Məhkəmə qərarları › İş №2(103)-4209/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4209/2022

21.07.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4209/2022 21.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Mehdiyev Emin Əlixan oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4768/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun arvadı X6 ilə birlikdə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 44 saylı evin 6 nömrəli mənzilinə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4768/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ünvan 1 ünvanında yerləşən 44 saylı evin 6 nömrəli mənzilə köçürülməsi qərara alınmışdır. Apellyasiya şikayətləri və onların dəlilləri: İddiaçı qətnamədən apellyasiya şikayəti verərək göstərmişdir ki, onun arvadına münasibətdə iddia tələbinin təmin edilməməsi əsassızdır, belə ki, onların rəsmi nikahları var. Hesab edir ki, arvadı da onun istifadə hüquq olan mənzilə onunla birgə köçürülməlidir. Bu səbəbdəni, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək göstərmişdir ki, onun bundan öncəki nikahdan olan iki övladından biri hazırkı iddiaçıdır, onun birinci arvadının adına Binəqədi rayonu, S.Məmmədov küçəsi 203 saylı 53 nömrəli mənzili olmuşdur, o həmin mənzili iddiaçıya vermişdir, iddiaçı həmin mənzili formal olaraq xalasına satmışdır. Həmçinin oğlunun kirayə qaldığı vaxt onların kirayə haqqını da ödədiyini bildirdirmişdir. Dəfələrlə iddiaçıya 15.000 manat kompensasiya veriləcəyini bildirsə də, o yenə də məhkəməyə müraciət etmişdir. Odur ki, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Həmçinin cavabdehin apellyasiya şikayətinin guya onun anansının mənzili olması barədə dəlilini təkzib edərək bildirdi ki, həmin mənzil yaxın qohumlarının oub, onlar da ailəvi Rusiyada idilər, ona görə anasının adına evi rəsmiləşdirmişdilər, anası öləndən sonra mənzil onun adına keçmiş, o da mənzili sonra həqiqi sahiblərinə qaytarmışdır. Həmçinin cavabdeh özü də şikayətində yazır ki, onların kirayədə yaşaması ilə əlaqədar kirayə haqqını ödəmişdir. Həqiqətən onun mənzili olsa idi, kirayədə də yaşamazdı. Nikahda olan arvadının da onunla birlikdə ünvan 1 ünvanında yerləşən 44 saylı evin 6 nömrəli mənzilinə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2 MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Nərimanov rayonu VVADQ şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 144262 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən X2 xx.xx.2005-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə 326 nömrə ilə qeyd edilmişdir; Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli arayışına əsasən İddiaçı, X3 və İddiaçı ünvan 2 ünvanında pasport qeydiyyatındadır; Mülkiyyətçi Cavabdeh1 ilə Cavabdeh2 MTK arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 117/126 saylı müqavilənin surətinə əsasən Cavabdeh2 MTK Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarına əsasən Bakı şəhəri, Nərimanov rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi fəaliyyət çərçivəsində, yaşayış üçün təhlükəli vəziyyətdə olan “Mülkiyyətçi'yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən 39.56 kv/m yaşayış, 56.43 kv/m ümumi sahəsi olan 2 (iki) otaqlı 44 saylı fərdi yaşayış evini sökməyi və bunun müqabilində həmin ərazidə inşa etdiyi yeni hündürmərtəbəii yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində 6 nömrəli, 3 otaqlı 113.54 kv. metrdən ibarət təmirsiz mənzili həmçinin həmin mənzilin təmiri üçün, eləcə də kirayə haqqı olaraq 28 500 (iyrimi səkkiz min beş yüz) manat pul vəsaitini “Mülkiyyətçi'yə nəğd qaydada verməyi, “Mülkiyyətçi” bu müqaviləyə əsasən mülkiyyətində olan evin söküntü üçün Cavabdeh2 MTK-ya təhvil verilməyi və müəyyən olunmuş şərtlər daxilində yeni binada tikilmiş təmirsiz mənzili və təmir, habelə kirayə üçün veriləcək 28500 (iyrimi səkkiz min beş yüz) manat pul vəsaitini qəbul etməyi öhdəsinə götümüşlər; X4 tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2020-ci il tarixli ərizənin surətində “qeydiyyatda olduğum ünvan 2 ünvanda yerləşən evin özgəninkiləşdiriməsinə (satılmasına, boşalmasına, dəyişdirilməsinə) etiraz etmirəm. Razıyam” qeyd olunmuşdur; X9, X7 və X5 tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2020ci il tarixli ərizənin surətində “biz yuxarıda adları göstərilənlər bildiririk ki, qonşumuz Cavabdeh1 məxsus olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində İddiaçı və X1 qeydiyyatda olmalarına baxmayaraq onlar həmin ünvanda yaşamırlar” qeyd olunmuşdur; ünvan 3indən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 342067 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı ilə X13 arasında xx.xx.2019-cu il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1429 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə İsmayılov, arvada İsmayılova soyadı verilmişdir; Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının və Cavabdeh1 apellyasiya şikayətlərinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyasının araşdırmaları nəticəsində məlum olmuşdur ki, iddiaçı uzun müddət (doğulduğu vaxtdan) ünvan 4 ünvanında yaşamış, sonradan həmin mənzil sökülərək iş üzrə Cavabdeh1 ilə Cavabdeh2 MTK arasında bağlanmış müqaviləyə əsasən “Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən 39.56 kv/m yaşayış, 56.43 kv/m ümumi sahəsi olan 2 (iki) otaqlı 44 saylı fərdi yaşayış evin əvəzinə həmin ərazidə inşa etdiyi yeni hündürmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində 6 nömrəli, 3 otaqlı 113.54 kv. metrdən ibarət təmirsiz mənzil verilmişdir. Cavabdeh1 hazırda həmin mənzildə yaşayır. Hazırkı işdə cavabdeh ata iddiaçı oğluna mənzildə yaşamağa maneə yaradır. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur, ünvan 1 ünvanında yerləşən 44 saylı evin 6 nömrəli mənzilin dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh kimi göstərdiyi şəxsin ev üzərində mülkiyyət hüququ əldə etməyə “qanuni gözlənti” hüququ mövcuddur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasındakı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin (məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, hazırkı mübahisə üzrə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsi tətbiq olunmalıdır) 48-ci maddəsinə görə, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Beləliklə, iddiaçı uzun müddət (doğulduğu vaxtdan) ünvan 2 ünvanında yaşadığından 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən onun həmin mənzilə istifadə hüququ yaranmışdır. Belə olan halda, məlum olur ki, həmin mənzilin sökülərək onun əvəzinə verilmiş ünvan 1 ünvanında yerləşən 44 saylı evin 6 nömrəli mənzilinə də iddiaçı cavabdeh atası ilə eyni qaydada hüquq əldə etdiyindən rayon məhkəməsi iddia tələbini iddiaçının həmin mənzilə köçürülməsi hissəsində təmin etməkdə haqlı olmuşdur. Həmçinin Kollegiya Cavabdeh1 apellyasiya şikayətinin dəlili kimi, birinci arvadının adına Binəqədi rayonu, S.Məmmədov küçəsi 203 saylı evdə 53 nömrəli mənzili olması, onun həmin mənzili iddiaçıya verməsi, iddiaçının isə həmin mənzili formal olaraq xalasına satması barədə dəlilinə münasibətdə isə qeyd edir ki, cavabdeh həmin dəlillə bağlı hər hansı sübut təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, cavabdehin apellyasiya şikayəti əsassızdır. (Qeyd: Kollegiyanın hazırkı mübahisəni barışıq sazişi bağlamaqla həll etməklə bağlı təklifinə münasibətdə, Cavabdeh1 əvvəlcə 10.000, daha sonra isə 15.000 manat kompensasiya təklif etsə də, iddiaçı bununla razılaşmamışdır). İddiaçı onunla birlikdə həmin mənzilə xx.xx.2019-cu il tarixdə nikah bağladığı arvadının da köçürülməsini tələb edir. Kollegiya qeyd edir ki, iddiaçının xx.xx.2019-cu il tarixdə nikah bağladığı arvadı X6 hazırda sökülərək yerinə yeni mənzil verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən 44 saylı fərdi yaşayış evində yaşamadığından və həmin evə hər hansı hüquq əldə etmədiyindən, rayon məhkəməsi iddia tələbini həmin hissədə təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Kollegiya onu da qeyd edir ki, iddiaçı nəzərə almamışdır ki, mənzilə köçürülməsinin tələb etdiyi arvadı X6 fəaliyyət qabiliyyətlidir və mülki hüququn müstəqil subyektidir, o hazırkı tələblə özü müraciət etməli idi. Onun iddia tələbi bu hissədə həm də həmin hala görə əsassız olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətləri isə əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumları şikayəti vermiş iddiaçı və Cavabdeh1 özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmasın. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4768/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu İddiaçı və Cavabdeh1 özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Emin Mehdiyev Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar