Məhkəmə qərarları › İş №2(103)-424/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-424/2021

09.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-424/2021 09.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər X8, Cavabdeh3, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi X7, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili X5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin, 2(003)-422/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçıcavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “özbaşına tikiliyə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Xəzər rayonu, Binə qəsəbəsi, X13 100 kv.m sahədə inşa edilmiş 3 otaqlı evə köçürülməsi və cavabdehlərin həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun tərəfindən 2009–cu ildə 50.000 manat məbləğində pul xərclənərək Bakışəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X13 100 kv.m sahədə 3 otaqlı ev inşa edilmişdir. Cavabdeh1 xx xxxx 2006–cı ildə onun oğlu İdris Xanverdiyevlə rəsmi nikaha daxil olmuş, 2009–cu ildən isə mübahisəli özbaşına tıkiliyə köçərək orda yaşamağa başlamışdır. 2016-cı ildən sonra iddiaçının oğlu Xanverdiyev İdris işləmək üçün Rusiyaya getmiş və geri qayıtmamışdır. xx xxxxxx 2018–ci il tarixdə isə Cavabdeh1 boşanma tələbi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra Cavabdeh1 və onun qardaşı olan Cavabdeh2 oğlu iddiaçının Xəzər rayonu Binə qəsəbəsi, X13 100 kv.m sahədə inşa edilmiş 3 otaqlı evə buraxmamış və evi Cavabdeh3 satmışlar. Evin daşınmaz əmlakın dövlət reyestrində heç bir qeydiyyatı yoxdur. Qeyd edilməlidir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. İddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Bununla bağlı onu da qeyd etmək zəruri hesab edilir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur (180.2). Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 50.000 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin, 2(003)-422/2020 saylı, xx.xx.2020 -ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (Sədirlik edən: Emin Məmmədli). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin, 2(003)-422/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi tamamilə qanunsuz və əsassızdır. İddiaçı tərəfindən tikintisi həyata keçirilən evin satılması ilə bağlı hərəkətlər qanunsuz kimi qiymətləndirilməli və bunun nəticəsində iddiaçıya vurulmuş ziyan ödənilməlidir. Cavabdehdən təqsirli hərəkətlərinə görə vurulmuş ziyanla bağlı çəkilmiş xərclərinin əvəzinin ödənilməsini tələb etməkdə iddiaçı haqlıdır. Məhkəmənin öz qətnaməsində gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. İddiaçının cavabdehlərlə bağışlama müqavilə münasibətlərində olduqlarını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə isə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının tələbinin hüquqi əsasını Mülki Məcəllənin 1096 və 1097-ci maddələri təşkil etdiyindən cavabdehlərin vurulmuş əmlak zərərinə görə deliktdən törəyən məsuliyyət daşımalı olduğu qənaətinə gəlməməkdə birinci instansiya məhkəməsi haqsız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki qanunvericiliyin sadalanmış müddəalarının mənasından göründüyü kimi, mülki hüquq pozuntusu - deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Hazırki mübahisə baxımından isə nəzərə alınmalıdır ki, iddiaçıya məxsus tikilinin qanunsuz olaraq, yəni əvəzi ona ödənilmədən və onunla razılaşdırılmadan satıldığı mübahisə doğurmur. Cavabdehlər özləri də iddiaçı tərəfindən tikiliyə xərc çəkildiyini etiraf etmiş, tikilinin iddiaçının vəsaiti hesabına tikilməsi şahid ifadələri əsasında mötəbər şəkildə sübut olunmuşdur. İşdəki sübutların məcmusuna qiymət verməklə tikilinin satılması nəticəsində iddiaçıya maddi ziyan vurulduğu qəbul edilməlidir. Cavabdehlər tikilini özləri tikdiklərini bildirsələr də məhkəmədə bildirdikləri halları təsdiq edən sübutları təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 106.2-ci maddəsinə görə isə digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Cavabdehlər tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt), yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl nəticəsində İddiaçı tərəfindən tikintisi həyata keçirilən ev cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində satılmışdır. Evin tikintisinə iddiaçı tərəfindən xərc çəkilməsi məhkəməyə təqdim edilmiş mötəbər sübutlarla təsdiq olunmuşdur. Cavabdeh tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, sadəcə şifahi bildirdikləri ilə iddia tələbinə etiraz edilmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən olunan işin faktiki halları ilə İddiaçı tikilmiş tikiliyə xərc çəkdiyi sübuta yetiriləsə də düzgün olmayaraq məhkəmənin tikintiyə istifadə olunan materialın alınması, işçi qüvvəsinin əməyinin ödənilməsi və digər xərclər iddiaçının gələcəkdə həmin vəsaitin qaytarılması ilə bağlı hər hansı qeyd-şərt olmadan xərclədiyi, yəni həmin vəsaitin bağışlama müqaviləsi çərçivəsində iddiaçı və Cavabdeh2 tərəfindən ər-arvadın birgə yaşaması üçün tikilən fərdi yaşayış evinin tikintisinə hədiyyə olaraq xərcləndiyi nəticəsinə gəlməsi qanunsuz və əsassızdır. Heç bir halda tərəflər arasında bağışlama müqaviləsindən irəli gələn münasibət yaranmamış, buna dair iş materiallarında hər hansı mötəbər sübut olmadığı halda iddiaya bağışlama müqaviləsindən irəli gələn münasibətlər çərçivəsində hüquqi qiymət verilməsinə dair məhkəmənin gəldiyi nəticə düzgün olmamışdır. İddiaçı tərəfindən həmin tikiliyə xərc çəkildiyi müəyyən edildiyi halda, cavabdehlərin həmin tikilini sataraq iddiaçıya ziyan vurduğu öz təsdiqini tapdığına görə məhkəmənin gəldiyi qənaət düzgün olmamışdır. Tərəflər arasında hər hansı bağışlama müqaviləsi olmadığına görə məhkəmə nəyə əsasən bağışlama müqaviləsindən irəli gələn normalara istinad etməklə iddia tələbini rədd etdiyini qətnamədə kifayət qədər əsaslandıra bilməmişdir. Mülki Məcəllənin bağışlama müqaviləsinin formasına dair müddəalar müəyyən edən 668.1.1-ci maddəsində isə təsbit edilmişdir ki, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlı hesab edilir. Göründüyü kimi qanunvericilik daşınmaz əşyalara dair bağlanacaq bağışlama müqaviləsinin formasının yazılı şəkildə notariat qaydada təsdiqlənməklə bağlanılmalı olduğunu imperativ qaydada müəyyən edir. Bu mənada, hazırki mübahisə üzrə bağışlama müqaviləsinin söz getmədiyi, tələbin dəymiş maddi ziyanın ödənilməsi olduğu nəzərə alındığında məhkəmənin düzgün nəticəyə gəlmədiyi aşkardır. Məhkəmə tərəfindən iş hərtərəfli, tam və obyektiv araşdırılmamış, iş üzrə İddiaçı xərc çəkərək mübahisəli tikilini tikdirdiyi və həmin tikilinin cavabdehlər tərəfindən satılaraq ona maddi ziyan vurulduğu mötəbər sübutlarla təsdiq edildiyi halda bağışlama müqaviləsinə istinad edərək iddiaçının almış olduğu maddi ziyandan məhrum etmək onun hüquqlarının kobud pozulmasıdır. İddiaçı tərəfindən xərc çəkilib ev tikildiyi və ona məxsus həmin tikilinin satıldığı və əvəzində 15.000 manat pul əldə edildiyi nəzərə alındığında iddiaçının öz əmlakından məhrum olması və hakimin bunu bağışlama müqaviləsinə istinad etməsi tamamilə qanunsuz, əsassız və ədalətsiz nəticədir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etdilər. Kollegiya iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh3, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi M.Dövlətova, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili A.Mirzəzadə iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti iddia tələbi qismən təmin edilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindın görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindın görünür ki, Cavabdeh3 Lerik rayonu, Siyov kəndində qeydiyyatdadır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan portaldan çıxarışdan görünür ki, Cavabdeh2 ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş F-708 saylı, xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, Donuzkökəltmə sovxozunun 27 saylı, xx xxxxx 1998-ci il tarixli əmri ilə Cavabdeh2 Azərbaycan Respublikası Nazirlər Sovetinin xx xxxxxxx 1989-cu il tarixli 521 saylı qərarına əsasən sovxoz həmkarlar komitəsi ilə kollektivi şurasının birgə ümumi iclasının xx xxxx 1994–cü il tarixli 23 saylı qərarı ilə sovxoz fəhlələrinə 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan X14 tərəfindən Bakı şəhəri 31 saylı Notariat kontorunda yazılmış xx.xx.2018-ci il tarixli ərizənin surətindən görünür ki, o, Cavabdeh2 məxsus Bakı şəhəri, Binə qəsəbəsi, Abşeron rayon Donuzkökəltmə sovxozu ünvanında yerləşən 0.03 ha torpaq sahəsinin satılmasna etiraz etmir, razıdır. Gələcəkdə həmin əmlaka dair heç bir iddia və tələb irəli sürməyəcək və heç bir məhkəmə mübahisəsi qaldırmayacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Bakışəhər BPİ-nin İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli, 044-14631M-3219 saylı məktubunun surətindən görünür ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin gəlini X8 və onun qardaşı Cavabdeh2 tərəfindən satılması barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinəünvanladığı müraciətinə Bakı şəhər Baş Polis İdarəsində baxılmışdır. Məktubda deyilir : "Bildiririk ki, aparılan araşdırma zamanı sözügedən ünvanda yerləşən torpaq sahəsinin və onun üzərində inşa edilmiş evin Sizə məxsus olması ilə bağlı müvafiq sənədlərin surətlərinin təqdim edilmədiyi, lakin həmin ünvanda inşa edilmiş fərdi yaşayış evinin tikintisinə dair ayrılmış torpaq sahəsinin Azərbaycan Respublikası Nazirlər Sovetinin xx xxxxxxx 1989-cu il tarixli 521 nömrəli qərarına əsasən Sovxoz Həmkarları komitəsi ilə kollektiv şurasının birgəümumi iclasının xx xxxx 1994-cü il tarixli 23 nömrəli qərarı ilə Cavabdeh2 ayrıldığı müəyyən edilmişdir. Müəyyən edilmişdir ki, oğlunuzun təxminən üç il bundan əvvəl Rusiya Federasiyasına gedərək bir daha geri qayıtmaması səbəbindən gəlininiz K.Məmmədova sözügedən mənzili tərk edərək qardaşının evinə qayıtmış və bundan sonra Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsinin üzərində inşa edilmiş bacısına müvəqqəti istifadə və yaşaması üçün verdiyi fərdi yaşayış evini notarial qaydada satmışdır. Araşdırma nəticəsində müraciətinizdə göstərdiyiniz mülkiyyətinizdə olduğunu qeyd etdiyiniz, lakin yuxarıda qeyd olunan müvafiq sənədlərlə Cavabdeh2 ayrılmış torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin əsassız olaraq sonuncu tərəfindən satılması barədə xüsusatlar təsdiq olunmamışdır." İş materiallarında olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X18 bina 0010, mənzil 1590 ünvanında quraşdırılmış **********01590 saylı abonent kodu üzrə qaz sayğacı Cavabdeh3 adınadır. İş materiallarında olan ünvan 8 ünvanında quraşdırılmış **********03600 saylı abonent kodu üzrə qaz sayğacı Cavabdeh3 adınadır. İş materiallarında olan ünvan 9 ünvanında quraşdırılmış **********01190 saylı abunə kodu üzrə elektrik sayğacı Cavabdeh3 adınadır. İş materiallarında olan məhkəmə bildirişinin surətindən görünür ki, Cavabdeh1 X6 qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, KəmaləXanverdiyeva onun qaynının arvadı olub. İddiaçı onun qaynatasıdır. Mübahisəli evin dam örtüyünü, daha sonra isə kafel və metlax döşəməsini vurmuşdur. Dam örtüyünün vurulmasında İddiaçı də onlara köməklik etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, İddiaçı qardaşının qaynatasıdır. O, Kəmaləni və onun qardaşını tanımır. Evin tikintisini (daş hörgüsünü) usta kimi o özü aparmışdır. Şahab özü də tikintidə köməklik edirdi. O, özü isə daş işi görmüşdür. Mübahisıli evdə 15 gün iş görmüşdür. Hörgüsünü hörmüşdür. hər kv metr üçün 4 manat almışdır. İddiaçı təxminən 7-8 maşın daş və qum almışdır. Onun zəhmət haqqı pulunu Şahab vermişdir. Mübahisəli evin dam örtüyünü onun qardaşı Cavanşır vurmuşdur. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X21 ifadəsində bildirmişdir ki, Cavabdeh1 gəlinləri olub. O, iddiaçının oğlu İdrisin dayısıdır. Mübahisəli evdə dəhlizin lambrini, döşəmə, tavanın alçıpanını vurmuşdur. İki otağın, mətbəxin materialları alınıb gətirilmişdir, lakin kimin tərəfindən aldığını bilmir. Ona heç kim pul verməyib, köməklik məqsədilə etmişdir. Cavanşır orada iş görüb. Zöhrab və Kəmalə tərəfindən materialların alınmasını bilmir. Hüquqi dəyərləndirmə: İş materiallarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin xx xxxxxxx 1989-cu il tarixli 521 saylı qərarına əsasən sovxoz həmkarlar komitəsi ilə kollektiv şurasının birgə ümumi iclasının xx xxxx 1994-cü il tarixli 23 saylı qərarı ilə sovxoz fəhlələrinə 0.08 ha. Həyətyanı torpaq sahəsi verilməsi qərara alınmışdır. Hazırdə mübahisə predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X13 yerləşən 100 kv.m. sahədə inşa edilmiş 3 otaqlı evin yerləşdiyi torpaq sahəsi xx.xx.1998-ci il tarixli, 27 saylı əmrlə Cavabdeh2 verilmişdir. Sonradan həmin torpaq sahəsində yaşayış evi inşa edilmiş və həmin evdə X9 və Cavabdeh1 birgə nikahda olduqları dövrdə yaşamışlar. Daha sonra, onlar arasında nikah pozulmuş və həmin ev Cavabdeh2 tərəfindən Cavabdeh3 satılmışdır. İddiaçı hazırki iddiasında və apellyasiya şikayətində ona istinad edir ki, mübahisəli yaşayış sahəsi iddiaçının oğlu X10 və onun keçmiş həyat yoldaşı Cavabdeh1 yaşaması üçün İddiaçı tərəfindən və onun vəsaiti hesabına inşa edilmiş, Cavabdeh2 həmin evi iddiaçının razılığı olmadan başqa şəxsə satmaqla iddiaçının hüquqlarını pozmuş, ona maddi ziyan vurmuşdur. Birinci instansiya məhkəməsində şahid kimi izahat vermiş şəxslər mübahisəli evin tikintisində İddiaçı də iştirak etməsini, onun tikintidəki işlərə xərc çəkməsini təsdiq etmişlər. Cavabdehlər X8 və Cavabdeh2 nümayəndəsi X7 apellyasiya instansiyası məhkəməsindəki izahatında bildirmişdir ki onlar iddiaçıya 3000 manat pul təklif ediblər. Lakin hazırda 1000-2000 manat verə bilərlər. Kollegiya qeyd edilənlərə əsasən, hesab edir ki, hazırda mübahisələndirilən yaşayış sahəsi həm iddiaçı, həm də cavabdeh tərəfin birgə vəsaiti əsasında ailə qurmuş övladları X8 və X2 yaşaması üçün tikilmişdir. Hər iki tərəfin evin tikintisinə vəsait xərcləməsi birinci instansiya məhkəməsində verilmiş şahid ifadələri və tərəflərin kollegiya iclasında verfikləri izahatlarında öz əksini tapır. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı dindirilmiş şahidlər yuxarıda qeyd edildiyi kimi, iddiaçının evin dam örtüyünü, kafel və metlax döşəməsini vurmasını, evin tikintisinin (daş hörgüsünü) usta kimi iddiaçının aparmasını, iddiaçının təxminən 7-8 maşın daş və qum almasını, ustanın zəhmət haqqı pulunu iddiaçının verməsini və s. bildirmişlər. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya icraatı zamanı cavabdehlərin nümayəndəsi M.Dövlətova və vəkili A.Mirzəzadə iddiaçıya 1000-2000 manat pul ödəməyə razı olduqlarını bildirməklə dolayısı ilə iddiaçının mübahisəli evin tikintisinə vəsait xərcləməsini təsdiq etmişlər. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman mübahisələndirilən məhkəmənin 2(103)-5330/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə, yaşayış sahəsinin 2009-cu ildə tikintisi üçün sərf olunmuş vəsaitin nə qədər təşkil etməsinin müəyyən etilməsindən ötrü iş üzrə kompleks tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. xx xxxxxx 2021-ci il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X13 yerləşən fərdi yaşayış evinin təmir-tikinti işlərinə çəkilmiş xərclərin orta bazar qiymətinin (2009-cu il) 12866.2 manat olması müəyyən edilmişdir. Məhkəmə kollegiyası işin hallarına əsasən qeyd edir ki, mübahisəli yaşayış sahəsinin tikintisinə həm iddiaçı, həm də cavabdeh tərəfin vəsait xərcləməsi müəyyən edilsə də, onlardan hansının dəqiq nə qədər məbləğdə vəsait xərcləməsini müəyyən etmək mümkün deyildir. Belə olan halda, kollegiya hesab edir ki, sözügedən yaşayış sahəsinin tikintisinə xərclənmiş vəsaitin yarısı, cavabdehlər X8 və Cavabdeh2 tərəfindən İddiaçı ödənilməlidir. Həm birinci instansiya məhkəməsində icraat zamanı, həm də işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman işin halları və tərəflərin izahatları əsasında müəyyən edilmişdir ki, sözügedən yaşayış sahəsi cavabdehlər tərəfindən Cavabdeh3 15000 manata satılmışdır. Cavadehlərin nümayəndəsi və vəkili A.Mirzəzadə izahatında sözügedən yaşayış sahəsinin cavabdehlər tərəfindən satılmasını etiraf etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, tikintiyə istifadə olunan materialın alınması, işçi qüvvəsinin əməyinin ödənilməsi və digər xərclər iddiaçının və cavabdehlər Cavabdeh2 gələcəkdə həmin vəsaitin qaytarılması ilə bağlı hər hansı qeyd-şərt olmadan xərclənib. Yəni həmin vəsait bağışlama müqaviləsi çərçivəsində iddiaçı və Cavabdeh2 tərəfindən ərarvadın birgə yaşaması üçün tikilən fərdi yaşayış evinin tikintisinə hədiyyə olaraq xərclənmişdir. Hazırki iddiaya bağışlama müqaviləsindən irəli gələn münasibətlər çərçivəsində qiymət verilməklə iddiaçının sonradan oğlu və gəlini arasındakı nikah münasibətlərinin pozulması həmin pul vəsaitinin geri qaytarılmasına əsas ola bilməz. Kollegiya birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşmayaraq bildirir ki, iddiaçı sözügedən yaşayış sahəsinin inşa edilməsinə vəsait xərclədiyində orada oğlunun və ailəsinin yaşamasına dair gözləntisi olmuşdur. Lakin hal-hazırda onun oğlu X10 həmin evdə yaşamadığından və cavabdehlə olan nikahı pozulduğundan iddiaçı həmin evə xərclədiyi pulu cavabdeh tərəfdən tələb etməkdə haqlıdır. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, evin tikintisinə xərclənmiş vəsaitin hədiyyə kimi qiymətləndirilməsi və hazırki iddiaya bağışlama müqaviləsindər irəli gələn münasibətlər çərçivəsində qiymət verilməsi Mülki Məcəllənin tələblərinə ziddir. Belə ki, Mülki Məcəllənin 668.1.1-ci maddəsinə görə, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Lakin, iş materiallarında hər hansı bağışlama müqaviləsi mövcud olmadığından birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmamışdır. Sadalananlara əsasən, kollegiya qeyd edir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X13 yerləşən fərdi yaşayış evinin tikintisinə sərf olunmuş 12866.2 manat məbləğin ½ hissəsi cavabdehlər X8 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Kollegiya qeyd edilən hallara əsasən hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin, 2(003)-422/2020 saylı, xx.xx.2020 -ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X13 yerləşən 3 otaqlı fərdi yaşayış evinin təmirtikintisinə sərf olunmuş 12866.2 manat məbləğin ½ hissəsi (6433.1 manat) cavabdehlər X8 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın 25 (iyirmi beş) manatı İddiaçı, 25 (iyirmi beş) manatı isə cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin xeyrinə (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X4 kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar