Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4243/2021 20.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma" tələbinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(001)-3595/2019 saylı qərardadından iddiaçının nümayəndəsi X5 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nəsimi küçəsi, 4 saylı evin 6 saylı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Nəsimi küçəsi 4 saylı evin 6 mənzilini 1991-ci ildə həmin mənzilin keçmiş sahibi X1 15.200.000 AZM ödəməklə alqı-satqı yolu ilə almışdır. Həmin tarixdən mənzil iddiaçının qanuni istifadəsindədir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.1997-ci il tarixli, 2- 269/1997 nömrəli qətnaməsi ilə X2 iddiaçıya qarşı Bakı şəhəri Binəqədi rayonu Nəsimi küçəsi 4 saylı evin 6 saylı mənzilindən çıxarılmasına dair iddiası rədd edilmiş, qarşılıqlı iddia təmin edilməklə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Bakı şəhəri Binəqədi rayonu Nəsimi küçəsi 4 saylı evin 6 saylı mənzilinə dair X2 adına verilmiş xx.xx.1997-ci il tarixli 061156 saylı qeydiyyat vəsiqəsi etibarsız hesab edilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli, 2-1458/2001 nömrəli qətnaməsi ilə iddia təmin edilərək cavabdeh X2 Bakı şəhəri Binəqədi rayonu Nəsimi küçəsi 4 saylı evin 6 saylı mənzilinə olan hüquqları itirilmiş hesab edilmişdir. Mənzil dövlət mülkiyyətinə qaytarıldıqdan sonra İddiaçıla və ya hər hansı bir şəxslə kirayə müqaviləsi bağlanmamış, Rusiya Federasiyasının vətəndaşı olan İddiaçı 2002-ci ildən Azərbaycan Respublikasına gəlmir, həmin mənzildə yaşamır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 iddiaçıya və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və qeydiyyata alınma tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən X6 tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri yuxarı instansiya məhkəmələri tərəfindən təmin edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-8356/2018 saylı qətnaməsi ilə X3 cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı iddiası təmin edilərək X3 Bakı şəhəri, Binəqədi rayonu, Nəsimi küçəsi, 4 saylı evin 6 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Məhkəmə qətnamələri ilə iddiaçının sözügedən mənzili alqı-satqı yolu ilə aldığı H.A.İsmayılovun, eləcə də Cavabdeh həmin mənzildən istifadə hüququnun yaranmadığı müəyyən edilmişdir. Göyçay rayonunda yaşamış Cavabdeh ailə qurduqdan sonra ünvan 1 ünvanda yaşamışdır. Lakin son dövrlərdə cavabdeh iddiaçının mənzilindən könüllü çıxıb getmir, üstəlik həmin mənzildə qeydiyyatda olan X3, yəni iddiaçının nümayəndəsi olaraq onun yaşamasına imkan vermir. Qanuni istifadəsində olan mənzilin özəlləşdirilməsi üçün iddiaçı bacısı olaraq ona xx.xx.2015-ci il tarixli etibarnamə vermişdir. O, mənzilin xüsusi mülkiyyət hüququ ilə dövlət reyestrində qeydiyyata alınması üçün aidiyyəti üzrə ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarədən mütəxəssislər ünvan gələrək mənzilə baxış keçirmək istəmiş, lakin Cavabdeh mütəxəssislərə mənzilə baxış keçirərək müvafiq ölçü işləri aparmalarına maneçilik törədir. Bu səbəbdən də iddiaçı mənzilini özəlləşdirə bilmir. Həmçinin cavabdeh ruhi cəhətdən xəstə olan qardaşını məhkəmədə iddiaçıya qarşı əsassız iddia qaldırmağa məcbur etmişdir. Cavabdeh iddiaçının qanuni istifadəsində olan mənzildən heç bir istifadə hüququ olmadığı halda könüllü çıxmadığı üçün onun mənzildən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməlidir. Ona görə də Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Nəsimi küçəsi 4 saylı evin 6 saylı mənzildən çıxarılmasına dair qətnamə çıxarılmasın xahiş edir. Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, iddiaçının və onun nümayəndəsinin doğma bacısıdır. Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Nəsimi küçəsi 4 saylı evin 6 saylı mənzili onun valideynləri tərəfindən əldə olunmuş, Rusiya Federasiyasının vətəndaşı olan qardaşı İddiaçı isə 2002-ci ildən Bakı şəhərinə gəlmir, bu mənzildə yaşamır, bu mənzildə qeydiyyatda deyildir. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nəsimi küçəsi, 4 saylı evin 6 saylı mənzili dövlət mülkiyyətində olduğundan iddiaçının onu həmin mənzildən çıxarmaq hüququ yoxdur. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. İddiaçının nümayəndəsi həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı şikayət verərək qərardadın ləğv olunmasını və apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunması barədə ərizəsinin təmin olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının adından məhkəmədə bütün hərəkətləri etibarnamə ilə nümayəndəsi S.A.Məmmədova etmiş, həmçinin qətnaməni imza etməklə 2019-cu ilin may ayında almışdır. İddiaçının özü qətnaməni həmin dövrdə almamışdır. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1.-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3.-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1.-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.2.-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Həmin məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. İşin tədqiq edilmiş hallarına əsasən, iddiaçının İddiaçı nümayəndəsi tərəfindən imzalanan ərizədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-3595/2019 saylı qətnaməsinin iddiaçı tərəfindən alınmaması səbəbindən apellyasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətin buraxılması qeyd olunsa da, mülki işin sənədlərindən müəyyən olunur ki, iddiaçının etibarnamə verdiyi bacısı, yəni hazırkı ərizəni və apellyasiya şikayətini imzalayan nümayəndəsi S.A.Məmmədova 2019-cu ilin may ayında rəsmi qaydada imzalamaqla həmin məhkəmə aktını almış, xx.xx.2019-cu il tarixdə məkəməyə müraciət edərək təqdim etdiyi sənədləri rəsmi qaydada geri götürmüş, xx.xx.2020-ci il tarixdə özünün iş üzrə maraqlı şəxs qismində tanınmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Baxılan iş üzrə iddiaçının şikayətində qeyd edilən hallar qərardadın ləğvi üçün əsas deyil. Belə ki, ərizəni və apellyasiya şikayətini imzalayan, məhkəmə aktını rəsmi qaydada 2019-cu ilin may ayında alan, iddiaçını etibarnaməyə əsasən təmsil edən nümayəndəsi S.A.Məmmədova xx.xx.2020-ci il tarixdə, yəni 1 il 6 aydan çox vaxt keçdikdən sonra apellyasiya şikayətini məhkəməyə təqdim etmiş, buraxılmış müddətin üzürlü hesab edilməsi üçün əsas ola biləcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(001)- 3595/2019 saylı iş üzrə qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4243/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4243/2021
20.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver