Məhkəmə qərarları › İş №2(103)-4239/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4239/2023

23.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4239/2023 23.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 (xx.xx.1979-cu il doğum tarixli), Bakı şəhəri, Nərimanov rayonu, Hidayətzadə küçəsi, ev 30, 22 nömrəli mənzil dair istifadə hüququnun itirilməsi, Cavabdeh2 (xx.xx.2002-ci il doğum tarixli), Cavabdeh3 (xx.xx.2003cü il doğum tarixli) , X2 ( xx.xx.2011-ci il doğum tarixli) Bakı şəhəri, Nərimanov rayonu, Hidayətzadə küçəsi, ev 30, 22 nömrəli mənzil dair istifadə hüququnun olmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh tərəf elektron kabinet vasitəsilə ərizə təqdim etmiş, Cavabdeh1 mübahisəli Bakı şəhəri, Nərimanov rayonu, Hidayətzadə küçəsi, ev 30, 22 nömrəli mənzilə köçürülməsi barədə qarşılıqlı tələb irəli sürmüşdür. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Cavabdeh1 qərardaddan şikayət verərək ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia vaxtında verilmiş, tərəflər aydın göstərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini geri qaytararkən ilk növbədə həmin ərizənin MPM-in 149.2 və 155.1-ci maddələrinin tələblərinə cavab vermədiyinə istinad etmişdir. MPM-in 154.1-ci maddəsinə görə işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin Məcəllənin 155.1, 155.2-ci maddələrinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Baxılan iş üzrə iddia ərizəsi məhkəməyə xx.xx.2023-ci il tarixdə daxil olmuş, məhkəmənin ilkin hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, cavabdeh Elvida Yaqubzadənin vəkili Vəkil2 məhkəmənin hazırlıq iclası barədə məlumatlı olmuş, iclasda iştirak etmiş, hazırlıq iclası 3 dəfə təxirə salınmış, sonuncu hazırlıq iclasında qarşılıqlı iddia verilmişdir. MPM-in 154.1-ci maddəsinin tələblərinə əsasən qarşılıqlı iddia iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində verilə bilər. Cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamışdır. Bundan əlavə, qanun müddətin keçməsindən sonra qarşılıqlı iddianın verilməsinin mümkünlüyünü xüsusi hallarla şərtləndirmişdir. Qarşılıqlı iddia tələbindən də görünür ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlməmişdir. Bundan əlavə, qarşılıqlı iddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən edilmiş forma və məzmununa əməl edilməmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi qeyd edilən əsaslarla ərizəni geri qaytarmaqda haqlı olmuşdur. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar