Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4204/2023 19.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X24 Cavabdeh qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Msələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “mülkiyyət hüququna xitam verilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iş üzrə (Açar sözlər: mülkiyyət hüququna xitam verilməsi və mülkiyyət hüququnun tanınması tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X21 (sədrlik edən və məruzəçi), X15 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı X24 Cavabdeh qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Msələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “mülkiyyət hüququna xitam verilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)-2378/2023 saylı qərardadından iddiaçı X24 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı X33 Cavabdeh qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Msələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “mülkiyyət hüququna xitam verilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci, 149-151-ci maddələrini rəhbər tutaraq məhkəmədən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ərazisində yerləşən 5061b saylı; 5061d saylı; 5061e saylı; 5061q saylı və 5061v saylı bağ sahələri üzərində Cavabdeh mülkiyyət hüququna xitam verilməsi və həmin bağ sahələri üzərində iddiaçı X24 mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 may 2015-ci il tarixli, 2(008)-3430/15 saylı qətnaməsi ilə mərhum atası X25 iddia tələbləri təmin olunaraq, iddiaçı X3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahələri ünvanında yerləşən 5061e və 5061q saylı bağ sahələrinə dair xx.xx.2014-cü ildə ******* və ******* nömrəli; iddiaçı X13 məxsus 5061e saylı bağ sahəsinə dair xx.xx.2014-cü ildə ******* nömrəli; İddiaçı X9 məxsus 5061b saylı bağ sahəsinə dair xx.xx.2014-cü ildə ******* nömrəli; İddiaçı X16 məxsus 5061d saylı bağ sahəsinə dair xx.xx.2014-cü ildə ******* nömrəli alqı-satqı müqavilələri etibarsız hesab olunmuş və torpaq sahələrinin cavabdehdən alınıb iddiaçılara qaytarılması qət olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3430/15 saylı iş üzrə 01 aprel 2015-ci il tarixli qərardadı ilə iddianı təmin etmə tədbiri tətbiq barədə ərizə təmin olunaraq Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ərazisində yerləşən: 5061b saylı bağ sahəsinin; 5061c saylı bağ sahəsinin; 5061e saylı bağ sahəsinin; 5061q saylı bağ sahəsinin; 5061v saylı bağ sahəsinin; — üzərinə həbs qoyulmuşdur. Dərhal icra olunmalı olan qərardadın icrası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə (hüquqi varisi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) həvalə olunmuşdur. Qərardad ləğv olunmamış və ya tətbiq edilmiş təmin etmə tədbiri dəyişdirilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 06 iyun 2017-ci il tarixli, 2(103)- 3292/2017 saylı qərardadı ilə iddiaçılar X4, X17, X14 və X22 ilə cavabdehlə Maraqlı şəxs1 Əbdürrəhman oğlu, Cavabdeh Firdövsi qızı və üçüncü şəxs X27 prosessual hüquqi varisi X33 arasında bağlanmış barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilmişdir. Təsdiq olunmuş sazişə əsasən, Nəsrullayeva, Məmmədov, Nəzərov və Nəzərova öz iddialarından Müdüroğlunun xeyrinə imtina etmiş, Bayramova və Bayramov 5061b, 5061d, 5061v, 5061q və 5061e saylı bağ sahələrini, Eran Müdüroğlunun istədiyi vaxt onun və ya onun göstərdiyi şəxsin mülkiyyətinə, hər hansı əvəz almadan keçirəcəklərini öz öhdələrinə götürmüşlər. Qərardaddan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 sentyabr 2017-ci il tarixli, 2(102)-6142/17 saylı qərarı ilə təmir olunmamış, Bakı Apellyasiya Məhkəməsinin 06 iyun 2017-ci il tarixli, 2(103)-3292/2017 saylı qərardadı qüvvəsində saxlanılmışdır. Buna baxmayaraq, bağ sahələrinə mülkiyyət hüququnun ötürülməsi vəzifəsi borclular tərəfindən bu günədək təmin olunmamışdır. Cavabdeh, onun etibarnamə üzrə nümayəndəsi X10 və X6 26 iyul 2021-ci il tarixli Bildirişlə müraciət edərək, bağ sahələrinə mülkiyyət hüququnun ötürülməsi üzrə notariat əməliyyatlarının aparılması üçün 05 avqust 2021-ci il, saat 11-00-da Bakı şəhəri, 41 nömrəli notariat kontoruna gəlmələri xahiş edilsə də, adı çəkilən şəxslər və onların nümayəndəsi notariat kontoruna gəlməmişlər. Bakı Apellyasiya Məhkəməsi tərəfindən qərardadın icrası üzrə 22 sentyabr 2021-ci il tarixli, 2(103)-3292/2017 saylı qərardadına əsasən icra vərəqi verilmişdir və Sabunçu İcra Şöbəsində icra hərəkətləri aparılır, lakin bu günədək icra təmin olunmamışdır. İcra şöbəsinin 12 aprel 2022-ci il tarixli məktubunda icranın təmin olunmaması səbəbi kimi borcluların 06 oktyabr 2014-cü ildə ölkədən getmələri və geri qayıtmamaları göstərilmişdir. Lakin icra olunan məhkəmə qərardadında borcluların mütləq iştirakı barədə şərt nəzərdə tutulmamışdır. Məhkəmə qərardadı ilə iddiaçılar və Müdüroğlunun üzərinə düşən öhdəliklər tam yerinə yetirilmiş və həmin hissələrdə icra icraatına xitam verilməsi barədə məhkəməyə və icraçıya yazılı müraciət verilmişdir. İcra hərəkətlərinin aparılması zamanı göstərilən bağ sahələri üzərinə həbs qoyulması mülkiyyət hüququnun dəyişdirilməsinə mane ola bildiyindən həbsin ləğvi barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162-ci maddəsinə əsasən ərizə ilə Sabunçı Rayon Məhkəməsinə müraciət olunmuşdur. Həmin məhkəmənin e-MTT(008)- 31/2022 saylı 04 fevral 2022-ci il tarixli qərardadı ilə Sabunçu Rayon Məhkəməsinin 2(008)-3430/15 saylı iş üzrə 01 aprel 2015-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhir bağ sahəsi ərazisində yerləşən: 5061b saylı bağ sahəsinin; 5061d saylı bağ sahəsinin; 5061e saylı bağ sahəsinin; 5061q saylı bağ sahəsinin; 5061v saylı bağ sahəsinin üzərinə qoyulmuş həbs iddianı təmin etmə tədbiri ləğv olunmuşdur. İcranın təmin edilməsi Bayramovların iştirakı ilə onlar Azərbaycan Respublikası ərazisində olmadıqları və Kanadada yaşamaları və Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 177.3.2 və 178.3.2 maddələri ilə ittiham olunmasına dair istintaqı aparılan cinayət işi üzrə həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan olunduğuna görə mümkün olmamışdır. Məhkəmə qərardadına əsasən, Cavabdeh və Maraqlı şəxs1 Əbdürrəhman oğlu göstərilən bağ sahələrin Müdüroğlunun istədiyi vaxt onun və ya onun göstərdiyi şəxsin mülkiyyətinə, hər hansı əvəz almadan keçirməyi öhdələrinə götürüblər. Bu vəzifənin icrası onun tərəfindən hər hansı öhdəlik və vəzifənin yerinə yetirilməsi ilə şərtlənməmişdir. Borclular tərəfindən bağ sahələrinin hansı üsulla və rəsmiləşdirmə aparılmaqla bağ sahələrinin onun adına keçiriləcəyi zaman onların iştirak etmələrinə heç bir zərurət yoxdur. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ərazisində yerləşən 5061b saylı; 5061d saylı; 5061e saylı; 5061q saylı; 5061v saylı bağ sahələri mülkiyyət hüququnun qeydə alınmasının gecikməsinə baxmayaraq onun istifadəsində və sahibliyindədir. Lakin bağ sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması, onlar üzərində sərəncam vermək, kənar şəxslərin bağ sahələrinə qanunsuz müdaxilələrinin qarşısını almaq və s. qanunvericiliyin mülkiyyətçilərə tanıdığı hüquqlardan və imkanlardan məhrum olmağa səbəb olur. Ona görə də, bağ sahələrinə dair hüquqlarını təsdiq edən çoxsaylı məhkəmə qərarlarının, yazılı razılaşmaların mövcud olmasını nəzərə alaraq, iddiaçının 5061b saylı; 5061d saylı; 5061e saylı; 5061q saylı; 5061v saylı bağ sahələri üzərində mülkiyyət hüququnun tanınması barədə məhkəmə qətnaməsi çıxarılmalıdır.
3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)- 2378/2023 saylı qərardadı ilə iddiaçı X24 Cavabdeh qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Msələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “mülkiyyət hüququna xitam verilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilməsi, iddiaçıya Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3292/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərardadının icrası ilə əlaqədar məcburi icra tədbirlərinin görülməsi üçün icra şöbəsinə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçınin hazırki tələb ilə məhkəməyə müraciət etməsinin səbəbi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3292/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişi üzrə Cavabdehın üzərinə düşən öhdəliyin icra edilməməsi ilə əlaqədar olmuşdur. Belə ki, sözü gedən barışıq sazişi icra olunmadığından hazırki mülki iş üzrə iddiaçı, digər mülki üzrə prosesual hüquq varis olan X24 ərizəsi təmin edilərək, icra vərəqəsi verilmişdir. İddiaçı hazırda məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin 12 aprel 2022-ci il tarixli, 244326/19-V nömrəli məktubunu təqdim edərək bilirir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3292/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərardadı ilə təsdiq edilmiş barışığ sazişini üzrə öhdəlik götürmüş Bayramova X7 Respublikası ərazisi hüdudlarında olmadığından iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisə predmeti olan bağ sahələrinə cavabdehin mülkiyyət hüququna xitam verilməsini və bağ sahələrinə iddiaçının mülkiyyət hüququnun tanınmasını xahiş etsə də, məhkəmə hesab edir ki, hazırki mübahisə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3292/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərardadının icrası ilə əlaqədar olduğundan, iş üzrə icraata xitam verilməli, məcburi icra tədbirlərinin görülməsi üçün iddiaçı icra orqanına müraciət etməlidir.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
5. İddiaçı X24 nümayəndəsi və vəkili Nümayəndə şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, e-2(008)- 2378/2023 saylı qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılaraq, iddiaçı X24 iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə araşdırma aparmadan, iddiaçı tərəfindən təqdim edilmiş sübutlara, tərəflərin iradə ifadəsinin həqiqi mənasına hüquqi qiymət vermədən subyektiv mülahizələr əsasında tələm-tələsik qərar qəbul etmişdir. Məhkəmə nəzərə almamışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 06 iyun 2017-ci il tarixli qərardadına əsasən, Cavabdeh və Maraqlı şəxs1 Əbdürrəhman oğlu göstərilən bağ sahələrini, Müdüroğlunun istədiyi vaxt onun və ya onun göstərdiyi şəxsin mülkiyyətinə, hər hansı əvəz almadan keçirməyi öhdələrinə götürüblər. Bu vəzifənin icrası iddiaçı Müdüroğlu tərəfindən hər hansı öhdəlik və vəzifənin yerinə yetirilməsi ilə şərtlənməmişdir. İcranın təmin edilməsi Bayramovların iştirakı ilə onlar Azərbaycan Respublikası ərazisində olmadıqları və Kanadada yaşamaları və Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 177.3.2 və 178.3.2 maddələri ilə ittiham olunmasına dair istintaqı aparılan cinayət işi üzrə həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan olunduğuna görə mümkün olmamışdır. Borclular tərəfindən bağ sahələrinin hansı üsulla və rəsmiləşdirmə aparılmaqla bağ sahələrinin iddiaçının adına keçiriləcəyi zaman onların iştirak etmələrinə heç bir zərurət yoxdur.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2378/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2378/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı X24 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
10. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsində qeyd edilir ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
12. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3292/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3430/2015 saylı, 04 may 2015ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilmiş, tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilmişdir.
13. 1. Nəsrullayeva, Məmmədov, Nəzərov və Nəzərovanın birlikdə Bayramovaya, Bayramova və Rəhimova qarşı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində qaldırdığı Müdüroğlunun İİİ şəxs kimi iştirak etdiyi: "Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən və xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına dövlət qeydiyyatına alınmış 5061b, 5061d, 5G61v, 5061q və 5061e saylı bağ sahələrinə dair Cavabdeh ilə X1 məxsus olmuş 5061e və 5061q saylı bağ sahələrinə dair xx.xx.2014-ctı il tarixində bağlanmış ******* və ******* nömrəli, X18ma məxsus olmuş 5061v saylı bağ sahəsinə dair xx.xx.2014-cü il tarixində bağlanmış ******* nömrəli, X9 məxsus 5061b saylı bağ sahəsinə dair xx.xx.2014-cü il tarixində bağlanmış ******* nömrəli, X19 məxsus omiş 5061d saylı bağ sahəsinə dair xx.xx.2014-cü il tarixində bağlanmış ******* nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və torpaq sahələrinin əsassız sahiblikdən qaytarılması barədə", hal-hazırda apellyasiya şikayətinə yenidən baxılması barədə sonuncu məhkəmə qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2017-ci il tarixli qərarı olan mülki iş üzrə mübahisənin davam etdirilməsindən imtina edirlər.
2. Nəsrullayeva, Məmmədov, Nəzərov və Nəzərova öz iddialarından Müdüroğlunun xeyrinə imtina edirlər.
3. Müdüroğlu Nəsrullayeva, Məmmədov, Nəzərov və Nəzərovaya bağ sahələrindən onun xeyrinə imtina edilməsinə görə mübahisəli alqı-satqı müqavilələrində göstərilən məbləğdə haqq ödəməyi öhdəsinə götürür.
4. Bayramova, Bayramov, Rəhimov, X8, Nəzərov və Nəzərovanın göstərilən bağ sahələrindən Müdüroğlunun xeyrinə imtinalarını qəbul edirlər.
5. Bayramova və Bayramov göstərilən bağ sahələrini, Müdüroğlunun istədiyi vaxt onun və ya onun göstərdiyi şəxsin mülkiyyətinə, hər hansı əvəz almadan keçirəcəklərini öz öhdələrinə götürürlər.
6. Sazişin Tərəfləri bu Sazişlə həll edilən məsələlər üzrə sonradan hər hansı şikayət verməməyi öz öhdələrinə götürürlər.
7. Bu Sazişin bağlanılması, imzalanması və icrası ilə əlaqədar bütün zəruri hərəkətləri Tərəflərin özləri və ya etibarnamə üzrə nümayəndələri həyata keçirə bilərlər.
8. Bu Saziş Azərbaycan Respublikası qanunvericiliyinin müddəalarına uyğun olaraq bağlanılır və Tərəflər Azərbaycan Respublikası qanunvericiliyinin tətbiqini və məhkəmə yurisdiksiyasını qəbul edirlər.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(102)-6142/2017 nömrəli qərarı ilə 3-cü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3292/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-3292/2017 nömrəli, xx.xx.2021- ci il tarixli Bakı Apllyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 iyun 2017-ci il tarixli, 2(103)- 3292/2017 saylı qərardadı əsasında icra vərəqəsi verilməsi barədə üçüncü şəxs X27 prosessual hüquqi varisi X33 tərəfindən verilmiş ərizə təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(103)- 3292/2017 saylı qərardadı əsasında icra vərəqəsi verilməsi qərara alınmışdır.
16. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə icraata xitam verilmiş və ona istinad edilmişdir ki, mübahisə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3292/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərardadının icrası ilə əlaqədar olduğundan, iş üzrə icraata xitam verilməli, məcburi icra tədbirlərinin görülməsi üçün iddiaçı icra orqanına müraciət etməlidir.
17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin 12 aprel 2022-ci il tarixli, 244326/19-V nömrəli məktubun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 iyun 2017-ci il tarixli, 2(103)-3292/2017 saylı icra vərəqəsi şöbənin icraatındadır. Lakin görülmüş icra tədbirləri nəticəsində məlum olmuşdur ki, icra vərəqəsi üzrə birbaşa öhdəlik götürümüş borclular Maraqlı şəxs1 Əbdülrahman oğlu və Cavabdeh xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasını tərk edərək London şəhərinə getmişlər. Qeyd edilən tarixdən bugünədək onlar Azərbaycan Respublikası ərazisinə gəlməmişlər. Onlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş icra tədbirləri davam etdirilməsi qərara alınmışdır.
18. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3292/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərardadında qeyd edilir ki, tərəflər arasında imzalanmış Bayramova və Bayramov göstərilən bağ sahələrini, Müdüroğlunun istədiyi vaxt X27 və ya onun göstərdiyi şəxsin mülkiyyətinə, hər hansı əvəz almadan keçirəcəklərini öz öhdələrinə götürmüşlər. Hazırda Maraqlı şəxs1 Əbdülrahman oğlu və Cavabdeh ölkə ərazisində olmadığı üçün barışıq sazişinin icra edilməsi mümkün olmamışdır.
19. Digər tərəfdən iddiaçı bağ sahələri üzərində mülkiyyət hüququnun təsdiq edilməsi üçün daşınmaz əmlakın qeydiyyat orqanına müraciət edilmiş, lakin daşınmaz əmlak üzərində qeydiyyatı aparan orqan tərəfindən məhkəmə qərarı olduğu təqdirdə bağ sahələri üzərində qeydiyyatın aparılmasının mümkün olduğu qeyd edilmişdir.
20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsində qeyd edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
21. Birinci instansiya məhkəməsi mövqeyini həmçinin onunla əsaslandırmışdır ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.
22. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, hazırkı iş üzrə iddiaçı X33 Cavabdeh qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Msələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “mülkiyyət hüququna xitam verilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
23. Digər iş üzrə iddiaçılar X2, X17, X14 və X23 olmuşdur. Hazırkı iş üzrə iddiaçı olan X33 isə digər iş üzrə üçüncü şəxs olan X27 prosessual hüquqi varisidir.
24. Göründüyü kimi, hazırkı mübahisə eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə olmadığından iş üzrə icraata xitam verilməsi qanunvericiliyin tələbinə ziddir.
25. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərardad ləğv edilməklə, işə mahiyyəti üzrə baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.
27. Həmin Məcəllənin 402.2.4-cü maddəsində qeyd edilir ki, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)- 2378/2023 saylı qərardadı ləğv edilsin. İddiaçı X24 Cavabdeh qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “mülkiyyət hüququna xitam verilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev