Məhkəmə qərarları › İş №2(103)-4244/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4244/2021

05.05.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4244/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun vəkili X5, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh MTK-nın nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(005)-2859/2020 saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) İddiaçı ilkin iddia üzrə cavabdeh “xxxx” MTK-ya qarşı “müqavilə öhdəliyinin yerinə yetirilərək, qeyri-yaşayış sahəsinin təhvil verilməsi, kirayə haqqının ödənilməmiş hissəsinin ödənilməsi tələbinə dair” ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2li binada yerləşən, İddiaçı mülkiyyətində olan 43,6 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinin əvəzinə həmin binanın yerində inşa edilmiş yeni binada, qeyriyaşayış sənədi ilə, Nazirlər Kabinetinin qərarında nəzərdə tutulmuş 20% əlavə sahə ilə birlikdə qeyriyaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması, qeyri-yaşayış sahəsinə görə ödənilməli olan, 6 (altı) ay üçün ümumi məbləği 1200 (bir min iki yüz) manat təşkil edən kirayə haqqı məbləğinin Cavabdehndən alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 nömrəli, 25 fevral 2016-cı il tarixli qərarı ilə, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlıhüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilətədbirlərin həyata keçirilməsi qərara alınmışdır. Həmin Qərarın icrası çərçivəsində, Bakışəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 42/9 nömrəli bina sökülərək, yerində yeni bina tikilmişdir. Bununla bağlı Cavabdeh MTK ilə X8 arasında 17 may 2019-cu il tarixli əvəzləşdirmə müqaviləsinə əsasən, Cavabdeh M'İ'K, iddiaçının ailəsinin yaşadığı bina sökülərək yerində yeni bina inşa edilmiş ünvan 2li binada ailəyə məxsus olan mənzilin əvəzinə, həmin binanın yerində inşa edilmiş yeni binada 21 saylı, mənzili iddiaçının ailəsinəverməyi öhdəsinə götürmüşdür. Bundan başqa, iddiaçı, yəni İddiaçı ilə bağlanmış 23 may 2019- cu il tarixli əvəzləşdirmə müqaviləsinə əsasən sökülərək yerində yeni bina inşa edilmiş ünvan 2li binanın zirzəmisində yerləşən, iddiaçının mülkiyyətində olan 43,6 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinin əvəzinə həmin binanın yerində inşa edilmiş yeni binada qeyri-yaşayış sənədi ilə, aylıq kirayə haqqı 200 manat olmaqla, 46,4 kv.m. sahəsi olanqeyriyaşayış sahəsini iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Həmçinin, iddiaçının ailəsinin yaşadığı, indi sökülmüş binada yerləşən mənzil birinci mərtəbədə yerləşdiyi üçün həmin mənzilin qarşısında istifadədə olan torpaq sahəsi və həmin torpaq sahəsindəyerləşən 9 ədəd hündürlüyü 5 metrdən çox olan müxtəlif meyvə ağaclarına və 5-6 ədəd kiçik meyvə ağaclarına görə MTK-dan heç bir pul alınmamış, onlara güzəşt edilmişdir. MTK rəhbərliyi iddiaçıya söz vermişdir ki, qeyri-yaşayış sahəsinin əvvəlki təchizatla,küçəyə çıxışı və pəncərəsi olmaqla, həmçinin sahəsinə əlavə olaraq 20% sahə dəverəcəklər. Mənzilə dair bağlanmış müqavilə üzrə öhdəliklərinin icrasında ciddi problemolmasa da, Cavabdeh MTK qeyri-yaşayış sahəsinə dair bağlanmış 23 may 2019-cu il tarixli müqavilə üzrə öhdəliklərin icrasını həyata keçirmir. Belə ki, iddiaçıya qeyri-yaşayışsahəsinin əvvəlki təchizatla, küçəyə çıxışı və pəncərəsi olmaqla, həmçinin sahəsinə əlavəolaraq 20% sahə də söz verilsə də və yeni inşa edilmiş binanın altında yerləşən yer göstərilsə də, MTK-nın bəzi işçiləri iddiaçının mülkiyyətində olmuş və sökülmüş qeyriyaşayış sahəsinin əvəzinə binanın altında, iki mərtəbə aşağıda (yəni, lifilə düşdükdə-2 mərtəbəsi) qaraj sahəsini iddiaçıya göstəriblər. Nəzərə alınmalıdır ki, iddiaçıya aid yerdaşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və texniki pasporta əsasən həmin qeyriyaşayış sahəsi binanın 1-ci blokunun girişində, yerdən cəmi 35 sm aşağıda (yəni, qeyriyaşayış sahəsinə girmək üçün cəmi bir pillə aşağı düşmək lazım idi) yerləşirdi, qeyriyaşayış sahəsi əsas küçəyə pəncərələri olan, elektrik enerjisi və istilik sistemi ilə təchiz edilmiş hazır obyekt idi. İakin, göstərilən yer binanın altında, iki mərtəbə aşağıda (yəni,liftlə düşdükdə-2 mərtəbəsi) yerləşir. Bundan əlavə, artıq 6 (altı) aydır ki, qeyri-yaşayışsahəsinə görə ödənilməli olan 200 (iki yüz) manat kirayə haqqı da iddiaçıya ödənilmir ki, buna görə də Cavabdeh MTK-nın iddiaçıya 1200 (bir min iki yüz) manat məbləğindəç borcu yaranmışdır. İddiaçı, 18 iyun 2020-ci il tarixdə, Cavabdeh MTK tərəfindən təklifolunan yeni tikilmiş binadakı qeyri-yaşayış sahəsinin yerləşmə nöqtələri (oxlar göstərilməklə) barədə məlumat verilməsini və həmin sahənin iddiaçıya göstərilməsini tələb etsə də iddiaçının məktubuna hələ də heç bir cavab verilməmişdir. Həmçinin, 08 iyul2020-ci il tarixdə Nərimanov rayon icra Hakimiyyəti başçısına MTK-nın qanunsuzluqları barədə müraciət edilsə də iddiaçının müraciətinə hələ də heç bir reaksiya verilməmişdir. Halbuki, Sərəncamın icrasına nəzarəti Nərimanov rayon İcra Hakimiyyəti həyata keçirir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh (bundan sonra-cavabdeh) Cavabdeh MTK-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “çıxarışın etirbarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin İddiaçı adına verilimiş, ******* nömrəli, 04.07.2018-ci iltarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın X2 və Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 23 may 2019-cu il tarixli əvəzləşdirmə müqaviləsinin (sökülərək yerində yeni bina inşa edilmiş ünvan 2li binanın zirzəmisində yerləşən, mülkiyyətdə olan 43,6 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinin əvəzinə həmin binanın yerində inşa edilmiş yeni binada, qeyri-yaşayış sənədi ilə, aylıq kirayə haqqı 200 manat olmaqla, 46,4 kv.m.sahəsi olan qeyri-yaşayış sahəsini olan qeyri-yaşayış sahəsinin verilməsi barədə) etibarsız hesab edilməsi, dövlət rüsumu 10 manat pulun İddiaçı alınaraq, Cavabdeh MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2li binada yerləşən, İddiaçı mülkiyyətində olan 45,6 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinin əvəzinə həmin binanın yerində inşa edilmiş yeni binada, qeyri-yaşayış sənədi ilə, Nazirlər Kabinetinin qərarında nəzərdə tutulmuş 20% əlavə sahə ilə birlikdə qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması, qeyri-yaşayış sahəsinə görə ödənilməli olan, 6 (altı) ay uçün ümumi məbləği 1200 (bir min iki yüz) manat təşkil edən kirayə haqqı məbləğinin Cavabdehndən alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsi barədə iddia qaldırmışdır. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 23 may 2019-cu il tarixli əvəzləşdirmə müqaviləsində sökülərək yerində yeni bina inşa edilmiş ünvan 2li binanın zirzəmisində yerləşən, qarşılıqlı iddiaçının mülkiyyətində olan 43,6 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinin əvəzinə həmin binanın yerində inşa edilmiş yeni binada” qeyriyaşayış sənədi ilə, aylıq kirayə haqqı 200 manat olmaqla, 46,4 kv.m. sahəsi (olan qeyri- yaşayış sahəsini ona verməyi öhdəsinə verilməsi göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli Qərarında Bakı şəhəri Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi tərəfindən təsdiq olunmuş 11 avqust 2016-cı il tarixli akta əsasən qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu Qərarın icrası ilə əlaqədar Nərimanov rayon İcra Hakimiyyəti ilə Cavabdehxxxx“MTK” Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 42/9 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu sahədə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binalarının tikintisini həyata keçirməsini öhdəsinə götürmüşdür. Bundan sonra Cavabdeh MTK tərəfindən 07 may 2018-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və 08 may 2018ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə məktublar ünvanlanmış, ünvan 1n qəzlı vəziyyətdə olması, sökülərək yerində yeni binanın tikilməsi barədə müqavilənin bağlandığı bildirilmişvə yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binasında olan mənzil və qeyriyaşayış sahələrinin alğı-satqısının, digər hüquqlarının məhdudlaşdırılması xahiş edilmişdir. Cavabdehin təqdim etdiyi çıxarışdan görünmüşdür ki, 04.07.2018-ci il tarixdə ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinə dair çıxarış verilmişdir. Göründüyü kimi Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi 42/9 nömrəli binanın yerində Cavabdeh MTK-ya yaşayış binasının tikitisinə icazə verilməsinə dair sərancamdan sonra cavabdehə həmin zirzəmini onun müliyyətində olmasına dair çıxarış 07.04.2017 ci il tarixdən binada mülkiyyətləri olan mülkiyyətçilərə binanın qəzalı vəziyyətdə olması və sökülərək yerində müasir tələblərə cavab verən binanın tikilməsi vətikiləcək binada mülkiyyətçilərə, o, cümlədən cavabdehə veriləcək evlərin və qeyri yaşayış sahələrinin sənədlərinin təqdim edilməsi və əvəzləşdirmə müqavilələrinin (şərtlərinin müzakirə edilməsi barədə bildirişlər verilmişdir. Cavabdeh İddiaçı ünvan 2li binada yerləşən, 45,6 kv.m, sahəsi olan qeyri-yaşayış sahəsinin ona məxsus olmasına dair hər hansı bir sənəd təqdim etməmişdir. 23 may 2019-cu il tarixli tarixdə cavabdeh 43,6 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinin onun mülkiyyətində olmasına dair çıxarış təqdim etmiş, MTK digər mülkiyyətçilərinin hüquqlarının pozulmaması, onlarla bağlanmış əvəzləşdirmə müqavilələrinin vaxtında yerinə yetirilməsi üçün məcburiyyət qarşısında qalacaq onunla əvəzləşdirmə müqaviləsi bağlamış çıxarışda göstərilən sahənin əvəzinə həmin binanın yerində inşa edilmiş yeni binada, qeyri-yaşayış sənədiİlə, aylıq kirayə haqqı 1200 manat olmaqla, 46.4 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsini ona verməyi öhdəsinə götürmüşdür. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, Bakı şəhəri Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 42/9 nömrəli binada yerləşən, İddiaçı mülkiyyətində olan 43,6 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinin əvəzinə həmin binanın yerində inşa edilmiş yeni binada, qeyri-yaşayış sənədi ilə, Nazirlər Kabinetinin qərarında nəzərdə tutulmuş 20% əlavə sahə ilə birlikdə 52,32 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması və qeyri-yaşayış sahəsinə görə ödənilməli olan, 9 (doqquz) ay üçün ümumi məbləği 1800 (bir min səkkiz yüz) manat təşkil edən kirayə haqqıməbləğinin Cavabdehndən alnaraq İddiaçı verilməsi və vurulmuş mənəvi zərərin əvəzinin təşkil edən 10.000 (on min) manat məbləğində vəsaitinin Cavabdehndən alınaraqİddiaçı verilməsi barədə qətnamə qəbul edilməsi xahişetmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(005)-2859/2020 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin olunaraq, ilkin iddia üzrə Cavabdeh MTK-dan 1600 manat məbləğində pul İddiaçı xeyrinə tutulması, qarşılıqlı iddia üzrə iddiaçı “Cavabdeh MTK-nın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı (Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri” Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “X2 və əvəzləşdirmə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən “ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi” hissəsində ləğv edilib, həmin hissədə iş üzrə iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, birinci instansiya məhkəməsi, iş üzrə hissəvi olaraq sübutlara və işin faktiki hallarına düzgün qiymət verməmiş, və maddi hüquq normalarını düzgün tətbiq edə bilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbinin yalnız bir hissəsini, yəni əlavə 20% sahə ilə birlikdə 52.32 kv.m. qeyri yaşayış sahəsinin verilməsi hissəsini araşdırır və yekunda iddia tələbinin bu hissəsi ilə bağlı hesab edir ki, iddiaçının mövqeyi mübahisəlidir və Məhkəmə qətnamənin yekununda iddia tələbinin digər hissəsini, vətəndaşın müqavilədə nəzərdə tutulan 46.4 kv.m qeyri-yaşayış sahəsinin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində də təmin etmir. Halbuki, məhkəmə qətnamənin əsaslandırma hissəsində iddiaçının 46.4 kv.m qeyri- yaşayış sahəsinin cavabdehdən tələb etməsinin dəfələrlə haqlı olduğunu vurğulamışdır. Yəni, qətnamənin əsaslandırma hissəsi ilə nəticə hissəsi arasında kəskin ziddiyyət özünü biruzə verir. Bu isə mülki-prosessual qanunvericiliyə əsasən yolverilməzdir və qətnamənin həmin hissədə ləğvi üçün tam əsasdır. Qətnamənin ilkin iddianın təmin olunmaması hissəsində qismən ləğv edilməsi üçün ikinci əsas odur ki, sökülmüş binada yerləşən, iddiaçıya məxsus 43,6 kv.m. sahəsi olan qeyriyaşayış sahəsinin əvəzinə MTK-nın həmin sahəyə əlavə olaraq 20% sahə ilə birlikdə 52.32 kv.m sahəni iddiaçıya vermək öhdəliyini tamamilə əsassız olaraq nəzərə almamışdır. Nərimanov rayon Məhkəməsi qətnaməsində qeyd edir ki, “tərəflər arasında 23 may 2019- cu il tarixli əvəzləşdirmə müqaviləsində 46.4 kv.m qeyri-yaşayış sahəsinin verilməsilə bağlı tərəflərin razılığının mövcudluğu iddiaçının ona daha artıq sahənin verilməsinə dair iddiasının əsaslılığını istisna, edir." Tərəflər sahəsi 43,6 kv.m. olan qeyri-yaşayış sahəsinin əvəzinə 20% əlavə sahə ilə birlikdə 52.32 kv.m. qeyri-yaşayış sahəsi mülkiyyətçiyə verilməsi barədə öncədən şifahi şəkildə qarşılıqlı razılığa gəliblər. Yeni yaşayış binasını tikintisi zamanı MTK işçiləri mülkiyyətçiyə veriləcək 52.32 kv.m. qeyri-yaşayış sahəsini göstəriblər. Lakin bina təhvil verilərkən MTK rəhbərliyi birdən-birə fikrini dəyişmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə etdi, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi, izahatlarında əlavə olaraq qeyd etdi ki, o, apellyasiya şikayətində iddia tələbinin yalnız “Bakı şəhəri Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 42/9 nömrəli binada yerləşən, İddiaçı mülkiyyətində olan 43,6 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinin əvəzinə həmin binanın yerində inşa edilmiş yeni binada, qeyri-yaşayış sənədi ilə, Nazirlər Kabinetinin qərarında nəzərdə tutulmuş 20% əlavə sahə ilə birlikdə 52,32 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması”nın təmin edilməyən hissəsində mübahisələndirmişlər. Əgər onlara 20% əlavə sahə ilə birlikdə 52,32 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin verilməsini məhkəmə təmin etmirsə, nəyə görə onlara müqavilə üzrə verilməli olan 46.4 kv.m qeyri-yaşayış sahəsinin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində də təmin etmir. Cavabdeh MTK tərəfindən onlara qeyriyaşayış ssahəsi ümumiyyətlə verilmir. Əgər onlara qeyri-yaşayış sahəsini verirlərsə, onlara qarşı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edib, onun çıxarışının ləğvini tələb etməzdi. Bu hallar bir daha onu göstərir ki, Cavabdeh MTK onlara həmin qeyri-yaşayış sahəsini vermək niyyətində deyil. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili X9 apelyasiya şikayətini müdafiə etdi, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh MTK-nın nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etmədi, xahiş etdi ki, birinci instansiya məhkəməsinin qətnamə dəyişdirilmədən saxlanılsın. İzahatında qeyd etdi ki, Cavabdeh MTK tərəfindən 46.4 kv.m qeyri-yaşayış sahəsinin cavabdehə verilməsindən imtina etmirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin ilk iddianın “Bakı şəhəri Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 42/9 nömrəli binada yerləşən, İddiaçı mülkiyyətində olan 43,6 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinin əvəzinə həmin binanın yerində inşa edilmiş yeni binada, qeyri-yaşayış sənədi ilə, Nazirlər Kabinetinin qərarında nəzərdə tutulmuş 20% əlavə sahə ilə birlikdə 52,32 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması”nın təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan Nərimanov RPİ tərəfindən 22 avqust 2012-ci il tarixdə verilmiş AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 42/9, mənzil 1 də qeydiyyatdadır. İş materiallarında olan 23 may 2019-cu il tarixli əvəzləşdirmə müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh MTK ilə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 42/9 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu sahədə yeni yaşayış binalarının tikintisini həyata keçirməklə söküntüsü nəzərdə tutulmuş binada “Mülkiyyətçiyə” məxsus olan 43,6 kv.m zirzəmidə yerləşən qeyri-yaşayış sahəsinin əvəzinə, yeni tikiləcək binanın zirzəmisində, qeyri-yaşayış sənədi ilə aylıq kirayə haqqı 200 AZN olmaqla, 46.4 kv.m qeyri-yaşayış sahəsinin “mülkiyyətiçi”yə verməyi öhdəsinə götürür. İş materiallarında olan İddiaçı Cavabdeh Mənzil Tikinti-Kooperativinə ünvanladığı müraciətdən görünür ki, ünvan 2li binanın zirzəmisində yerləşən, İddiaçı mülkiyyətində olan 43,6 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin əvəzinə həmin binanın yerində inşa edilmiş yeni binanın zirzəmisində, qeyriyaşayış sənədi ilə Nazirlər Kabinetinin qərarında nəzərdə tutulmuş 20% əlavə sahə ilə birilikdə qeyriyaşayış sahəsinin iddiaçıya təhvil verilməsi xahiş edilmişdir. İş materiallarında olan Cavabdeh MTK tərəfindən İddiaçı 08.06.2020-ci il tarixli 52/08 nömrəli ünvanlanmış məktubda qeyd edilmişdir ki, 23 may 2019-cu il tarixli əvəzləşdirmə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 42/9 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu sahədə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsünü nəzərdə tutulmuş binada iddiaçıya məxsus olan 43,6 kv.m zirzəmidə yerləşən qeyri-yaşayış sahəsinin əvəzinə 46,4 kv.m qeyri-yaşayış sahəsini qarşı tərəfin öhdəsinə verməyi Cavabdeh MTK öhdəsinə götürmüşdür. İddiaçı məxsus qeyri-yaşayış sahəsi binanın zirzəmisində yerləşmişdir. Daşınmaz əmlakın Dövlət Reyester Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi Texniki Pasportdan görünür ki, İddiaçı aid Bakı şəhəri Nərimanov rayonu Ə.Əlizadə 42/9 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin, həmin binanın zirzəmisində yerləşir. Yeni tikilimiş binanın zirzəmisindən 46,4 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsinin verilməsi təklif olunmuşdur. Ümumi istifadədə olan zirzəminin özəlləşdirmə sənədinə özəlləşdirmə prosesi, binanın sökülməsinə qərar verildikdən sonra həyata keçirilmişdir. Həmin binanın zirzəmisində 46,4 kv.m sahənin verilməsini təmin ediləcəyi bildirilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış 18 iyun 2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, Cavabdeh MTK tərəfindən təklif olunan yeni tikilmiş binadakı qeyri-yaşayış sahəsinin yerləşmə nöqtələri (oxlar göstərilməklə) barədə məlumat verilməsi və həmin sahənin iddiaçıya göstərilməsi barədə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan Nərimanov Rayon İcra Hakimiyyətinə iddiaçı tərəfindən ünvanlanmış müraciətdən görünür ki, yeni binanın tikintisinə verilmiş sərəncamın icrasına nəzarət qaydasında Cavabdeh MTK-nın hansı səbəbdən üzərinə götürdüyü öhdəlikləri yerinə yetrilməməsinin araşdırlması barədə göstəriş verilməsini və Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 42/9da tikilmiş yeni binada, qeyri-yaşayış sənədi ilə, Nazirlər Kabinetinin qərarında nəzərdə tutulmuş 20% əlavə sahə ilə birlikdə, cəmi 52,3 kv.m.qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın notarial təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, 42/9 saylı qeyri-yaşayış sahəsinin mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestrlə qeydiyyata alınmışdır. İş materiallarında olan Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi Cavabdeh 29.03.2017-ci iltarixdə dövlət qeydiyyatına almışdır. İş materiallarında olan bildirşdən görünür ki, Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 42/9 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan, şəhərin ümumi görünüşünə xələl gətirən, mövcud şəhərsalma normalarına cavab verməyən istismar müddətini keçmiş yaşayış binası sökülmüş və busahədə yeni yaşayış binası tikilir. İddiaçıya məxsus olan mənzilin əvəzinə, güzəştli şərtlərlər müassir tələblərə cavab verən, qanunda nəzərdə tutulmuş qaydada daha genişmənzilin verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçıya mənzilin əvəzinə Cavabdeh MTK tərəfindən inşa edilmiş binada A blokunda 77.1 kv.m sahəsi olan təmirli mənzil verilmişdir. Həmin mənzil 01 may 2020-ci ildə təmirli vəziyyətdə təhvil veriləcəkdir. Həmin müddətdən verilən kirayə haqlarının dayandırlacağını və 01 may 2020-ci il tarixdə ofisə yaxınalaşaraq mənzilin açarlarının götürülməsi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Tikintidə X3 Agentliyinin “Azərinşaatlayihə” tərəfindən elmi-texniki və layihə-smeta məhsulunun təhvil-təslim aktının surətindən görünür ki, 31 may 2017-ci il tarixli 5518 nömrəli müqavilyə əsasən akt tərtib edilmişdir. İş materiallarında olan Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 04.04.2017-ci iltarixli, 143 nömrəli sərəncamına əsasən Ə.Dəmirçizadə, Ə.Əlizadə və Ə.Ağaoğlu küçələrinin kəsişməsində 0,68 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış binalarının lahiyələndirilməsi Cavabdeh MTK ya icazə verilmişdir. İş materiallarında olan Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 05.12.2017-ci iltarixli 495 nömrəli sərəncamına əsasən Ə.Dəmirçizadə, Ə.Əlizadə və Ə.Ağaoğlu küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində çoxmərtəbəli yaşayış binalarının tikintisinə Cavabdeh MTK ya icazə verilmişdir. İş materiallarında olan Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 03.05.2019-cu il tarixli, 119 nömrəli sərəncamına əsasən Ə.Əlizadə küçəsi 42/9 ünvanda yerləşən yaşayış binasının söküntüsü üçün Cavabdeh MTK ya icazə verilmişdir. İş materiallarında olan 04 noyabr 2020-ci il tarixli məhkəmə sorğusundan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən müvafiq mülki işlə əlaqədar İddiaçı ünvan 5 ünvanında yerləşən əmlaka dair **********70-05101- 083014 reyester nömrəli, ********** qeydiyyat nömrəli X2 verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətlərini təxirə salınmadan məhkəməyə göndərilməsi xahiş olunmuşdur. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Cavabdeh MTK ilə İddiaçı arasında 23 may 2019-cu il tarixli əvəzləşdirmə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 42/9 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu sahədə yeni yaşayış binalarının tikintisini həyata keçirərək sökünstüsü nəzərdə tutulmuş binada “Mülkiyyətçiyə” məxsus olan 43,6 kv.m zirəzimdə yerləşən qeyi-yaşayış sahəsinin əvəzinə, yeni tikiləcək binanın zirzəmisində, qeyri-yaşayış sənəd ilə, aylıq kirayə haqqı 200 azn olmaqla, 46,4 kv.m qeyri-yaşayış sahəsinin “mülkiyyətçi”yə verməyi öhdəsinə götürmüşdür. Tərəflər bu barədə razılığa gələrək müqavilə imzalamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılğın tələb etdiyi tərzdə, yəni şərtləndirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-nin 427.3-cü maddəsinə əsasən Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-nin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə ilkin iddia tələbini mübahisələndirilən hissədə rədd edərkən qeyd etmişdir ki, 23 may 2019-cu il tarixli əvəzləşdirmə müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh MTK ilə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 42/9 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu sahədə yeni yaşayış binalarının tikintisini həyata keçirməklə söküntüsü nəzərdə tutulmuş binada “Mülkiyyətçiyə” məxsus olan 43,6 kv.m zirzəmidə yerləşən qeyri-yaşayış sahəsinin əvəzinə, yeni tikiləcək binanın zirzəmisində, qeyri-yaşayış sənədi ilə aylıq kirayə haqqı 200 AZN olmaqla, 46.4 kv.m qeyri-yaşayış sahəsinin “mülkiyyətiçi” yə verməyi öhdəsinə götürmüş və barədə tərəflər razılığa gəlmişlər. Məhkəmə hesab edir ki, tərəflər arasında 23 may 2019-cu il tarixli əvəzləşdirmə müqaviləsində 46.4 kv.m qeyri-yaşayış sahəsinin verilməsilə bağlı tərəflərin razılığının mövcudluğu, iddiaçının ona daha artıq sahənin verilməsinə dair iddiasının əsaslılığını istisna edir. Kollegiya hesab edir ki, mübahisələndirilən hissədə məhkəmə iddianı tam olaraq rədd etməklə, düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh iddiaçıya müqavilə şərtlərinə uyğun 01 may 2020-ci il tarixdə “Mülkiyyətçiyə” məxsus olan 43,6 kv.m zirəzimdə yerləşən qeyi-yaşayış sahəsinin əvəzinə, yeni tikiləcək binanın zirzəmisində, qeyri-yaşayış sənəd ilə birlikdə qeyr-yaşayış sahəsinin verilməsi barədə öz üzərinə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh tərəfin qeyri-yaşayış sahəsini iddiaçya təklif etməsi ilə bağlı qeyd etdikləri məhkəmə araşdırması zamanı real olaraq öz təsdiqini tapmamışdır. Əksinə cavabdeh tərəf məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, iddiaçının mülkiyyətinə verilmiş qeyri-yaşayış sahəsi ilə bağlı çıxarışın və iddiaçı ilə bağlanmış əvəzləşdirmə müqaviləsinin etibarsızlığını tələb etmişdir. Qeyd olunan hal bir daha təsdiq edir ki, cavabdeh tərəf müqavilə şərtlərini yerinə yetirməkdən yayınır. Buna görə də, iddia mübahisələndirilən hissədə qismən təmin edilməli, müqavilə şərtlərinə uyğun olaraq ünvan 6 ünvanda inşa edilmiş binanın zirzəmisində 46.4 kv.m qeyri-yaşayış sahəsinin İddiaçı verilməsi Cavabdeh MTK-ya həvalə edilməlidir. Kollegiya iddiaçının tərəflər sahəsi 43,6 kv.m. olan qeyri-yaşayış sahəsinin əvəzinə 20% əlavə sahə ilə birlikdə 52.32 kv.m. qeyri-yaşayış sahəsi mülkiyyətçiyə verilməsi barədə öncədən şifahi şəkildə qarşılıqlı razılığa gəlməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, qüvvədə olan tərəflərin iradəsini ifadə edən yazılı müqavilə mövcuddur və həmin müqavilə şətrlərinin dəyişdirilməsi ilə bağlı iddiaçı tərəf tələb irəli sürməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(005)- 2859/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə qismən təmin edilsin. Müqavilə şərtlərinə uyğun olaraq ünvan 6 ünvanda inşa edilmiş binanın zirzəmisində 46.4 kv.m qeyri-yaşayış sahəsinin İddiaçı verilməsi Cavabdeh MTK-ya həvalə edilsin. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar