Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4243/2025 01.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 və qeyrilərinə qarşı işi üzrə Açar sözlər: (“mənzilə köçürülmə”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı, Cavabdeh3, Cavabdeh2 nümayəndəsi Vəkil2 iştirakı ilə,İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “ azyaşlı övladı ilə birgə fərdi yaşayış evinə köçürülmə” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-364/2025 saylı işi üzrə 11 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı (iddia tələbinin dəqiqləşdirilməsi barədə) ərizə ilə məhkəməyə müraciət edərək, 2016-cı ildə birgə nikah dövründə aldıqları əsaslı təmir edilərək iki otaq artırdıqları Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O. Şabanov küçəsi 100 saylı fərdi yaşayış evinə azyaşlı övladı Cavabdeh2 Zaur oğlu ilə birgə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-364/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iş üzrə ödənilmiş dövlət rüsumunun cavabdehlərə aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 152.2, 152.3, 152.5, 157.4, 157.8, 180.1, 180.2; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1; Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 4.11, 4.16; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 107, 119, 217.3, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh3 ilə X4 arasında 19 noyabr 2010-cu il tarixdə rəsmi nikah bağlanmış və iddiaçı Suraxanı rayonu, Günəşli qəsəbəsində yerləşən mənzilə gəlin köçmüşdür. Birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (özbaşına tikili) əldə edilmiş və həmin fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsi X7 ilə Cavabdeh2 arasında bağlanmış, lakin notarial qaydada təsdiq olunmamışdır. İş üzrə tərəflər 2010-2023-cü illər aralığında nikahda olmuşlar. Tərəflər həmin fərdi yaşayış evinə köçdükdən sonra orada təmir–tikinti işləri aparmışlar. Həmin evdə aparılmış təmir-tikinti işlərinə iddiaçı və onun qohumları tərəfindən pul vəsaiti qoyulmuşdur. Tərəflər xx.xx.2010-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar və birgə nikahdan üç övladları xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü Cavabdeh2 Zaur oğlu doğulmuşdur. 2016-cı ildə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi O.Şabanov küçəsi ev 100 ünvanında yerləşən fərdi yaşayış evi faktiki olaraq əldə edilmiş və həmin fərdi yaşayış evinə dair qeyri-rəsmi alqı-satqı müqaviləsi X7 ilə Cavabdeh2 arasında bağlanmış, lakin notarial qaydada təsdiq olunmamışdır. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş Fiziki və hüquqi şəxslərin mülkiyyətinə aid əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəli isə Cavabdeh3 adına sənədləşdirilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi O.Şabanov küçəsi ev 100 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdehin valideyni tərəfindən tərəflərin birgə nikahda olduqları dövrdə faktiki olaraq əldə olunması və 2016-cı ildən ər-arvadın həmin evdə yaşaması işin mübahisəsiz halıdır. İş üzrə tərəflər 2010-2023-cü illər aralığında rəsmi nikahda olmuşlar. Tərəflər fərdi yaşayış evi faktiki əldə olunduqdan sonra həmin fərdi yaşayış evinə köçmüş və orada uzun müddət yaşayaraq təmir–tikinti işləri aparmışlar. Həmin evdə aparılmış təmir-tikinti işlərinə iddiaçı və onun qohumları tərəfindən pul vəsaiti qoyulmuşdur. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır. Hazırkı halda iddia tələbləri üzrə sübut etmə yükü hər iki tərəfin üzərinə düşür. İddiaçı tərəf mübahisəli evin onun qaynatası tərəfindən əldə edilməsini qeyd etmiş və cavabdeh tərəf məhkəmədə bu halı mübahisələndirməmişdir. Lakin iddiaçı evin faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin ər-arvadın birgə nikah dövründə əldə olunduğunu iddia etsə də, bununla bağlı hər hansı sübütü məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəf həmin fərdi yaşayış evinin əldə olunan zaman yararsız olduğunu, ev alındıqdan sonra orada təmir bərpa işlərinin aparıldığını, həmçinin sonradan əlavə olaraq iki otağın tikilməsini, o cümlədən evin tikilməsi üçün iddiaçının xalasından 1200 manat pul vəsaitinin alınmasını qeyd etmişdir. İşin mübahisəsiz halından müəyyən olunur ki, mübahisəli fərdi yaşayış evi özbaşına tikili olsa da, cavabdehin valideyni tərəfindən evin faktiki əldə olunmasına vəsait sərf olunmuş, tərəflər həmin fərdi yaşayış evində 2016-cı ildən 2022-ci il tarixə kimi yaşamış, birgə təsərrüfat apararaq orada tikinti və təmir bərpa işləri aparmışlar. Mübahisəli fərdi yaşayış evi özbaşına tikili hesab olunsa da, hal-hazırda maddi dəyər kimi mövcuddur və tərəflər arasında nikah pozulması səbəbindən iddiaçı həmin evin faydalı xassələrindən istifadə etmək imkanından məhrum olmuş və bu hal onun iradəsindən asılı olmayan səbəblərdən baş vermişdir.
2. Birinci instansiya məhkəməsi icraatı zamanı müəyyən edilmişdir ki: - Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən, Cavabdeh3 ilə X4 arasında nikah xx.xx.2023-cü il tarixdə ləğv edilmişdir; - xx.xx.2024-cü il tarixli ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən İddiaçı (nümayəndə X2) mediasiya şurasında xx.xx.2024-ci il tarixdə 11:00 saatlarına təyin olunmuş iclasda iştirak etmiş və İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair, 10 manat isə poçt xidmətlərinə dair xərc ödəmişdir ; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətinə əsasən, Cavabdeh3 ünvan 2 ünvanında qeydiyyatdadır ; - Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş Fiziki və hüquqi şəxslərin mülkiyyətinə aid əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəlindən müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən, Cavabdeh3 mülkiyyətində olan yaşayış evinin AZ.R.Nazirlər Kabinetinin 28 iyun 1999-cu il tarixli 110№-li (11.07.02.-ci il, №110, 20.02.06-cı il, №55 09.09.06-cı il, №192 və xx.xx.2006-cı il, №275 əlavə dəyişikliklər) qərarı ilə təsdiq edilmiş cədvəllərə əsasən hesablanmış obyektlərin invertar dəyəri manatla 23696 manatdır; - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-171/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən müəyyən olunur ki, iddia qismən təmin edilmiş, Cavabdeh3 ilə X4 arasında 19 noyabr 2010- cu il tarixdə Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsində 1897 nömrə ilə qeydə alınmış nikahın pozulması, Cavabdeh3 ilə X3 birgə nikahlarından doğulmuş 20 dekabr 2011-ci il təvəllüdlü X8 və 31 dekabr 2012-ci il təvəllüdlü X9 boşanmadan sonra ataları Cavabdeh3, 05 noyabr 2016-cı il təvəllüdlü Cavabdeh2 Zaur oğlu isə anası X3 yanında qalması qət edilmişdir; - Şahid2 ifadə verərək bildirmişdir ki, İddiaçı onun bacısı qızıdır. O 2010-cu ildə Cavabdeh3 ilə nikaha daxil olmuş və qaynatasına məxsus evə gəlin köçmüşdür. 2016-cı ildə ev alınması məqsədilə ondan pul istəmişlər və o, 3000 manat pul vəsaiti vermişdir. Bundan əlavə o uzun müddət bacısı qızının yanında yaşamış, uşaqlara baxmaqda ona köməklik göstərmişdir. Fərdi yaşayış evində yenidən qurma işləri aparılmasında, yenidən iki otağın artırılmasında iştirak etmişdir; - Şahid1 ifadə verərək bildirmişdir ki, iddiaçı onun həyat yoldaşının xalası qızıdır. Zaur ona bildirmişdir ki, atası ev almaq niyyətindədir və buna görə ona pul vəsaiti lazımdır. O, Günelin anasından qalan qızılları 500 manata satmış və ümumilikdə Zaura evin alınması üçün 3000 manat pul vəsaiti vermişdir. Zaur ona bildirmişdir ki, həmin ev 26000 manata alınmışdır. Bundan əlavə evin təmiri üçün Nizamidən 2000 manat pul vəsaiti götürülmüş, fərdi yaşayış evində yenidənqurma işlərinin görülməsi məqsədilə daş, kərpic, sement alınmasına sərf olunmuşdur. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 3.Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, Suraxanı rayon məhkəməsinin 2(010)- 364/2025 saylı iş üzrə xx.xx.2025-cü il tarixli qətnaməsinin ləğv olunaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 32; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun xx.xx.2024-cü il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə istinadən qeyd edilmişdir ki, cavabdehin oğlu və digər Cavabdeh3 iddiaçı ilə arasında olan nikaha xitam verildikdən sonra təkrar ailə həyatı qurmuşdur. Cavabdehin övladı mübahisə predmeti olan özbaşına tikiliyə köçərək yeni həyat yoldaşı və 2 övladı ilə həmin ünvanda yaşamaq istəyir. Lakin məhkəmə tərəfindən qəbul olunmuş qeyd olunan qanunsuz qətnamə cavabdehlərə həmin evə köçməyi və yaşamağı mümkünsüz edir. Belə ki, 2 otaqlı özbaşına tikilidə cavabdeh və ailəsinin iddiaçı ilə birgə yaşamağı cavabdehin ailə həyatının sirrini saxlamaq hüququnu pozmaqla məhkəmə tərəfindən qəbul olunmuş qərar birbaşa cavabdehin şəxsi və ailə həyatına qanunsuz müdaxilə edir. Bundan başqa, tərəflər arasında nikaha xitam verilməsi ilə bağlı məhkəmə mübahisəsinin gedişində də məlum olmuşdur ki hazırda digər cavabdehin övladları analarını görmək istəmir və onu görəndə böyük həyəcan və qorxu keçririlər, belə olan halda gündəlik olaraq azyaşlı uşaqları belə qorxu və həyəcana məruz qoymaq onların pisxologiyasına mənfi təsir göstərəcəkdir. Tərəflər arasında ailə münasibətlərinə xitam verildikdə keçmiş ailə üzvünün həmin yaşayış sahəsinə istifadə hüququ saxlanılmır. Belə olan halda iddiaçının qeyd olunan əmlaka övladı ilə birlikdə köçürülməsi mənzil məcəlləsinin qeyd olunan müddəasının pozulması deməkdir. Əlavə olaraq, mübahisə predmeti olan əmlak özbaşına tikili olsa belə, birinci instansiya məhkəməsi öz qətnaməsində cavabdehin həmin əmlaka faktiki mülkiyyətini tanımış və qətnaməsini cavabdehin həmin əmlaka faktiki sahiblik etməsi əsasında əsaslandırmışdır. Bundan başqa, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 8.0.1.-ci maddəsinə əsasən mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər ola bilər. İş üzrə materiallardan da görünür ki, cavabdeh mübahisə predmeti olan əmlakı qanuna zidd olmayan müqavilə ilə almışdır. Belə olan halda cavabdehin həmin əmlaka AR Mənzil məcəlləsi ilə nəzərdə tutulan hüquqları yaranır. Nəticədə, AR Mənzil məcəlləsinin 30.4-cü maddəsi hazırki işə tətbiq olunduqda iddiaçı ilə cavabdehin ailə münasibətlərinə xitam verildiyi üçün iddiaçı həmin əmlaka istifadə hüququ itirilmiş sayılmalıdır. Apellyasiya icraatında müəyyən edilən hallar və izahatlar:
4. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, mübahisəli evin özbaşına tikili olduğunu və onun Cavabdeh2 tərəfindən oğlu üçün alındığını, sənədi olmayan evə iddiaçının köçməsinin qanuna zidd olduğunu, digər tərəfdən iddiaçı ilə boşandıqdan sonra Cavabdeh3 yenidən ailə həyatı qurduğunu və həyat yoldaşı ilə birgə həmin evdə yaşamaq niyyətində olduğunu, sadəcə hazırkı məhkəmə mübahisəsinin yekunlaşmağını gözlədiyini, cavabdehin keçmiş arvadı ilə hazırkı arvadının bir evdə yaşamalarının ağlabatan olmadığını, bunun ailə sirrini toxunulmazlığına da xələl gətirəcəyini bildirmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. 5.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab etdiyini, mübahisəli yaşayış evinin birgə nikah dövründə əldə edildiyini və onun qohumlarının vəsaiti hesabına artırıldığını, digər tərəfdən 2 övladının həmin evdə atalarının yanında qalması səbəbindən belə bir iddia qaldırmaq qərarına gəldiyini qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 şikayəti əsaslı hesab etdiyini bildirmiş və təmin edilməsini xahiş etmişdir.
7. Məlumatlandırlması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən digər Cavabdeh1 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
9. Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin İV hissəsinə əsasən Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İİ hissəsinə görə mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin tələblərinə əsasən.İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Məcəllənin 146.2-ci maddəsi və bu maddənin birinci abzası ipoteka kreditindən istifadə etməklə əldə olunan yaşayış sahəsinin üzərində alıcının mülkiyyət hüququ, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınanadək həmin yaşayış sahəsinin alqı-satqısı və ipotekaya qoyulmasına dair qarışıq müqavilənin notariat qaydasında təsdiq edilməsi hallarına şamil edilmir. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. 153.1. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər.153.2. Qanunvericiliklə yalnız dövlət mülkiyyətində və ya bələdiyyələrin mülkiyyətində ola bilən əmlak növləri müəyyənləşdirilir.153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər.153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.161. Əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir. 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.7. Sahibsiz daşınmaz əşyalar, habelə ictimai sular və becərilməyə yararsız torpaqlar, məsələn, qayalar, yüksək dağlar və onlardan çağlayan bulaqlar, habelə faydalı qazıntılar dövlətə mənsubdur. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
11. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə əsasən : 12.1. Yaşayış sahələri mənzil hüququnun obyektidir. 12.2. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. 12.3. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir. 12.4. Qanunla müəyyən edilmiş qaydada və əsaslarla yaşayış sahəsi yaşamaq üçün yararsız hesab edilə bilər. 12.5. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir. 13.1. Yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. 13.2. Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. 13.3. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. 13.4. Yaşayış evinin və ya mənzilin bilavasitə yaşamaq üçün nəzərdə tutulmuş ayrıca hissəsi otaq hesab edilir. 13.5. Mehmanxanalar, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektləri yerləşmə vasitələri hesab edilir. 14.1. Yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. 14.2. Yaşayış sahəsində qanuni əsaslarla yaşayan fiziki şəxslərə həmin yaşayış sahəsindən peşə fəaliyyətini və ya fərdi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə istifadəsinə yol verilir o şərtlə ki, bu digər şəxslərin hüquqlarını və qanuni mənafelərini, habelə yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri pozmasın. 14.3. Yaşayış sahələrində sənaye istehsalatlarının yerləşdirilməsinə yol verilmir. 15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. 16.Yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır.
12. Azərbaycan Respublikası Tikinti Məcəlləsinin tələblərinə əsasən: 3.0.11. bina – insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, eləcə də istehsalat sahələrinin yerləşdirilməsi və ya maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyekti; 3.0.12. qurğu – müəyyən funksional təyinata malik olan və bina sayılmayan sair tikinti obyekti (yollar, körpülər, piyada keçidləri, tunellər, hidrotexniki qurğular, bəndlər, istinad konstruksiyaları, mühəndis-kommunikasiya təminatı sistemləri və sairə);3.0.16. müvəqqəti tikili – torpaq üzərində yerləşdirilən, qısa müddətdə, o cümlədən tikinti müddətində istifadə üçün nəzərdə tutulan, yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıbsökülən tikili;3.0.23. tikinti ərazisi – tikinti üçün ayrılmış və nişanlanmış torpaq sahəsi; 3.0.29. tikintiyə dövlət nəzarəti – tikinti işlərinin layihəyə uyğun aparılması, tikinti obyektlərinin etibarlılığının təmin edilməsi, tikinti materialları və məmulatının, inşaat konstruksiyalarının istehsalı ilə bağlı şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl edilməsi üzrə həyata keçirilən fəaliyyət; 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur.80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 82. Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi məqsədləri üçün tikintiyə icazə, xüsusi nişan verildikdə, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinə münasibətdə isə tikinti işlərinin başlanması üçün bu Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas yarandıqda, bu barədə, habelə müvafiq tikinti layihəsi, tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada məlumat verilməsi təmin edilir.89.1. Aşağıdakı tikinti layihələri ekspertizadan keçirilmir: 89.1.1. insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan birmərtəbəli, aşırımının uzunluğu ən çoxu 6 metr olan tikinti obyektlərinin layihələri; 89.1.7. insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən, tikinti sahəsi 1000 kvadratmetrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan anbar binalarının layihələri. 89.2. Bu Məcəllənin 89.1.3 və 89.1.4-cü maddələrində nəzərdə tutulmuş layihələrlə bağlı şübhələr olduqda, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum şübhə doğuran halların aydınlaşdırılması barədə ekspertiza müəssisəsinə sorğu ilə müraciət edir. 13.Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir .77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir . 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 14.İş materiallarında müəyyən edilir ki, mübahisəli ev özbaşına tikili olmaqla hər hansı şəxsin adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Belə olan halda, iddia tələbi iddiaçıya münasibətdə daşınmaz əşyaya istifadə hüququnun mənsubluğu baxımından köçürülməsi hissəsində əsaslı olmamışdır. Məlum məsələdir ki, qeyd edilənlərdən irəli gələrək həmin evdən istifadə qaydasının müəyyən edilməsi də yolverilməzdir. Qanunvericiliyin tələblərinə əsasən mübahisəli tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, iddiaçının özbaşına tikiliyə köçürülməsi təmin edilə bilməz. Kollegiya hesab edir ki, köçürülməsi tələb edilən özbaşına tiklinin hər hansı hüquq müəyyənedici sənədləri olmamaqla dövlət qeydiyyatına alınmadığı, mənzil, ev, yaşayiş yeri (olduğu yer) və sair hüquqi statusu müəyyən edilmir. Digər tərəfdən iddiaçı məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, cavabdehlə nikahları pozulduqdan sonra birgə nikahdan olan 1 övladının onun yanında saxlanılması, 2 övladının isə cavabdehin himayəsində saxlanılması qərara alınmışdır. İddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə isə məqsədi digər 2 övladı ilə daha çox ünsiyyətdə olmaq məqsədi daşıyır, bununla bağlı qeyd edilməlidir ki, bu məsələ hazırkı məhkəmə baxışının predmeti deyildir və məhkəmənin tələbdən kənara çıxamaq kimi səlahiyyəti yoxdur. Həmçinin o da qeyd edilməldir ki, iddiaçı həmin evdə onun da haqqının olduğunu və onun yaxın qohumlarının vəsaiti hesabına evin artırıldığını qeyd etmişdir. Bu arqumentə münasibətdə isə kollegiya qeyd edir ki, iddiaçı həmin mənzilin yaxşılaşdırlmasına çəkilmiş xərcləri ayrıca iddia qaldıraraq tələb etmək hüququna malikdir, bu məsələ də hazırkı məhkəmə baxışının predmeti deyildir və məhkəmənin tələbdən kənara çıxamaq kimi səlahiyyəti yoxdur. 15.Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayətinin mübahisələndirilən dəlillərinə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qəbul edilmişdir,bu səbəbdən də Cavabdeh2 apellyasiya şikayəti təmin edilməli, İddiaçı “uşaqla birgə mənzilə köçürmə” tələbinə dair iddiası rədd edilməlidir. Ümumiyyətlə, tələbin adından da görünür ki, köçürülmə bir şəxsin digər şəxsin (şəxslərin) iradəsindən asılı olmayaraq məcburi yerdəyişməsinin təmin edilməsi deməkdir. Bu mənada hər hansı ünvana köçmək istəyən bir şəxsin ilk növbədə buna dair hüquqları olmalı, ikincisi köçmək istədiyi ünvan qanunvericiliyin tələb etdiyi (mənzil, yaşayış sahəsi və s.) mülki hüquqi statusa malik olmalı, üçüncüsü məhkəmənin bu məcburetmə qərarının verilməsində səlahiyyətləri olmalıdır ki, bu üç meyardan heç biri hazırki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır.
16. Kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəyən şəxsə aid edilməlidir.
17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-364/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “azyaşlı övladı ilə birgə fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddiası rədd edilsin.
Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi ( elektron məhkəmə informasiya sistemi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.