Məhkəmə qərarları › İş №2(103)-4234/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4234/2024

23.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4234/2024 23.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (2 saylı Bakı “ASAN” Xidmət Mərkəzi notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: ləyaqətsiz vərəsə hesab olunma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (2 saylı Bakı “ASAN” Xidmət Mərkəzi notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ləyaqətsiz vərəsə hesab olunma tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2004/2024 nömrəli 17 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 23 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-473/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçılar Cavabdeh, X6, X9 və X4 cavabdehlər İddiaçı və 2 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisinə qarşı – Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsi, 5 saylı fərdi yaşayış evinə və ünvan 5 fərdi yaşayış evindən ibarət miras əmlaka dair İddiaçı verilmiş xx.xx.2020-ci il tarixli, 2v-452 reyestr nömrəli və xx.xx.2021-ci il tarixli, 2v-132 reyestr nömrəli vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, ünvan 5 fərdi yaşayış evinə dair xx.xx.2021-ci il tarixli, 2v-132 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsi, 5 saylı fərdi yaşayış evinə dair xx.xx.2020-ci il tarixli, 2v- 452 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsinə dair iddası rədd edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3764/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-1308/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilmiş, 2 saylı Bakı “Asan xidmət” Mərkəzində Notariat Ofisində Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsi, 5 saylı fərdi yaşayış evi və ünvan 5 fərdi yaşayış evindən ibarət miras əmlakına dair İddiaçı verilmiş müvafiq olaraq xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli vərəsəlik haqqında şəhadətnamələr etibarsız hesab edilmiş, həmin şəhadətnamələr əsasında verilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2020-ci il tarixdə İddiaçı mülkiyyətinə verilməsi barədə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış (qeydiyyat nömrəsi **********) və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixdə İddiaçı mülkiyyətinə verilməsi barədə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış (qeydiyyat nömrəsi **********) ləğv edilmişdir.

3. X5, X7 və X3 Qusar rayon Notariat Ofisində təsdiq edilmiş ərizəsində Cavabdeh ünvan 2 ünvanda yaşamasını imzaları ilə təsdiq etmişlər.

4. Qusar RİHB-nin Qusar şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə Qusar şəhər İƏD nümayəndəliyinin 1 saylı “Ev təsərrüfatlarının uçotu kitabı” 43 saylı təsərrüfatına aid 87-ci səhifədə və Dövlət Statistika Komitəsinin elektron informasiya sistemində Bakı şəhərində daimi qeydiyyatda olmaqla, ünvan 4 ünvanda qeydiyyatsız yaşayan kimi qeydə alınaraq, xx.xx.2021-ci il tarixli, 2639 nömrəli Qusar şəhəri T.İsmayılov küçəsində qeydiyyatsız yaşaması barədə arayışla təmin edilməmişdir. Cavabdeh faktiki həmin ünvanda nə vaxtdan yaşayıb-yaşamaması barədə nümayəndəlikdə heç bir məlumat mövcud deyildir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-5715/2022 saylı qərarı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir.

6. 2 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2023cü il tarixli, xx/xx-199801/9 nömrəli icra vərəqəsinə əsasən xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli vərəqəslik hüququ haqqında şəhadətnamələr ləğv edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ləyaqətsiz vərəsə hesab olunması, mübahisəli miras əmlaka dair vərəsəlik hüququndan məhrum edilməsi, həmin mirasa dair ona vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi, həmin şəhadətnamələrə müvafiq olaraq mülkiyyət hüquqlarının qeydiyyata alınması və müvafiq çıxarışların verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, hazırda verilmiş icra sənədi icra edilərkən yeni hallar müəyyən edilmişdir. Belə ki, Cavabdeh qeydiyyatı Bakı şəhərində olmaqla Bakı şəhərində işləyir və yaşayır, uşaqları Bakı şəhərində anadan olmuşlar və Bakı şəhərinin orta məktəblərindən birində oxuyurlar. Başqa sözlə, həmin şəxsin Qusar şəhərində yaşaması faktiki olaraq mümkün deyil. Verilmiş arayışın əsası kimi notariusda təsdiq olunmuş ərizənin göstərilməsi də əsassızdır, belə ki, həmin ərizədə notarius yalnız vətəndaşların imzalarının həqiqiliyini təsdiq edib, daha orada qeyd olunmuş mətnin həqiqiliyini təsdiq etməmişdir. Lakin Cavabdeh Şahbaz oğlunun ünvan 5 fərdi yaşayış evindən ibarət miras əmlakı faktiki qəbulu barədə izahatını bu izahatın işin digər sübutları ilə, əsasən də Qusar rayon icra Hakimiyyətinin Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 24 noyabr 2021-ci il tarixli 2639 saylı arayışı və notarial qaydada təsdiq olunmuş ərizə ilə tamamlanmışdır. Başqa sözlə, həmin arayışda qeyd olunmayıb ki, Cavabdeh miras açılarkən, yəni miras qoyan X2 xx.xx.2020-ci il tarixdə vəfat etdiyi anda qeyd olunan ünvan 5 ünvanda yerləşən miras qalmış evdə faktiki olaraq yaşamışdır. Belə olan halda, imzaları notariat qaydasında təsdiq olunmuş 3 şəxs ərizədə bildirirlər ki, "Cavabdeh həqiqətən Qusar rayonu, Tofiq İsmayılov küçəsi, 43 yaşayır". Eyni zamanda, Qusar rayon icra Hakimiyyətinin Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 24 noyabr 2021-ci il tarixli 2639 saylı arayışında da qeyd olunur ki, Cavabdeh arayış verilməsi üçün Qusar RİHB-nin Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə xx.xx.2021-ci il tarixdə müraciət etmiş, həmin tarixdən o, Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1 saylı "Ev təsərrüfatlarının uçotu kitabın" 43 saylı təsərrüfatına aid 87-ci səhifədə və Dövlət statistika Komitəsinin elektron informasiya sistemində ünvan 6 ünvanda qeydiyyatsız yaşayan kimi qeydə alınmış və xx.xx.2021-ci il tarixli 2639 saylı arayışla təmin edilmişdir. Lakin hazırda Qusar rayon icra Hakimiyyətinin Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış 02 fevral 2023-cü il tarixli NA/10 saylı məktubda qeyd olunur ki, "vətəndaş Cavabdeh xx.xx.2021-ci il tarixdə Qusar rayon icra Hakimiyyətinin Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1 saylı "Ev təsərrüfatlarının uçotu kitabın" 43 saylı təsərrüfatına aid 87-ci səhifədə və Dövlət statistika Komitəsinin elektron informasiya sistemində Bakı şəhərində daimi qeydiyyatda olmaqla ünvan 6 ünvanda qeydiyyatsız yaşaması barədə xx.xx.2021-ci il tarixli 2639 saylı arayışla təmin edilmişdir. Vətəndaş Cavabdeh faktiki olaraq həmin ünvanda nə vaxtdan yaşayıb-yaşamaması barəsində nümayəndəlikdə heç bir məlumat yoxdur." Başqa sözlə, Cavabdeh Qusar rayonu, Tofiq İsmayılov küçəsi, 43 ünvanda miras açılarkən, yəni xx.xx.2020-ci il tarixdə yaşamaması müəyyən edildiyindən, onun notariusa və məhkəməyə yalan məlumat verdiyi aşkar olunur. Cavabdeh miras payı tələb edərkən saxtakarlığa yol vermiş, Qusar rayonu, Tofiq İsmayılov küçəsi, 43 ünvanda heç vaxt yaşamadığı halda saxta məlumatlar əsasında saxta arayış əldə etmiş, miras əldə etməyə kömək göstərmiş hərəkətlərə yol vermişdir. Belə olan halda cavabdeh ləyaqətsiz vərəsə hesab olunmalıdırlar.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 17 aprel 2024-cü il tarixli 2(001)-2004/2024 nömrəli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia təmin edilməmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur k, hazırkı halda cavabdeh tərəfindən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətməsi, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsi ilə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Onun miras payı tələb edərkən saxta arayış əsasında miras əmlakı əldə etməsi ilə bağlı qeyd olunmalıdır ki, iddiaçının bu dəlilinə artıq iddiaçılar Cavabdeh, X8, X9 və X4 cavabdehlər İddiaçı və 2 saylı Bakı “Asan xidmət” Mərkəzində Notariat Ofisinə qarşı (üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğvi” tələbinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli Qərarında qiymət verilib və bu halın yenidən sübut edilməsinə zərurət yoxdur.

11. Məhkəmə göstərmişdir ki, iddia tələbində göstərilən dəlillər qanunla nəzərdə tutulmuş hallara aid olmadığından cavabdeh ləyaqətsiz vərəsə hesab edilə bilməz.

12. Məhkəmə gəldiyi nəticəni “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Konsitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarına, Mülki Məcəllənin 337.1, 337.2, 337.3, 337.4, 337.5, 346.1, 346.2, 346.3, 346.4, 1133.1, 1133.2, 1166, 1167, 1137, 1138, 1203, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 81, 82.3, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

16. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

17. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

18. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

19. Maddə 1137. Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir.

30. Kollegiya qeyd edir ki, baxılan mübahisə üzrə qeyd olunan maddənin dispozisiya şərtləri – cavabdehin miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətməsi, yaxud onun son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsi halları müəyyən edilməmişdir.

31. Kollegiya hesab edir ki, iddiaçının bildirdikləri cavabdehi ləyaqətsiz hesab etmək üçün əsas deyil.

32. İddiaçının miras payı tələb edərkən saxta arayış əsasında miras əmlakı əldə etməsi ilə bağlı dəlilinə münasibətdə isə məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçının bu dəlilinə artıq iddiaçılar Cavabdeh, X8, X9 və X4 cavabdehlər İddiaçı və 2 saylı Bakı “Asan xidmət” Mərkəzində Notariat Ofisinə qarşı (üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğvi” tələbinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 22 noyabr 2022-ci il tarixli Qərarında qiymət verilib və bu halın yenidən sübut edilməsinə zərurət yoxdur.

33. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, məhkəmənin qənaəti doğru olmuşdur. Apellyasiya şikayəti formal mülahizələrə əsaslanmışdır.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2004/2024 nömrəli iş üzrə 17 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar