Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4198/2025 21.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə mülki iş üzrə (açar sözlər: işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), X14 və X9 ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 may 2025-ci tarixli, e-2(001)-2899/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq İşin halları
1. "xxxx" MMC ilə İddiaçı arasında bağlanılmış 16 oktyabr 2017-ci il tarixli, 24/17 saylı əmək müqaviləsinə əsasən işçi razılaşır ki, onun əsas iş yeri Bakı şəhəri, Atatürk prospekti 33 ünvanında və ya vaxtaşırı olaraq işəgötürən tərəfindən təyin olunduğu yerlərdə yerləşəcəkdir. Əmək müqaviləsinin 2.2-ci bəndində qeyd edilmişdir ki, bu müqavilə 16 oktyabr 2017-ci il tarixdə qüvvəyə minir və aşağıda verilmiş 2.2-ci bənddə təsvir edilmiş sınaq müddətini müvəffəqiyyətlə başa vurulmasına yaxud bu müqavilənin qüvvəsinə onun özünün yaxud Məcəllənin müddəalarına müvafiq olaraq xitam verilməsi hallarına müvafiq olaraq qeyri - müəyyən (xx.xx.2017 - xx.xx.2017) bağlanır. Müqavilədə göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri Müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin Müqavilə əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
2. "xxxx" MMC-nin 16 oktyabr 2017-ci il tarixli, 91/K nömrəli yeni işçi ilə əmək müqaviləsi bağlanması barədə əmrdən görünür ki, İddiaçı – AR ƏM 7-ci və 46-cı maddələrinə əsaslanaraq xx.xx.2017-ci il tarixdən 3 ay sınaq müddəti verilməklə, sürücü işinə təyin edilməsi və 1 il müddətinə əmək müqaviləsi bağlanması, əmək haqqı ştat cədvəlinə uyğun ödənilməsi əmr edilmişdir.
3. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış S/A-001 nömrəli 23 dekabr 2016-cı il tarixli müqavilədən görünür ki, tərəflər arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən “Sifarişçi” Daşkəsən rayonunun inzibati ərazisində "xxxx" QSC-yə məxsus olan yatağında sülhməramlı partlayış işlərinin aparılmasını sifariş edir və görüləcək işlərin dəyərinin ödənilməsinə zəmanət verir. “İcraçı” partayış işlərini texniki iş layihəsi (partlayış işlərinin pasportu) əsasında smeta sənədlərinə uyğun yerinə yetirməyi, müqavilədə nəzərdə tutulan təminatını, görülmüş işlərin “Sifarişçi” təşkilatın nümayəndəsinin iştirakı ilə təhvil verilməsi öhdəliklərini öz üzərinə götürmüşdür. Görüləcək işlərin həcmi “Sifarişçinin” tələbinə uyğun olaraq aparılacaqdır. Həmin müqavilənin 3.1-ci bəndində Müqavilə üzrə işlərin yerinə yetirilmə müddəti 31 dekabr 2017-ci il tarixinədək qeyd edilmişdir. Daha sonra həmin müqaviləyə əlavələr edilərək, sonuncu 9 nömrəli əlavədə tərəflər arasında bağlanmış 23 dekabr 2016-cı il tarixli, S/A-001 nömrəli Müqavilənin 3.1-ci bəndində göstərilən 31 dekabr 2017-ci il tarixi 29 dekabr 2025-ci il tarixi ilə əvəz edilmişdir.
4. "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 27 dekabr 2024-cü il tarixli bildirişdən görünür ki, "xxxx" ilə "xxxx" MMC arasında rəsmiləşdirilmiş 23 dekabr 2016-cı il tarixli. S/A-001 nömrəli Müqaviləyə imzalanmış 28 dekabr 2018-ci il tarixli 4 nömrəli Əlavənin 8.1-ci bəndinə əsasən sifarişçi 45 gün qabaqcadan Podratçıya yazılı bildiriş verməklə Müqaviləyə xitam verə bilər. Qeyd edilənləri nəzərə alaraq, bildirilmişdir ki, cəmiyyət əməkdaşlığı davam etdirmək niyyətində olmadığından müqaviləyə 11 fevral 2025-ci il tarixdən etibarən xitam veriləcəkdir. Həmçinin qeyd edilmişdir ki, daha əvvəl Cəmiyyətin şirkət qarşısında olan borc öhdəliyinin 2025-ci ilin İ rübünün sonuna kimi ödəniləcəyi bildirilsə də, yaranmış maliyyə çətinliyi səbəbindən borc öhdəliyinin icrasına 2025-ci ilin yanvar ayından etibarən başlanılacaq və ödənişlər hissəvi olaraq həyata keçirilməklə 2025-ci ilin İİ rübünün sonuna kimi tamamlanacaqdır.
5. . "xxxx" MMC-nin 19 dekabr 2024-cü il tarixli, 311/K saylı işçilərin növbəti məzuniyyətə buraxılması barədə əmrdən görünür ki, X19 – sürücüyə AR ƏM-nin 120-ci maddəsinə əsasən 2023-2024-cü iş ili hesabına xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək 46 (əsas) + 3 (bayram) + 1 (hüzn) + 1 (seçki) = 51 təqvim gün 46 t/gün ödənişli məzuniyyət verilməsi, işə xx.xx.2025-ci il tarixdən başlanılması əmr edilmişdir.
6. "xxxx" MMC-nin 23 dekabr 2024-cü il tarixli, 313/K nömrəli əmrinə əsasən 24 fevral 2025-ci il tarixdən "xxxx" MMC-nin yeni ştat cədvəlinin təsdiqlənməsi, siyahıda adları qeyd olunan işçilərin, o cümlədən İddiaçı ştat cədvəlindən ixtisar edilməsi və qanunvericilikdə müəyyən edilmiş qaydada ixtisar olunan işçilərə hüquqları barədə məlumat verilməsi, müəssisə işçilərinin nəzərdə tutulmuş işçilərin sayının və ştatların ixtisar edilməsi barədə məlumatlandırılmaları əmr edilmişdir. 7 . "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış 08 yanvar 2025-ci il tarixli ştatların ixtisar edilməsi barədə xəbərdarlıq bildirişindən görünür ki, müəssisənin işçi sayının ixtisarı ilə əlaqədar onun işlədiyi vəzifə 24 fevral 2025-ci il tarixdən etibarən ixtisar olunacaqdır. Bu səbəbdən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəkdir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində 1 iş günü əmək haqqı saxlanılmaqla iş axtarılması məqsədi ilə ona şərait yaradılacaqdır. Həmçinin ona əmək stajına uyğun olaraq, altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinə əsasən müvafiq razılıq əsasında orta aylıq əmək haqqının 1.7 mislini bir dəfəyə ödəməklə əmək müqaviləsinə xitam verilməsi təklif edilmişdir.
8. İddiaçı tərəfindən "xxxx" MMC ünvanlanmış ərizədən görünür ki, İddiaçı "xxxx" MMC-yə məktub ünvanlamış və həmin məktubda “xx.xx.2025-ci tarixli, 09/25 saylı məkubla əlaqədar bildirmişdir ki, məktubun məzmunundan görünür ki, rəhbəri olduğunuz müəssisədə işçi sayının ixtisarı ilə əlaqədar onun işlədiyi sürücü vəzifəsi xx.xx.2025-ci il tarixdən ixtisar olunacaqdır”. Bununla bağlı qeyd etmişdir ki, o, 1985-ci ildən sürücü işləyir. Əfqanistan müharibəsi veteranıdır. 6 medalı var. "xxxx" MMC-də isə 2017-ci ilin oktyabr ayından sürücü işləyir. Həmişə onun istifadəsinə Kamaz markalı yük avtomobili verilmişdir. Onun işdən azad edilməsi barədə tərəflərindən verilmiş əmrin ləğv edilməsilə bağlı 2024cü ildə əldə edilmiş razılığa əsasən onun öz işinə bərpa edilməsi və məhkəmədə iddia tələbinin baxılmamış saxlanmasına razılıq əldə edilmişdir. Ancaq o, işə bərpa edilsə də, ona idarə etmək üçün KAMAZ markalı deyil, müvəqqəti olaraq Pikap markalı avtomobil verilmişdir. İndi isə məktubla bildirilir ki, o, işçilərinin sayının ixtisarı ilə əlaqədar işdən azad ediləcəkdir. O, KAMAZ markalı yük avtomaşının sürücüsü kimi qalaraq işləyə bilər. Odur ki, ərizənin nəzərə alınması xahiş edilmişdir. Həmçinin 23 dekabr 2024-cü il tarixli, 313/K nömrəli Əmrin surətinin ona təqdim edilməsini xahiş etmişdir.
9. "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, 14 yanvar 2025-ci il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, 23 dekabr 2024-cü il tarixli, 313/K nömrəli “ştatların ixtisar olunması” haqqında əmrin surəti "xxxx" MMC-nin Daşkəsən rayonunun inzibati ərazisində yerləşən sahəsinə göndərilmiş, ixtisara düşən işçilərlə tanış etdirilmiş və müvafiq olaraq əmrin tanışlıq səhifəsi adı qeyd edilən işçilər tərəfindən imzalanmışdır. “Siz, əmri imzalamaqdan imtina etmisiz”. Əmrin surətini ona təqdim edən SƏTƏMM mütəxəssisi bunu imzası ilə təsdiq etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, ixtisara düşən ştatların siyahısında yük avtomobili sürücüsü (KAMAZ markalı yük avtomobili) ştatı da var. Bunu nəzərə alaraq bildirilmişdir ki, hal-hazırda şirkətin işlərinin azalması ilə əlaqədar olaraq yük avtomobili sürücüsünə (KAMAZ markalı yük avtomobili) ehtiyac olmadığı üçün, ərizədə qeyd etdiyi istəyini təmin edə bilmirlər. Gələcəkdə şirkətin işlərinin artması ilə əlaqədar olaraq, işçi ehtiyacı yaranarsa, onunla yenidən əmək müqaviləsi bağlanılması üçün tərəflərindən məlumat veriləcəkdir.
10. "xxxx" MMC-nin 24 fevral 2025-ci il tarixli, 47/X saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrə əsasən İddiaçı – sürücü ilə bağlanılmış 24/17 nömrəli, 16 oktyabr 2017-ci il tarixli əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (ştatın ixtisar olunması) 24 fevral 2025-ci il tarixdən xitam verilməsi, mühasibatlıq şöbəsi qeyd edilmiş işçi ilə onun son iş günü, 24 fevral 2025-ci il tarixdə son haqq-hesab aparılması, AR ƏM-nin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən orta aylıq əmək haqqının azı 1,7 misli miqdarında işdənçıxarma müavinəti və istifadə edilməmiş əmək məzuniyyəti günləri üçün 16 təqvim günü pul əvəzi ödənilməsi əmr edilmişdir.
11. 24 fevral 2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, "xxxx" MMC ilə X10, X11, İddiaçı, X8, X15, X20, X16, X12, X26, X21, X17, X22, X6 və X24 arasında bağlanılmış əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilmişdir.
12. Mediasiya sessiyasında iştirak edilməməsi barədə 04 mart 2025-ci il tarixli, MŞB/13/2025-00201 saylı arayışdan görünür ki, ilkin mediasiya sessiyasında iştirak üçün təklif 03 fevral 2025-ci il tarixdə göndərilmişdir. Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək müqaviləsinə xitam verilməsinə dair cavabdeh "xxxx" X4 23 dekabr 2024-cü il tarixli, 313/K saylı əmrinin ona münasibətdə qismən ləğv edilməsi, məcburi buraxılmış müddət üçün əmək haqqının və ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
14. Bundan sonra İddiaçı 07 may 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi (həcminin artırılması) barədə ərizə ilə müraciət edərək, “23 dekabr 2024-cü il tarixli, 313/K saylı əmr və bu əmr əsasında cavabdeh "xxxx" MMC tərəfindən verilmiş 47/X nömrəli, 24 fevral 2025-ci il tarixli” “Əmək müqaviləsinə xitam verilməsi” haqqında əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddia onunla əsaslandırılmışdır ki, o, 16 oktyabr 2017-ci il tarixli, 91/K nömrəli əmrlə cavabdeh "xxxx" X5 sürücü olaraq işə götürülmüşdür. Ona **-JV-*** nömrəli “Kamaz” markalı, kanteyner kuzovlu yük maşını təhkim edilmişdir. Bundan sonra ona 2024-cü ilin aprel ayından “Pikap” markalı, **-JO-*** qeydiyyat nömrəli avtomobil təhkim edilmişdir. Cavabdeh tərəfindən 23 dekabr 2024-cü il tarixli 313/K nömrəli Əmrlə "xxxx" MMC-də işlərin azalması nəzərə alınaraq, müəssisədə operativ səmərəli idarəetmənin təşkil edilməsi müəssisənin ştat strukturunun və işçi sayının optimallaşdırılması ilə əlaqədar verdiyi əmrdə ixtisar edilən şəxslərin adlı siyahısında 9-cu sırada onun ad və soyadı qeyd edilmişdir. Onun ixtsara düşməsi ilə bağlı hissədə əmri əsassız və qanunsuz hesab edir. Belə ki, MMC-də sürücü vəzifəsində işlədiyi 8 il müddətində bir dəfə də olsun sürücülük fəaliyyəti ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməmiş, heç bir xəta törətmə və ya ziyanvurma hallarına yol verməmişdir. Əksinə işlədiyi müddətdə yaxşı işçi olaraq dəfələrlə təltif edilmişdir. Bundan başqa o, Əfqanıstan Müharibəsi veteranı olmaqla işçilərin ixtisar edildiyi halda işdə saxlanılmalı şəxs olaraq üstünlük hüququna malikdir. Ancaq cavabdeh tərəfindən onun əmək hüquqları kobud şəkildə pozulmuş, Əmək Məcəlləsinin tələblərinə əməl edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsnn 78.2-ci maddəsinə əsasən işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına;
16. İddia ərizəsinə etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında “Daşkəsən rayonunun inzibati ərazisində (“Çovdar qızıl yatağı”) "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus olan yatağında qazma-partlayış işlərinin aparılması” barədə 23 dekabr 2016-cı il tarixində S/A-001 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən hazırkı iş üzrə cavabdeh "xxxx" MMC icraçı qismində Daşkəsən rayonunun inzibati ərazisində (“Çovdar qızıl yatağı”) "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus olan yatağda qazma-partlayış işlərinin aparılmasını öhdəsinə götürmüşdür. Qeyd edilən layihənin icrasını təmin etmək məqsədilə cavabdeh "xxxx" MMC müxtəlif vəzifələrə (peşələrə) yeni işçilər işə qəbul etmişdir. Layihənin icrası Daşkəsən rayonunun inzibati ərazisində yerləşdiyindən daimi yaşayış yeri həmin ərazi olan şəxslərə üstünlük verilmişdir (iddiaçının yaşayış ünvanı: ünvan 2iaçı İddiaçı daimi yaşayış yeri Daşkəsən rayonu olduğundan sözügedən layihə ilə bağlı işə qəbul edilən işçilərdən biri olmuşdur. Belə ki, xx.xx.2017-ci il tarixli 24/17 nömrəli əmək müqaviləsi ilə İddiaçı xx.xx.2017-ci il tarixdə sürücü peşəsinə işə qəbul edilmişdir. Cavabdeh "xxxx" MMC ilə "xxxx" MMC arasında “Daşkəsən rayonun inzibati ərazisində (“Çovdar qızıl yatağı”) "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus olan yatağında qazma-partlayış işlərinin aparılması” barədə 23 dekabr 2016-cı il tarixdə S/A001 nömrəli müqavilə üzrə münasibətlər xx.xx.2025-ci il tarixədək davam etmiş və həmin tarixdə müqaviləyə xitam verilmişdir. Belə ki, sözügedən xidmət müqaviləsinə xx.xx.2025- ci il tarixdə xitam verilməsi barədə "Star Mining” Məhdud Məsuliyyətli Cəmiyyəti qabaqcadan cavabdeh "Azinterpartlayış-X” MMC-yə xx.xx.2024-cü il tarixli SMX-04/106- 24 nömrəli bildiriş təqdim etmişdir. Cavabdeh "xxxx" MMC ilə "xxxx" MMC arasında olan sözügedən xidmət müqaviləsinə xitam verildiyindən cavabdeh "xxxx" MMC-nin iş həcmləri azalmış, ümumiyyətlə şirkətin Daşkəsən rayonunun inzibati ərazisində fəaliyyəti bitmişdir. Bu səbəbdən də, cavabdeh "xxxx" MMC-də səmərəli idarəetmənin təşkil edilməsini təmin etmək üçün müəssisənin ştat strukturunun və işçi sayının optimallaşdırılmasına zərurət yaranmışdır. Cavabdeh "xxxx" MMC-nin xx.xx.2024cü il tarixli 313/K nömrəli əmri ilə "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixindən yeni ştat cədvəli təsdiq edilmiş, 1 ştat vahidi mühəndis, 2 ştat vahidi QD operatoru, 5 ştat vahidi sürücü, 5 ştat vahidi fəhlə, 1 ştat vahidi anbardar vəzifələri (peşələri) ixtisar olunmuşdur. "xxxx" MMC ilə "xxxx" MMC arasında olan sözügedən layihənin icrası ilə bağlı yaradılmış qeyd edilən ştatların hamısı ləğv edilmişdir. Daşkəsən rayonunun inzibati ərazisində sözügedən layihənin icrasına xitam verilməsi ilə bağlı sürücü peşəsində işləyən İddiaçı da ştatı ixtisar edilmişdir. İddiaçı cavabdeh müəssisədə iş stajı 8 ilə yaxın olduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 177-ci maddəsinin birinci hissəsinə əsasən rəsmi xəbərdar edilmişdir. Belə ki, ştatların ixtisarı barədə "xxxx" MMC-nin 08 yanvar 2025-ci il tarixli 09/25 nömrəli xəbərdarlıq bildirişi “Zaman Ekspress” poçt xidməti vasitəsilə İddiaçı ünvanına göndərilmişdir. Xəbərdarlıq müddəti gözlənilməklə, cavabdeh "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 47/X nömrəli əmri ilə İddiaçı ilə xx.xx.2017-ci il tarixli 24/17 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verilmişdir. AR ƏM-nin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verildiyinə görə İddiaçı orta əmək haqının 1.7 misli məbləğində (1683 manat) 2025ci ilin fevral ayında işdənçıxarma müavinəti ödənilmişdir. Cavabdeh "xxxx" MMC ilə "xxxx" MMC arasında olan sözügedən xidmət müqaviləsinə xx.xx.2025- ci il tarixdə xitam verildiyinə, bununla da cavabdeh "xxxx" MMC-nin Daşkəsən rayonunun inzibati ərazisində işləri bitdiyinə görə əmək funksiyalarını həmin ərazidə icra edən bütün işçilərin əmək müqavilələrinə xitam verildiyindən AR ƏM-nin 78-ci maddəsinin (İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər) tətbiqi istisna edilir. Bu baxımdan məhkəmənin nəzərinə çatdırmışdır ki, cavabdeh "xxxx" MMC-nin xx.xx.2024-cü ii tarixli 313/K nömrəli əmri ilə ştatlar (işçilər) ixtisar olunarkən və İddiaçı əmək müqaviləsinə xitam verilərkən heç bir qanun pozuntusuna yol verilməmişdir.
17. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Vəkil2 cavabdeh hüquqi şəxsə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, məhkəməyə etiraz ərizəsi təqdim edərək, etiraz ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə eyni zamanda iddiaçı tərəfindən iddia müddətinin də ötürüldüyü bildirərək, iddia müddətinin tətbiq edilməsi barədə ərizəni məhkəməyə təqdim etmişdir.
18. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 may 2025-ci tarixli, e-2(001)- 2899/2025 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.
19. Qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçı 23 dekabr 2024-cü il tarixli 313/K saylı əmrin ləğvi ilə bağlı mediasiya təşkilatına 18 fevral 2025-ci il tarixdə müraciət etmiş, “23 dekabr 2024-cü il tarixli 313/K saylı əmr və bu əmr əsasında cavabdeh "xxxx" MMC tərəfindən verilmiş 47/X nömrəli, 24 fevral 2025-ci il tarixli” “Əmək müqaviləsinə xitam verilməsi” haqqında əmrin də ləğv edilməsi tələbi ilə məhkəməyə müvafiq olaraq xx.xx.2025-ci il tarixdə və 08 may 2025-ci il tarixdə müraciət etmişdir. Cavabdeh tərəf məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermişdir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarında Plenum qeyd etmişdir ki, fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyri müəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Qanunverici həmçinin işəgötürənin məhkəməyə müraciət etməsi ilə bağlı müddətləri tənzimləmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü hissəsinə görə isə məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Beləliklə, məhkəmə işdə olan sübutları qiymətləndirib, yuxarıda qeyd edilmiş maddi hüquq normalarının tələblərini nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 78.2-ci maddəsinə istinad edərək (müharibə iştirakçısı olduğundan) "xxxx" X4 “Ştat cədvəlinin strukturunun və işçi sayının optimallaşdırılması haqqında” 23 dekabr 2024-cü il tarixli, 313/K saylı əmrinin ona, yəni İddiaçı münasibətdə qismən və “Əmək müqaviləsinə xitam verilməsi haqqında” 24 fevral 2025-ci il tarixli, 43/X nömrəli əmrinin tam ləğv edilməsi, onun işə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etsə də, mülki işdə olan sübutlarla təsdiq edilir ki, iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmasına yol verilməmişdir. Məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən sözügedən layihənin icrası ilə bağlı yaradılmış ştatların hamısı ləğv edildiyindən, hər hansı bir işçi ilə əmək münasibətləri saxlanılmadığından üstünlük hüququnun pozulması da istisna edilir.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7, 11, 46, 70, 71, 77, 78, 292, 296-cı maddələrinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
21. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməklə iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin 19 dekabr 2024-cü il tarixli, 311/K saylı əmrilə ona 51 təqvim günü (46 gün ödənişli olmaqla) məzuniyyət verilmiş və işə başlama tarixi kimi 13 fevral 2025-ci il olması qeyd edilmişdir. İş yerinin ixtisarı barədə 313/K nömrəli. 23 dekabr 2024-cü il tarixli əmr artıq məzuniyyətdə olduğu müddətdə verilib və əmrin surəti poçt vasitəsilə göndərilməklə çatdırılıb. Cavabdehin məhkəməyə təqdim etdiyi poçt bildirişinin surətindən görünür ki, həmin əmr ona 13 yanvar 2025-ci il tarixdə təqdim edilmişdir ki, bu əmrdən də təqdim edildiyi tarixdən 1 ay müddətində məhkəməyə şikayət etmək qanunvericiliklə nəzərdə tutulmuşdur. Mediasiya arayışından görünür ki, mübahisələndirilən əmrlə bağlı mediasiya təklifi onun tərəfindən cavabdehə 03 fevral 2025-ci il tarixdə göndərilmiş, həmin tarixdən iddia müddətinin axımı dayanmış və iddia müddətinin bitməsinə daha 10 gün qalmışdır. Mediasiya iclası xx.xx.2025-ci ildə başa çatmışdır. xx.xx.2025-ci il tarixdən iddia müddətinin axımı başlamış və 7 gün sonra (bir aylıq müddətin bitməsinə 3 gün qalmış) 11 mart 2025-ci il tarixdə iddia ərizəsi elektron məhkəmə sistemi vasitəsilə qeydə alınmışdır. Bundan başqa məhkəmə qətnamədə qeyd edir ki, iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmasına yol verilməmişdir. Məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki,cavabdeh tərəfindən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən sözügedən layihənin icrası ilə bağlı yaradılmış ştatların hamısı ləğv edildiyindən, hər hansı bir işçi ilə əmək münasibətləri saxlanılmadığından üstünlük hüququnun pozulması da istisna edilir. O, cavabdehlə əmək müqaviləsi bağlayan zaman hansısa layihənin icrasında sürücü olaraq deyil, "xxxx"MMC-yə sürücü vəzifəsinə qəbul edilmişdir. Bundan başqa o, Daşkəsən rayonunda qeydiyyatda olsa da sürücü olaraq Daşkəsən rayonu Ərazisində deyil, daha çox işğaldan azad edilmiş rayonlarda - Cəbrayıl, Qubadlı, Kəlbəcər, Laçın rayonu ərazilərində işləmişdir. Cavabdeh təkcə qızıl mədənləri ilə bağlı deyil, işğaldan azad edilmiş torpaqlarda dağların partladılaraq yeni yollar çəkilməsi layihələrində də yaxından iştirak etmiş, bu gün də həmin işlər davam etdirilir. Bundan başqa məhkəmədə cavadeh "xxxx" MMC tərəfindən Əmək Məcəlləsinin tələblərini pozmaqla gündəlik 12 saat iş rejimi tətbiq edilməsinə dair kifayət qədər sübut və əsaslar təqdim edilməsinə baxmayaraq məhkəmə bu məsələyə münasibət bildirməmiş, aşkar edilmiş pozuntuya dair qərardad çıxarmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. İddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir
25. Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək şikayətin təmin olunmadan, qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Maddə 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə; Maddə 3.9. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu; Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 70, “b” bəndi. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71.1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 76.1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək Məcəlləsinin 76.2-ci maddəsinə əsasən Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz Maddə 77.1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Maddə 77.3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Maddə 77.4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Maddə 78.1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Maddə 300.1. İşəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır Maddə 375. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir Maddə 379.1. İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: Maddə 379.1.6. Tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə. Maddə 379.4-1. Tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. İşin hallarından görünür ki, hazırkı tələblə 2 əmr mübahisələndirilir: - "xxxx" MMC-nin yeni ştat cədvəlinin təsdiqlənməsi, siyahıda adları qeyd olunan işçilərin, o cümlədən İddiaçı ştat cədvəlindən ixtisar edilməsi barədə 23 dekabr 2024-cü il tarixli, 313/K nömrəli əmr; - "xxxx" MMC-nin İddiaçı AR ƏM-nin 70-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (ştatın ixtisar olunması) 24 fevral 2025-ci il tarixli, 47/X saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmr.
31. Birinci instansiya məhkəməsi iddianın rədd olunması qənaətinə gələrkən ilkin olaraq ümumilikdə iddia müddətinin ötürülməsinə istinad etmiş, hər bir tələb üzrə qiymətləndirmə aparmamışdır.
32. Apellyasiya şikayətinin dəlillərindən birini də iddia müddətinin ötürülmədiyi təşkil edir və bu arqument mediasiya prosesinin aparılması ilə əsaslandırılır.
33. Məhkəmə kollegiyası 1-ci - 23 dekabr 2024-cü il tarixli, 313/K nömrəli əmrə münasibətdə qeyd edir ki, bu hissədə apellyasiya şikayətinin müddətin ötürülməməsi ilə bağlı dəlili əsaslıdır.
34. İşin hallarından görünür ki, 19 dekabr 2024-cü il tarixli, 311/K saylı əmrlə iddiaçıya 51 təqvim günü məzuniyyət verilmiş, işə başlama tarixi kimi 13 fevral 2025-ci il olması qeyd edilmişdir. İş yerinin ixtisarı barədə əmr iddiaçının məzuniyyətdə olduğu müddətdə verilib və əmrin surəti poçt vasitəsilə göndərilməklə 13 yanvar 2025-ci il tarixdə çatdırılıb. Mediasiya arayışından görünür ki, mübahisələndirilən əmrlə bağlı mediasiya təklifi onun tərəfindən cavabdehə 03 fevral 2025-ci il tarixdə göndərilmiş, həmin tarixdən iddia müddətinin axımı dayanmış və iddia müddətinin bitməsinə daha 10 gün qalmışdır. Mediasiya prosesi 04 mart 2025-ci ildə başa çatmış, yəni, iddia müddətinin axımı davam etmişdir. İddia ərizəsi məhkəməyə 11 mart 2025-ci il tarixdə verilmiş, yəni, iddia müddəti ötürülməmişdir.
35. Lakin məhkəmə kollegiyası apellyatorun həmin əmrin əsassızlığı ilə bağlı dəlillə razılaşmayaraq qeyd edir ki, əmrin ona münasibətdə ləğv olunması üçün əsaslar mövcud deyildir, çünki, işçilərin ixtisarını həyata keçirmək işəgötürənin hüququdur, iddiaçı ilə yanaşı layihə üzrə digər işçilər də ixtisar olunmuşdur. Hər hansı bir işçinin saxlanıldığı, üstünlük hüququ tətbiq olunduğu halda iddiaçının üstünlük hüququnun olması məsələsi müzakirə oluna bilərdi ki, bu hallar mövcud deyildir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən 2-ci - 24 fevral 2025-ci il tarixli, 47/X saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrə münasibətdə iddia müddətinin ötürülüb – ötürülməməsi məsələsinə də aydınlıq gətirilməmişdir.
37. Bu hissədə iddia müddətinin axımının başlanması ilə bağlı qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296.3-cü maddəsinə əsasən hüququn pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
38. Həmin normanın tələbinə əsasən hüququn pozulmasının aşkar edildiyi gün 2 əsasla müəyyən edilir: işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün. Yəni, bu hallardan birinin mövcudluğu iddia müddətinin axımının başlanmasına səbəb olur.
39. İşin halları ilə təsdiq olunur ki, iddiaçının son haqq – hesabı 24 fevral 2025-ci il tarixdə ödənilmişdir, yəni, hüquqlarının pozulması həmin vaxt ona məlum olmuşdur. Belə oluduğu təqdirdə iddiaçı tərəfindən məhkəməyə 24 mart 2025-ci il tarixdə və ya bu tarixdən sonrakı ilk iş günü müraciət olunmalı idi. Lakin iddiaçı 24 fevral 2025-ci il tarixli, 47/X saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi və buna bağlı digər tələblərlə bağlı həcmin artırılması barədə ərizə ilə 07 may 2025-ci il tarixdə məhkəməyə müraciət etmiş, yəni, iddia müddətini ötürmüşdür. İddia müddəti ötürülmədiyi halda belə əvvəlki əmr qanuni olduğundan bu əmrin də ləğv üçün əsaslar mövcud olmur, lakin bu hissədə iddia müddəti ötürüldüyündən məhkəmə bu əmrlə bağlı əlavə əsaslandırma aparmağa zərurət görmür.
40. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd olunmalıdır.
41. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 may 2025-ci tarixli, e-2(001)- 2899/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 may 2025-ci tarixli, e-2(001)- 2899/2025 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı "xxxx" MMC-yə qarşı əmrlərin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.