Məhkəmə qərarları › İş №2(103)-4197/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4197/2024

09.09.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4197/2024 09.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı işi üzrə Açar sözlər: (“əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə haqqın ödənilməsi ”) hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə haqqın ödənilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2256/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək (tələbini dəqiqləşdirməklə), məhkəmədən onunla bağlanmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli əmrin etibarsız sayılması, tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməklə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qəbul edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə 3-17-4/3-2-2834/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrin ləğv olunması, qətnamə icra olunan (işə bərpa olunan) günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı işə bərpa edilməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixdə rəsmi qaydada əmək kitabçası açılmaqla Respublika X6 işə qəbul olunmuşdur. xx.xx.2015-ci il tarixli 25 nömrəli əmr əsasında Mərkəzin Tibbi Sosial Reabilitasiya şöbəsinə 0,5 ştat vahidi növbətçi tibb bacısı vəzifəsinə götürülmüşdür. Özü 1-ci qrup əlildir və əlillik müddətsiz olaraq təyin edilmiş, hərəkət məhdudiyyəti var. xx.xx.2018-ci il tarixdə 145 nömrəli əmr əsasında Respublika X6 1,0 ştat vahidi sanitar qadın vəzifəsinə keçirilmişdir. Həmin müəssisənin xx.xx.2020-ci il tarixli **********4 saylı əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və əmək müqaviləsinə xitam verilmiş, həmin əmr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Respublika Reabilitasiya Mərkəzinin möhürü və vəzifəli şəxsin imzası ilə təsdiq edilmişdir. Elə həmin ildə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2020-ci il tarixli **********9 nömrəli müvafiq əmri ilə Agentliyin Respublika Reabilitasiya Mərkəzinin Orta və kiçik tibb heyətində stasionar üzrə sanitar qadın vəzifəsinə işə təyin edilmişdir. Lakin heç bir halda ona əmək müqaviləsi təqdim edilməmişdir. 2015-ci ildən eyni müəssisədə işlədiyi üçün müqaviləsinin daimi olmasını bilmişdir. Rəhbərliyin göstərişinə əsasən əlilliklə bağlı hərəkət məhdudiyyəti nəzərə alınaraq faktiki olaraq qeydiyyatçı vəzifəsi ona həvalə edilmişdir. İşlədiyi müddətdə barəsində heç bir intizam tənbeh tədbiri olmamış, müəssisənin nizam və intizam qaydalarına riayət etmişdir. Gözləmədiyi halda 2023-cü ilin dekabr ayında ona xəbərdarlıq məktubu təqdim edilmiş və imzalamağı tələb olunmuşdur. Həmin xəbərdarlıqda 2023-cü il 25 dekabr tarixində əmək müqaviləsinin müddətinin bitdiyi, onunla növbəti dəfə əmək münasibətlərinin davam etdirilməsi nəzərdə tutulmadığından Əmək Məcəlləsinin 73-cü maddəsinə uyğun olaraq Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən 2023-cü il 25 dekabr tarixində müddətli əmək müqaviləsinə xitam veriləcəyi və əmək kitabçasını Agentlikdən təhvil almağının zəruri olduğu qeyd olunmuş, xx.xx.2023-cü il tarixli 3-17-4/3-2-2834/2023 nömrəli əmr əsasında Azərbaycan Respublikası Əmək Məcəddəsinin 68-ci maddəsinin 2- ci hissəsinin "b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmri qanunsuz hesab edir. Özünün 1-ci qrup əlil olması və 5 ildən artıq həmin müəssisədə işləməsinə baxmayaraq, onunla müqaviləyə guya müddətin qurtarması əsası ilə xitam verilməsi qanunsuz və əsassızdır. Ümumiyyətlə, cavabdehin və onun səlahiyyətli şəxsləri tərəfindən onun əmək hüquqları kobud şəkildə pozulmuşdur. Həmçinin, hesab edir ki, işdən azad olunması əsassız olmuşdur. Məcburi olaraq işindən uzaqlaşdırılmışdır. Cavbadeh tərəfindən əmək qanunvericliyinin bir sıra normaları kobud şəkildə pozulmuşdur. Müqavilənin müddəti barəsində, onun müddətli bağlanması ilə bağlı heç bir məlumatı olmamışdır.

3. İddia tələbinin dəqiqləşdirilməsi barəsində ərizəsini onunla əsaslandırmışdır ki: cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə yazılı etirazda qeyd olunmuşdur ki, "İddiaçı xx.xx.2015-ci il tarixdə Respublika X9 işə qəbul olunmuş və öz ərizəsi ilə xx.xx.2020-ci il tarixdə işdən azad edilmiş, 23 gün sonra xx.xx.2020-ci ildə müddətli əmək müqaviləsi əsasında Respublika Reabilitasiya Mərkəzinə (keçmiş adı Respublika X9) işə qəbul edilmişdir.” Etirazda digər bir dəlil kimi iddiaçının arada 23 gün fasilə olduğu üçün eyni müəssisədə 5 il fasiləsiz işləmədiyi qeyd olunmuşdur. Həmin etirazla bağlı dəlilləri məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilən iclasında ərizə ilə təqdim etmişlər. İşin məhkəmədə baxılmasına hazırlanması mərhələsində iddiaçının xx.xx.2020-ci il tarixdə guya işdən azad edilməsi barədə əmrin hansı şəraitdə hansı əsasla verilməsi suallar doğurmuş, iddiaçının həmin əmr barədə qeydi bu yaxınlarda əmək kitabçasında gördüyü aydın olmuş, iddiaçının 2020-ci ilin sentyabr ayında iş yerində, əmək fəaliyyəti davam etdirdiyi halda işəgötürənin hansı məqsədlə belə bir saxta əmr tərtib etdiyindən iddiaçının ümumiyyətlə xəbərinin olmadığı, guya iddiaçının özünün işdən azad olunması barədə könüllü verdiyi ərizəsinin olduğu cavabdeh tərəfindən bildirilsə də, bununla bağlı məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. İddiaçının bildirdiyinə görə 2020-ci ilin sentyabr ayında ona həmin əmrin çıxarılması barədə məlumat verilməmiş,heç bir halda hər hansı son haqq-hesab aparılmamış, əmək kitabçasının təqdim edilməsi baş verməmişdir. Təsadufi deyil ki, həmin əmr barədə qeyd əmək kitabçasında cavabdeh - Prezidentin xx.xx.2019-cu il tarixli 912 nömrəli fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisi kimi yaradılmış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin möhürü ilə təsdiq edilmişdir. Halbuki Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə Dövlət Tibbi-Sosial Ekspertiza və X1 təsdiq edilmiş, həmin fərmanda müvafiq icra hakimiyyəti orqanlarına bir sıra tapşırıqlar və vəzifələr həvalə edilmişdir. Həmin Fərmanın 7.5-cı bəndində Dövlət Sosial Müdafiə Fondunda, Dövlət Məşğulluq Xidmətində, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində işləyən işçilərin bu Fərmanın 1-4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərdə müvafiq vəzifələrə təyin olunmaları ilə bağlı tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilməsi vəzifələri qeyd olunmuşdur.Cavabdehin qeyd etdiyi fasilə cavabdeh qurumun yaradılması ilə bağlı Prezidentin fərmanı icrası ilə bağlı təşkilati-struktur dəyişikliyindən irəli gəlmiş, iddiaçının barəsində fərqli tarixlərdə müvafiq əmrlərin verilməsi köhnə və hüquqi varis olan işəgötürənlərin səlahiyyətində olmuş, iddiaçı həmin dövrdə sıravi işçi kimi gündəlik işinə gedib gəlmişdir. Buna görə də rəsmiləşmədə hansısa fasilənin yaranmasında işçinin heç bir təqsiri yoxdur, məsuliyyəti işəgötürən daşıyır. xx.xx.2020-ci il tarixdə verilmiş əmrin etibarsız olduğu aşkar görünür. Həmin əmrdən iddiaçının indiyə kimi məlumatlı olmaması da açıq-aşkardır. Buna görə də, hesab edirlər ki, işəgötürənin qeyd olunan tarixli əmri etibarsız hesab edilməlidir. Oxşar işlə bağlı Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini müəyyən edən 2(102)-4262/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə qərarı hal-hazırki işə baxılarkən hesab edirik ki, nəzərə alınmalıdır. Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

4. Cavabdeh iddiaya qarşı etiraz ərizəsi təqdim etmiş və etirazında göstərmişdir ki: İddiaçı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanlnda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra - Agentlik) arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonraməcəllə) 45.1 maddəsinə əsasən xx.xx.2020-ci il tarixində müddətli əmək müqaviləsi bağlanmış və Respublika Reabilitasiya Mərkəzinin orta və kiçik tibb heyətində sanitar qadın vəzifəsinə qəbul edilmişdir. İddiaçı tərəf məhkəməyə təqdim etdiyi iddia ərizəsində bildirmişdir ki, "elə həmin ildə (2020) Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2020-ci il tarixli **********9 nömrəli müvafiq əmri ilə X2 Mərkəzinin Orta və kiçik tibb heyətində stasionar üzrə qadın vəzifəsinə təyin edilmişdir. Lakin heç bir halda ona əmək müqaviləsi təqdim edilməmişdir. İddiaçı ilə bağlanan müddətli əmək müqaviləsi tərəfə imza etdirməklə və tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə 03 ay müddətinə xx.xx.2020-ci il tarixdən işə başlamışdır (xx.xx.2020-xx.xx.2020 ildə bağlanmışdır). Daha sonra əmək müqaviləsinə dəyişiklik edilməklə 03 ay müddətinə uzadılmış (xx.xx.2020- xx.xx.2021), sonra yenidən 03 ay müddətinə (xx.xx.2021-xx.xx.2022), sonra yenidən 03 ay müddətinə (xx.xx.2022xx.xx.2022), yenidən 03 ay müddətinə (xx.xx.2022- xx.xx.2022), yenidən 03 ay müddətinə (xx.xx.2022xx.xx.2022), yenidən 03 ay müddətinə xx.xx.2022-xx.xx.2023), yenidən 03 ay müddətinə (xx.xx.2023xx.xx.2023), yenidən 03 ay müddətinə (xx.xx.2023-xx.xx.2023), yenidən 03 ay müddətinə (xx.xx.2023xx.xx.2023) olmaqla müqavilənin müddəti hər dəfə 03 ay olmaqla 12 dəfə uzaldılmışdır. Həmçinin bildirmək istəyir ki, tərəflər arasında son bir ildə (xx.xx.2022- xx.xx.2023)baş verən müqavilə müddətinin hər dəfə 03 ay olmaqla uzadılması barədə ƏMAS-da məlumat yoxdur. Bu hala səbəb Agentlikdə işçilərlə adətən 03 ay olmaqla müddətli əmək müqaviləsi bağlanır və hamısının 03 ay uzaldılması barədə əmək müqaviləsinə dəyişiklik edilməsi bildirişinin ƏMAS-a yerləşdirilməsi fiziki cəhətdən qeyri mümkündür. Bundan əlavə, qanunvericilik bu hala qiymət vermişdir. Belə ki, AR Əmək Məcəlləsinin 73.1 -ci maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Əlavə olaraq iddia ərizəsində qeyd edildiyi kimi, İddiaçı xx.xx.2015-ci ildə Respublika X9 işə qəbul olunmuş və öz ərizəsi ilə xx.xx.2020-ci ildə işdən azad edilmişdir. Daha sonra işdən azad edildikdən 23 gün sonra xx.xx.2020-ci ildə Respublika Reabilitasiya Mərkəzinə **********9 nömrəli müvafiq əmrlə (müddətli əmək müqaviləsi ilə) Orta və kiçik tibb heyətində stasionar üzrə sanitar qadın vəzifəsinə təyin edilmişdir. Sözügedən əmri tərəf imza etmiş və onunla tanış olmuşdur, həmçinin tərəflər arasında imzalanmış əmək müqaviləsinin 10.02-ci maddəsinə əsasən, müqavilə 2 nüsxədə tərtib edilib, onlardan biri işçidə, digəri işəgötürəndə saxlanılır. Azərbaycan Respublikasının Əmək Məcələləsinin 45.5-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Yəni şəxs bir işdən azad edildikdən sonra 23 gün müddət keçdikdən sonra yenidən işə düzəlmişdir. Ona görə şəxs eyni müəssisədə 5 ildən artıq işləmədiyinə görə (arada 23 gün fasilə yaranıb çünki) müddətsiz əmək müqaviləsi olduğunu iddia edə bilməz. Hazırkı mülki işdə isə iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanmış və müddəti hər dəfə 03 ay olmaqla uzadılmış və fasiləsiz 5 il işləməmişdir. Yəni şəxs fasiləsiz olaraq 5 il bir müəssisədə işləməmişdir. Azərbaycan Respublikasının Əmək Məcələləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müddətli bağlanıla bilər. 31.01.24 Azərbaycan Respublikasının Əmək Məcələləsinin 47-ci maddəsinin f bəndinin Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən, işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrini diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanılmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmənin həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaması, sübutlara obyektiv, qərarsız, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyi üçün ədalətli olmasını şübhə altına alır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2256/2024 saylı işi üzrə xx.xx.2024 -cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı işdən azad edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Respublika X5 xx.xx.2020-ci il tarixli, **********4 saylı əmrinin etibarsız hesab edilməsi, İddiaçı ilə "Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X13 arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin müddətsiz hesab edilməsi, İddiaçı işdən azad edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-2-2384/2023 saylı əmrinin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin əvvəlki vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.3, 45, 46.6, 47, 51.1, 68.1, 68.2, 73.1, 83.1, 83.2, 300.1; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, işin halları ilə müəyyən edildiyi kimi İddiaçı xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Respublika X9 işə düzəlmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin əsasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X13 yaradılmış və Prezidentin xx.xx.2020-ci il tarixli Fərmanı ilə yeni yaradılan publik hüquqi şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisi hesab edilmişdir. Göründüyü kimi iddiaçı xx.xx.2015-ci il tarixdən müddətsiz əmək müqaviləsi ilə xx.xx.2020-ci il tarixədək əvvəlki adı ilə X6 5 ildən artıq işləmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, onunla xx.xx.2020-ci il tarixdə müddətli əmək müqaviləsi bağlana bilməzdi. Çünki əvvəla yeni yaradılan publik hüquqi şəxs işçinin əvvəl işlədiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisi olmuşdur və işçi həmin müəssisədə 5 ildən artıq işləmişdir. Bundan əlavə məhkəmə xx.xx.2020ci il tarixli əmək müqaviləsinin ona görə müddətsiz hesab edilməli olduğu qənaətindədir ki, işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Respublika X5 xx.xx.2020-ci il tarixli əmri etibarsızdır. Çünki əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı əmrin qəbul edilməsi üçün əsas işçinin öz arzusu ilə işdən çıxması olmuşdur. Halbuki belə bir ərizənin mövcudluğunu sübutetmə yükü əmri verən işəgötürənin üzərinə düşsə də, üstəlik əmək kitabçasında bu barədə qeyd aparan yeni yaradılan publik hüquqi şəxs olsa da, cavabdeh etirazının əsası kimi istinad etdiyi hala dair sübut təqdim etməmişdir. Hansı ki, Əmək Məcəlləsinin 68.2 (a) maddəsi tərəflərdən birinin təşəbbüsü ilə işdən çıxarılmanın ümumi əsaslarını müəyyən etməklə, əmək müqaviləsinə xitam verilməsinin müstəqil əsası kimi çıxış etmir. İşçinin işdən çıxması barədə xx.xx.2020-ci il tarixli əmr də ƏMnin 68.2-ci maddəsinin "a” bəndinə əsasən qəbul edilmişdir. Halbuki əmək qanunvericiliyinin tələbinə əsasən tərəflərdən birinin təşəbbüsü dedikdə, burada əmək müqaviləsinin işçi tərəfindən ləğvi (ƏM 69-cu maddəsi) və əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi (ƏM 70-ci maddəsi) nəzərdə tutulmuşdur. Bununla belə, tərəflər Əmək Məcəlləsinin 75-ci maddəsinə əsasən qarşılıqlı razılıq əsasında əmək münasibətlərinə xitam verə bilərlər. Lakin cavabdehin nümayəndəsinə təklif edilməsinə baxmayaraq, mövcud olduğu iddia edilən işdən çıxma barədə ərizə və ya tərəflər arasında qarşılıqlı razılığı əks etdirən sənədlər məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının məhkəmə təcrübəsini formalaşdıran 2(102)-4262/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, işçi ilə işəgötürən arasında müddət göstərilmədən əmək müqaviləsi mövcud olduğu halda, əmək müqaviləsinə xitam verilməklə onunla yenidən müddətli müqavilənin bağlanılması işçinin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi ağlabatan və inandırıcı deyildir. Necə ki, hazırki mübahisədə olduğu kimi işçinin 5 il müddətində çalışdığı müəssisədən öz razılığı ilə işdən çıxması və 23 gün sonra həmin müəssisədə 3 aylıq əmək müqaviləsi ilə işə düzəlməsi inandırıcı hesab edilə bilməz. İşin müəyyən edilmiş halları baxımından məhkəmə o qənaətə gəlir ki, işçinin işdən çıxarılması ilə bağlı qəbul edilən xx.xx.2020-ci il tarixli **********4 saylı əmr yeni yaradılan X13n işçilərin say həddinin müəyyən edilməsi və.s təşkilati-struktur dəyişikliklərindən irəli gələn məsələ ilə bağlı olmuşdur. Halbuki Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanının 7.5-ci bəndinə əsasən, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində işləyən işçilərin bu fərmanın 1-4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərdə müvafiq vəzifələrə təyin olunmaları ilə bağlı tədbirlər görülməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinə tapşırılmışdır. Odur ki, xx.xx.2020-ci il tarixli **********4 saylı əmr etibarsız hesab edilməlidir. Bunun davamı olaraq məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsi müddətsiz hesab edildiyindən, müddətin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmr də ləğv edilməli və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçi əvvəlki vəzifəsinə bərpa edilməlidir.

6. Birinci instansiya məhkəməsi icraatı zamanı müəyyən edilmişdir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında çıxarışa əsasən, İddiaçı xx.xx.2014-cü il tarixindən dağınıq skleroz İİ serebrospinal forma. Anemiya. Aşağı parapez. Çanaq oynaqlarının funksiyasının pozulması, OU-GSD-nin hissəvi atrofiyası. Beyincik ataksiyası diaqnozu ilə müddətsiz olmaqla İ dərəcəlik əlillik verilmişdir; - ******* saylı əmək kitabçasının təsdiq olunmuş surətinə əsasən, İddiaçı Respublika X5 xx.xx.2015-ci il tarixli, 25 №-li əmri ilə Respublika X9 Tibbi Sosial Reabilitasiya şöbəsinə 0,5 ştat vahidi növbətçi tibb bacısı vəzifəsinə götürülmüşdür; - Respublika X5 xx.xx.2018-ci il tarixli, 145 №-li əmri ilə 1,0 ştat vahidi olmaqla, sanitar qadın vəzifəsinə keçirilmişdir; - xx.xx.2020-ci il tarixli **********4 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmr direktor vəzifəsini icra edən "Musaqulova” tərəfindən imzalanmış və kitabçaya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə məxsus möhür vurulmuşdur; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Respublika X11 tərəfindən verilən xx.xx.2020-ci il tarixli **********4 saylı əmrinə əsasən, Mərkəzin Tibbi-sosial reabilitasiya şöbəsinin sanitar qadın İddiaçı öz arzusu ilə tutduğu vəzifədən azad edilməsi və onunla xx.xx.2017-ci il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixində xitam verilməsi və son haqq- hesabının aparılmasının təmin edilməsi əmr edilmişdir; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2020-ci il tarixli, **********9 saylı əmri ilə Agentliyin Respublika Reabilitasiya Mərkəzinin Orta və kiçik tibb heyətində stasionar üzrə sanitar qadın vəzifəsinə işə təyin edilib; - "Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X13 ilə İddiaçı arasında bağlanan xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən, əmək müqaviləsi 1 ay sınaq müddəti olmaqla, 3 ay müddətinə bağlanmışdır. İşçi Respublika Reabilitasiya Mərkəzinin Orta və kiçik tibb heyətində sanitar qadın vəzifəsinə müvəqqəti təyin edilir və xx.xx.2020-ci il tarixindən işə başlayır; - Əmək Müqaviləsinin bağlanması ilə bağlı X4 əsasən, əmək müqaviləsi müddətli olmaqla, xx.xx.2020-ci il tarixində bağlanmış, müqavilənin bitmə tarixi xx.xx.2020-ci il qeyd edilmişdir. Əmək haqqı vaxtamuzd ödənilməklə 600 manat olmuşdur; - Əmək Müqaviləsinin bağlanması ilə bağlı X4 əsasən, əmək müqaviləsi müddətli olmaqla, xx.xx.2020-ci il tarixində bağlanmış, müqavilənin bitmə tarixi xx.xx.2021-ci il olaraq qeyd edilmişdir. Əmək haqqı vaxtamuzd ödənilməklə 600 manat olmuşdur; - Əmək Müqaviləsinin bağlanması ilə bağlı X4 əsasən, əmək müqaviləsi müddətli olmaqla, xx.xx.2020-ci il tarixində bağlanmış, müqavilənin bitmə tarixi xx.xx.2021-ci il olaraq qeyd edilmişdir. Əmək haqqı vaxtamuzd ödənilməklə 600 manat olmuşdur; - Əmək Müqaviləsinin bağlanması ilə bağlı Əmək Müqaviləsi bildirişindən görünür ki, əmək müqaviləsi müddətli olmaqla, xx.xx.2020-ci il tarixində bağlanmış, müqavilənin bitmə tarixi xx.xx.2021-ci il olaraq qeyd edilmişdir. Əmək haqqı vaxtamuzd ödənilməklə 600 manat olmuşdur; - Əmək Müqaviləsinin bağlanması ilə bağlı X4 əsasən, əmək müqaviləsi müddətli olmaqla, xx.xx.2020ci il tarixində bağlanmış, müqavilənin bitmə tarixi xx.xx.2022-ci il olaraq qeyd edilmişdir. Əmək haqqı vaxtamuzd ödənilməklə 600 manat olmuşdur; - Əmək Müqaviləsinin bağlanması ilə bağlı X4 əsasən, əmək müqaviləsi müddətli olmaqla, xx.xx.2020-ci il tarixində bağlanmış, müqavilənin bitmə tarixi xx.xx.2022-ci il olaraq qeyd edilmişdir. Əmək haqqı vaxtamuzd ödənilməklə 600 manat olmuşdur; - Əmək Müqaviləsinin bağlanması ilə bağlı Əmək Müqaviləsi bildirişindən görünür ki, əmək müqaviləsi müddətli olmaqla, xx.xx.2020-ci il tarixində bağlanmış, müqavilənin bitmə tarixi xx.xx.2022-ci il olaraq qeyd edilmişdir. Əmək haqqı vaxtamuzd ödənilməklə 600 manat olmuşdur; - xx.xx.2023-cü il tarixində sistemə daxil edilən Əmək Müqaviləsinin bağlanması ilə bağlı X4 əsasən, əmək müqaviləsi müddətli olmaqla, xx.xx.2020ci il tarixində bağlanmış, müqavilənin bitmə tarixi xx.xx.2022-ci il olaraq qeyd edilmişdir. Əmək haqqı vaxtamuzd ödənilməklə 800 manat olmuşdur; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-2-2384/2023 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci hissəsinin "b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qutarması) əmək müqaviləsinə xitam verilmişdir; - Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin idarə heyətinin sədri tərəfindən İddiaçı ünvanlanan xəbərdarlığın surətinə əsasən, sonuncuya aşağıdakı məzmunda məlumat verilmişdir: "Bildiririk ki, 2023-cü ilin 25 dekabr tarixində əmək müqaviləsinin müddətinin bitir. Sizinlə növbəti dəfə əmək münasibətlərinə davam etdirilməsi nəzərdə tutulmadığından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə uyğun olaraq, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən 2023-cü il 25 dekabr tarixində müddətli əmək müqaviləsinə xitam veriləcəkdir. Əmək kitabçanızı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən təhvil almağınız zəruridir.”; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi ödəyicisinin tarixçəsinə dair çıxarışa əsasən, VÖEN-İ ********** olan qurum xx.xx.2018-ci ild tarixindən xx.xx.2020-ci il tarixinədək "Respublika X11” adı ilə qeydiyyata alınmış, dəyişmədən sonra xx.xx.2020-ci il tarixindən "Respublika Reabilitasiya Mərkəzi” X13 kimi qeydiyyatdan keçmişdir. xx.xx.2024-cü il tarixinə isə faktiki olaraq "Respublika Reabilitasiya Mərkəzi” X13 kimi qeydiyyatdadır; - Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafisi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında 30 iyun 2020-ci il tarixli, 1077 saylı fərmanından görünür ki, bu fərmanın 1-3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, X7, Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla.) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir; - Bakı 13 saylı Mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyası barədə bildiriş 17 may 2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmiş, xx.xx.2024cü il tarixində keçirilən mediasiya sessiyasında İddiaçı nümayəndəsi Vəkil iştirak etmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Mərkəzi iştirak etməmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

