Məhkəmə qərarları › İş №2(103)-4220/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4220/2020

19.06.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4220/2020 19.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi, eyni zamanda vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)-976/2020 nömrəli qəraradadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-976/2019 saylı, xx xxxxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək "xxxxxxxxxxxxxxxxxxxxxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı alınmış mənzil üçün 36780 manat, daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq olaraq 7356 manat, əldən çıxmış faydaya görə 3864 manat, ümumilikdə 48000 manat pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdeh "xxxxxxxxxxxxxxxxxxxxxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq İddiaçı ödənilməsi və iş üzrə məhkəmə xərcini təşkil edən toplam 300 (üç yüz) manat məbləğində pulun cavabdeh ˝xxxxxxxxxxxxxxxxxxxxxxx˝ MMC-dən tutularaq, ˝Legal Prime˝ MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Hazırda mülki iş üzrə iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-976/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizam Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)-976/2020 nömrəli qəraradadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən geri qaytarılmışdır. Qərardaddan cavabdeh şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamənin xx.xx.2019-cu il tarixdə elan olunmasına baxmayaraq, cavabdeh uzun müddət qətnaməni ala bilməmişdir. 2019-cu ilin dekabr ayında yenidən qətnaməni almaq üçün müraciət etdikdə bildiriilmişdir ki, qətnamə cavabdehin Nizami rayonu K. Balakişiyev küçəsi 2-də yerləşən ünvanına göndərilib və xx.xx.2019-cu il tarixdə qəbul edilib. Qətnamənin həmin ünvanda alınmadığını və işdə iştirak edən nümayəndə və vəkilin ünvanına ümumiyyətlə göndərilmədiyini bildirdikdə, ərizə yazmaqla qətnaməni yenidən ala biləcəyini demişlər. xx.xx.2019-cu il tarixdə ərizə yazaraq qətnamənin cavabdeh tərəfinizdən alınmadğını bildirmiş və rəsmi olaraq yenidən verilməsini xahiş etmişdir. Nəhayət qətnamə cavabdehə xx.xx.2020-ci il tarixdə qəbzə imza edilməklə verilmişdir. Qətnamədən xx.xx.2020-ci ildə apellyasiya şikayəti verilmişdir. Məhkəmə guya qətnamənin 28.11,2019-cu il tarixdə qəbul edildiyinə və xx xxxxxx 2020-ci il tarixdə təkrarən alınmasına istinad edərək, təkrarən alınmanın apellyasiya şikayətinin verilmə müddətinin axınını yenidən başlatmağına və buraxılmış müddətin bərpa edilməsi barədə “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən vəsatət verilmədiyinə əsaslanaraq apellyasiya şikayətinin geri qaytarılması barədə qəradad qəbul etmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC iş üzrə iddiaçı deyil, cavabdeh olmuşdur ki, məhkəmənin qəradadda onu “iddiaçı” kimi göstərməsi məhkəmə tərəfindən tərəflərin hüquqi mövqeyinin dəqiq müəyyən edilmədiyindən irəli gəlməklə, iş üzrə yanlış nəticəyə gəlinməsinə səbəb olmuşdur. İkinci, qəradadda qətnamənin xx.xx.2019-cu il tarixdə alınması barədə məhkəmənin mülahizəsi əsassızdır, ona görə ki, əgər qətnamə cavabdeh tərəfindən həmin tarixdə alınmış olsa idi, qətnamənin alınması barədə xx.xx.2019-cu il tarixli ərizəyə ehtiyac qalmazdı,çünki qətnamədən şikayət verilməsi üçün hələ 16 gün qalmış idi. Üçüncü, qətnamənin təkrarən alınması barədə də məhkəmənin mülahizəsi əsassızdır. Qətnamənin alnması barədə ərizə nümayəndə tərəfindən yazılmışdır. Əgər qətnamənin təkrarən verilməsini xahiş edilsəydi, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.4.8-ci maddəsinə əsasən məhkəmə aktlarının və surətlərinin təkrarən verilməsinə görə dövlət rüsumu alınmalı idi. Dövlət rüsumunun alınmaması qətnamənin təkrarən verilmədiyinə dəlalət edir. Dördüncü, qərardadda apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin buraxılması və həmin müddətin bərpa olunması barədə “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən vəsatətin verilməməsi barədə də məhkəmənin mülahizəsi əsassızdır. Yuxarıda qeyd edildiyi kimi qətnamə ərizə yazılmaqla rəsmi olaraq 07.01,2020-ci il tarixdə alınmış və apellyasiya şikayəti vermə müddətinin axını həmin vaxtdan başlamışdır və apellyasiya şikayəti xx.xx.2020-ci il tarixdə verilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(007)-976/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 şikayətin məzmununa uyğun izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılması vaxtı və yeri haqqında iddiaçı tərəfə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir.(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Nizami 2(007)-976/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən xx xxxxxx 2019-cu il tarixdə poçt xəbərnaməsinə (i.v. 164) imza edilməklə qəbul edilmiş və belə olan halda cavabdeh tərəfindən həmin qətnamədən şikayət vermə müddəti xx xxxxxx 2019-cu il tarixdə başa çatmışdır. Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(007)-976/2019 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti isə xx xxxxxx 2020-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Cavabdeh tərəfindən xx xxxxxx 2019-cu il tarixdə məhkəməyə ərizə ünvanlayaraq Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-976/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsini almaması səbəbindən mülki iş üzrə qətnamənin təkrar verilməsini xahiş etmiş və qətnamə tərəflərindən təkrarən xx xxxxxx 2020-ci il tarixdə qəbul edilmişdir. Kollegiya hesab edir ki, qətnamənin təkrar qəbul edilməsinin apellyasiya şikayətinin verilmə müddətinin axımını yenidən başlatmamasına dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslıdır. Odur ki, apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddət buraxılmış, həmin müddətin bərpa olunması barədə isə cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən vəsatət verilməmiş, məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-976/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)-976/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən hakim: imza Hakimlər: imzalar Əsli ilə düzdür Sədrlik edən hakim: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar