Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4193/2022 21.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçıların nümayəndəsi Nümayəndə3, Cavabdehlər Cavabdeh5 və Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh5 və qeyrilərinə qarşı mənzilə köçürmə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli 2(002)-864/2022 saylı qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların və İddiaçı1 ilə Cavabdeh1 rəsmi nikahlarından doğulmuş iki nəfər uşaqları---20 iyun 2007-ci il təvəllüdlü Cavabdeh5 Azər oğlu və 30 iyul 2012-ci il təvəllüdlü X3 hazırda cavabdehlərin yaşadıqları ünvan 1 ünvanında yerləşən 4 otaqdan ibarət 23 nömrəli mənzilə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Cavabdeh1 ilə 15 fevral 2002-ci ildə evlənərək ailə qurmuş, nikahları 21 dekabr 2002-ci ildə rəsmiləşdirilmişdir. Cavabdehlə birgə nikahlarından üç uşaqları---xx xxxxxx 2002-ci il təvəllüdlü İddiaçı2, 20 iyun 2007-ci il təvəllüdlü Cavabdeh5 Azər oğlu və 30 iyul 2012-ci il təvəllüdlü X5 anadan olmuşdur. Övladlarından İddiaçı2 18 yaşı tamam olmaqla yetkinlik yaşma çatmışdır. Cavabdeh1 ilə evlənəndən sonra Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində Cavabdeh1 kirayə tutduğu mənzilə köçmüş və 2010-cu ilədək həmin mənzildə yaşamışlar. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 09 iyul 2010-cu il tarixli 145 nömrəli Sərəncamı ilə onlara Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi M.Seyidov küçəsində yerləşən 21A nömrəli binanın 2-ci girişinin 3-cü mərtəbəsində yerləşən 4 otaqdan ibarət 23 saylı mənzil verilmişdir. Bu barədə onlara 19 iyul 2010-cu il tarixli 005676 saylı Order verilmişdir. Orderdə mənzildən istifadə hüququ olan şəxslərin arasında iddiaçıların da adı qeyd olunmuşdur. Bundan sonra onlar cavabdehlərlə birlikdə həmin mənzilə köçmüşlər. Cavabdeh1 ilə İddiaçı1 birgə nikahından doğulmuş X5 həmin mənzildə anadan olmuşdur. İddiaçılar və iki nəfər azyaşlı uşaqlar həmin mənzildə qeydiyyatdadırlar. Cavabdeh1 ilə İddiaçı1 ailə münasibətləri pisləşdiyindən boşanmış və aralarındakı nikah Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş, nikah pozulan zaman üç nəfər uşaqlar İddiaçı1 yanında saxlanılmışdır. Cavabdeh1 ilə İddiaçı1 arasında nikah pozulduqdan sonra cavabdehlər iddiaçıları qeydiyyatda olduqları mübahisəli mənzildən çıxarmışlar. Hazırda iddiaçılar iki nəfər azyaşlı uşaqlarla birlikdə müvəqqəti olaraq valideynlərinə məxsus olan, uşaqlarının normal şəraitdə sağlam böyüməsi və təhsil almaları üçün şəraiti olmayan fərdi yaşayış evində yaşamağa məcbur olmuşlar. İddiaçılar dəfələrlə Bakı şəhəri Səbail RİH başçısının Sərəncamı və Orderlə iddiaçıların və cavabdehlərin ümumi istifadəsinə verilmiş, qeydiyyatda olduqları və bir neçə il yaşadıqları mənzildə onların da yaşamaq və mənzildən istifadə hüquqlarının olmasını cavabdehlərin nəzərinə çatdırsalar da, cavabdehlər onların köçüb həmin mənzildə yaşamağına imkan vermirlər. Cavabdehlərlə aralarında yaranmış mənzil mübahisəsini məhkəmədənkənar qaydada mediasiya yolu ilə həll etmək mümkün olmadığına görə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli 2(002)-864/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh5 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı təmin edərkən iddiaçının 3 uşağı ilə birlikdə əşyalarını da götürərək mübahisəli mənzildən daimi getməsini, 3 ildən yuxarı müddətdə həmin mənzildə yaşamamasını nəzərə almamış, mənzil qanunvericiliyinin normalarını pozmuşdur. Apellyasiya baxışı zamanı Cavabdeh5 şikayətin məzmununa uyğun izahat verərək bildirdi ki, o, nəvələrini yaşayış sahəsiz qoymaq istəmir və oğlu ilə gəlininin barışmasını arzulayır. Gələcəkdə çalışacaq ki, evin satışından əldə olunacaq puldan iddiaçılara müəyyən vəsait verilsin ki, onlar yaşayışlarını təmin edə bilsinlər. İddiaçıların nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında digər cavabdehin izahatına uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. İş materiallarından görünür ki, X2 ilə Cavabdeh1 21 fevral 2002-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx xxxxxx 2002-ci ildə İddiaçı2, 20 iyun 2007-ci ildə Cavabdeh5 Azər oğlu və 30 iyul 2012-ci ildə X5 doğulmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaqlar X1 yanında saxlanılmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 X1 xeyrinə hər ay hər uşaq üçün 160 manat, ümumilikdə 480 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 19 iyul 2010-cu il tarixli 005676 saylı orderə əsasən Cavabdeh5 6 nəfər ailə üzvü, o cümlədən gəlini Cavabdeh1, nəvələri İddiaçı2 və Cavabdeh1la birlikdə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi M.Seyidov küçəsində yerləşən 21A nömrəli binanın 2-ci girişinin 3-cü mərtəbəsində yerləşən 4 otaqdan ibarət 70,16 kv.m ölçüdə 23 saylı mənzil verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Konstitusiyanın 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 68.3-cü maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Yenə həmin Məcəllənin 70-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur. İş materiallarından görünür ki, İddiaçı1 keçmiş əri Cavabdeh1 ilə nikah münasibətləri pozulduqdan sonra orderlə köçürüldüyü və pasport qeydiyyatında olduğu mənzili tərk etməyə məcbur olsa da, yaşayış sahəsindən istifadə hüququnu itirməmişdir. İddiaçı1 həmin mənzili daimi tərk etməsi barədə iş materiallarında hər hansı sübut yoxdur. Bundan əlavə, işin faktiki hallarından görünür ki, Cavabdeh5 məhz 4 otaqlı və 70,16 kv.m ölçüdə mənzil verilərkən iddiaçılar da nəzərə alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə qanuni, əsaslı və ədalətli nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh5 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli 2(002)-864/2022 saylı qətnaməsi Cavabdeh5 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4193/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4193/2022
21.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver