bağlanması müqabilində Cavabdeh İddiaçıya 50.000, (əlli min) manatməbləğində pul vəsaitini İddiaçıya ödəməyi öhdəsinə götürür: -Cavabdeh İddiaçıya qarşı “avtomobilin və mənzilin açıq hərracdan satılması və s.” tələbinə dair iddiadan imtina edir; -Cavabdeh ünvan 2 ünvanında yerləşən 1 saylı mənzilin üzərində 1/2 hissədə tanınmış payından imtina edir, mənzilin tam mülkiyyət hüququ əsasında İddiaçının adına rəsmiləşdirilməsinə etirazının olmadığını bildirir. -Cavabdeh Nəsimi rayonu, Nizami küçəsi, ev 83 ünvanında yerləşən 9 saylı mənzil üçün "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edildiyindən müqavilə üzrə ödəniş tam şəkildə icra olunan günədək mövcud qalıq borc məbləğini Banka ödəməyi öhdəsinə götürür və gələcəkdə pul məbləğinin geri qaytarılması ilə bağlı İddiaçıya qarşı heç bir iddia tələbinin olmayacağını qəbul edir. -Cavabdeh “X8” minik markalı, 90RH999 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair mütənasib surətdə ona aid payın 1/2 hissəsindən imtina edir, nəqliyyat vasitəsinin İddiaçının sahibliyində, istifadəsində və mülkiyyətində qalmasına etiraz etmir. -Cavabdeh bu Barışıq sazişində qeyd edilən 50.000 (əlli min) manat məbləğində pul vəsaitini Barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilənədək məhkəmə zalında Akt əsasında İddiaçıya verir. -Cavabdeh İddiaçıya qarşı irəli sürülən iddia tələbi, Məhkəmə işi və Barışıq sazişi barədə bütün məlumatların məxfiliyinə tam əməl edir və məlumatların məxfiliyinə əməl etməməsi ilə bağlı İddiaçıya dəyəcək bütün maddi ziyan üçün tam maddi məsuliyyət daşıyır; -Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2-ci maddəsinin tələbləri ilə tanışdır və Barışıq sazişinin məhkəmə qərardadı ilə təsdiq edilməsi Cavabdehin gələcəkdə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin məhkəmə tərəfindən imtina edilməsi üçün əsas olduğu Cavabdehə izah edildi və Cavabdeh bu Barışıq sazişində nəzərdə tutulan hüquq və öhdəlikləri qəbul edərək könüllü şəkildə Barışıq Sazişini bağlayır. 3.Tərəflərin bu Sazişdə göstərilən öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsinə görə bu Sazişin şərtlərinə və qaydalarına və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. 4.Bu Saziş hər bir Tərəfə bir nüsxədə verilməklə və bir nüsxəsi məhkəmədə qalmaqla, 3 (üç) əsl nüsxədə tərtib olunmuşdur. Sazişin hər bir nüsxəsi eyni hüquqi qüvvəyə malikdir. 5.Tərəflər Mülki Prosessual Məcəllənin qeyd edilən maddələrində göstərilən qaydada barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edirlər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, hesab edir ki, barışıq sazişi tərəflərin hüquqlarını pozmur, qanuna zidd deyildir, ona görə də, barışıq sazişi təsdiq edilməklə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 2(006)-53/2024 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İş üzrə icraata xitam verilməsinin nəticələri, yəni işin icraatına xitam verildikdə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi barədə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri tərəflərə izah edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 384.0.5, 400, 402-403, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 2(006)-53/2024 saylı qətnaməsi ləğv edilsin. Tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilsin. 1.İddiaçının öhdəlikləri: -İddiaçı Cavabdehə qarşı “paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi və s.” tələbinə dair iddiadan imtina edir; -İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 83 ünvanında yerləşən 9 saylı mənzilinüzərində 1/2 hissədə tanınmış payından imtina edir, mənzilin tam mülkiyyət hüququ əsasında Cavabdehin adına rəsmiləşdirilməsinə etirazının olmadığını bildirir. -İddiaçı ünvan 2 ünvanında yerləşən 1 saylı mənzilə görə ümumilikdə "xxxx" MMC və ya “X9” MMC-yə olan 6994 (altı min doqquz yüz doxsan dörd) manat borcu ödəməyi öhdəsinə götürür. -İddiaçı Cavabdehə qarşı irəli sürülən iddia tələbi, Məhkəmə işi və Barışıq sazişi barədə bütün məlumatların məxfiliyinə tam əməl edir və məlumatların məxfiliyinə əməl etməməsi ilə bağlı Cavabdehə dəyəcək bütün maddi ziyan üçün tam maddi məsuliyyət daşıyır; -İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2-ci maddəsinin tələbləri ilə tanışdır və Barışıq sazişinin məhkəmə qərardadı ilə təsdiq edilməsi İddiaçının gələcəkdə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin məhkəmə tərəfindən imtina edilməsi üçün əsas olduğu İddiaçıya izah edildi və İddiaçı bu Barışıq sazişində nəzərdə tutulan hüquq və öhdəlikləri qəbul edərək könüllü şəkildə Barışıq Sazişini bağlayır.
2. Cavabdehin öhdəlikləri: -Məhkəmə işinin qurtarması Barışıq sazişinin bağlanması müqabilində Cavabdeh İddiaçıya 50.000, (əlli min) manatməbləğində pul vəsaitini İddiaçıya ödəməyi öhdəsinə götürür: -Cavabdeh İddiaçıya qarşı “avtomobilin və mənzilin açıq hərracdan satılması və s.” tələbinə dair iddiadan imtina edir; -Cavabdeh ünvan 2 ünvanında yerləşən 1 saylı mənzilin üzərində 1/2 hissədə tanınmış payından imtina edir, mənzilin tam mülkiyyət hüququ əsasında İddiaçının adına rəsmiləşdirilməsinə etirazının olmadığını bildirir. -Cavabdeh Nəsimi rayonu, Nizami küçəsi, ev 83 ünvanında yerləşən 9 saylı mənzil üçün "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edildiyindən müqavilə üzrə ödəniş tam şəkildə icra olunan günədək mövcud qalıq borc məbləğini Banka ödəməyi öhdəsinə götürür və gələcəkdə pul məbləğinin geri qaytarılması ilə bağlı İddiaçıya qarşı heç bir iddia tələbinin olmayacağını qəbul edir. -Cavabdeh “X8” minik markalı, 90RH999 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair mütənasib surətdə ona aid payın 1/2 hissəsindən imtina edir, nəqliyyat vasitəsinin İddiaçının sahibliyində, istifadəsində və mülkiyyətində qalmasına etiraz etmir. -Cavabdeh bu Barışıq sazişində qeyd edilən 50.000 (əlli min) manat məbləğində pul vəsaitini Barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilənədək məhkəmə zalında Akt əsasında İddiaçıya verir. -Cavabdeh İddiaçıya qarşı irəli sürülən iddia tələbi, Məhkəmə işi və Barışıq sazişi barədə bütün məlumatların məxfiliyinə tam əməl edir və məlumatların məxfiliyinə əməl etməməsi ilə bağlı İddiaçıya dəyəcək bütün maddi ziyan üçün tam maddi məsuliyyət daşıyır; -Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2-ci maddəsinin tələbləri ilə tanışdır və Barışıq sazişinin məhkəmə qərardadı ilə təsdiq edilməsi Cavabdehin gələcəkdə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin məhkəmə tərəfindən imtina edilməsi üçün əsas olduğu Cavabdehə izah edildi və Cavabdeh bu Barışıq sazişində nəzərdə tutulan hüquq və öhdəlikləri qəbul edərək könüllü şəkildə Barışıq Sazişini bağlayır. 3.Tərəflərin bu Sazişdə göstərilən öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsinə görə bu Sazişin şərtlərinə və qaydalarına və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. 4.Bu Saziş hər bir Tərəfə bir nüsxədə verilməklə və bir nüsxəsi məhkəmədə qalmaqla, 3 (üç) əsl nüsxədə tərtib olunmuşdur. Sazişin hər bir nüsxəsi eyni hüquqi qüvvəyə malikdir. 5.Tərəflər Mülki Prosessual Məcəllənin qeyd edilən maddələrində göstərilən qaydada barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edirlər. İş üzrə icraata xitam verilsin. İşin icraatına xitam verildikdə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi barədə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri tərəflərə izah edilsin. Qərardad, işdə iştirak edən şəxslərə rəsmi qaydada verilən gündən 10 (on) gün müddətində, ondan Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Günay Axundova
Fərrux Qasımov