7. Cavabdeh apellyasiya şikayəti verərək, Binəqədi rayon məhkəməsinin e-2(001)-2256/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi; Mülki Prosessual Məcəllənin 88, 217.1, 217.2, 217.3, 218.1; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli, 4 saylı Qərarının 2.1, 2.2 və 2.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi qətnaməni əsaslandırarkən mülki işi lazımi qaydada araşdırmamış, maddi hüquq normalarını pozmaqla kobud nöqsanlara yol vermiş və iddiaçının tələblərinə uyğunlaşdırmaqla əsassız və qanunsuz qətnamə qəbul etmişdir. İddiaçının öz iddiasını əsaslandırması belə düzgün aparılmamış və birinci instansiya məhkəməsi sözügedən halları araşdırmayaraq, iddiaçının sözlərinə əsaslanaraq qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, iddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki: “iddiaçının 2020-ci ilin sentyabr ayında iş yerində, əmək fəaliyyəti davam etdirdiyi halda işəgötürənin hansı məqsədlə belə bir saxta əmr tərtib etdiyindən iddiaçının ümumiyyətlə xəbəri yoxdur”. Deyilənləri qəbul etməyərək bildirirlər ki, iddiaçının 2020-ci ilin sentyabr ayında iş yerində olmadığını təsdiqləyən sübut kimi işçi barədə tərtib edilən tabellər məhkəməyə təqdim edilmiş, həmçinin iddiaçının “saxta” dediyi xx.xx.2020-ci il tarixli **********4 saylı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi ilə bağlı əmri və işçiyə ödənilən son haqq-hesaba dair mötəbər sübutlar məhkəməyə prosesdə təqdim edilmişdir. İşçiyə son haqq-hesab ödənilirsə, deməli əmək müqaviləsinə xitam verildiyini bilir. Bildiyi andan isə sözügedən xx.xx.2020-ci il tarixli əmri mübahisələndirməli idi. İddiaçı isə 4 il sonra əmri mübahisələndirmişdir. Odur ki, müddəti ötürməklə, iddiaçının iddia etdiyi sözlər əsasında, hər hansı sübuta əsaslanmadan iddiaçının maraqlarına uyğunlaşdırmaqla birinci instansiya məhkəməsinin qətnamə qəbul etməsi tam əsassız və qanunsuzdur. Daha sonra iddiaçının vəkili bildirmişdir ki: “Müqavilənin müddəti barəsində, onun müddətli bağlanması ilə bağlı iddiaçının heç bir məlumatı olmamışdır”. İddiaçı ilə bağlanan müddətli əmək müqaviləsi tərəfə imza etdirməklə və tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə 03 ay müddətinə xx.xx.2020-ci il tarixdən işə başlamışdır (xx.xx.2020-xx.xx.2020) ildə bağlanmışdır. Daha sonra əmək müqaviləsinə dəyişiklik edilməklə 03 ay müddətinə uzadılmış (xx.xx.2020-xx.xx.2021), sonra yenidən 03 ay müddətinə (xx.xx.2021- xx.xx.2022), sonra yenidən 03 ay müddətinə (xx.xx.2022-xx.xx.2022), yenidən 03 ay müddətinə (xx.xx.2022xx.xx.2022), yenidən 03 ay müddətinə (xx.xx.2022- xx.xx.2022), yenidən 03 ay müddətinə xx.xx.2022-xx.xx.2023), yenidən 03 ay müddətinə (xx.xx.2023-xx.xx.2023), yenidən 03 ay müddətinə (xx.xx.2023- xx.xx.2023), yenidən 03 ay müddətinə (xx.xx.2023-xx.xx.2023) olmaqla müqavilənin müddəti hər dəfə 03 ay olmaqla 12 dəfə uzadılmışdır. Həmçinin tərəflər arasında son bir ildə (xx.xx.2022-xx.xx.2023) baş verən müqavilə müddətinin hər dəfə 03 ay olmaqla uzadılması barədə ƏMAS-da məlumat yoxdur. Bu hala səbəb Agentlikdə işçilərlə adətən 03 ay olmaqla müddətli əmək müqaviləsi bağlanır və hamısının 03 ay uzaldılması barədə əmək müqaviləsinə dəyişiklik edilməsi bildirişinin ƏMAS-a yerləşdirilməsi fiziki cəhətdən qeyrimümkündür. Bundan əlavə qanunvericilik bu hala qiymət vermişdir. Belə ki, AR Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Əlavə olaraq iddia ərizəsində qeyd edildiyi kimi, İddiaçı xx.xx.2015-ci ildə Respublika X9 işə qəbul olunmuş və öz ərizəsi ilə xx.xx.2020-ci ildə işdən azad edilmişdir. Daha sonra işdən azad edildikdən 23 gün sonra xx.xx.2020-ci ildə Respublika Reabilitasiya Mərkəzinə **********9 nömrəli müvafiq əmrlə (müddətli əmək müqaviləsi ilə) Orta və kiçik tibb heyətində stasionar üzrə sanitar qadın vəzifəsinə təyin edilmişdir. Sözügedən əmri tərəf imza etmiş və onunla tanış olmuşdur, həmçinin tərəflər arasında imzalanmış əmək müqaviləsinin 10.02-ci maddəsinə əsasən, müqavilə 2 nüsxədə tərtib edilib, onlardan biri işçidə, digəri işəgötürəndə saxlanılır. Azərbaycan Respublikasının Əmək Məcələləsinin 45.5-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Yəni şəxs bir işdən azad edildikdən sonra 23 gün müddət keçdikdən sonra yenidən işə düzəlmişdir. Ona görə şəxs eyni müəssisədə 5 ildən artıq işləmədiyinə görə (arada 23 gün fasilə yaranıb çünki) müddətsiz əmək müqaviləsi olduğunu iddia edə bilməz. Hazırkı mülki işdə isə iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanmış və müddəti hər dəfə 03 ay olmaqla uzadılmış və fasiləsiz 5 il işləməmişdir. Yəni şəxs fasiləsiz olaraq 5 il bir müəssisədə işləməmişdir. Azərbaycan Respublikasının Əmək Məcələləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müddətli bağlanıla bilər. Azərbaycan Respublikasının Əmək Məcələləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən, işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrini diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıbbağlanılmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmənin həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaması, sübutlara obyektiv, qərarsız, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunulik və əsaslılıq meyarlarına cavab vermədiyi üçün ədalətli olmasına şübhə altına alır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır. İddiaçı tərəf hər hansı qaydada aldatma ilə, zor tətbiq edilməklə və digər hansısa qaydada müqavilə bağlamağa məcbur edilməmişdir. Bu hal sırf iddiaçının tələbinə uyğunlaşdırmaqla onun maraqlarına uyğun qətnamə qəbul edilməsi halıdır ki, bu da cavabdehin əleyhinə qanunsuz və əsasssız qətnamə qəbul edilməsinə gətirib çıxartmışdır. Binəqədi rayon məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, mötəbər sübutlarla təsdiq olunan faktlara əsaslanmadığından, məhkəmənin gəldiyi nəticə mülki işin materiallarına uyğun olmadığından qanuni və əsaslı sayıla bilməz, iddiaçının nümayəndəsi tərəfindən iddia ərizəsində 2020-ci ili yox, 2023-cü ilin əmrini mübahisələndirilməsinə baxmayaraq, prosesin gedişində hakim tərəfindən tərəfə istiqamət verilmiş və dərhal iddia ərizəsinə dəqiqləşmə verilərək xx.xx.2020-ci il tarixli əmrin etibarsızlığı iddia ərizəsindəki tələbə əlavə edilmişdir. Halbuki xx.xx.2020-ci il tarixli işçi barədə qəbul edilmiş əmrin 4 il sonra etibarsızlığı ilə bağlı məhkəməyə müraciət edilməsi qanunsuz və aşkar surətdə müddətin ötürülməsidir. Hakimin bu formada proses aparması cavabdeh olaraq hüquqlarını pozmuş, bir növ iddiaçının vəkili kimi çıxış etmişdir. Hesab edirlər ki, bu məsələ kobud pozuntu hesab edilməklə araşdırılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumu qərarının tələbləri nəzərə alınmamış və məhkəmənin qətnaməsi ona zidd qəbul edilmişdir. Qərarda bildirilir ki, işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olubolmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmənin həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunulik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi qeyd olunan tələblərə də cavab vermədiyindən qanuni və əsaslı sayıla bilməz və ona görə də ləğv edilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının məhkəmə təcrübəsini formalaşdıran 2(102)-4262/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarını belə hakim iddiaçının xeyrinə tövsif edərək, guya əmək müqaviləsinə xitam verilməklə iddiaçı ilə yenidən müddətli müqavilənin bağlanılması işçinin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi ağlabatan və inandırıcı olmaması kimi səhv qənaətə gəlmişdir. Yəni iş üzrə sübutları hakim birtərəfli qaydada araşdıraraq hüququn tətbiqində səhvə yol vermişdir. Anoloji mübahisə üzrə digər iddiaçının xeyrinə olan Binəqədi rayon məhkəməsinin e-2(001)-4717/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1046/2024 saylı qətnaməsi ilə tamamilə ləğv edilmiş və iş üzrə Agentliyin xeyrinə yeni qətnamə qəbul edilmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və izahatlar:

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş, cavabdeh tərəfin iddiaçının xx.xx.2020-ci il tarixinə öz istəyi ilə işdən çıxması və 23 gün fasilədən sonra yenidən işə düzəlməsi ilə bağlı dəlilinə münasibətdə bilidirmişdir ki, Təhminə xanım tərəfindən ümumiyyətlə işdən çıxmaqla bağlı ərizə yazılmayıb, cavabdeh tərəfindən həmin ərizə məhkəməyə təqdim edilməyib, iddiaçı davamlı olaraq işinə edib-gəlib və onun işdən çıxmaq barədə düşüncəsi olmayıb, işçinin işdən çıxması və qısa müddətdən sonra yenidən əmək müqaviləsi bağlamağa razı olması ağlabatan deyil. Cavabdehin iddiaçını sözügedən əmrlə tanış etməsi iş materialları ilə öz təsdiqini tapmır, məhkəməyə təqdim edilmiş materiallardan da görünür ki, əmrin son vərəqi yoxdu və titul vərəqində müəssisənin köhnə adı qeyd olunub. Təhminə xanım 2015-ci ildən həmin müəssisədə işləmişdir və bu baxımdan hesab edir ki, onun müqaviləsi artıq müddətsiz xarakter daşımışdır, bu səbəbdən onunla müddətli əmək müqaviləsi bağlana bilməzdi.

9. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı bildirmişdir ki, 2015-ci ildən rəsmi qaydada Respublika Əlillərinin Bərpa Mərkəzində tibb bacısı vəzifəsinə qəbul olunsa da, həmin ildən etibarən Respublika Əlillərinin Bərpa Mərkəzində qeydiyyatçı vəzifəsində işləmişdir. Daha sonra 2018-ci ildə Respublika Əlillərinin Bərpa Mərkəzində sanitar qadın vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.2020-ci ildə isə sanitar qadın vəzifəsinə təyin edilmişdir. Ona rəhbərliyin göstərişinə əsasən əlilliklə bağlı hərəkət məhdudiyyəti nəzərə alınmaqla faktiki olaraq qeydiyyatçı vəzifəsi həvalə edilmişdir. İşlədiyi müddətdə barəsində heç bir intizam tədbiri olmamışdır. Buna baxmayaraq, xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinin müddətinin bitdiyi üçün əmək müqaviləsinə xitam verilmişdir. Lakin onun işindən heç kimin - nə müdiriyyət, nə iş yoldaşları narazı olmamışdır, buna görə də onu yenidən vəzifəsinə qaytarmalarını və işlə təmin etmələrini xahiş etmişdir. Qeyd: iddiaçı və nümayəndəsi iddia tələbin əsasının işə bərpa edilməsi olduğu bildirmişlər.

10. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və bildirmişdir ki, iddiaçını öz istəyi ilə işdən çıxması barədə ərizəsini 3 illik saxlanma müddəti keçdiyindən məhv edilməsi səbəbindən məhkəməyə təqdim edə bilməsələr də, iddiaçının 2020-ci ildə onunla bağlanan əmək müqaviləsinin müddətli olmasından məlumatı olmuşdur, belə ki, işçiyə son haqq-hesab ödənilirsə, deməli əmək müqaviləsinə xitam verildiyini bilir. Bildiyi andan isə sözügedən xx.xx.2020-ci il tarixli əmri mübahisələndirməli idi. İddiaçı isə 4 il sonra əmri mübahisələndirmişdir. Odur ki, müddəti ötürməklə, iddiaçının iddia etdiyi sözlər əsasında, hər hansı sübuta əsaslanmadan iddiaçının maraqlarına uyğunlaşdırmaqla birinci instansiya məhkəməsinin qətnamə qəbul etməsi tam əsassız və qanunsuzdur. Həmçinin nəzərə alınmalıdır ki, əmək müqaviləsinin müddətli bağlanması ilə bağlı qanunvericilikdə hər hansı məhdudiyyət mövcud deyildir. Binəqədi rayon məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, mötəbər sübutlarla təsdiq olunan faktlara əsaslanmadığından, məhkəmənin gəldiyi nəticə mülki işin materiallarına uyğun olmadığından qanuni və əsaslı sayıla bilməz. Apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışının hədləri:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

12. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən və baxılan hissədə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 42, 45, 47, 68, 73, 83, 296, 300; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80-82, 88, 106.2, 217.4, 385-390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, İddiaçı cavabdeh "Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi" X10rşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə haqqın ödənilməsi ”tələbinə dair iddiası rədd edilməlidir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 47.2. İşdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. 47.3. İşdə iştirak edən şəxslər, mülki məhkəmə icraatı barədə qanunvericiliklə nəzərdə tutulan, icra olunmaması nəticə yarada bilən hallarda prosessual vəzifələr daşıyırlar. 53. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

14. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən: 42.1. Əmək müqavilələri sərbəst bağlanılır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 45. 1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45.2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 45.3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

15. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 68-ci maddəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri əmək müqaviləsinin müddətinin qurtarmasıdır. 73-cü maddəsinin 1-ci bəndinə əsasən, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. 83-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 296. 1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 296. 2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.300.1. 1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

16. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 31.01.24-cü il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici işaxtaranların daimi məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi, əmək bazarında qeyri-sabit vəziyyətin yaranmasının qarşısının alınması məqsədi ilə müddətli əmək müqaviləsinin bağlanmasına imkan verən istisnaların siyahısını Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən etmişdir. Bununla yanaşı, qanunverici həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar (əsaslar) olmadığı halda da əmək bazarı iştirakçılarının sərbəst iradə ifadələri və hüquq bərabərliyi şəraitində onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə mümkün hesab etmişdir. Qərarla tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmadığı müəyyən edilmişdir.

17. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə müqavilənin bağlandığı müddətin bitməsi əsası ilə xitam verilmişdir. İlk öncə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, müddət bitdikdən sonrakı bir həftə keçməmiş müqaviləyə xitam verilmiş, tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməmiş, əmrin çıxarılması barədə iddiaçıya məlumat verilməklə onunla son haqq-hesab aparılmış, əmək kitabçasının təqdim edilməsi təmin edilmişdir.

18. Kollegiya həmçinin tərəflər arasında əmək müqaviləsi bağlanılarkən iddiaçının əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təminatını, tərəflərin münasibətlərinin həqiqi xarakterinin əmək qanunvericiliyində nəzərdə tutulan təminatlara, əsas prinsiplərə zidd olmadığını, müddətsiz əmək müqaviləsinin bağlanmasının iddiaçı üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədi müəyyən edilməmişdir. İşin müəyyən edilən halları ilə isə iddiaçı xx.xx.2020-ci ildə Respublika Reabilitasiya Mərkəzinə **********9 nömrəli müvafiq əmrlə (müddətli əmək müqaviləsinə imza etməklə) Orta və kiçik tibb heyətində stasionar üzrə sanitar qadın vəzifəsinə təyin edilmiş, aldatma, zor tətbiq edilmə və digər hansısa qaydada müqavilə bağlamağa məcbur edilməsi müəyyən edilməmiş, ümumiyyətlə qeyd edilən müqaviləni (imzanı və s.) mübahisələndirməmiş, qeyd edilən fərqli vəzifə üzrə fərqli əmək haqqı almış, və dəfələrlə müqavilə müddəti uzadılmışdır. Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

19. Mülki Məcəllənin tələbinə əsasən: 531.1. Öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir. 531.2. Həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin və alimentlərin ödənilməsi üzrə öhdəliklər barəsində novasiyaya yol verilmir.531.3. Əgər ayrı qayda nəzərdə tutulmayıbsa, novasiya ilkin öhdəliklə bağlı olan əlavə öhdəliklərə xitam verir.

20. Birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 68.2(a), 69, 70, 75-ci maddələrinə istinadən qeyd etmişdir ki, iddiaçı xx.xx.2015-ci il tarixdən müddətsiz əmək müqaviləsi ilə xx.xx.2020-ci il tarixədək əvvəlki adı ilə hüquqi varisi olmuş olduğu X6 5 ildən artıq işlədiyindən onunla xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin müddətsiz hesab edilməli olduğundan, işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Respublika X5 xx.xx.2020-ci il tarixli əmri etibarsızdır. Çünki əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı əmrin qəbul edilməsi üçün əsas işçinin öz arzusu ilə işdən çıxması barədə ərizənin mövcudluğunu sübutetmə yükü əmri verən işəgötürənin üzərinə düşsə də, üstəlik əmək kitabçasında bu barədə qeyd aparan yeni yaradılan publik hüquqi şəxs olsa da, cavabdeh etirazının əsası kimi istinad etdiyi hala dair sübut təqdim etməmişdir. Hazırki mübahisədə işçinin 5 il müddətində çalışdığı müəssisədən öz razılığı ilə işdən çıxması və 23 gün sonra həmin müəssisədə 3 aylıq əmək müqaviləsi ilə işə düzəlməsi inandırıcı hesab edilə bilməz. İşin müəyyən edilmiş halları baxımından işçinin işdən çıxarılması ilə bağlı qəbul edilən xx.xx.2020-ci il tarixli **********4 saylı əmr yeni yaradılan X13n işçilərin say həddinin müəyyən edilməsi və s. təşkilati-struktur dəyişikliklərindən irəli gələn məsələ ilə bağlı olmuşdur. Tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsi müddətsiz hesab edildiyindən, müddətin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmr də ləğv edilməli və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçi əvvəlki vəzifəsinə bərpa edilməlidir.

21. Qeyd edilən iddia üzrə birinci instansiya məhkəməsi öz qənaətini daxili inam əsasında formalaşdıraraq hər hansı mötəbər sübuta istinad etməmişdir. Diqqətə çatdırılmalıdır ki, məhkəmə əmrin etibarsızlığını bir tərəfədən, iddiaçının iradə ifadəsinin olmaması əsası (cavabdeh tərəfindən ərizənin təqdim edilməməsi) ilə, digər tərəfdən isə işçinin işdən çıxarılması ilə bağlı qəbul edilən xx.xx.2020-ci il tarixli **********4 saylı əmrin verilməsini müəssisənin yenidən təşkili əsasında təşkilati-struktur dəyişikliklərindən irəli gələn məsələ ilə bağlı olması qənaətinə gəlsə də, bu halların təsdiqinə dair sübutedici dəlillər müzakirə edilməmişdir. Ən əsası odur ki, qeyd edilən əsaslandırma son hazırlıq iclası (hazırlıq mərhələsinin bitdiyi) tarixində təqdim edilən dəyişdirilmiş iddia tələbi üzrə aparılmış, son ərizənin mümkünlüyü müzakirə edilməmiş, cavabdehin bu dəyişdirilmiş ərizəyə etiraz verməsinə prosessual şərait yaradılmadan və onunla dəyişdirilmiş iddianın mümkünlüyü və ondan irəli gələn prosessual tələblər müzakirə edilmədən, birbaşa məhkəmə baxışına təyin edilmiş və 14 gün sonra məhkəmə baxışı iclasında qətnamə elan edilmişdir. Beləliklə, dəyişdirilmiş iddianın müzakirəsi prosessual cəhətdən (protokol və s.) rəsmiləşdirilmədən və cavabdehin bu tələbə qarşı etiraz, habelə etirazının əsasını təşkil edən dəlil və sübutlar təqdim etmək hüququnu təmin etmədən məhkəmə (prosessual pozuntulara yol verərək) dayanıqlı sübutlarla təsdiq edilməmiş qənaət sərgiləmişdir. Halbuki, dəyişdirilmiş iddia tələbində “bağlanmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli əmrin etibarsız sayılması, tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməklə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qəbul edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə 3-17-4/3-2-2834/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrin ləğv olunması, qətnamə icra olunan (işə bərpa olunan) günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı işə bərpa edilmə” əks edilsə tələbin özündə ziddiyyət təşkil edən qarşılıqlı uzlaşma müəyyən edilməmiş, iddiaçı özünə aid dəlillərini sübuta yetirə bilməmiş, bir nüsxəsi özündə olmalı olan 2015-ci il (dəyişiklik edilmiş 2018) əmək müqavilələrinin nüsxələrin məhkəməyə təqdim etməmişdir. Tələbdə xx.xx.2020-ci il tarixli əmrin hansı hüquqi əsaslarla etibarsız sayılması, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli yeni əmək müqaviləsin mübahisələndirmədən hansı əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi, xx.xx.2023-cü il tarixli əmrin ləğv olunmasının əsaslarına dair sübutedici dəlillər əks edilmədən, hansı işə bərpa edilməsi əks edilməmiş və bunlara aydınlıq gətirilməmişdir.

22. Kollegiya hesab edir ki, ilk olaraq cavabdehin müddətlərlə bağlı apellyasiya şikayətində irəli sürdüyü dəlilə qiymət verilməlidir. Belə ki, onun birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqinə dair ərizə vermək kimi prosessual imkanları məhdudlaşdırılmış və özündən asılı olmayaraq bu prosessual hərəkətlərin həyata keçrilməsi mümkün olmamışdır. İddiaçı xx.xx.2015-ci ildə Respublika X9 işə qəbul olunmuş və öz ərizəsi ilə xx.xx.2020-ci ildə işdən azad edilmişdir. Daha sonra işdən azad edildikdən 23 gün sonra xx.xx.2020-ci ildə Respublika Reabilitasiya Mərkəzinə **********9 nömrəli müvafiq əmrlə (müddətli əmək müqaviləsi ilə) Orta və kiçik tibb heyətində stasionar üzrə sanitar qadın vəzifəsinə təyin edilmişdir. Sözügedən əmri tərəf imza etmiş və onunla tanış olmuşdur, həmçinin tərəflər arasında imzalanmış əmək müqaviləsinin 10.02-ci maddəsinə əsasən, müqavilə 2 nüsxədə tərtib edilib, onlardan biri işçidə, digəri işəgötürəndə saxlanılır. Azərbaycan Respublikasının Əmək Məcələləsinin 45.5-ci maddəsinə əsasən, müddətli əmək müqviləsi fasiləsiz olaarq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Yəni şəxs bir işdən azad edildikdən sonra 23 gün müddət keçdikdən sonra yenidən işə düzəlmişdir. Ona görə şəxs eyni müəssisədə 5 ildən artıq işləmədiyinə görə (çünki arada 23 gün fasilə yaranıb) müddətsiz əmək müqaviləsi olduğunu iddia edə bilməz. Hazırkı mülki işdə isə iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanmış və müddəti hər dəfə 03 ay olmaqla uzadılmış və fasiləsiz 5 il işləməmişdir. Yəni şəxs fasiləsiz olaraq 5 il bir müəssisədə işləməmişdir. Azərbaycan Respublikasının Əmək Məcələləsinin 47-ci maddəsinin f bəndinə əsasən, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müddətli bağlanıla bilər. Cavabdeh tərəfindən 2020-ci ilin sentyabr ayında iş yerində olmadığını təsdiqləyən sübut kimi işçi barədə tərtib edilən tabellər, həmçinin xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi ilə bağlı xəbərdarlıq, əmr və işçiyə ödənilən son haqq-hesaba dair mötəbər sübutlar məhkəməyə təqdim edilmiş və işçiyə son haqq-hesab ödənildiyi və yeni müqavilə imzalandığı təqdirdə isə onun əmək müqaviləsinə xitam verilməsindən xəbərsiz olması iddiaçı tərəfindən sübut olunmalı haldır ki, bu hal sübuta yetirilməmişdir. İddiaçının tərəf olduğu əmək müqaviləsinin müddətli olmasından, məlumatsız olduğuna dair irəli sürdüyü dəlilləri məhkəmə heç bir sübut növü ilə təsdiq edilməməklə əsassız mülahizə xarakterli sayır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Tərəflər arasında son bir ildə (xx.xx.2022-xx.xx.2023) baş verən müqavilə müddətinin hər dəfə 03 ay olmaqla uzadılması barədə ƏMAS-da məlumatın olmaması isə əmrin əsassız olmasına dəlalət etmir və tələbin mahiyyətinə təsir etmir.

23. Beləliklə məhkəmə kollegiyası işin faktiki hallarını müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxılan zaman müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə olan halda, apellyasiya şikayəti təmin edilməli, Binəqədi Rayon Məhkəməsinin 2(001)-2256/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdeh "Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi" X10rşı "əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə haqqın ödənilməsi " tələbinə dair iddiası rədd edilməlidir.

24. Kollegiya şikayətin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərclərinin onu ödəyən şəxslərə aid edilməsini (iddiaçının əlilliyindən irəli gələn hal olaraq) əsaslı hesab edir.

25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2256/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə haqqın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar