Məhkəmə qərarları › İş №2(103)-421/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-421/2023

10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-421/2023 10.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "X10” MMC-yə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: ("qeyri-yaşayış sahəsinin təhvil verilməsi) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil və maraqlarına toxunan şəxs "Rabitəbank” ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "X10” MMC-yə qarşı "qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 24 aprel 2017-ci il tarixli 2(004)-3483/2017 saylı qətnaməsindən həmin qətnamə ilə maraqlarına toxunan şəxs "Rabitəbank” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı cavabdeh «X11» MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 may 2013-cü il tarixli 144 nömrəli müqavilə əsasında iddiaçının mülkiyyətinə verilmiş, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış passivi, Talıblı küçəsində inşa edilən 1 saylı binanın 1-ci mərtəbəsində ümumi sahəsi 126 kv. m-dən ibarət olan qeyri-yaşayış sahəsi adlanan mağazanın iddiaçıya verilməsi öhdəliyinin Meqa-Siti Holdinq» MMC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 aprel 2017-ci il tarixli, 2(004)- 3483/2017 saylı qətnaməsi ilə təmin edilmiş, «X11» MMC tərəfindən Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində inşa edilən 1 saylı yaşayış binasında yerləşən 126 kv.metrdən ibarət olan qeyriyaşayış sahənin (mağazanın) 07 may 2013-cü il tarixli müqavilənin şərtlərinə əsasən İddiaçı təhvil verilməsi vəzifəsinin “ X11” MMC-yə həvalə edilməsi qət edilmişdir.

3. Birinci instansiya icraatı zamanı müəyyən edilmişdir ki: satıcı «X11» MMC-nin direktoru X7 ilə alıcı İddiaçı arasında bağlanmış 07 may 2013-cü il tarixli müqavilənin təsdiq olunmuş surətinə əsasən satıcı Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində inşa edilən 1 saylı yaşayış binasında ümumi sahəsi 126 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinin (mağazanın) alıcıya verməyi, alıcı isə öz növbəsində qeyri- yaşayış sahənin hər kv.metri üçün 1500 manat olmaqla, ümumi 189000 manat ödəməsini öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə əsasən satıcı müqavilənin 2.1-ci bəndində göstərilən tikintiquraşdırma işlərinin 24 ay ərzində tamamlayır və alıcıya təhvil verir; - «X11» MMC-nin direktoru E.A.Məmmədov tərəfindən imzalanaraq, Cəmiyyətin möhürü ilə təsdiq olunmuş 07 may 2013-cü il tarixli, 144 saylı Maliyyə arayışının təsdiq olunmuş surətinə əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasında yerləşən, ümumi sahəsi 126 kv.metrdən ibarət olan qeyri-yaşayış (mağaza) sahəsi üçün şirkətə borcu yoxdur; - «X11» MMC-nin 07 may 2013-cü il tarixli Kassa mədaxil orderinin qəbzinin surətinə əsasən İddiaçı tərəfindən «ev almaq üçün» 189000 manat məbləğində pul vəsaiti ödənilmişdir (iş səh.9-12).

4. Maraqlarına toxunan şəxs "Rabitəbank” ASC apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal rayon məhkəməsinin 24 aprel 2017-ci il tarixli qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9880/2021 nömrəli iş üzrə 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır

5. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 dekabr 2021-ci il tarixli qətnaməsindən Rabitəbank” ASC kassasiya şikayəti vermiş və Ali Məhkəmənin 22(102)- 3021/22 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə olan 2(103)-9880/2021 nömrəli, 23 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Qərarda Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.1, 217.3, 407.2, 416.1; Mülki Məcəllənin 157.8, 452.1, 448.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli qeyri-yaşayış sahəsini İddiaçı təhvil verilməsinə dair Bakı şəhəri Yasamal Rayon məhkəməsinin 24 aprel 2017-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlayıb, "Rabitəbank” ASC-nin apellyasiya şikayətini rədd edərkən iş üzrə cavabdeh "X11” MMC-nin iddianı etiraf etməsini, barışıq sazişinin təsdiqi barədə Bakı Apellyasiya Məhkəməsinin qərardadında qeyd edilən mağazaların binanın müvafiq mərtəbələrinin hansı hissələrində yerləşməsinin dəqiq göstərilməməsini, barışıq sazişinin təsdiqi barədə qərardadın tam icra edilməsini, mübahisəli qeyri-yaşayış sahəsinin "Rabitəbank” ASC-yə verilməli olan sahələrlə üst-üstə düşməsinin müəyyən olunmamasını, qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən dəyəri ödənilməklə alınmasını göstərmişdir. Kollegiya aşağıdakı səbəblərdən apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşmır və hesab edir ki, qətnamə iş üçün mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmadan, sübutlara tam və hərtərəfli qiymət verilmədən və beləliklə də qanunun tələblərinə uyğun əsaslandırılmadan çıxarıldığından ləğv edilməlidir.İş materiallarından görünür ki, "Rabitəbank” ASC-nin apellyasiya şikayətinə əsasən işə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən məhkəmə kollegiyası tərəfindən 03 dekabr 2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə məktub göndərilmiş və həmin məktubda icra vərəqəsi üzrə həyata keçirilmiş icra hərəkətləri barədə sənədlərin surətlərinin məhkəməyə göndərilməsi xahiş olunmuşdur.Həmin məktuba icra şöbəsi tərəfindən verilmiş 21 dekabr 2021-ci il tarixli cavaba görə 3 avqust 2010-cu il tarixli icra sənədi icra şöbəsinə 21 aprel 2011-ci il tarixdə daxil olmuş və icra tədbirləri nəticəsində 2 ədəd təmirsiz mənzil və 117 qaraj "Rabitəbank” ASC- yə təhvil verilmiş, digər mənzillərdə yaşayış olduğu və müqavilə ilə digər şəxslərə satıldığı üçün və qeyri-yaşayış sahələrinin digər şəxslərə satılması və onların yerləşdiyi yerin dəqiq göstərilməməsi səbəbindən onların təhvil verilməsinin təmin edilməsi mümkün olmamışdır. Göstərilən mübahisəli vəziyyətdə həqiqətə nail olmaq üçün Bankın, "X11” MMC-nin nümayəndələrinin və icra sənədinin icrası ilə məşğul olan icra məmurunun iştirakının təmin edilməklə işə baxılması mübahisəyə aydınlıq gətirilməsi baxımından əhəmiyyət kəsb etməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi onların iştirakı olmadan işə baxmış və bu zaman mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin icra sənədində göstərilən qeyri-yaşayış sahələrinə daxil olubolmaması yoxlanılmamış və bu məqsədlə heç bir araşdırma aparılmamışdır. İddiaçıya verilmiş sahənin icra sənədində olan sahə ilə üst-üstə düşməməsi barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsi heç bir sübuta əsaslanmamaqla, ehtimal xarakteri daşıdığından qətnamədə müəyyən olunmuş həmin hal Bankın göstərdiklərinin əsassız olması qənaətinə gəlmək üçün əsas verməmişdir. MMC ilə İddiaçı arasında bağlanmış müqavilədə qeyri-yaşayış sahəsinin ölçüsünün 126 kv.metr olması göstərilsə də, həmin sahənin binanın neçənci mərtəbəsində yerləşməsi göstərilməmişdir. Yasamal rayon İcra şöbəsinin 21 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, icra sənədinə əsasən Banka verilməli olan qeyri-yaşayış sahələri binanın həm birinci, həm də 2-ci mərtəbələrində yerləşir. İddiaçı isə iddia etməsinə görə mübahisə predmeti olan qeyri-yaşayış sahəsi binanın 1-ci mərtəbəsində yerləşir. Belə olan halda, MMC-yə məxsus binada yerləşən bütün qeyriyaşayış sahələrinin yerləri və ölçüləri müəyyən olunmalı və bununla əlaqədar binanın texniki sənədləri tərəflərin birgə iştirakı ilə tədqiq olunmalı, mübahisəli qeyri-yaşayış sahəsinin ölçüsünə uyğun sahənin yeri müəyyən olunmalı,yerli baxış keçirilməklə mübahisəli qeyriyaşayış sahəsinin yeri müəyyən olunmalı,həmin sahənin barışıq sazişində və icra sənədində göstərilən qeyri-yaşayış sahələrinə daxil olub-olmaması müəyyənləşdirilməli idi. Apellyasiya instansiyası məhkəməsi iddianın cavabdeh tərəfindən etiraf olunmasını iddianın təmin edilməsi üçün əsas kimi qəbul edərkən Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinin hazırkı vəziyyətdə iddianın təmin edilməsi üçün əsas verməməsini nəzərə almamışdır.Qanunun həmin normasına görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.Kollegiya hesab edir ki, qəbul edilmiş qətnamə Bankın maraqlarına toxunduğundan apellyasiya instansiyası Məhkəməsinin MPM-nin 52 və 191-ci maddələrinə istinad etməsi əsassız olmuşdur.İşdən göründüyü kimi, İddiaçı tərəfindən irəli sürülən tələb qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi ilə bağlıdır.Əgər tərəflər arasında qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi ilə bağlı heç bir mübahisə yox idisə, onda iddiaçının hansı səbəbdən belə bir iddia ilə məhkəməyə müraciət etməsi aydın deyildir. Halbuki, MPM-nin 4.1 -ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

6. Maraqlarına toxunan şəxs "Rabitəbank” ASC-nin apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2, 88, 357.2, 384.0.2, 385-ci maddələrinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Məhkəmə qətnaməsi haqqında xx.xx.2005-ci il tarixli 4 saylı Qərarına istinadən qeyd edilmişdir ki, həmin qətnamədə qəbul edilən vaxt artıq cavabdeh “X11” MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi 1 saylı binanın 1-ci mərtəbəsində ümumi sahəsi 126 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi (mağaza) Bakı Apellyasiya məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2-1(103)-345/2010 saylı qərardadına əsasən Maraqlı şəxs ASC-yə təhvil verilməsi qərara alınmışdır.Həmçinin, İddiaçı cavabdeh “X11” MMC-dən 2013-cü ildən müqavilə ilə qeyri-yaşayış sahəsi (mağaza) aldığını iddia edir. Amma Maraqlı şəxs ASC-yə həmin qeyri-yaşayış sahəsinin verilməsi barədə məhkəmə qərarı 2010-cu ildə çıxarıldıqda İddiaçı Zahid oğlunun hər hansı bir müqaviləsi olmamışdır. Odur ki, onun müqaviləsi qanunsuzdur. Əgər bu şəxs sözügedən əmlakın sahibi olduğunu iddia edirsə 4 il ərzində hansı səbəbdən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, guya pozulmuş hüquqlarını bərpa etmirdi. Eyni zamanda, cavabdeh “X12” MMC-nin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Eyni zamanda Məhkəmə iddiaçının müqaviləsinin həqiqiliyini müəyyən etmək üçün ekspertiza təyin etməmişdir. Bununla da məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Buna baxmayaraq Məhkəmə İddiaçı təqdim etdiyi sübutlara düzgün hüquqi qiymət verməmişdir.Həmçinin, hazırki iddianın əsası olmuş müqavilə xx.xx.2013-cü il tarixdə İddiaçı Zahid oğlu ilə Meqasiti Holdinq MMC-nin keçmiş direktoru X7 arasında bağlanmışdır. Həmin şəxs direktor olduğu dövrdə törətdiyi qanuna zidd hərəkətlərinə görə cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmişdir və hal-hazırda da cəzasını çəkir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

7. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə tikinti texniki ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 yanvar 2023-cü il tarixli məktubu ilə tərəflərin təyin edilmiş yerə gəlmədiyindən, tədqiqat obyektinə dair hüquqmüəyyənedici və texniki sənədlər Mərkəzə təqdim edilmədiyindən ekspertizanın aparılmasından imtina edilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası tərəfindən İddiaçı, maraqlarına toxunan şəxs "Rabitəbank” ASC-nin nümayəndəsi X4 və Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi Talıblı küçəsində inşa edilmiş 1 saylı binanın ərazisində olan mühafizəçi X1 iştirakları ilə yerində müayinə aparılmış, maraqlarına toxunan şəxs "Rabitəbank” ASC-yə Bakı Apellyasiya məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2-1(103)-345/2010 saylı qərardadına əsasən qarajlardan başqa hər hansı bir qeyri-yaşayış sahəsinin təhvil verilmədiyi, iddiaçıya verilmiş - Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi Talıblı küçəsində inşa edilmiş 1 saylı binanın görünən birinci mərtəbəsində sağ tərəfdən birinci olan qeyri-yaşayış sahəsinin gözəyarı baxışla 126 m2 olması müəyyən edilmiş, əlavə sübut və dəlillər təqdim edilməmişdir.

9. Məhkəmə iclasında iştirak edən maraqlarına toxunan şəxsin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi 1 saylı binanın 1-ci mərtəbəsində ümumi sahəsi 126 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin Bakı Apellyasiya məhkəməsinin xx.xx.2010-cu il tarixli qərardadı ilə Maraqlı şəxs ASC-yə təhvil verilməsinin qərara alındığını, məhkəmə qərardadı ilə qarajlardan əlavə onlara hər hansı qeyri-yaşayış sahəsinin təhvil verilmədiyini qeyd etmiş, iddiaçı ilə olan müqavilənin isə 2013-cü il tarixində bağlandığını bildirmiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil sözügedən qeyri-yaşayış sahəsinin “X10” MMC-nin nümayəndəsi və icra məmurunun iştirakı ilə iddiaçıya təhvil verildiyini, hal-hazırda iddiaçının istifadəsində olduğunu qeyd etmiş, ümumiyyətlə qərardadla ümümi sahəsi göstərilsə də, banka hansı qeyri-yaşayış sahəsinin məxsus olması və barışıq sazişi ilə təhvil verilməli olduğunun müəyyən olunmadığını, bank tərəfindən isə hansı qeyriyaşayış sahəsinə iddialı olduqlarının sübut edilmədiyini bildirmişdir.

11. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdeh "X10” MMC-nin və Yasamal rayon İcra Şöbəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372 və 420-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən və kasassiya instansiya məhkəməsinin müəyyən etdiyi hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

13. Münasibətlərin yaranan zamanda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən: “ Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər”.

14. Münasibətlər davam edən olduğundan qüvvədə olan Mülki Məcəllənin 178.8-ci maddəsidə nəzərə alınmalıdır. Bu maddənin tələblərinə əsasən: Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.

15. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən: Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən: Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

17. Mülki Məcəllənin 569.1-ci maddəsinə əsasən: Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir; 569.2. Əgər alğı-satqı müqaviləsinin icrası müddətinin pozulduğu halda alıcının ona marağının itməsi müqavilədən aydın şəkildə irəli gəlirsə, belə müqavilə qəti müəyyənləşdirilmiş müddətədək icra edilmək şərti ilə bağlanmış sayılır. Satıcı müqavilədə müəyyənləşdirilmiş müddət çatanadək və ya müddət keçdikdən sonra həmin müqaviləni yalnız alıcının razılığı ilə icra edə bilər.

18. Mülki Məcəllənin 570.1-ci maddəsinə əsasən Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. 570.2. alğı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır.

19. Münasibətlər eyni zaman podratla bağlı da olduğundan Mülki Məcəllənin aşağıda qeyd edilən müddəaları nəzərə alınmalıdır: 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 762.4. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır.

20. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyası 13, 29; Mülki Məcəllənin 139-158, 178, 324, 385-388, 560; Mülki Prosesual Məcəllənin 14.2, 76, 77, 80-82, 106, 119, 217.4, 372, 385-390, 420-ci maddələrinə, kassasiya instansiya məhkəməsinin göstərişlərinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlillər araşdırılsa da, onun təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. İcra sənədi icra şöbəsinə 21 aprel 2011-ci il tarixdə daxil olmuş və icra tədbirləri nəticəsində 2 ədəd təmirsiz mənzil və 117 qaraj "Rabitəbank” ASCyə təhvil verilmiş, digər mənzillərdə yaşayış olduğu və müqavilə ilə digər şəxslərə satıldığı üçün və qeyri-yaşayış sahələrinin digər şəxslərə satılması və onların yerləşdiyi yerin dəqiq göstərilməməsi səbəbindən onların təhvil verilməsinin təmin edilməsi mümkün olmamışdır. İddiaçıya verilmiş sahənin icra sənədində olan sahə ilə üst-üstə düşməsi və mübahisə edilən sahənin barışıq sazişində və icra sənədində göstərilən qeyri-yaşayış sahələrinə daxil olması heç bir sübutla təsdiq edilmədiyindən maraqlarına toxunan Bankın göstərdiklərinin əsassız olması qənaətinə gəlmək üçün əsas vermişdir. İddianın cavabdeh tərəfindən etiraf edilməməsi belə, mübahisələndirilməyən müqavilə üzrə cavabdeh tərəfindən öhdəliklərinin icra edilməməsi üçün və iddianın rədd edilməsi üçün əsaslar müəyyən etmir. Cavabadehin məlumatlandırılmasına baxmayaraq, məhkəmə kollegiyasının iclaslarında iştirakdan yayınması tərəflər arasında anlaşılmazlıqların olmasına dəlalət edir. Digər icra sənədi üzrə araşdırma aparmaq səlahiyyəti isə hazırki icraatın vəzifələrinə aid olmadığından kollegiya hesab edir ki, maraqlarına toxunan şəxsin (Bankın) barışıq sazişindən irəli gələn icra sənədinin icrası ilə əlaqədar müvafiq tələblər irəli sürmək kimi hüquqları vardır.

21. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir.

22. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Maraqlarına toxunan şəxs "Rabitəbank” ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-3483/2017 saylı işi üzrə 24 aprel 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar