Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4192/2020 27.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yetkinlik yaşına çatmayan övladları ilə birlikdə fərdi yaşayış evindən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(010)-694/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin yetkinlik yaşına çatmayan övladları ilə birlikdə ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, 60 saylı fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, 60 saylı fərdi yaşayış evi onun mülkiyyətindədir. O, 2018-ci ilin yay ayında evini satmaq qərarına gəlmiş, həmin evin satılmasına kömək etməyi Savalan adlı tanışından xahiş etmişdir. O, Bakı şəhərində olmayan zaman Savalan ona zəng edib bildirmişdir ki, 74 saylı MKİS-in X28 adlı mühəndisinin müştərisi var və o, həmin evə baxmaq istəyir. Savalan ondan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, 60 saylı fərdi yaşayış evini satması üçün həmin evin açarlarını X22 verməyi xahiş etmiş, o, evinin açarlarını X22 vermişdir. Lakin X28 evi həmin müştəri ilə razılaşmadığına görə sata bilməmişdir. Həmin vaxtdan X28 tapacağı müştərilərə evi göstərmək üçün evin açarlarını özündə saxlamışdır. X22 təxminən 1 aydan sonra Cavabdeh1 adlı şəxsin ailəsi ilə birlikdə yaşamaq üçün kirayə ev axtardığı üçün ona müraciət etdiyini, evi Cavabdeh1 və ailə üzvlərinə 200 manata kirayə verdiyini bildirmişdir. X1 Məhəmməd Həsən oğlu ilə aralarında qohumluq əlaqələrinin olduğunu və kirayə pulunu Cavabdeh1 şəxsən özü alıb ona verəcəyini bildirmişdir. 2018-ci ilin iyul-avqust ayılarında X28 ona kirayə haqqı olaraq 400 manat pul vermişdir. Lakin bir müddət sonra qohumları ona Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, 60 saylı fərdi yaşayış evinin kirayə olaraq verilmədiyini və həmin evin satıldığını bildirmişlər. O, Cavabdeh1 ilə əlaqə saxlayıb yaşadığı evdə kirayə qalıb-qalmadığını soruşsa da, Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, 60 saylı fərdi yaşayış evində kirayə qalmadığını, həmin evi X15 15500 manata aldığını bildirmişdir. O, dəfələrlə X28 ilə əlaqə saxlayıb nə baş verdiyini soruşmaq istəsə də, X28 onun zənglərinə cavab verməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-527/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə X5 Məcəlləsinin 178.2.2, 178.2.3 və 312.2-ci maddələri ilə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs X20 barəsində açılmış cinayət işi üzrə hazırlıq iclası keçirilən zaman o, məhkəməyə mülki iddia ərizəsi ilə müraciət edərək, cavabdeh (təqsirləndirilən) şəxs X20 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, 60 saylı fərdi yaşayış evini boşaltmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə mülki iddia ərizəsi icraata götürülmüş, onun mülki iddiaçı, təqsirləndirilən şəxs X20 isə mülki cavabdeh qismində tanınması barədə qərar qəbul edilmişdir. Daha sonra iddia həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, 60 saylı fərdi yaşayış evində məskunlaşmış Cavabdeh1 və X3 mülki cavabdeh qismində tanınması, onların iki uşağı ilə birlikdə ona məxsus olan evdən çıxarılması, həmin ünvanda yerləşən evin boşaldılaraq ona təhvil verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin həmin ərizəsi xx.xx.2019-cu ıl tarixində məhkəmə iclasında müzakirə edilmiş və icraata qəbul edilməmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, 60 saylı fərdi yaşayış evində X28 deyil, iş üzrə zərərçəkmiş şəxs olan Cavabdeh1 və onun ailə üzvləri məskunlaşıblar. Hazırda cavabdehlərin ona məxsus olan evdə qalması onun mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(010)- 694/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. X11 tərəfindən Bakı şəhəri Suraxanı RPİ-nin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 10 saylı notariat kontorunda təsdiqlənmiş ərizənin surətindən görünür ki, X4 və Cahangirova Xöşgül Əmir qızının mübahisəli ünvanda yerləşən evə pasport qeydiyyatına düşməsinə etiraz etməmişdir. O, mübahisəli evdə yaşamışdır və həmin evə dair işıq, qaz abonent kodu onun adınadır. Cavabdeh qeyd edir ki, mübahisəli evi Aleksandr Lesnikovdan almış və alqı-satqı müqaviləsinin bağlanmasında o, Savalan və Eldar adlı şəxslər vasitəçi kimi iştirak etmişlər, bu halı təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Onunla X23 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən mübahisəli ev ona satılmış, ondan öncə isə X23 mübahisəli evi Aleksandr Lesnikovdan 2015-ci ildə almış, 2017-ci ildə isə evi alqı-satqı müqaviləsi əsasında ona satmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər (nümayəndələri) məhkəməyə gəlməmiş, nə də bunun üzrlü səbəbdən baş verməsini bildirməmişlər. Odur ki, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının yaşayış evinə hər hansı hüququ mövcud olmadığından, o, özbaşına tikili olan fərdi yaşayış evindən cavabdehlərin çıxarılmasını tələb edə bilməz, mövcud olmayan hüquqa yaradılmış maneənin aradan qaldırılması, habelə onun müdafiəsi və realizəsi mümkün deyildir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə qənaəti yalnışdır. İş materiallarına əlavə edilmiş X12 tərəfindən Bakı şəhəri, Suraxanı RPİ-nin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, 10 saylı notariat kontorunda təsdiqlənmiş ərizənin kserosurətindən görünür ki, X12 İddiaçı və Cahangirova Xöşgül Əmir qızının Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, 60 saylı ünvanda yerləşən evə pasport qeydiyyatına düşməsinə heç bir etirazı olmamışdır. X12 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, 10 saylı notariat kontorunda təsdiqlənmiş ərizənin kserosurətindən görünür ki, X12 **********00001 saylı işıq abonent kodunun Bakı şəhəri, Suraxanı rayonu, Y/Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, ev 19, mənzil 1-də qeydiyyatda olan İddiaçı adına keçirilməsinə heç bir etirazı olmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 10 saylı Notariat Ofisi tərəfindən verilmiş arayışdan görünür ki, Bakı şəhəri, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, ev 60-da qeydiyyatda olan X7 adından xx.xx.2018-ci il tarixdə 8İ-1452 saylı reyestrlə yazdığı ərizəsindəki imzadan ərizəsi əsasında xx.xx.2019-cu il tarixdə imtina etmişdir. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Yeni Suraxanı qəsəbəsi İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsində yerləşən 60 saylı fərdi yaşayış evində (özbaşına tikilidə) X12 və X21 daimi qeydiyyatdadırlar. Suraxanı rayon Məhkəməsinin 2(010)-5849/2019 saylı xx.xx.2019-cu il tarixli qiyabi qətnaməsindən görünür ki, iddiaçı X6 cavabdehlər X8 və X9rşı “istifadə hüququnun itirilmiş hesab edilməsi və istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi təmin edilərək, cavabdehlər X7 və X14 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsində yerləşən 60 saylı fərdi yaşayış sahəsindən istifadə hüquqları itirilmiş hesab edilməsi, iddiaçı X6 ailə üzvləri Cavabdeh2 Abduləziz qızı, X13 və X10 ilə birlikdə həmin fərdi yaşayış evinə istifadə hüquqlarının tanınması qət edilmişdir. Həmçinin müəyyən olunur ki, İddiaçı ərizəsi əsasında Suraxanı rayon Məhkəməsinin 2(010)-5849/2019 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilmiş, həmin məhkəmənin 2(010)-1037/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə isə, tərəflər məhkəmə iclasına gəlmədikləri üçün, MPM-nin 259.0.6-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Apellyasiya şikayətinə əlavə edilmiş xx.xx.2017-ci il tarixli evlərin alqı-satqı müqaviləsinin surətindən görünür ki, mənzilin sahibi X23 mənzili alan şəxs İddiaçı arasında Xanlar Ələkbərov küçəsi 60 saylı evin 8000 manata (1500 manat beh) alqısatqısı həyata keçirilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünün surətindən görünür ki, məhkəmənin hazırlıq iclasında zərərçəkmiş şəxs İddiaçı məhkəməyə təqdim etdiyi əmlakın tələb edilməsi barədə mülki iddia ərizəsində təqsirləndirilən şəxs X22 qarşı mülki iddia qaldıraraq Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, 60 saylı fərdi yaşayış evinin boşaldılaraq ona verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə xx.xx.2019-cu il tarixli hazırlıq iclasında zərərçəkmiş şəxs tərəfindən təqdim edilən mülki iddia ərizəsinin icraata qəbul edilib-edilməməsi məsələsinin müzakirə edərək mülki iddia ərizəsini icraata qəbul etmiş, zərərçəkmiş şəxs İddiaçı mülki iddiaçı, təqsirləndirilən şəxs X20 isə mülki cavabdeh qismində tanınması haqqında qərar qəbul etmişdir. Daha sonra zərərçəkmiş şəxs və mülki İddiaçı dəftərxana vasitəsi ilə məhkəməyə xx.xx.2019-cu il tarixli iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək fərdi yaşayış evində məskunlaşmış Cavabdeh1 və X3 cavabdeh qismində tanınması, onların iki uşağı ilə birlikdə ona məxsus olan Bakı şəhəri Y/Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, 60 saylı fərdi yaşayış evindən çıxarılması, həmin ünvanda yerləşən evin boşaldılaraq ona təhvil verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin ərizə xx.xx.2019-cu il tarixli məhkəmə iclasında müzakirə edilmiş və icraata qəbul olunmamışdır. Məhkəmənin ilk baxış iclasında, məhkəmə istintaqı başlananadək zərərçəkmiş şəxs Cavabdeh1 məhkəməyə mülki iddia ərizəsi təqdim edərək X15 onun xeyrinə, cinayət əməli nəticəsində vurulmuş maddi zərərə görə 18000 manat, mənəvi zərərə görə 2000 manat, cəmi 20000 (iyirmi min) manat pul vəsaiti, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə xx.xx.2019-cu il tarixli ilk baxış iclasında zərərçəkmiş şəxs tərəfindən təqdim edilən mülki iddia ərizəsinin icraata qəbul edilib-edilməməsi məsələsinin müzakirə edərək mülki iddia ərizəsini icraata qəbul etmiş, zərərçəkmiş şəxs Cavabdeh1 mülki iddiaçı, təqsirləndirilən şəxs X20 isə mülki cavabdeh qismində tanınması haqqında qərar qəbul etmişdir. Həmin hökm ilə X5 Məcəlləsinin 178.2.2, 178.2.3 və 312.2-ci maddələri ilə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Cavabdeh1 mülki iddiası qismən təmin edilmiş, cinayət nəticəsində vurulmuş maddi ziyana görə 18000 (on səkkiz min) manat və dövlət rüsumu kimi iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat, cəmi 18030 (on səkkiz min otuz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh X15 alınaraq zərərçəkmiş şəxs və mülki iddiaçı Cavabdeh1 ödənilməsi, iş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Cavabdeh1 vermiş olduğu mülki iddia tələbi mənəvi zərərə görə 2000 (iki min) manat pulun təqsirləndirilən şəxs və mülki cavabdeh X15 tutularaq ona ödənilməsi hissəsində baxılmamış saxlanılması hökm edilmişdir. Zərərçəkmiş şəxs və mülki İddiaçı təqsirləndirilən şəxs və mülki cavabdeh X22 qarşı mülki iddia tələbi rədd edilmişdir. Müəyyən edilmişdir ki, ünvan 6 ünvanında təqsirləndirilən şəxs X28 deyil, iş üzrə zərərçəkmiş şəxs olan Cavabdeh1 və onun ailə üzvləri məskunlaşmışlar. Hökmdən həmçinin görünür ki, zərərçəkmiş şəxs Cavabdeh1 ifadəsində göstərmişdir ki, “... Eldar onu və Mahiri Suraxanı rayonu, X.Ələkbərov küçəsi 60 ünvanlnda yerləşən evə aparmışdır. Həmin evdə heç kim yaşamamış və giriş qapısının açarı Eldarda olmuşdur. Eldar qapını açandan sonra o və Mahir içəri girib evə baxmışlar. Eldar həmin evin ona məxsus olduğunu, 18000 manata satdığını demişdir. O da həmin evi bəyəndiyi üçün onunla razılaşmışdır. O, Eldardan evin sənədlərinin olub-olmadığını soruşanda Eldar ona evin sənədlərinin qaydasında olduğunu, evi onun adına sənədləşdirəcəyini demişdir. ... O, arvadı Kəmalənin yanında 50 və 100 manatlıq əskinaslardan ibarət 18000 manatı sayıb Eldara vermişdir. ...2018-ci ilin iyun ayının sonlarından həmin evdə ailə üzvləri ilə birlikdə yaşamağa başlamışdır. O, evin sənədlərini Eldardan hər dəfə tələb edəndə, Eldar müxtəlif bəhanələr gətirib onları aldatmışdır. 2018-ci ilin sentyabr ayının sonlarında İldırım adlı şəxs onların yaşadığı evə gəlib evin ona məxsus olduğunu deyib, onlardan evdən çıxmağı tələb etmişdir. Bundan sonra o, bilmişdir ki, Eldar ona qarşı dələduzluq edərək, 18000 manat pulunu ələ keçirib. Eldar ona İldırımın makler olduğunu demişdir. O, həmin evin İldırım adlı şəxsə məxsus olduğunu bilməmişdir.” Hökmlə müəyyən olunmuşdur ki, X2 İldırım Güləli oğlunun, özünə məxsus Suraxanı rayonu X.Ələkbərov küçəsi 60 ünvanında yerləşən 30000 manat dəyərində mənzilini satdığını bildiyi üçün həmin mənzilin satılmasında köməklik edəcəyini yalandan deyərək, 2018-ci ilin iyun ayının sonlarında mənzilin açarlarını sonuncudan aldıqdan sonra həmin mənzili aralarında tanışlıq münasibətində olduğu X29 vasitəsi ilə tanıdığı Suraxanı rayon sakini Cavabdeh1 öz mənzili kimi təqdim edərək, mənzili adına sənədləşdirəcəyini yalandan vəd verib aldatmaqla 2018-ci ilin iyun ayının sonlarında 74 saylı MKİS-in inzibati binasının yerləşdiyi ünvan 7 ünvandakı xidməti otağında Cavabdeh1 18000 manatı alaraq mənzili sonuncuya təhvil verib ailəsi ilə həmin mənzilə köçməsinə şərait yaratmış, İddiaçı mənzilinn satılmadığını, mənzil satılana qədər icarəyə verdiyini bildirib Cavabdeh1 aldığı puldan 400 manatı mənzilin kirayə haqqı kimi İddiaçı verib, sonuncunu faktiki olaraq qeyd olunan mənzilə sahib olmaq hüququndan məhrum etməklə, öz qulluq mövqeyindən istifadə edib İddiaçı məxsus xeyli miqdar təşkil edən 30000 manat dəyərində əmlaka olan hüquqlarını, Cavabdeh1 məxsus xeyli miqdar təşkil edən 18000 manat məbləğində əmlakı aldatmaqla və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmişdir. Hökmdən göründüyü kimi, Cavabdeh1 mülki iddiası qismən təmin edilərək, mübahisəli evi almaq üçün ödədəyi 18000 manatın X15 tutularaq ona ödənilməsi müəyyən edilmişdir. İddiaçı mülki iddiası isə mübahisəli evə Eldar Həsənov deyil, Məhəmməd Abdullay və ailə üzvləri məskunlaşdığından rədd edilmişdir. Birinci instansiya məhkəməsi isə göstərilən xüsusatları nəzərə almamış, iddianı rədd etməklə, fatkiki olaraq, Cavabdeh1 həm mənzilə görə ödədiyi 18000 manatı geri almasına, həm də əsassız olaraq mənzilə yiyələnməsinə şərait yaratmışdır. Hökmlə isə müəyyən edilmişdir ki, mübahisəli yaşayış evi iddiaçının qanuni istfadəsində və sahibliyində olmuş və törədilmiş cinayət əməli nəticəsində onun həmin hüquqları, yəni əmllak hüquqları pozulmuşdur. Halbuki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Kollegiya qeyd edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli ev iddiaçıya məxsus olmuş, onun sahibliyi və istifadəsində olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil edir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-694/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmayan övladları ilə birlikdə İddiaçı məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, 60 saylı fərdi yaşayış evindən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-4192/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4192/2020
27.07.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver