Məhkəmə qərarları › İş №2(103)-4232/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4232/2023

08.09.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4232/2023 08.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: əmrin hissəvi ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X6, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehnə qarşı “əmrin hissəvi ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2132/2023 nömrəli, 27 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh 2300/281Ş nömrəli, xx.xx.2022-ci il tarixli əmrinə əsasən xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini pozduğuna görə Cavabdeh Gömrük nəzarəti zonalarında tərəzi xidməti işinin təşkili üzrə Xaçmaz “Samur” şöbəsinin inspektoru İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət elan edilmişdir.

2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh 2300/287Ş nömrəli, xx.xx.2022-ci il tarixli əmrinə əsasən xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini pozduğuna görə Cavabdeh Gömrük nəzarəti zonalarında tərəzi xidməti işinin təşkili üzrə Xaçmaz “Samur” şöbəsinin inspektoru İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir.

3. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 07 oktyabr 2022-ci il tarixli, 1900-001/0xx-xx/004018 nömrəli və 13 oktyabr 2022-ci il tarixli, 1900-001/0xx-xx/004139 nömrəli raportlarının araşdırılmasının nəticəsi haqqında 1000/878Ş nömrəli, xx.xx.2022-ci il tarixli əmrinə əsasən Cavabdeh Gömrük nəzarəti zonalarında tərəzi xidməti işinin təşkili üzrə Xaçmaz “Samur” şöbəsinin inspektoru İddiaçı intizam məsuliyyətinə cəlb edilməsi, nəticəsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinə məlumat verilməsinin təmin edilməsi əmr edilmişdir.

4. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin 1000-190/1xx-xx/018443 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna əsasən barəsində aparılan xidməti araşdırma ilə əlaqədar İddiaçı 18 oktyabr 2022-ci il tarixdə saat 09:00-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinə gəlməsi tələb olunmuşdur.

5. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh 2300/453Ş nömrəli, xx.xx.2022-ci il tarixli əmrinə əsasən gömrük orqanı əməkdaşına yaraşmayan hərəkətə yol verərək əmək vəzifələrini təkrarən kobud şəkildə pozduğuna görə Cavabdeh Gömrük nəzarəti zonalarında tərəzi xidməti işinin təşkili üzrə Xaçmaz “Samur” şöbəsinin inspektoru İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi, İddiaçılə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin informasiya sistemində elektron imzadan istifadə barədə bağlanmış müqavilənin dayandırılması, elektron imza sertifikatının ləğv edilməsi və ona məxsus olan elektron imza kartının balansdan silinməsi, xidməti vəzifələrinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini pozduqlarına görə Cavabdeh Analitik şöbəsinin inspektoru, gömrük xidməti baş leytenantı X15 və Cavabdeh Kommersiya şöbəsinin inspektoru, gömrük xidməti kiçik leytenantı X13 “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 1-ci bəndinə əsasən irad tutulması əmr edilmişdir.

6. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-Axtarış Baş İdarəsinin “Cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı və X3 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.1-ci maddəsinin tərkibi olmadığından həmin xüsusatla bağlı Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən barələrində cinayət işi başlanmasının rədd edilməsi, İddiaçı və X3 əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan barələrində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin zəruri sənədlər və inzibati xətanın predmeti olmuş əşyalarla birlikdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə göndərilməsi qərara alınmışdır.

7. İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə 00800/00073 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolun və digər materialların baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdeh 01 noyabr 2022-ci il tarixli, 2300/453Ş nömrəli əmrinin birinci bəndinin (gömrük əməkdaşına yaraşmayan hərəkətə yol verərək əmək vəzifələrini təkrarən kobud şəkildə pozduğuna görə Cavabdeh gömrük nəzarəti zonalarında tərəzi xidməti işinin təşkili üzrə Xaçmaz “Samur” şöbəsinin inspektoru İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilsin) ləğv edilməsi, əvvəlki iş yerinə bərpa edilməsi və 01 noyabr 2022-ci il tarixdən başlayaraq məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 21 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Biriliyinin Gömrük nəzarəti zonalarında tərəzi xidməti işinin təşkili üzrə Xaçmaz “Samur” şöbəsinin inspektoru vəzifəsinə işə qəbul edilmişdir. 29 sentyabr 2022-ci il tarixdən 29 oktyabr 2022ci il tarixədək məzuniyyətə çıxmışdır. Məzuniyyətdə olan zaman X7 Dubay şəhərinə getmişdir. Məzuniyyətdən qayıdan zaman Heydər Əliyev adına hava limanından keçərkən hamı kimi özünə məxsus olan əşyaları bəyan etmişdir. Gətirdiyi əşyalar arasında bəyan edəcək, mal olmadığından keçib getmişdir. Heydər Əliyev adına hava limanından çıxdıqda bir nəfər yaxınlaşıb gətirdiyi mallarla maraqlanmış, onları yenidən monitordan keçirməsini xahiş etmişdir. O, burda bir problem olmadığını deyib gətirdiyi əşyaları monitordan keçirib evə getmişdir. 30 oktyabr 2022-ci il tarixdə işə qayıtdıqda onun Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Terminal 1 X23 Gömrük postunda 6 ədəd İphone markalı telefonu ölkəyə gətirməyə cəhd etdiyinə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Biriliyinin 01 noyabr 2022-ci il tarixli, 2300/453Ş nömrəli əmri ilə işdən azad olunduğunu öyrənmişdir. Onun yuxarıda qeyd edilən əsaslara görə işdən azad olunması tamamilə qanunsuz və əsassızdır. O, Respublikaya 6 ədəd İphone markalı telefon gətirməmişdir. Baqajında yalnız 3 ədəd İphone markalı mobil telefonun korpusu olmuşdur. Onları da görmüşlər və sonradan onun özünə qaytarmışlar. Telefonu gətirsə belə bu heç bir halda onun Əmək Məcəlləsinin 70 və 72-ci maddələrinin tələblərini pozması demək deyil.

10. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbində qeyd olunanlar əsassızdır. Belə ki, Birliyin Gömrük nəzarəti zonalarında tərəzi xidməti işinin təşkili üzrə Xaçmaz “Samur” şöbəsinin inspektoru İddiaçı barəsində tərtib edilmiş 07 oktyabr 2022-ci il tarixli, 1900-001/0xx-xx/004018 nömrəli və 13 oktyabr 2022-ci il tarixli, 1900-001/0xxxx/004139 nömrəli raportların Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsində araşdırılması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı məzuniyyətdə olduğu dövrdə 07 oktyabr 2022-ci il tarixdə TK 339 saylı İstanbul-Bakı aviareysi ilə sərnişin qismində ölkə ərazisinə gələrkən 3 ədəd “İphone 13 PRO” və 3 ədəd “İphone 14 PRO” markalı mobil telefonları gömrük orqanına bəyan etmədən ölkə ərazisinə gətirməyə cəhd göstərmiş, Cavabdeh Kommersiya şöbəsinin inspektoru, gömrük xidməti kiçik leytenantı X16 07 oktyabr 2022-ci il tarixdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin növbətçi hissəsində xidmət apararkən Azərbaycan Respublikasının vətəndaşı X4 inzibati binanı tərk etdiyini müşahidə edərkən bu barədə həmkarına aidiyyəti üzrə məlumat verməmiş, Cavabdeh Analtik şöbəsinin inspektoru, gömrük xidməti baş leytenantı X19 xidməti zərurətlə əlaqədar 07 oktyabr 2022-ci il tarixdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal 1 X23” gömrük postunda xidmət aparan gömrük orqanı əməkdaşlarından ibarət təşkil olunmuş növbəyə nəzarət etməmiş, bununla da həmin əməkdaşlar xidməti vəzifələrinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini pozmuşdur. Göründüyü kimi, İddiaçı üzərində ölkə ərazisinə gətirdiyi 3 ədəd “İphone 13 PRO” və 3 ədəd “İphone 14 PRO” markalı mobil telefonları gömrük orqanına bəyan etməli olduğunu bildiyi halda, bəyan etmədən ölkə ərazisinə gətirməyə cəhd göstərmişdir. Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin İddiaçı dəfələrlə ünvanladıqları araşdırmada iştirakla bağlı çağırışları cavabsız qalmış və İddiaçı araşdırmada iştirak etməmişdir. Göründüyü kimi, İddiaçı törətdiyi əməl dövlətin iqtisadi maraqlarına ziyan vurmağa yönəlməklə yanaşı işəgötürənin də qanunla qorunan mənafələrinə ziyan vurmuşdur. İddiaçı Cavabdeh 29 iyun 2022-oi il tarixli, 2300/281ş nömrəli əmri ilə 17 iyun 2022-ci il tarixdə, saat 16:00-da xidmət yerini özbaşına tərk etdiyinə, təqribən 1 saat ərzində xidmət yerində olmadığına və bununla da xidməti vəzifələrinin icrasına laqeyd yanaşdığına görə töhmət elan edilmişdir. Həmçinin, Cavabdeh 06 iyul 2022-ci il tarixli, 2300/287ş nömrəli əmri ilə Cavabdeh müvəqqəti saxlanc anbarlarının fəaliyyətinin təşkili üzrə Bakı Hava Limanı bölməsinə təhkim edilmiş Cavabdeh Gömrük nəzarəti zonalarında tərəzi xidməti işinin təşkili üzrə Xaçmaz “Samur” şöbəsinin inspektoru İddiaçı 21 iyun 2022-ci il tarixdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1 X24” gömrük postunda xidmət apararkən öz xidməti vəzifələrinin icrası ilə bağlı olmayaraq bəzi vətəndaşlara məxsus yüklərə özbaşına gömrük baxışı həyata keçirmiş, əvvəlcədən özü üçün vətəndaşlardan birindən 1 ədəd elektron siqaretin gətirilməsini sifariş etmiş, gömrük baxışı zamanı həmin vətəndaşa məxsus yüklərin arasından elektron siqaretlərin olduğu qutudan sifariş etdiyi 1 ədəd elektron siqareti öz istifadəsi üçün götürmüş, bununla da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 30 yanvar 2012-ci il tarixli, 01/03 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X26”nin prinsip və normalarının tələblərini pozduğu və xidməti vəzifəsinin icrasına laqeyd yanaşdığı üçün İddiaçı Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. İddiaçı onun barəsində çıxarılmış 29 iyun 2022-ci il tarixli, 2300/281ş və 06 iyul 2022-ci il tarixli, 2300/287ş nömrəli əmrləri ilə tətbiq olunmuş intizam tənbeh tədbirlərindən nəticə çıxarmayaraq xidməti vəzifələrinin icrasına laqeyd yanaşmış, xidməti intizam qaydalarının tələblərini pozmuşdur. O cümlədən rəhbərliyin göstərişlərinə tabe olmayaraq açıq-aşkar hörmətsizlik etmişdir. Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin keçirdiyi xidməti araşdırmada iştirak etməyərək, “Azərbaycan Respublikası gömrük oqanlarının vəzifəli şəxslərinin X26”nin prinsip və qaydalarını kobud surətdə pozmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 24 oktyabr 2022-ci il tarixli “Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Mehman Sadıqovun 07 oktyabr 2022-ci il tarixli 1900-001/0xx-xx/004018 və 13 oktyabr 2022-ci il tarixli 1900- 001/0xx-xx/004139 nömrəli raportlarının araşdırılmasına dair arayışın 3-cü bəndində və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 oktyabr 2022-ci il tarixli 1000/878ş nömrəli əmrinin 3-cü bəndində Cavabdeh direktorunun müavini, direktor vəzifəsini müvəqqəti icra edən Kənan Aşurluya Cavabdeh Gömrük nəzarəti zonalarında tərəzi xidməti işinin təşkili üzrə Xaçmaz “Samur” şöbəsinin inspektoru İddiaçı intizam məsuliyyətinə cəlb edilməsini, nəticəsi barədə Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik idarəsinə və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə məlumat verilməsini təmin etməsi tapşırılmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh 01 noyabr 2022-ci il tarixli 2300/453ş nömrəli əmri ilə Birliyin Gömrük nəzarəti zonalarında tərəzi xidməti işinin təşkili üzrə Xaçmaz “Samur” şöbəsinin inspektoru İddiaçı əmək vəzifələrini təkrarən kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İddiaçı barəsində 01 noyaor 2022-ci il tarixdə Cavabdeh tərəfindən 2300/453ş nömrəli əmr qəbul edilərkən, qanunvericilik aktlarının tələblərinə əməl olunmuşdur. Beləliklə, yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, iddianın heç bir hüquqi əsası yoxdur, iddia əsassızdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2132/2023 nömrəli, 27 mart 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. (hakim X11)

12. Məhkəmə iddiaya hüquqi qiymət verərkən, ilkin olaraq iddiaçının işdən çıxarılmasına əsas olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh 2300/453Ş nömrəli, xx.xx.2022-ci il tarixli əmrinin qanuniliyini yoxlamış, tədqiq olunmuş sübutlara əsasən İddiaçı işdən azad edilməsinin qanunun tələblərinə riayət edilməklə həyata keçirildiyi, iddiaçının işlədiyi müddətdə dəfələrlə əmək funksiyalarını pozmasının və vicdanla yerinə yetirməməsinin, xidməti vəzifəsinin icrasına laqeyd yanaşmasının, xidməti intizam qaydalarının tələblərini pozmasının iş materiallarındakı sənədlərlə tam təsdiq olunduğu qənaətinə gəlmişdir. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixdə verilmiş töhmətdən nəticə çıxarmamış, həmin intizam tənbehinin qüvvədə olduğu müddətdə əmək funksiyalarını, xidməti intizam qaydalarının tələblərini pozmaqda davam etmiş, bununla da əmək qanunvericiliyinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 01/03 nömrəli, 30 yanvar 2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X26”nin tələblərini kobud şəkildə pozmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi qanuni və əsaslı olmuşdur.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12-ci və 35ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə, 70-ci maddəsinin “ç” bəndinə, 72-ci, 76-cı, 83-cü, 186-cı, 190-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü, 77.1-ci, 88-ci və 217.4-cü maddələrinə, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 01/03 nömrəli, 30 yanvar 2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X26”nin 2.4-cü, 3.3.4cü və 3.12-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, heç bir mötəbər sübut olmadan, iddiaçının ölkə ərazisinə 3 ədəd “İphone 13 PRO” və 3 ədəd “İphone 14 PRO” markalı mobil telefon gətirməsini və bu telefonları gömrük orqanına bəyan etməli olduğu halda, bəyan etmədən ölkə ərazisinə gətirməyə cəhd göstərməsini əsas gətirərək iddia tələbini rədd edilməsi ədalətsiz və qanunazidd yanaşmadır. Bundan başqa, məhkəmə qərar qəbul edərkən əsassız olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin 1000-190/190- 26/018443 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna, İddiaçı barəsində cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2023-cü il tarixli qərara, İddiaçı və X3 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.1-ci maddəsinin tərkibi olmadığından həmin xüsusatla bağlı Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən barələrində cinayət işi başlanmasının rədd edilməsi və İddiaçı və X3 əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan barələrində inzibati qaydada tədbir görülməsi barədə qərara, həmin qərarın surətinin zəruri sənədlər və inzibati xətanın predmeti olmuş əşyalarla birlikdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə göndərilməsinə və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə 00800/00073 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadda və İddiaçı barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolun və digər materialların baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi ilə bağlı xüsusatlara istinad etmişdir. Halbuki, İddiaçı barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolun və digər materialların baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsinə istinad edən məhkəmə, həmin iş üzrə təqsirli bilinən şəxslərin əməlində inzibati xəta tərkibi olub-olmadığı ilə bağlı məhkəmənin yekun aktına da istinad etməli idi. Mülki iş üzrə məhkəmə əsassız olaraq cavabdeh tərəfin formal mülahizələrinə istinad etmişdir. Məhkəmə qətnaməsi qanuni və əsaslı olmamışdır. İddiaçının təqdim etdiyi sübutlara qiymət verilməmiş, iş birtərəfli olaraq cavabdehin lehinə əsaslandırılmışdır. Məhkəmə qətnaməni məhkəmə iclaslarında tədqiq edilmiş sübutlarla deyil, öz şəxsi mövqeyinə uyğun əsaslandırmışdır. Məhkəmə şahid ifadələrini və digər sübutları düzgün qiymətləndirməmiş, əvəzində iddiaçını sübutetmə yükü üzrə vəzifəsini yerinə yetirməməkdə ittiham etmişdir

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, etirazı iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmış, əlavə olaraq bildirmişdir ki, apellyasiya şikayətində qeyd olunanlar əsassızdır, apellyasiya şikayəti işin faktiki hallarına uyğun gəlmir, irəli sürülən fikir və mülahizələr subyektiv xarakter daşıyır. Göstərilənlərin nəzərə alınmasını və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2132/2023 nömrəli, 27 mart 2023cü il tarixli qətnaməsinin qanuni və əsaslı olması səbəbindən dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o, məzuniyyətdə olarkən Dubaydan qayıtdığı zaman 3 nəfər olmuşdular və cəmi 6 qol saatı baqajdan tapılmışdı. İş materiallarında İphone markalı telefonun da olduğu qeyd edilir, ancaq onun baqajında telefon olmamışdır. Bununla bağlı da heç bir sübut yoxdur. Qanunvericiliyə əsasən də hər kəs 800 ABŞ dolları həcmində malı gömrük orqanlarına bəyan etmədən ölkəyə gətirə bilər. Digər tərəfdən onlar 3 nəfər olduğundan və hərəsinə də 2 qol saatı düşdüyündən əlavə bəyannaməyə heç bir ehtiyac olmamışdır. Həmin halla bağlı araşdırılma zamanı onunla heç kim telefonla əlaqə saxlamamış, ünvanına məktub göndərilməmişdir. Əvvəllər 2 dəfə barəsində intizam tənbeh tədbiri tətbiq olunarkən onun izahatı alınmışdı, sonuncu dəfə onunla heç kim əlaqə saxlamamışdır.

18. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı barəsində inzibati xəta haqqında icraat məhz xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərar əsasında başlanıldığından həmin qərarı məhkəmə qaydasında mübahisələndirmişdilər. Həmin qərar iddiaçının işdən azad edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli əmrdən sonra olsa belə dövlət orqanı təsdiqini tapmamış halla bağlı işçini AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edə bilməz. Bu səbəbdən xx.xx.2022-ci il tarixli əmri qanunsuz hesab edir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

19. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, işçi əvvəl 2 dəfə intizam tənbeh tədbirinə cəlb edilmişdir. Ölkə ərazisinə gömrük orqanına bəyan etmədən mal gətirməyə cəhd etməsi isə sonuncu intizam tənbehinə cəlb edilməsindən 6 ay keçmədən baş vermişdir. Bundan başqa, qanunvericiliyə görə vətəndaş ümumi məbləğindən asılı olmadan miqdarı ikidən artıq malı ölkə ərazisinə gətirərkən mütləq qaydada onu gömrük orqanına bəyan etməlidir. Bu məsələ ilə bağlı Baş-Əməliyyat İstintaq İdarəsində araşdırılma aparılarkən iddiaçı heç bir çağırışa gəlməmişdir. Qeyd etdiklərindən də göründüyü kimi, işçi “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifələri şəxslərinin X26”ni pozduğu üçün işdən azad edilmişdir. İşçinin işdən azad edilməsi tamamilə qanunvericiliyə uyğundur. Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinin 9-cu hissəsinə əsasən əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur; 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; 72-ci maddəsinin “ə” bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir; 76-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər; 83-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək; 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır; 187-ci maddənin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir; 190-cı maddəsinin 1-ci bəndinə əsasən intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

22. “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 saylı qərarının: 1.5-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. Fiziki şəxs tərəfindən gömrük sərhədindən keçirilən eyni və (və ya) eynicinsli malların miqdarı 2-dən çox olduqda, güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçiriləcək malların 2-dən çox olan miqdarı bu bənddə göstərilən xüsusiyyətlər əsasında gömrük orqanları tərəfindən müəyyən edilir və müəyyən edilmiş miqdardan artıq keçirilən eyni və (və ya) eynicinsli mallara görə bu Qaydaların 2.1.2-ci və 2.1.4-cü yarımbəndlərində nəzərdə tutulmuş hədlər nəzərə alınmadan gömrük ödənişləri ödənilir.

23. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının “30" yanvar 2012-ci il tarixli 01/03 №-li qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X18: 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X26 (bundan sonra «X26») gömrük orqanı əməkdaşının xidmətdə və xidmətdənkənar, gündəlik həyatda davranış qaydalarının norma və müddəalarını, əxlaq prinsiplərini müəyyən edir. 3.2-ci bəndinə əsasən hər bir əməkdaş xidmətdə və gündəlik həyatda qanunun aliliyini, insanların hüquq və azadlıqlarını, demokratik prinsipləri, mənəvi və əxlaqi dəyərləri, etik normaları rəhbər tutmalıdır. 12.1-ci bəndinə əsasən Kodeksdə təsbit olunmuş prinsip və qaydalara gömrük orqanı əməkdaşı tərəfindən əməl edilməməsi, həmçinin, digər əməkdaşlar və vəzifəli şəxslər tərəfindən həmin prinsip və qaydaların pozulması hallarına göz yumulması xidməti intizamın pozulması kimi qiymətləndirilir və “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamədə nəzərdə tutulmuş intizam məsuliyyəti doğurur. 12.2-ci bəndinə əsasən intizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş pozuntu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən müəyyən edilir.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

25. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

26. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

28. Məhkəmə kollegiyası iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi əsasını nəzərə alıb, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, qeyd etməyi zəruri hesab edir ki, əmək hüququnun mühüm təminatlarından biri işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarının məhdud siyahısının qanunvericiliklə müəyyən edilməsidir. Eyni zamanda, qanunvericilik qanuni əsaslar olmadan işçilərlə əmək müqaviləsini ləğv etməyi qadağan edir. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində təsbit edilmişdir. Həmin maddədə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin altı əsası nəzərdə tutulmuşdur. Bu əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılması isə xüsusi şərt olaraq qeyd edilmişdir. Başqa sözlə, işəgötürən bu barədə əmrdə işçinin təqsirli davranışının nədə ifadə olunmasını (nədən ibarət olmasını) habelə əmək funksiyasına daxil olan hansı işin (öhdəliklərin, xidmətin) yerinə yetirilmədiyini mütləq şəkildə göstərməli və bu lazımi sənədlərlə təsdiq olunmalıdır. Məcəllənin məhz 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsaslarla əmək müqaviləsinin ləğv edilməsinin mümkünlüyü (qanunauyğunluğu), həmçinin konkret şərtlərin (1. işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməlidir. 2. İşçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı. 3. İşçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir.) mövcudluğundan asılı edilmişdir. Belə ki, bu şərtlərin mövcud olmaması bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsini birmənalı şəkildə istisna edir.

29. Eyni zamanda, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində qeyd edilən əmək vəzifələrinin kobud şəkildə pozulması hallarının qəti siyahısı həmin Məcəllənin 72ci maddəsində göstərilmiş və işçinin əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması da bu hallara aid edilmişdir. Belə bir halın mövcud olması da artıq işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün əsasdır.

30. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli, 2300/453Ş nömrəli əmrinə əsasən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir.

31. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli, 1000/878Ş nömrəli əmrinə istinad edilmişdir. Belə ki, həmin əmr 07 oktyabr 2022-ci il tarixli, 1900- 001/0xx-xx/004018 nömrəli və 13 oktyabr 2022-ci il tarixli, 1900-001/0xx-xx/004139 nömrəli raportlarının araşdırılması barədədir. Həmin raportların Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsində araşdırılması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı məzuniyyətdə olduğu dövrdə 07 oktyabr 2022-ci il tarixdə TK 339 saylı İstanbul- Bakı aviareysi ilə sərnişin qismində ölkə ərazisinə gələrkən 3 ədəd “İphone 13 PRO” və 3 ədəd “İphone 14 PRO” markalı mobil telefonları, habelə digər əşyaları gömrük orqanına bəyan etmədən ölkə ərazisinə gətirməyə cəhd göstərmiş, xidməti vəzifələrinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini pozmuşdur. Bu hal hadisə günü, yəni xx.xx.2022-ci il tarixdə və bundan sonra, habelə aparılmış xidməti araşdırma zamanı tərtib edilmiş sənədlərlə, o cümlədən gömrük əməkdaşlarının izahatı ilə öz təsdiqini tapır.

32. ƏTİ-nin Təhqiqat şöbəsinin böyük məsləhətçisi Rövşən Məmmədovun arayışına əsasən isə iddiaçı verdiyi izahatında X9 zaman tanımadığı bir şəxsin ona yaxınlaşaraq, ödəniş müqabilində 6 ədəd “İphone” markalı mobil telefonu Bakıya aparmağı təklif etdiyini, onun da etiraz etmədiyini və telefonları götürdüyünü bildirmişdir. Lakin onun izahatı alınarkən X10 (iddiaçı ilə birlikdə Bakı şəhərinə qayıdan digər iki şəxsdən biri) inzibati binanın içərisində, xidməti otaqda olan maddi sübut qismində götürülmüş 6 ədəd “İphone” markalı mobil telefonu gömrük əməkdaşlarının xəbəri olmadan, gizli şəkildə götürüb, otaqdan çıxaraq, inzibati binanı tərk etdiyi məlum olmuşdur. Bu vəziyyətdən istifadə edən İddiaçı izahatı yarımçıq qoyaraq, ona verilən sualları cavablandırmaqdan imtina etmişdir. İddiaçıdan izahatın alınmasını xx.xx.2022-ci il tarixdə verilmiş izahatında X10 da təsdiq edir. O da öz izahatında tanımadığı bir şəxsin məhz ona yaxınlaşaraq, qeyd edilən telefonları pul müqabilində aparmağı ona təklif etdiyini, İddiaçı gömrük əməkdaşı olması səbəbindən onun çantasının yoxlanılmamasını ehtimal edib, telefonları ona verdiyini göstərmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə yazdığı qəbzdə isə ona məxsus çamadanı təhvil aldığını, çamadanda olan əşyaların tamlığı ilə bağlı şikayətinin olmadığını, digər əşyaların, yəni smart saatların ekspertiza tədqiqatına göndərildiyinin ona izah olunduğunu göstərmişdir. Başqa sözlə, iddiaçının ölkə ərazisinə 6 ədəd “İphone” markalı mobil telefon və 6 ədəd qol saatının gətirməsi (ölkəyə gələndə onun üzərində olması) konkret olaraq öz təsdiqini tapır.

33. Məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2022-ci il tarixli əmrdən əvvəl iddiaçı barəsində 2300/281Ş nömrəli, xx.xx.2022-ci il tarixli əmrlə töhmət və 2300/287Ş nömrəli, xx.xx.2022-ci il tarixli əmrlə sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbeh tədbiri tətbiq olunmuşdur. Bununla belə, hazırda mübahisələndirilən və iddiaçının işdən azad edilməsinə əsas olmuş xx.xx.2022-ci il tarixli, 2300/453Ş nömrəli əmr altı ay ərzində iddiaçı barəsində tərtib olunmuş üçüncü əmrdir və nəticə etibarı ilə əvvəlki iki əmrin qüvvədə olduğu müddətdə tərtib edilmişdir. Bu da öz növbəsində onun hərəkətlərinin Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinin tələblərinin pozulması kimi qiymətləndirilməsi və bu baxımdan onunla bağlanmış əmək müqaviləsinə həmin məcəllənin 70 “c” maddəsi ilə xitam verilməsi üçün əsas yaradır.

34. İddiaçıya verilmiş əvvəlki iki intizam tənbehi onun tərəfindən mübahisələndirilməmişdir. Həmin intizam tənbehi verilən zaman da iddiaçının özünün etirafına əsasən izahatı alınmışdır. Belə olan halda, hazırda mübahisələndirilən əmr verilməmişdən əvvəl cavabdeh tərəfindən onun izahatının alınmasından yayınması, habelə bunun marağında olmaması qənaətinə gəlməmək üçün hər hansı əsas yoxdur. Əksinə cavabdeh bunun üçün tədbirlər görmüşdür. Belə ki, mübahisələndirilən əmr verilməmişdən əvvəl cavabdehin əməkdaşlarının 07-11 oktyabr 2022-ci il tarixlərdə onunla əlaqə yaradılması cəhdləri bir nəticə verməmiş, o cümlədən onunla telefon əlaqəsi yaratmaq mümkün olmamışdır. Bu hal Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsi Xidməti araşdırmalar şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktla təsdiq edilir. Həmçinin, iddiaçıya xx.xx.2022-ci il tarixdə bildiriş göndərilərək, 18.10.202-ci il tarixdə, saat 09:00-da X5 İdarəsinə gəlməsi təklif olunmuşdur. Lakin üzərində xx.xx.2022-ci il tarixli ştamp olan poçt zərfinə əsasən həmin bildiriş “yaşamır” qeydi ilə ona təqdim edilmədən qaytarılmışdır. Bu səbəbdən iddiaçıdan izahatın alınmaması Əmək Məcəlləsinin 187-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilə bilməz.

35. Məhkəmə kollegiyası eyni zamanda vurğulayır ki, iddiaçı birbaşa gömrük hüquqpozmalarını aşkar edən, malların qanunvericiliyə riayət edilmədən ölkə sərhədinə keçirilməsi ilə mübarizə aparan səlahiyyətli qurumun əməkdaşıdır və bu sahədə nəzarəti həyata keçiriən səlahiyyətli orqanın əməkdaşı kimi gömrük qanunvericiliyi ilə nəzərdə tutulmuş imperativ normalarla həm tam tanışdır, həm də onları əməl etməyə və gözləməyə daha diqqətli olmalıdır. Nəzərə alınmalıdır ki, onun tərəfindən yol verilmiş hərəkət inzibati xəta olaraq, İnzibati Xətalar Məcəlləsinə daxil edilmişdir.

36. Məhz bu səbəbdən “Cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarla İddiaçı və X3 əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan barələrində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin zəruri sənədlər və inzibati xətanın predmeti olmuş əşyalarla birlikdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə göndərilməsi qərara alındıqdan sonra Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən iddiaçı barəsində İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi üzrə icraat başlanmış və xx.xx.2023-cü il tarixdə “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” 00800/00073 saylı Qərardad qəbul edilərək, iddiaçı barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolun və digər materialların baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli qərar hazırda da qüvvədədir.

37. Tarix etibarı ilə qeyd edilən qərarlar xx.xx.2022-ci il tarixli əmrdən sonra qəbul edilsələr də, bilavasitə xx.xx.2022-ci il tarixdə baş vermiş və xx.xx.2022-ci il tarixdə qəbul edilmiş əmrə əsas olmuş hadisə ilə bağlıdır və istinad edilən əşyaların ölkəyə məhz iddiaçı tərəfindən gətirilməsi faktını təsdiq edir.

38. Nəzərə alınmalıdır ki, hüquqi nəticə etibarı ilə məhz iddiaçı və onunla bilrikdə ölkəyə qayıdan X3 hərəkətləri nəticəsində Cavabdeh Analitik şöbəsinin inspektoru X14 və Kommersiya şöbəsinin inspektrou X12 irad tutulmuşdur.

39. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 01/03 nömrəli, 30 yanvar 2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X26”nin tələblərini də pozmuşdur. Kodeksin pozulması isə xidməti intizamın pozulması kimi qiymətləndirilir.

40. Bununla belə, iddiaçı xx.xx.2022-ci il tarixdə verilmiş töhmətdən və xx.xx.2022-ci il tarixdə verilmiş şiddətli töhmətdən nəticə çıxarmamış, həmin intizam tənbehlərinin qüvvədə olduğu müddətdə başqa bir pozuntuya yol verərək, xidməti intizam qaydalarının tələblərini pozmaqda davam etmiş, bununla da əmək qanunvericiliyinin və “X26”nin tələblərini kobud şəkildə pozmuşdur.

41. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, bu halın Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə əsasən əmək funksiyalarının kobud şəkildə pozuntusu kimi qiymətləndirməsi və iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı qənaəti əsaslıdır.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2132/2023 nömrəli, 27 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar