Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4241/2022 16.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(004)-5763/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, "xxxx" firması ilə cavabdeh arasında bağlanılmış xx.xx.2015-ci il tarixli **********588 15/SİM saylı sonrakı ipoteka müqaviləsinin ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 16100,5 kv.m olan 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin iddiaçının istifadəsində olan 296 kv.m qeyriyaşayış sahəsinin ipotekaya qoyulması hissəsində etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" firması ilə "xxxx" ASC arasında xx.xx.2013-cü il tarixində bağlanılmış kredit xətti müqaviləsinə əsasən, bank firmaya illik 16 faiz ödənilməsi şərti ilə 60 ay müddətinə ******* manat məbləğində kredit vermiş, sonradan kredit xətti müqaviləsinə edilmiş əlavələrlə kreditin məbləği artırılaraq 14 000 000 manat təşkil etmişdir. Bundan sonra tərəflər arasında xx.xx.2015-ci il tarixdə sonrakı ipoteka müqaviləsi bağlanmış, "xxxx" firmasına məxsus Nərimanov rayonu S.Vurğun küçəsi 120 ünvanda yerləşən 0,2704 ha torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, ümumi sahəsi 16100,5 kv.m, faktiki isə 8 mərtəbə 20684 kv.m təşkil edən qeyri-yaşayış binası ipotekaya qoyulmuş, göstərilən əmlaka ipoteka hüququnun qeydiyyata alınmasına dair Cavabdeh-ə AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən xx.xx.2015-ci il tarixli çıxarış verilmişdir. İpoteka müqaviləsi iddiaçının hüquqlarının pozulması ilə bağlanmışdır. Belə ki, ipoteka müqaviləsi bağlanmamışdan əvvəl, yəni xx.xx.2010-cu il tarixdə iddiaçı ilə "xxxx" firması arasında barter müqaviləsi bağlanılmış, müqavilənin 1.1-ci bəndinə əsasən xx.xx.2008-ci il tarixli müqaviləyə görə, onun qoyduğu sərmayənin "xxxx" firmasına verilməsi müqabilində firma öz növbəsində ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binasının 3-cü mərtəbəsində 10 saylı 296 kv.m-lik ticarət sahəsini ona vermişdir. Cavabdeh qanunvericiliyin tələblərini pozmuş, kredit vəsaiti verərkən və əmlakı ipotekaya qəbul edərkən əmlakın digər şəxslərə məxsus olmasını və əmlaka dair məhkəmə mübahisəsinin olub-olmamasını yoxlamamışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(004)- 5763/2021 saylı qətnaməsi ilə (hakim Təhminə Xəlilova) iddia təmin olunmamışdır. İddiaçı məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia ərizəsinin təmin olunması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin qətnamənin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını, hüquqlarının pozulmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini əsassız sayaraq, təmin olunmamasını xahiş etmiş, izahatında göstərmişdir ki, qanuni qüvvədə olan məhkəmə qərarları mübahisəli məsələlərə hüquqi qiymət verilmiş, iddiaçının iddia etdiyi əmlakın ipoteka qoyulması zamanı Cavabdeh-nin vicdanlı olması, ipotekanın qanuni olması və s. müəyyən olunmuşdur. Bununla yanaşı, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüquqları da mövcud deyildir. Çünki, Bakı Apelyasiya Məhkəməsinin 17 mart 2015-ci il tarixli, 2(103)-1341/2015 saylı qətnaməsi ilə iddiaçının ipoteka qoyulmuş əmlakla bağlı iddia tələbi təmin olunmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanmalıdır. Hazırki iddia tələbi ilə bağlı müəyyən edilməli olan hallar aşağıdakılardır: - iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüquqlara malik olub-olmaması, yəni ipoteka predmeti olan daşınmaz əmlak üzərində hər hansı əmlak (əşya) hüquqlarına malik olub-olmaması, ipoteka müqaviləsinin onun hüquq və vəzifələrinə toxunubtoxunmaması və s. - Qeyd edilən halların mövcudluğu müəyyən olunduğu təqdirdə ipoteka müqaviləsinin iddia tələbində göstərilən əsaslarla etibarsız sayılması üçün əsasların mövcudluğu, nəhayət ipoteka müqaviləsi bağlanan zamanı ipoteka saxlayanın (cavabdehin) vicdanlı olub-olmamasıdır. Məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi qanunla ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, «Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. «L.İ.Binnətovanın şikayəti üzrə» Azərbayjan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. İşin qeyd edilən ilkin hallarının müəyyən olunmaması sonrakı tələblərin yoxlanılmasını istisna edir. Məhkəmə kollegiyası qeyd edilən halların mövcudluğunu ardıcıllıqla yoxlamağı (araşdırmağı) zəruri hesab edir. Bununla yanaşı, işdə olan qanuni qüvvəsini almış məhkəmə qərarlarının preyudisial əhəmiyyəti, həmin məhkəmə aktları ilə müəyyən olunmuş halların mövcudluğu da nəzərə alınmalıdır. İşdən görünür ki, iddiaçı daha əvvəl X7, "xxxx" MMC, "xxxx" MMC, X1, X2 qarşı “öhdəliyin icrasının tələb edilməsi, müqavilənin etibarsız hesab edilməsi və pul tələbinə dair” iddia ilə məhkəməyə müraciət edərək, verdiyi ******* ABŞ dollarının bir hissəsinin əvəzi olaraq iddiaçıya verilməli olan "xxxx" MMC ilə X1 arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilədə göstərilən Binəqədi rayonu, 6-cı mkr., H.Babaşov ünvanında yerləşən yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 64 saylı, 3 otaqlı mənzilin ona təhvil verilməklə həmin mənzilə onun istifadə və sahiblik hüququnun tanınması, "xxxx" MMC ilə X1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilədə göstərilən Binəqədi rayonu, 6-cı mkr., H.Babaşov ünvanında 1 bloklu yaşayış binasının 10-cu mərtəbəsində yerləşən 73 saylı, 3 otaqlı mənzilin ona təhvil verilməklə həmin mənzilə onun istifadə və sahiblik hüququnun tanınması, "xxxx" MMC ilə X3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilədə göstərilən Binəqədi rayonu, 6-cı mkr. H.Babaşov ünvanında 1 bloklu yaşayış binasının 12-ci mərtəbəsində yerləşən 93 saylı, 4 otaqlı mənzilin ona təhvil verilməklə həmin mənzilə onun istifadə və sahiblik hüququnun tanınması, "xxxx" firması ilə iddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavilədə göstərilən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının 3-cü mərtəbəsində 10 saylı, 296 kv.m-lik ticarət sahəsinin ona təhvil verilməklə həmin sahəyə istifadə və sahiblik hüququnun tanınması, ödədiyi ******* ABŞ dollarından yuxarıda göstərilən əmlakların dəyəri çıxılmaqla X5 ona borclu qaldığı 432369 ABŞ dolları pulun X4 tutulub verilməsi, bu tələblərin təmin edilməsi mümkün olmadıqda ******* ABŞ dollarının X4 və "xxxx" Firmasından müştərək qaydada tutularaq ona ödənilməsi, X4 və "xxxx" Firmasından müştərək qaydada əldən çıxmış fayda kimi vurulmuş maddi ziyanın əvəzi olan 500000 ABŞ dolları və mənəvi ziyana görə 200000 ABŞ dolları tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 sentyabr 2013-cü il tarixli, 2(001)- 590/2013 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" firması ilə İddiaçı arasında bağlanmış 30 yanvar 2010-cu il tarixli barter müqaviləsində göstərilən Bakı şəhəri, ünvan 2-də yerləşən "xxxx" firmasına məxsus obyektin 3-cü mərtəbəsindəki ticarət mərkəzindən 10 saylı, 296 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi, həmin sahəyə İddiaçı sahiblik və istifadə hüququnun tanınması, İddiaçı tərəfindən ödənilmiş ******* ABŞ dollarından yuxarıda göstərilən qeyri-yaşayış sahəsinin dəyəri çıxıldıqdan sonra yerdə qalan 741681 ABŞ dollarının və vurulmuş maddi ziyana görə 300000 ABŞ dollarının, cəmi ******* ABŞ dollarının ödəmə günü Azərbaycan manatına məzənnə ilə pulun cavabdeh X4 alınaraq İddiaçı verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 17 mart 2015-ci il tarixli, 2(103)-1341/2015 saylı qətnaməsi ilə cavabdehlər "xxxx" firmasının və X5 apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-590/2013 saylı mülki iş üzrə qəbul etdiyi 20 sentyabr 2013-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə (yəni iddianın qismən təmin edilməsi və cavabdeh "xxxx" firması ilə İddiaçı arasında bağlanmış 30 yanvar 2010-cu il tarixli barter müqaviləsində göstərilən Bakı şəhəri, ünvan 2-də yerləşən "xxxx" firmasına məxsus obyektin 3-cü mərtəbəsindəki ticarət mərkəzindən 10 saylı, 296 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi, həmin sahəyə İddiaçı sahiblik və istifadə hüququnun tanınması, İddiaçı tərəfindən ödənilmiş ******* ABŞ dollarından yuxarıda göstərilən qeyri-yaşayış sahəsinin dəyəri çıxıldıqdan sonra yerdə qalan 741681 ABŞ dollarının və vurulmuş maddi ziyana görə 300000 ABŞ dollarının, cəmi ******* ABŞ dollarının ödəmə günü Azərbaycan manatına məzənnə ilə pulun cavabdeh X4 alınaraq İddiaçı verilməsi hissəsində) dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 avqust 2015-ci il tarixli, 2(102)- 3413/2015 saylı qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 17 mart 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə iştirak etməyə cəlb edilməmiş, məhkəmə aktı ilə maraqlarına toxunan ASC “Xalq” Bankının müraciətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təqdimat vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13(102)- 2/2021 saylı 30 aprel 2021-ci il tarixli qərarı ilə təqdimat təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 avqust 2015-ci il tarixli 2(102)-3413/2015 saylı qərarı və Bakı Apelyasiya Məhkəməsinin 17 mart 2015-ci il tarixli 2(103)-1341/2015 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sonda, Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 30 avqust 2021-ci il tarixli, 2(103)-7096/2021 saylı qətnaməsi ilə cavabdeh X5 apelyasiya şikayəti təmin edilməmiş, cavabdeh "xxxx" MMC-nin apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 sentyabr 2013-cü il tarixli, 2(001)-590/2013 saylı qətnaməsi qismən - cavabdeh "xxxx" firması ilə İddiaçı arasında bağlanmış 30 yanvar 2010-cu il tarixli barter müqaviləsində göstərilən Bakı şəhəri, ünvan 2-də yerləşən "xxxx" firmasına məxsus obyektin 3-cü mərtəbəsindəki ticarət mərkəzindən 10 saylı, 296 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi, həmin sahəyə İddiaçı sahiblik və istifadə hüququnun tanınması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən ödəniş günü Azərbaycan manatının rəsmi məzənnəsinə uyğun olaraq ******* ABŞ dolları məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət olunmuşdur (qeyd edilən qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 14 mart 2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış, İddiaçı kassasiya şikayəti təmin olunmamışdır). Göründüyü kimi, İddiaçı hazırki iddia tələbinin əsası kimi istinad etdiyi, yəni onunla "xxxx" firması ilə arasında bağlanmış 30 yanvar 2010-cu il tarixli barter müqaviləsində göstərilən Bakı şəhəri, ünvan 2-də yerləşən "xxxx" firmasına məxsus obyektin 3-cü mərtəbəsindəki ticarət mərkəzindən 10 saylı, 296 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsi üzərində hüquqlarının mbvcud olması, həmin əmlakın əsassız olaraq cavabdehə ipoteka qoyulması və s. bu kimi dəlilləri əsassız olmaqla, ipoteka müqaviləsinin etibarsız olması üçün qanuni əsas təşkil etmir. Yuxarıda da qeyd edildiyi kimi iddiaçınnı qanuni qüvvədə olan məhkəmə qərarı ilə həmin əmlakla bağlı tələbi (cavabdeh "xxxx" firması ilə İddiaçı arasında bağlanmış 30 yanvar 2010-cu il tarixli barter müqaviləsində göstərilən Bakı şəhəri, ünvan 2-də yerləşən "xxxx" firmasına məxsus obyektin 3cü mərtəbəsindəki ticarət mərkəzindən 10 saylı, 296 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi, həmin sahəyə İddiaçı sahiblik və istifadə hüququnun tanınması) rədd edilmişdir. Qeyd edilən məhkəmə qərarı ilə (Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 30 avqust 2021-ci il tarixli, 2(103)-7096/2021 saylı qətnaməsi) müəyyən olunmuşdur ki, barter müqaviləsi bağlanarkən qeyri-yaşayış sahəsi üzərində "xxxx" firmasının hüquqları qeydə alınmamışdır. Sonuncu yalnız xx.xx.2010-cu ildə həmin Ticarət Mərkəzi barəsində hüquqlarını qabaqcadan qeydə aldıraraq, xx.xx.2010-cu ildə həmin mərkəzi ipoteka ilə yüklü etmişdir. Belə olan halda "xxxx" firması xx.xx.2010-cu il tarixdə barter müqaviləsi ilə Ticarət Mərkəzindəki 296 m2 qeyri-yaşayış sahəsini əldə etdiyi sərmayə müqabilində iddiaçıya verə bilməzdi. Eləcə də nəzərə almaq lazımdır ki, ASC “Xalq” Bankına münasibətdə daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuşdur və bank əmlakı vicdanlı əldə etmişdir (ipotekaya götürmüşdür). Qətnamənin həmin hissədə qüvvədə qalması Mülki Məcəllənin 140 və 271.1-ci maddələrinin tələbləri baxımından yüklülük hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ipoteka saxlayanın - ASC “Xalq” Bankın məhdud əşya hüquqlarının pozulmasının davam etməsinə gətirib çıxara bilər. MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. MPM-nin 233.3.-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülkihüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Beləliklə, işin hallarından və qanuni qüvvədə olan məhkəmə aktlarından göründüyü kimi, iddiaçının cavabdehə qarşı hazırki iddia tələbini irəli sürməkdə müvafiq subyektiv (tələb) hüquqları mövcud deyildir. İddiaçı ipoteka qoyulmuş mübahisəli əmlakın mülkiyyətçisi olmamaqla yanaşı, onun üzərində hər hansı əmlak (əşya) hüquqlarına da malik deyildir. Eyni zamanda, məhkəmə qərarı ilə “Xalq” Bank” ASC-nin mübahisəli əmlakı vicdanlı olaraq əldə etməsi (ipotekaya götürməsi) də müəyyən olunmuşdur (bu hal hazırki iddianın qanuni həll baxımından artıq əhəmiyyət kəsb etmir, çünki yuxarıda da qeyd edildiyi kimi iddiaçının hazırki vaxtda ümumiyyətlə ipoteka müqaviləsini mübahisələndirməkdə subyektiv hüququ müəyyən olunmur). Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (Mülki Məcəllənin 389, 390 və s. maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 337-354-cü maddələrində əqdlərin etibarsızlığının anlayışı və hansı hallar nəticəsində bağlanmış əqdin etibarsız sayılması üçün əsaslar konkret olaraq göstərilmişdir. MM-in 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Göründüyü kimi, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. İddiaçı isə mübahisələndirilən əqdin etibarsızlığı əsas ola biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, bu istiqamətdə tələblərinin əsası kimi istinad etdikləri halları əsaslandıra bilməmişlər. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İddiaçının özünün izahatı isə iddianın əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası formal mülahizələrə söykənən apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(004)-5763/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(004)-5763/2021 qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4241/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4241/2022
16.08.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver