Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4240/2024 08.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov X7 Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 saylı işi üzrə xx.xx.2024-cu il tarixli qərardadından İddiaçı vərəsəsi X2 nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: İddiaçı vərəsələri X3 və X4 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə izah verilməsi barədə ərizə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 saylı işi üzrə xx.xx.2024-cu il tarixli qərardadı ilə təmin edilməmişdir. Qərardadda Mülki Prosessual Məcəllənin 230-cu maddəsinə istinadən qeyd edilmişdir ki, İş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı ünvan 1 ünvanında inşa edilən yaşayış binasında 1-ci qrup əlil kimi mənzil verilməsi məsələsinə baxılması cavabdeh "X6 Cəmiyyəti” İctimai Birliyinə həvalə edilməsi qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsində anlaşılmaz hər hansı məqam yoxdur, məhkəmə aktında məhkəmənin mülki iş üzrə gəldiyi nəticə tam aydın və dəqiq göstərilmiş, qəbul olunmuş qətnamədə anlaşılmayan, həmçinin izaha ehtiyacı olan hər hansı bir hal mövcud olmamışdır. Məhkəmə belə qənaətə gəlir ki, ərizənin təmin ediləcəyi təqdirdə qətnamənin məzmunu dəyişməklə, yəni prosessual qanunvericiliyin pozulması ilə yanaşı, maddi hüquq normalarının da tələbi pozulmuş olur. Belə ki, İddiaçı vərəsələri X3 və X2 ərizəsindən və məhkəmə iclasında verdikləri izahatlarından aydın olur ki, onlar qətnamənin nəticə hissəsinə cavabdehin üzərinə mənzilin verilməsi öhdəliyinin qoyulması yönümlü izahın verilməsini xahiş edirlər. Apelyasiya şikayəti, etiraz, məhkəmənin mövqeyi: İddiaçı vərəsəsi X2 nümayəndəsi Vəkil2 şikayət verərək, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-4241/2024-079 saylı qərardadının ləğv edilməsini və şikayətin təmin edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyası 38, 43; Azərbaycan Respublikası “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 31; Mülki Prosessual Məcəlləsinin 220.1, 230-cu maddələrinə; “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4241/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnamənin qət etdi hissəsində “mənzilin verilməsi məsələsinə baxılması ifadəsində qeyri-dəqiqliyə və anlaşılmazlığa yol verilmişdir. İcra məmuru və Cavabdeh qətnamənin qət etdi hissəsində “mənzilin verilməsi məsələsinə baxılma ifadəsində qeyri-müəyyənlikdən sui-istifadə edərək qətnamənin icrasından yayınır, onlar iddia edir ki, məhkəmə sadəcə onların üzərinə mənzilin verilmə məsələsinə baxılması öhdəliyi qoyub, ancaq mənzilin verilməsi öhdəliyini qoymayıb. Buna sübut olaraq Nərimanov rayon İcra Şöbəsinin “İcraata xitam verilm barədə” xx.xx.2023-cü il tarixli qərarını göstərmək olar. Bakı Şəhəri Nərimanov Rayon Məhkəmisin 2(005)-4241/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi qəbul edildikdən sonra “Azərbaycan Gözdən Əl Cəmiyyəti” İctimai Birliyi tərəfindən əlillər üçün mənzil tikintisi sifarişi verilmiş, hətta növbəsiz olaraq da 1-ci qrup gözdən əlillərə mənzil verildiyi barədə məlumat mövcuddur. Eyni zamanda, tələbkar İddiaçı Azərbaycan Respublikasında 42 il stajı olan əmək vetranı olmuşdur. 09 sentyabr 1988-ci ildən işlədiyi müəsisə olan Bakı şəhəri, İcraiyyə Komitəsinin Yaşıllaşdırma Trestində mənzil növbəsinə götürülmüşdür. Sonradan ev növbəsi Bakı şəhəri, Sabunçu İcra Hakimiyyəti köçürülmüşdür. 33 ildən çoxdur ki, mənzil növbəsində olmaqla eyni zamanda Azərbaycan Gözdən Əlillər Cəmiyyəti üzvü olmuşdur. Tələbkarın vərəsələri kimi ərizəçilər 1905-ci ildə inşa edilmiş, istismar müddəti başa çatmış mənzildə yaşayırlar. Bu barədə FHN-nin müvafiq arayışı da mövcuddur. Hazırki iş üzrə Nərimanov Məhkəməsi qeyd olunan maddəni işə tətbiq etməli olduğu halda hazırki işin taktiki hallarına səthi yanaşmış, qeyd olunan maddəni tətbiq edərək ərizəni təmin etməli olduğu halda bunu etməmişdir. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru və iddiaçı tərəfindən məhəkəmə qətnaməsinə izah verilməsi üçün bir neçə dəfə müraciət edilmişdir və bu tərəflər arasında mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmadığına dəlalət edir. Qətnamə mahiyyətcə düzgün olsa da, nəticə hissəsində qeyri-müəyyənliyə yol verilərək cavabdehin üzərinə qoyulan öhdəlik dəqiq müəyyən edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışının hədləri, müəyyən edilən hallar, tətbiq edilən hüquq və Mülki Kollegiyanın mövqeyi: Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. İddiaçı vərəsəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək, işə məhkəmə iclasında baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinə əsasən işə məhkəmə iclasında baxılması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230-cu maddəsinə əsasən: 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır; 230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir; 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir. “İcra haqqında” Qanunun 14-cü maddəsinin tələblərinə görə icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 14, 15, 77, 88, 230, 267-269, 371, 372, 385, 387, 395, 397-ci maddələrinə əsasən ,birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, qərardadın dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Belə ki, şikayətin əsaslarını qətnamə ilə iddiaçıya “mənzil verilməsi məsələsinə baxılması”nın cavabdehə həvalə edilməsi ifadəsində mənzilin verilməsi öhdəliyini qoyulmaması əsası ilə, qeyri-müəyyənlikdən suiistifadə edilərək qətnamənin icrasından yayınma təşkil edir. Qanunvericilik qətnamənin məzmununu dəyişdirmədən izah edilməsi mümkünlüyünü müəyyən edir. Müzakirə edilən qətnamə ilə məhz “mənzilin verilməsi məsələsinə baxılması”nın cavabdehə həvalə edilməsi müəyyən edilmişdir və bu məzmuna genişləndirici izah verilməsi qanunvericiliklə yolverilməyən qətnamənin məzmunun dəyişməsinə xidmət etmiş olur. İzah edilməlidir ki, vərəsələrin mənzil hüquqlarının təmin edilməsi ilə bağlı müvafiq müraciət (müdafiə) hüquqları yalnız bu qətnamə ilə (onun icrası ilə) məhdudlaşmır və onlar hüquqlarının təmin edilməsi üçün digər hüquqi prosedur vasitələrindən, o cümlədən məhkəmə müdafiə hüququndan istifadə edə bilərlər. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən, şəxsin məhkəmə müdafiə hüququnun təmin edilməsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçı vərəsəsi X2 nümayəndəsi Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 saylı işi üzrə xx.xx.2024-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-4240/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4240/2024
08.07.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver