Məhkəmə qərarları › İş №2(103)-4196/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4196/2020

21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4196/2020 21.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Cavabdeh X1 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2928/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə "MAN" markalı, **-BK-*** qeydiyyat nişanlı, hazırda dövlət qeydiyyat nişanı **-UC-*** olan avtomobilin dəyəri olan 60000 (altmış min) manatın, “Damperli” markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı, hazırda dövlət qeydiyyat nişanı **-ZA-*** olan yük yarımqoşqusunun dəyəri olan 30000 (otuz min) manatı, “Mercedes Benz” markalı, **- SC-*** dövlət qeydiyyat nişanlı, hazırda dövlət qeydiyyat nişanı **-XC-*** olan avtomobilin dəyəri olan 40000 (qırx min) manatın, cəmi 130000 yüz otuz min) manatın və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2928/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə, iddia tələbi qismən təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 44350 manat (qırx dörd min üç yüz əlli) manat və ödənilmiş dövlət rüsumuna görə 15 (on beş) manatalınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinə dəftərxana vasitəsi ilə xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin sorğusu daxil olmuşdür. Həmin sorğuda qeyd edilən mülki iş üzrə iddiaçı tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2928/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən şikayət verildiyi qeyd edilmiş və yaranmış zərurətlə hazırki mülki işin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və İddiaçı tərəfindən verilmiş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 364-cü maddəsini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2928/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayətin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar