Məhkəmə qərarları › İş №2(103)-4217/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4217/2025

08.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4217/2025 08.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı «X10 Kompani S.A» Şirkətinə qarşı (Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə) “torpaq sahəsindən çıxarılma və əmlaka dəymiş maddi zərərin əvəzinin ödənilməsi”dair ilkin, «X10 Kompani S.A» Şirkətinin cavabdeh İddiaçı qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” dair qarşılıqlı tələblər üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma və əmlaka dəymiş maddi zərərin əvəzinin ödənilməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılması və torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh “X10 Kompani S.A” Şirkətinin nümayəndəsi Nümayəndə2, Müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-34/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh “X10 Kompani S.A” Şirkəti və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışdan görünür ki, qeyri-yaşayış binası "xxxx" Kiçik Müəssisəsinin mülkiyyətdə olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi,-10K, Suraxanı-Hövsan yolu, 2-ci km, 33.1879 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla (sahə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi) xx.xx.2019-cu ildən torpaq sahəsi üzərində istifadə hüququ "xxxx" Kiçik Müəssisəsinin adına qeydiyyata alınmışdır.

2. xx.xx.2020-ci il tarixli torpaq sahəsinin istifadə hüquqlarının alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, birinci tərəf-satıcı- "xxxx" kiçik müəssisəsi, qanuni təmsilçisi və təsisçisi X8 tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2020-ci ildə verilmiş ********** saylı elektron arayışa, xx.xx.2019-cu ildə verilmiş **********84-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa və xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş 7-7097/17 saylı məktuba əsasən Suraxanı rayonu, Zığ qəsəbəsi, Suraxanı-Hövsan yolu, 2-ci km, 10 H ünvanda yerləşən 33.1879 ha torpaq sahəsinin istifadə hüquqlarından 74857.3 kv.m torpaq sahəsinin istifadə hüquqlarını “İkinci tərəf” Alıcı- İddiaçı 6000 manata satılmışdır.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 611905 saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Suraxanı-Hövsan yolu, 2-ci km, 10 H saylı, 7.4857 ha torpaq sahəsi üzərində (sahə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi) xx.xx.2020-ci ildən istifadə hüququ İddiaçı adına qeydiyyata alınmışdır.

4. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(010)-117/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2- 10/8142 nömrəli, xx.xx.2024-cü il tarixli rəyi xx.xx.2024-cü il tarixində məhkəməyə daxil olmuşdur. Rəydən görünür ki, tədqiqatın nəticəsi qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Elnur Quliyevin mütəxəssis rəyində qeyd edilir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən istinad koordinatı verilmiş torpaq sahəsi İddiaçı adına istifadə hüquqları dövlət qeydiyyatına alınmış **********81 reyestr nömrəli, 7.4857 ha torpaq sahəsinə düşür, qərardadın ikinci sualı üzrə, torpaq sahəsinin digər sahələrə ümumi hasar daxilində olması səbəbindən əlavə torpaq sahəsinin olub-olmamasını aydınlaşdırmaq mümkün olmamış, qərardadın üçüncü sualı üzrə vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir, qərardadın dördüncü sualı üzrə vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin(“Azneft” İstehsalat Birliyinin “Qaraçuxur İNM”) istifadəsinə verilmiş ərazisidir.

5. “X10 Kompani S.A” Şirkəti tərəfindən 22 noyabr 2017-ci il tarixdə verilmiş ümumi etibarnamədə Panama Respublikasının qanunları əsasında qanuni olaraq təsis olunan şirkətin Direktorlar Şurasının qərarı ilə şirkətin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə direktor (menecer) vəzifəsinə təyin edilmiş Pakistan vətəndaşı Pervaiz Naveedə Şirkətin adından 16 bənddən ibarət işlərin yerinə yetirilməsi üçün səlahiyyət verilmişdir.

6. xx.xx.2023-cü il tarixli aktdan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə “Suraxanı OYL OK SA” əməliyyat şirkətinin Qaraçuxur neft yatağının kontrakt sahəsinin ərazisində olan 584 saylı quyudan təxmininən 130 metr aralı məsafədə dövlət qeydiyyat nömrəsi olmayan texnika vasitəsilə torpaq tökülməsi və düzlənməsi işləri aşkar edilmiş, torpaqlama işlərini aparan işçilərə işin dayandırılması xəbərdarlıq edilmiş, lakin edilən xəbərdarlığa məhəl qoyulmayaraq iş davam etdirilmişdir.

7. Arayışdan müəyyən olunur ki, təqdim olunmuş koordinatlar əsasında İddiaçı istifadəsində olan torpaq sahəsi “Suraxanı OYL OK SA” əməliyyat şirkətinin ərazisi daxilindədir. Təqdim olunmuş koordinat əsasında vətəndaşın istifadəsində olan torpaq sahəsinin daxilində 1963-cü ildə ləğv olunmuş 816 saylı quyu, 1979-cu ildə ləğv olunmuş 851 saylı quyu, istismar fonduna aid 584 saylı quyu mövcuddur, sahədən 90 m məsafədə 839 saylı quyu, 85 m məsafədə 811 saylı quyu, 150 m məsafədə 841 saylı quyu mövcuddur. Qaraçuxur yatağının neft hasilatının sabit saxlanması üçün 584 saylı quyuda geoloji-texniki tədbirləin aparılması zəruridir. Bu ərazi Karbohidrogenlərin geoloji ehtiyatlarına malikdir və yatağın gələcək işlənməsi üçün kommersiya marağı kəsb edir. Vətəndaşın torpaq sahəsinin koordinatları X, Y (1. 415925.20 4472140.43, 2.416039.70 4472107.45, 3.416003.23 4471901.55, 4. 415902.08 4471671.21, 5. 415752.29 4471718.90), 584 saylı quyunun koordinatları X,Y ( 415820.60 4471757.80) müəyyən edilmişdir.

8. Bakı şəhər İnzibati Məhkəməsinin 2-1(112)-7305/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından müəyyən olunur ki, “X10 Kompani S.A” Şirkətinın Azərbaycan Respublikasındakı Nümayəndəliyi Bakı İnzibati Məhkəməsində cavabdehlər Bakı şəhəri İcra Hakimiyyətinə və "xxxx" Kiçik müəssisəsinə və İddiaçı qarşı “Bakı şəhər X4 xx.xx.1991-ci il tarixli 14/643 saylı qərarın ləğv edilməsi və "xxxx" Kiçik müəssisəsi və İddiaçı arasında bağlanmış 3M-934 reyestrli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibasız hesab edilməsinə dair” iddia tələbi ilə məhkəməyə müraciət etmiş, iddia mümkün sayılmamışdır.

9. Bakı şəhər X6 İcraiyyə Komitəsi tərəfindən verilmiş 14/643 saylı, xx.xx.1991ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Lenin rayon soveti İcraiyyə Komitəsinin xahişi (“Əzizbəyov Neft” Neft və Qaz çıxarma İdarəsinin 01-05/722, xx.xx.1991-ci il tarixli razılıq məktubu əsasında) təmin olunaraq "xxxx" kiçik müəssisəsinə Suraxanı rayonu, Suraxanı-Hövsan yolunun kənarında torpaq sahəsi ayrılmışdır.

10. 07.02.2025-ci il tarixli Aktdan müəyyən olunur ki, İddiaçı məxsus olan Bakı şəhəri, ünvan 2 ünvanında (X-416001.4754, Y-4471904.0132 koordinatlarında) yerləşən torpaq sahəsi Abşeron İB-nin balansında olan magistral neft kəmərinin mühafizə zolağının xaricində yerləşir.

Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdeh “X10 Kompani S.A” Şirkətinin(işşilərinin) ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Suraxanı-Hövsan yolu, 2-ci km, 10 H saylı sahədən çıxarılması və əmlakına dəymiş maddi ziyan qismində 5000 manat pulun və dövlət rüsumu qismində ödədiyi 100 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

12. İddiaçı “X10 Kompani S.A” Şirkətinin cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Suraxanı-Hövsan yolu ünvanında, 415820.630; 4471757.833 koordinatlar üzrə yerləşən zəbt olunmuş torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq nümayəndəliyin AZ02AİİB******************** №-li hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

13. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Suraxanı-Hövsan yolu, 2-ci km, 10 H saylı sahə istifadə hüququ əsasında iddiaçıya məxsusdur. Bu hüququnun xx.xx.2020-ci il tarixindən qeydiyyatdan keçməsi barədə ona AR ƏMDK DƏDRX tərəfindən Çıxarış və Torpaq sahəsinin planı verilmişdir. Bu günə kimi sözügedən ərazi heç bir maneə və məhdudiyyət olmadan onun istifadəsi və sahibliyi altında olmuş, davamlı olaraq həmin ərazidə abadlaşdırma, təmir, bərpa işləri görmüşdür. Amma bir müddət olar xəbər tutmuşdur ki, cavabdeh şirkət tərəfindən heç bir icazə alınmadan onun ərazisinə daxil olunaraq, hasarın bir hissəsi uçurulmuş və oraya neft quyusu üçün avadanlıqlar tökülərək işlər görülmüşdür. Dərhal işlərin dayandırılmasını tələb edərək, ərazinin ona məxsus olduğunu bildirmiş və hüquq müəyyənedici sənədləri göstərərək ərazini boşaltmalarını tələb elsə də, işçilər onlara belə göstəriş verildiyini, rəhbərliklə danışın-deyərək özbaşınalıqlarına davam etmişlər. Bu səbəbdən də aidiyyəti qaydada polisə müraciət edərək özbaşınalığın qarşısının alınmasını xahiş etmişdir. Polis tərəfindən əlaqə saxlanılaraq həmin ərazinin onun istifadəsi altında olduğu bildirilmiş, onun hüquqlarını və qanunvericiliyin tələblərini pozmamaları izah edilmiş, o cümlədən həmin əraziyə hansı əsasla girdiklərinə dair məlumatın və təsdiqedici sənədlərin təqdim edilməsi tapşırılmışdır. Bununla yanaşı iddiaçı da cavabdeh şirkətə ondakı qüvvədə olan hüquqmüəyyənedici sənədləri göstərərək torpağı tam qanuni əsaslarla alqı-satqı əsasında əldə etdiyini və ondan əvvəl də həmin torpağın başqa sahibinin olmasını bildirmişdir. İddiaçı qanunvericiliyin tələblərinə müvafiq olaraq alqı-satqı əsasında sözü gedən torpaq sahəsini almamışdan qabaq həmin torpaq sahəsi 1992-ci ildən Baramaçılıq şirkətinin qanuni istifadəsində olmuşdur. Lakin bütün bunlara baxmayaraq cavabdeh tərəfindən heç bir mötəbər fakt və sübut, sənəd təqdim edilmədən onun ərazisinə qanunsuz olaraq girərək hazırda da tikinti, qurğu işləri aparılaraq ərazisindən icazəsiz istifadə edilir. Hazırda cavabdeh tərəfindən əmlakın qanunsuz olaraq zəbt edilməsi, əmlakına yönələn bu cür qanunsuz hərəkətlər onun rəsmi qaydada qeydə alınan əmlak hüququnu kobud şəkildə pozduğundan, məhkəmədən kənar mübahisəni həll etmək mümkün olmadığından cavabdeh tərəfin ona məxsus əmlakdan çıxarılmaları üçün aidiyyəti qaydada məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətindədir. Hazırda cavabdeh tərəfindən əmlakın qanunsuz olaraq zəbt edilməsi, iddiaçının əmlakına yönələn qanunsuz hərəkətləri onun mülkiyyət hüququnu kobud şəkildə pozur. İddiaçı, dəfələrlə ərazini boşaltmalarını, torpaqdan çıxmağı tələb etsə də, şirkət tərəfindən onun tələbi təmin edilməmiş, mülkiyyətinə heç bir hüquqları çatmadığı halda əsassız, qanunsuz prinsipə salınaraq onun əmlak üzrə hüququ pozulmuş və eləcə də əlavə vaxt itkisinə səbəb olmuşlar. Cavabdeh tərəfin qanunsuzluğu nəticəsində onun əmlakına ziyan dəymişdir. Belə ki, cavabdeh tərəfindən özbaşınalıq edilərək hasarın bir hissəsi uçurulmuş, ərazidə qazıntı işləri aparılmışdır. Bu səbəbdən iddiaçı tərəfindən cavabdeh şirkətin vurduğu ziyan 5000 manat məbləğində dəyərləndirilir. Dəymiş ziyan cavabdeh tərəfindən törədildiyindən iddiaçı qarşısında məsuliyyət daşıyır və dəymiş ziyanı tam şəkildə ödəməyə bocrludur. Qeyd olunanlara, qanunvericiliyin tələblərinə əsasən sözügedən torpaq sahəsi üzrərində istifadə hüququ olduğundan, həmin hüququ təsdiq edən çıxarışın həqiqilik prezumpsiyası səbəbindən cavabdeh şirkətin əməkdaşlarının, əşyalarının onun ərazisindən çıxarılması, eləcə də ona dəymiş maddi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməlidir. İddiaçı cavabdeh ilə məhkəmədənkənar mübahisəni həll etmək mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sözügedən daşınmaz əmlakın qanuni davamlı istifadəçisi olduğundan onun tələbi tam təmin olunmalıdır. Əks yanaşma həm beynəlxalq, həm də yerli qanunvericiliklə təsbitini tapmış hüquqlarını kobud şəkildə pozur. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir.

14. İddiaçı “X10 Kompani S.A” Şirkətinin cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Suraxanı-Hövsan yolu ünvanında, 415820.630; 4471757.833 koordinatlar üzrə yerləşən zəbt olunmuş torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq nümayəndəliyin AZ02AİİB******************** №-li hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

15. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “X10 Kompani S.A.”şirkəti tələbini onunla əsaslandırmışdır ki, “X10 Kompani S.A.”şirkəti “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2005-ci il tarixli 875 saylı Sərəncamına əsasən ARDNŞə Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabil qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanuna əsasən qeyd olunan Saziş qanun statusu əldə etmişdir. Həmin Qanunun 4-cü bəndinə əsasən Saziş qanun statusu alır və qüvvədə olan və eləcə də, gələcəkdə qəbul olunacaq istənilən qanunlar, sərəncamlar və inzibati göstəişlərdən üstündür. “X10 Kompani S.A.” şirkəti Azərbaycan Respublikasında fəaliyyətini həyata keçirmək məqsədilə Nümayəndəlik yaratmışdır. Nümayəndəlik şirkət tərəfindən verilmiş etibarnamə əsasında fəaliyyət göstərir. Sazişin 10-cu maddəsinə əsasən ARDNŞ Saziş müddəti ərzində neftqaz əməliyyatlarının aparılması üçün zəruri olan, qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün “X10 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin sərəncamına verir. Həmin Sazişin 2.1-ci maddəsinə əsasən ARDNŞ “X10 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. Kontrakt sahəsi dedikdə, Sazişə 2-ci əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində qalan sahə başa düşülür. “X10 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı Əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Hal-hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bir növü olan istifadə hüququları mövcuddur. Son illər istifadələrində olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması onların qanunla qorunan hüquqlarını pozur və mənafelərinə toxunur. Həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi, həmin sahələrinin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq etsələr də, cavabdehlər onların haqlı tələblərinə əhəmiyyət verməyərək tikintini davam etdirirlər. “X10 Kompani S.A.” şirkətinin qanuni istifadəsində olan əraziyə baxış keçirilərkən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Suraxanı-Hövsan yolu ünvanında, balanslarında olan 584 saylı neft quyusunun yaxınlığında 415820.630; 4471757.833 koordinatlar üzrə yerləşən zəbt olunmuş torpaq sahəsində İddiaçı tərəfindən özbaşına olaraq qazıntı və torpaqlama işlərinin aparılması aşkarlanmışdır. Şirkətin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyəyə qaldırılması məsələsi qoyulmuş və buna uygün proqram hazırlamışdır. Həmin proqrama köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdir. Lakin yuxarıda geyd edilənlərlə bağlı hal-hazırda həmin proqramın yerinə yetirilməsində müəyyən çətinliklərlə üzləşirlər. Mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur. Ona görə də, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir.

16. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-4354/2023 saylı, xx.xx.2023- cü il tarixli qərardadı ilə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin iddiaçı «X10 Kompani S.A» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdeh İddiaçı qarşı “torpaq sahəsinin boşaldılaraq qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş, həmin məhkəmənin icraatında olan İddiaçı «X10 Kompani S.A» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı torpaq sahəsindən çıxarılma və dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır.

17. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-34/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Leyla Talıbova) iddianın qismən təmin edilməsi, İddiaçı istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Suraxanı-Hövsan yolu, 2-ci km, 10 H saylı 7.4857 ha torpaq sahəsindən cavabdeh «X10 Kompani S.A» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin əməkdaşlarının çıxarılması, iddianın qalan hissədə təmin olunmaması, iddiaçı «X10 Kompani S.A» Şirkətinin cavabdeh İddiaçı qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun iddiaçı «X10 Kompani S.A» Şirkətinə aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan- 50 (əlli) manatın cavabdeh “X10 Kompani S.A.” Şirkətindən alınaraq dövlət büdcəsinə (hesab: Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** X13 41 NABZ******************** SFİFT BİK CTREAZ 22) köçürülməsi qət edilmişdir.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.4, 157.2, 157.8, 158.1, 158.1.2, 158.2, 158.4, 178.7, 139.1, 140, 146.1, 238.1, 238.3-cü maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 4.1, 5.1, 5.3, 50, 84.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

19. Qətnamədən cavabdeh “X10 Kompani S.A” Şirkəti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-34/2025 saylı qətnaməsinin əsaslarından da görünür ki, məhkəmə, iş üzrə keçirilmiş tikinti-texniki ekspertizasının 3-16-16/2-10/8142 nömrəli xx.xx.2024-cü il tarixli rəyinə (mübahisəli torpaq sahəsinin vahid elektron kadastr baza məlumatlarına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilməsi faktı təsdiqlənmişdir), tərəfindən iş materiallarına əlavə edilmiş “X10 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Baş geoloqu tərəfindən təqdim edilmiş arayışa (mübahisəli torpaq sahəsinin daxilində istismar fonduna aid 584 saylı, 1963-cü ildə ləğv olunmuş 816 saylı, 1979-cu ildə ləğv olunmuş 851 saylı neft quyularının mövcudluğu barədə) qiymət verməyərək, iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməkdə əsas məqsədinə əhəmiyyət verməmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsi və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin - dağ mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlrinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksəs olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndi ilə quyulardan yaşayış binalarına 300 metr, sənaye və kənd təsərrüfatı müəssisələrinin binalarına 100 metr məsafə müəyyən edilmişdir. İddiaçı “X10 Kompani S.A.”şirkəti “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. İddiaçı neft-qaz hasilatının maksimum səviyəyyə qaldırılması üçün köhnə quyularda bərpa işləri görməli, yeni quyular qazmalıdır və bu ərazidə neftin və ya qazın çıxarılması xüsusi ilə təhlükəlidir ki, bu təhlükənin qarşısının alınması, neftin hasil edilməsi prosesində təhlükəsizliyin təmin edilməsi iddiaçının əsas prioritetlərindən biridir. Bu baxımdan belə hesab edir ki, qətnamə tam ləğv edilməli, iddia təmin edilməlidir. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımişərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. İddiaçı öz qanuni istifadəsində olan torpaq sahəsindən təyinatı üzrə istifadə etmək üçün əhalinin təhlükəsizliyinin təmin etməli olduğuna görə bu sahənin boşaldılması və istifadəsinə qaytarılmasını tələb etməkdə haqlıdır, çünki neft hasil edilən zonada fərdi qaydada tikinti işlərinin aparılması xüsusilə təhlükəlidir. Qeyd edilən torpaq sahəsi “X9 Company S.A” Şirkətinin istifadəsinə həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 10 may tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş Təhlükə potensiallı obyektlərin siyahısının 6.2-ci bəndinə əsasən neft, qaz, qaz kondensat və termal su yataqlarının, yeraltı qazsaxlama anbarlarının, neft şaxtalarının kəşfiyyatı ilə bağlı qazma obyektləri təhlükə potensiallı obyektlər hesab edilirlər. “X10 Kompani S.A” Şirkətinin fəaliyyəti Təhlükə potensiallı obyektlərin siyahısına daxildir və artıq “fəaliyyət göstərdiyi sahədə yaşayış sahəsi salmaq qanunsuzdur. İddiaçının sahibliyində və istifadəsində olan torpaq sahəsinə dair onun əmlak hüquqları vardır və o bu hüquqlarını müdafiə edə, pozulmaqdan qoruya bilər. Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2005-ci il tarixli 875 saylı Sərəncamına əsasən ARDNŞ-ə Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabili qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanuna əsasən qeyd olunan Saziş qanun statusu əldə etmişdir. Həmin Qanunun 4-cü bəndinə əsasən Saziş qanun statusu alır və qüvvədə olan və eləcə də, gələcəkdə qəbul olunacaq istənilən qanunlar, sərəncamlar və inzibati göstəişlərdən üstündür. Belə ki, qeyd edilən torpaq sahələri 2005ci ildən iddiaçının qanuni istifadəsinə verilsə də, həmin torpaq sahəsi ARDNŞ-ə məxsusdur və sadəcə həmin Sazişlə ARDNŞ-ə məxsus olan hüquqlar iddiaçıya ötürülmüşdür və bu üzdən iddiaçının qeyd edilən torpaq sahəsində cavabdeh tərəfindən boşaldılmasını tələb etmək hüququ vardır. İddiaçı "xxxx" Şirkətinin ARDNŞ-ə məxsus olan torpaq sahəsinin təyinatına uyğun lazımi qaydada istifadə etmək, bunun üçün zəruri tədbirləri görmək öhdəliyi vardır. Mübahisəli torpaq sahəsinin hüdudları daxilində 816, 851 saylı ləğv olunmuş, istismar fonduna aid 584 saylı neft quyuları mövcuddur və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2017-ci il tarixli qərarına əsasən quyular, separatorlar, qızdırıcı avadanlıqlar, neft rezervuarları və nasos avadanlıqları üçün mühafizə zonası minimum 300 metr, ləğv olunmuş quyular üçün isə 75 metr müəyyən edilmişdir. Bakı şəhər X6 İcraiyyə Komitəsi tərəfindən verilmiş 14/643saylı, xx.xx.1991-ci il tarixli qərara əsas olan “Əzizbəyov Neft” neft və qaz çıxarma idarəsinin 01-05/722, xx.xx.1991-ci il tarixli razılıq məktubu tam qanunsuz olaraq verilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli, 481 nömrəli Fərmanı ilə"Azərneft" istehsal birliyi və "Xəzərneftqazsənaye" istehsal birliyi bazasında «Azərineft» Dövlət Konserni yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetininin xx.xx.1992-ci il tarixli, 124 nömrəli Qərarı ilə «Azərineft» X3 təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1992-ci il tarixli, 200 nömrəli Fərmanı ilə «Azərineft» Dövlət Konserninin və "xxxx" İstehsalat Birliyinin bazasında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 14 noyabr tarixli 312 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nizamnaməsi təsdiq edilmiş və həmin fərman 1994-cü il 5 aprel tarixli 126 nömrəli fərmanı ilə qüvvədən düşərək SOCAR-ın nizamnaməsi yeni redaksiyada təsdiq edilmişdir. Daha sonra xx.xx.2003-cü il tarixli 844 nömrəli fərmanla 1994-cü il 5 aprel tarixli 126 nömrəli fərmanı qüvvədən düşmüş və SOCAR-ın yeni nizamnaməsi təsdiq edilmişdir. Həmin nizamnamə hazırda qüvvədədir. Qeyd edilən hər bir nizamnamədə şirkətin əmlakı barədə sərəncam vermək səlahiyyətinin Şirkətə (və ya Şirkətin prezidentinə) məxsus olması göstərilmişdir. xx.xx.1992-ci il tarixli, 124 nömrəli Qərarı ilə təsdiq edilmiş «Azərineft» X3 6.4-cü bəndinin 7-ci abzasına əsasən “Şirkətin prezidenti şirkətin əmlakı haqqında sərəncam verir” 1992-ci il 14 noyabr tarixli 312 nömrəli Fərmanı ilə təsdiq edilmiş SOCARın nizamnaməsinin 6.4-cü bəndinin 8-ci abzasına əsasən “Şirkətin prezidenti şirkətin əmlakı haqqında sərəncam verir” 1994-cü il 5 aprel tarixli 126 nömrəli fərmanla təsdiq edilmiş SOCAR-ın nizamnaməsinin 6.4-cü bəndinin 8-ci abzasına əsasən “Şirkətin prezidenti şirkətin əmlakı haqqında sərəncam verir” xx.xx.2003-cü il tarixli 844 nömrəli fərmanla təsdiq edilmiş SOCAR-ın hazırda qüvvədə olan nizamnaməsinin 5.4-cü bəndinə əsasən “Şirkətin əmlakı barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncam vermək Şirkətin prezidentinin səlahiyyətindədir” İstinad edilmiş hər dörd nizamnamədən də göründüyü kimi SOCAR-ın qeyd edilən 3-cü pillə qurumunun belə səlahiyyəti olmamış və bu səlahiyyət yalnız bütün dövrlərdə olduğu kimi SOCAR-da (Baş ofisdə) olmuşdur. Analoji olaraq da Bakı şəhər X6 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 14/643 saylı qərarının verildiyi dövrdə də “Əzizbəyov Neft” NQÇİ-nin belə səlahiyyəti olmamışdır. Odur ki, "Azərneft" İstehsal Birliyi tərkibində olmuş “Əzizbəyov Neft” NQÇİ səlahiyyət həddini aşmaqla verdiyi həmin sənəd əsas kimi qəbul edilə bilməz.

21. Qətnamədən müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi, İddiaçı iddiasının təmin edilmiş hissədə (“X10 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin əməkdaşlarının Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Suraxanı-Hövsan yolu, 2-ci km, 10 H saylı torpaq sahəsindən çıxarılması) rədd edilməsi, “X10 Kompani S.A.” şirkətinin Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Suraxanı-Hövsan yolu ünvanında, 415820.630; 4471757.833 koordinatlar üzrə yerləşən zəbt olunmuş torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq nümayəndəliyin AZ02AİİB******************** №-li hesabına köçürülməsi barədə iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsini iddianın təmin olunan hissəsində və iddiaçı «X10 Kompani S.A» Şirkətinin cavabdeh İddiaçı qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi hissəsində qanunsuz, əsassız və ədalətsiz hesab edir. Belə ki, məhkəmə işə baxarkən, işin bütün faktiki hallarını araşdırmamış, araşdırılmış hallara və iş üzrə mövcud vəziyyətə, sübutlara lazımi qiymət verməmiş, cavabdehin konstitusion hüquqlarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə çıxarmışdır. Qeyd edilən torpaq sahəsi 1976-cı ildən SOCAR-ın daimi istifadəsində olan sənaye təyinatlı torpaqlara aid olmaqla neft-qaz əməliyyatlarının aparılması üçün 20 sentyabr 2005-ci il tarixli 997-İİQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş 16 avqust 2005-ci il tarixdə SOCAR, Rafi Oyl EfZeİ ("xxxx") və SOCAR-ın Ortaq Neft Şirkəti arasında imzalanmış “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə (Saziş) əsasən “X7 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin istifadəsinə verilmiş Kontrakt sahəsi hüdudları daxilində yerləşir. Bu səbəbdən həmin torpaq sahəsindən yalnız təyinatı üzrə istifadə oluna bilər. Mübahisəli torpaq sahəsi daxilində 1963-cü ildə ləğv olunmuş 816 saylı quyu, 1979-cu ildə ləğv olunmuş 851 saylı quyu, istismar fonduna aid 584 saylı quyu mövcuddur. Sahədən 90 metr məsafədə 838 saylı quyu, 85 metr məsafədə 811 saylı quyu, 150 metr məsafədə 841 saylı quyu mövcuddur. Qaraçuxur yatağının neft hasilatının sabit saxlanılması üçün 584 saylı quyuda geoloji-texniki tədbirlərin aparılması zəruridir. Bu ərazi karbohidrogenlərin geoloji ehtiyatlarına malikdir və yatağın gələcək işlənməsi üçün kommersiya marağı kəsb edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Elnur Quliyevin mütəxəssis rəyinə əsasən, mübahisəli torpaq sahəsinin vahid elektron kadastr baza məlumatlarına əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə (Azneft” İstehsalat Birliyinin“Qaraçuxur” İNM) istifadəsinə verilmiş ərazidir. Həmçinin, Azərbaycan Respublikasının Ədliyyə nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 noyabr 2024-cü il tarixli3-16-16/2-10/8142 saylı rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinin vahid elektron kadastr baza məlumatlarına əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə (Azneft” İstehsalat Birliyinin“Qaraçuxur” İNM) istifadəsinə verilmiş ərazidir. Bir daha qeyd olunur ki, “X10 Kompani S.A.” şirkətinin qanuni istifadəsində olan əraziyə baxış keçirilərkən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Suraxanı-Hövsan yolu ünvanında, balanslarında olan 584 saylı neft quyusunun yaxınlığında 415820.630; 4471757.833 koordinatlar üzrə yerləşən zəbt olunmuş torpaq sahəsində İddiaçı tərəfindən özbaşına olaraq qazıntı və torpaqlama işlərinin aparılması aşkarlanmışdır. Həmin ərazi karbohidrogenlərin geoloji ehtiyatlarına malikdir və yatağın gələcək işlənməsi üçün kommersiya marağı kəsb edir, ərazi sənaye təyinatlı torpaq sahəsidir, ölkənin aparıcı sahəsi olan neft sənayesinin inkişafı üçün əhəmiyyət kəsb edir, həmin sahə ancaq təyinatı üzrə istifadə edilə bilər. Şirkətin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyəyə qaldırılması məsələsi qoyulmuş və buna uyğun proqram hazırlanmışdır. Həmin proqrama köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdir. Lakin yuxarıda qeyd edilənlərlə bağlı hal-hazırda həmin proqramın yerinə yetirilməsində müəyyən çətinliklərlə üzləşirlər. Mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur. Həmçinin, əməkdaşların həmin quyu ilə bağlı vaxtaşırı yoxlamaları, nəzarətdə saxlamaları mütləqdir. Bu həm iş prinsipi, həm kommersiya maraqları, həm də təhlükəsizliyin təmin edilməsi baxımından mütləqdir və bu işlər peşəkarlar tərəfindən həyata keçirilməlidir ki, məhkəmə öz qətnaməsində İddiaçı iddiasının təmin edildiyi hissədə gəldiyi nəticə ilə faktiki olaraq göstərilən işlərin icrasına, təhlükəsizliyin təmin edilməsinə süni şəkildə maneələr yaratmışdır. Həmçinin məhkəmənin nəzərinə çatdırılır ki, “Azneft” İstehsal Birliyinin tərkibində olmuş “Əzizbəyov Neft” Neft və Qaz çıxarma İdarəsi hüquqi şəxs statusuna malik qurum deyildir və onun torpaq sahəsini 3-cü şəxslərin xeyrinə özgəninkiləşdirmə səlahiyyəti heç vaxt olmamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli, 481 nömrəli Fərmanı ilə “Azneft” İstehsal Birliyi və “Xəzərneftqazsənaye” İstehsalat Birliyi bazasında «Azərineft» Dövlət Konserni yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetininin xx.xx.1992-ci il tarixli, 124 nömrəli Qərarı ilə «Azərineft» X3 təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1992-ci il tarixli, 200 nömrəli Fərmanı ilə «Azərineft» Dövlət Konserninin və "xxxx" İstehsalat Birliyinin bazasında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 14 noyabr tarixli 312 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nizamnaməsi təsdiq edilmiş və həmin fərman 1994-cü il 5 aprel tarixli 126 nömrəli fərmanı ilə qüvvədən düşərək, SOCAR-ın nizamnaməsi yeni redaksiyada təsdiq edilmişdir. Daha sonra xx.xx.2003-cü il tarixli 844 nömrəli fərmanla 1994-cü il 5 aprel tarixli 126 nömrəli fərmanı qüvvədən düşmüş və SOCARın yeni nizamnaməsi təsdiq edilmişdir. Həmin nizamnamə hazırda qüvvədədir. Qeyd edilən hər bir nizamnamədə şirkətin əmlakı barədə sərəncam vermək səlahiyyətinin Şirkətə (və ya Şirkətin prezidentinə) məxsus olması göstərilmişdir. xx.xx.1992-ci il tarixli, 124 nömrəli Qərarı ilə təsdiq edilmiş «Azərineft» X3 6.4-cü bəndinin 7-ci abzasına əsasən, “Şirkətin prezidenti şirkətin əmlakı haqqında sərəncam verir”. 1992ci il 14 noyabr tarixli 312 nömrəli Fərmanı ilə təsdiq edilmiş SOCAR-ın nizamnaməsinin 6.4-cü bəndinin 8-ci abzasına əsasən “Şirkətin prezidenti şirkətin əmlakı haqqında sərəncam verir”. 1994-cü il 5 aprel tarixli 126 nömrəli fərmanla təsdiq edilmiş SOCAR-ın Nizamnaməsinin 6.4-cü bəndinin 8-ci abzasına əsasən, “Şirkətin prezidenti şirkətin əmlakı haqqında sərəncam verir”. xx.xx.2003-cü il tarixli 844 nömrəli fərmanla təsdiq edilmiş SOCAR-ın hazırda üvvədə olan nizamnaməsinin 2.4-cü bəndinin 3-4 cü abzaslarına əsasən “Şirkətin strukturuna daxil olan qurumların balansında olan əmlaka münasibətdə sərəncam vermək hüququnun həyata keçirilməsi, o cümlədən həmin əmlakın balansdan balansa, icarəyə və istifadəyə verilməsi, ....., və Şirkətin və onun strukturuna daxil olan qurumların istifadəsi üçün ayrılmış torpaqların təyinatı üzrə istifadə edilməsi, bu torpaqlardan istifadə hüquqlarının strukturuna daxil olan qurumlara ötürülməsi və həmin torpaqların mülkiyyətçiyə geri qaytarılmasına müvafiq qaydada razılıq verilməsi” Şirkətin səlahiyyətindədir. Eyni zamanda həmin nizamnamənin 5.4-cü bəndinə əsasən, “Şirkətin əmlakı barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncam vermək Şirkətin prezidentinin səlahiyyətindədir” İstinad edilmiş hər dörd nizamnamədən də göründüyü kimi SOCAR-ın qeyd edilən 3-cü pillə qurumunun belə səlahiyyəti olmamış və bu səlahiyyət yalnız bütün dövrlərdə olduğu kimi SOCAR-da (Baş ofisdə) olmuşdur. Analoji olaraq da Bakı şəhər X6 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 14/643 saylı qərarının verildiyi dövrdə də “ƏzizbəyovNeft” NQÇİ-nin belə səlahiyyəti olmamışdır. Ona görə də hesab edir ki, “Azneft” İstehsalat Birliyinin tərkibində olmuş “Əzizbəyov Neft” Neft və Qaz çıxarma İdarəsi səlahiyyət həddini aşmaqla verdiyi həmin sənəd əsas kimi qəbul edilə bilməz, əsassızdır və SOCAR həmin razılıq məktubunu bəyənməmiş və bəyənmir. Həmçinin xüsusi qeyd edilməlidir ki, məhkəmə özü qətnaməsində hesab etmişdir ki, mübahisəli torpaq sahəsi dövlətin mülkiyyətindədir, iddiaçının istifadəsinə verilməsinə baxmayaraq, faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyəti hesab olunur və həmin faydalı qazıntıların çıxarılması, emal olunması, satılması, ondan istifadə edilməsi zərurəti yarandığı halda, dövlət öz mülkiyyətində olan faydalı qazıntılardan maneəsiz istifadə etmək hüququna malikdir. Burada sual ortaya çıxır :Əgər məhkəmə qətnaməsi icra edilərək, «X10 Kompani S.A» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin əməkdaşları ərazidən çıxarılarsa və əməkdaşlar orada lazımi işləri vaxtında və ya ümumiyyətlə icra edə bilməyəcəklərsə, bu hüququnu həyata keçirməsi necə, hansı qaydada təmin ediləcək? Və ya məhkəmə bildiyi halda özü bu hüquqlardan məhrum etmirmi SOCARİ? Digər bir vacib məqam: Məhkəmə iddia qismən təmin edərək, İddiaçı istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Suraxanı-Hövsan yolu, 2-ci km, 10 H saylı 7.4857 hatorpaq sahəsindən cavabdeh «X10 Kompani S.A» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin əməkdaşlarının çıxarılmasını qət etmişdir. Zatən «X10 Kompani S.A» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin əməkdaşları mübahisəli sahədə müvəqqəti və daimi yaşamırlar, onlar ancaq vəzifələrini yerinə yetirmək üçün həmin əraziyə getmək, quyuya nəzarəti həyata keçirmək, lazımi işləri icra etmək və həmin torpaq sahəsindən təyinatı üzrə istifadə olunması ilə bağlı öhdəliklərini yerinə yetirmək üçün əraziyə daxil olmalıdırlar. Hansı ki, torpaq sahəsi İddiaçı tərəfindən hasarlandığı üçün onlar bu işləri icra edə, lazımi texniki vasitə və qurğuları əraziyə apara bilmirlər. Suraxanı Rayon Məhkəməsi işə baxarkən, etirazın əsaslı dəlillərini düzgün qiymətləndirməmiş, ilk iddia üzrə iddiaçının (nümayəndəsinin) formal izahatına əsaslanaraq, rəsmi dövlət idarəsinin mövqeyini, işin faktiki vəziyyətini, mütəmadi yoxlanmalı, üzərində işlənməli olan quyunun vəziyyətini, bununla bağlı görüləcək işlərin labüd olmasını düzgün qiymətləndirməmiş və nəticədə İddiaçı iddiasının təmin edildiyi, iddiaçı «X10 Kompani S.A»Şirkətinin cavabdeh İddiaçı qarşı“ zəbt olunmuş torpaq sahəsinin boşaldılması və torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsinin təmin edilmədiyi hissəsində düzgün olmayan qərar qəbul edərək, İddiaçı iddiası tam rədd edilməli olduğu halda iddianı qismən təmin etmiş və Suraxanı rayonu, Zığ qəsəbəsi, Suraxanı-Hövsanyolu, 2-ci km, 10 H saylı 7.4857 ha torpaq sahəsindən cavabdeh «X10 Kompani S.A» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin əməkdaşlarının çıxarılması qənaətinə gəlmiş, bunun əksi iddiaçı «X10 Kompani S.A» Şirkətinin cavabdeh İddiaçı qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsinin təmin edilməli olduğu halda isə iddianı təmin etməmişdir. Yuxarıda qeyd edilənlərə əsaslanaraq, hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) qətnamə ilə əsassız olaraq hüquqları və qanuni mənafeləri pozulduğundan hazırki şikayətlə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Suraxanı Rayon Məhkəməsi işi tam araşdırmadan, səlahiyyət olmayan şəxslər tərəfindən verilmiş “sənədlərə” əsaslanmaqla, işin faktiki hallarına, dövlət əhəmiyyətli, təhlükə obyekti, sənaye təyinatlı əraziyə dair qətnamənin mübahisələndirilən hissəsində səhv nəticəyə gəlmişdir. “X10 Kompani S.A.” şirkətinin qanuni istifadəsindəolan əraziyə baxış keçirilərkən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi,Suraxanı Hövsan yolu ünvanında, balanslarında olan 584 saylı neft quyusunun yaxınlığında 415820.630; 4471757.833 koordinatlar üzrə yerləşən zəbt olunmuş torpaq sahəsində İddiaçı tərəfindən özbaşına olaraq qazıntıvə torpaqlama işlərinin aparılması aşkarlanmışdır. Həmin ərazi karbohidrogenlərin geoloji ehtiyatlarına malikdir və yatağın gələcək işlənməsi üçün kommersiya marağı kəsb edir, ərazi sənaye təyinatlı torpaq sahəsidir, ölkənin aparıcı sahəsi olan neft sənayesinin inkişafı üçün əhəmiyyət kəsb edir, həmin sahə ancaq təyinatı üzrə istifadə edilə bilər. Şirkətin qarşısında yaxın müddət ərzində neftqaz hasilatının maksimum səviyəyə qaldırılması məsələsi qoyulmuş və buna uyğun proqram hazırlanmışdır. Həmin proqrama köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdir. Lakin yuxarıda geyd edilənlərlə bağlı hal-hazırda həmin proqramın yerinə yetirilməsində müəyyən çətinliklərlə üzləşirlər. Mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur. Həmçinin, əməkdaşların həmin quyu ilə bağlı vaxtaşırı yoxlamaları, nəzarətdə saxlamaları mütləqdir. Bu həm iş prinsipi, həm kommersiya maraqları, həm də təhlükəsizliyin təmin edilməsi baxımından mütləqdir və bu işlər peşəkarlar tərəfindən həyata keçirilməlidir ki, məhkəmə öz qətnaməsində İddiaçı iddiasının təmin edildiyi hissədə gəldiyi nəticə ilə faktiki olaraq göstərilən işlərin icrasına, təhlükəsizliyin təmin edilməsinə süni şəkildə maneələr yaratmışdır. Həmçinin məhkəmənin nəzərinə çatdırılır ki,“Azneft” İstehsal Birliyinin tərkibində olmuş “Əzizbəyov Neft” Neft və Qazçıxarma İdarəsi hüquqi şəxs statusuna malik qurum deyildir və onun torpaq sahəsini 3-cü şəxslərin xeyrinə özgəninkiləşdirmə səlahiyyəti heç vaxt olmamışdır. Məhkəmə sanki İddiaçı iddia tələbini təmin etmək (təmin edilən hissədə) üçün “əsaslar” yaratmağa çalışsa da, müvəffəq olmamış, sadəcə işin hallarına uyğun olmayan, yalnız formal mülahizələrə və iddiaçının izahatına istinad edərək qətnaməni “əsaslandırmağa” çalışmışdır. Nümayəndəliyə münasibətdə isə əksinə.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

24. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

25. Məhkəmə iclasında iştirak edən cavabdeh “X10 Kompani S.A” Şirkətinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

26. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

27. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə digər üçüncü şəxs məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

28. Maddə 13. Mülkiyyət.

29. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

30. Maddə 29. Mülkiyyət hüququ.

31. İ. Hər kəsin mülkiyyət hüququ vardır.

32. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

33. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

34. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

35. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

36. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ;

37. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

38. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

39. Maddə 178.7. Sahibsiz daşınmaz əşyalar, habelə ictimai sular və becərilməyə yararsız torpaqlar, məsələn, qayalar, yüksək dağlar və onlardan çağlayan bulaqlar, habelə faydalı qazıntılar dövlətə mənsubdur.

40. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

41. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

42. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

43. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.

44. Maddə 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin

45. Maddə 5.1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur.

46. Maddə 5.3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

47. Maddə 50. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

48. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

51. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

52. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

53. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

54. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

55. Hazırki halda qətnaməni cavabdeh və üçüncü şəxs mübahisələndirərək ilkin iddianın təmin edilməsi hissəsində və qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsini xahiş etdiyindən qətnamə apellyasiya şikayətləri həddində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-34/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanmalıdır.

57. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.

58. Belə ki, işin faktiki hallarından məlum olur ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətindədir və ilkin olaraq Bakı şəhər X6 İcraiyyə Komitəsi tərəfindən verilmiş 14/643 saylı, xx.xx.1991-ci il tarixli qərara əsasən Lenin rayon soveti İcraiyyə Komitəsinin xahişi (“Əzizbəyov Neft” Neft və Qaz çıxarma İdarəsinin 01-05/722, xx.xx.1991-ci il tarixli razılıq məktubu əsasında) təmin olunaraq "xxxx" kiçik müəssisəsinə ayrılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi,-10K, Suraxanı-Hövsan yolu, 2-ci km, 33.1879 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla (sahə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi) xx.xx.2019-cu ildən torpaq sahəsi üzərində istifadə hüququ "xxxx" Kiçik Müəssisəsinin adına qeydiyyata alınmışdır. Daha sonra torpaq sahəsinin bir hissəsi "xxxx" kiçik müəssisəsi tərəfindən İddiaçı satılmış və həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən cıxarış verilmiş və xx.xx.2020-ci ildən torpaq sahəsi üzərində istifadə hüququ İddiaçı adına qeydiyyata alınmışdır. Daha sonra “X10 Kompani S.A” Şirkətinın Azərbaycan Respublikasındakı Nümayəndəliyi Bakı İnzibati Məhkəməsində cavabdehlər Bakı şəhəri İcra Hakimiyyətinə, "xxxx" Kiçik müəssisəsinə və İddiaçı qarşı “Bakı şəhər X4 xx.xx.1991-ci il tarixli 14/643 saylı qərarın ləğv edilməsi və "xxxx" Kiçik müəssisəsi və İddiaçı arasında bağlanmış 3M-934 reyestrli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair” iddia tələbi ilə məhkəməyə müraciət etmiş, iddia mümkün sayılmamışdır.

59. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

60. Kollegiya qeyd edir ki, iddiaçı tərəf məhkəməyə həmin torpaq sahəsinin onun istifadəsinə verilməsi barədə müəyyən sənədləri təqdim etmişdir. Həmçinin aparılmış ekspertiza rəyinə əsasən vahid elektron kadastr baza məlumatlarına əsasən istinad koordinatı verilmiş torpaq sahəsi İddiaçı adına istifadə hüquqları dövlət qeydiyyatına alınmış **********81 reyestr nömrəli, 7.4857 ha torpaq sahəsinə düşür.

61. Cavabdeh və üçüncü şəxs apellyasiya şikayətlərində iddiaçının həmin torpaq sahəsini qanunsuz olaraq zəbt etdiyini bildirsə də, hazırkı halda vahid elektron kadastr baza məlumatlarına əsasən sahə dövlət mülkiyyəti torpağıdır, hal-hazırda iddiaçının istifadəsinə verilmiş və həmin torpaq sahəsi üzərində istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmin torpaq sahəsinin onun istifadəsinə ayrılmasına dair reyestrin məzmununun qeyri-dəqiqliyi Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və “X10 Kompani S.A” Şirkəti tərəfindən sübuta yetirilməmişdir. Həmçinin cavabdeh “X10 Kompani S.A” Şirkəti və müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti həmin torpaq sahəsinin onların istifadəsində olmasını, həmin torpaq sahəsində neft quyularının mövcud olmasını qeyd etsə də, “Əzizbəyov Neft” Neft və Qaz çıxarma İdarəsinin 01-05/722, xx.xx.1991-ci il tarixli razılıq məktubu ilə torpaq sahəsinin başqasının istifadəsinə ayrılmasına dair razılıq verilməsini əsaslandıra bilməmişlər. Apellyasiya şikayətlərində qeyd olunan nizamnamələrə əsasən apellyatorların həmin nizamnamələrə analoji olaraq istinad etməklə Bakı şəhər X6 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 14/643 saylı qərarının verildiyi dövrdə “ƏzizbəyovNeft” NQÇİ-nin belə səlahiyyətinin olmamasını, “Azneft” İstehsalat Birliyinin tərkibində olmuş “Əzizbəyov Neft” Neft və Qaz çıxarma İdarəsinin səlahiyyət həddini aşmaqla hərəkət etməsini bildirsə də, istinad etdiyi halı hazırki işin hallarına və qanuna uyğun olaraq əsaslandıra və sübuta yetirə bilməmişdir.

62. Bununla belə, məhkəmə onu da izah etmişdir ki, mübahisəli torpaq sahəsi dövlətin mülkiyyətindədir, iddiaçının istifadəsinə verilməsinə baxmayaraq, faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyəti hesab olunur və həmin faydalı qazıntıların çıxarılması, emal olunması, satılması, ondan istifadə edilməsi zərurəti yarandığı halda, dövlət öz mülkiyyətində olan faydalı qazıntılardan maneəsiz istifadə etmək hüququna malikdir.

63. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəldiyindən iş üzrə qəbul edilmiş qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir.

64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

65. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

66. Kollegiya hesab edir ki, məhkəmə xərclərinə dair birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Həmçinin, apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorlara aid edilməlidir.

67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh “X10 Kompani S.A” Şirkətinin apellyasiya şikayəti təmin edilməsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-34/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlansın. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları apellyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar