Məhkəmə qərarları › İş №2(103)-4257/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4257/2024

26.07.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4257/2024 26.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi, İddiaçı və Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin ləğv edilməsi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, X1 rəisi olan İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli 29 nömrəli əmri ləğv edilsin. Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: Cavabdeh MMC-nin İdarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən şəxsin xx.xx.2024-cü il tarixli 29 nömrəli əmri ilə əmr olunub ki, ştat ixtisarına görə X1 rəisi İddiaçı xx.xx.2024-cü ildən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən tutduğu vəzifədə azad edilsin və onun bağlanmış əmək müqaviləsi ləğv olunsun. İddiaçı iddia edir ki, əmək müqaviləsi ləğv edilərkən qanunvericiliyin tələbi pozulub, ona başqa iş təklif edilməyib, habelə şəkərli diabet xəstəsi olması nəzərə alınmayıb. Məhkəmə qeyd edir ki, ştat ixtisarına görə əmək müqaviləsi ləğv edilərkən işəgötürənin işçiyə başqa iş təklif etmə vəzifəsi qanunverilikdə müəyyən edilməyib. O cümlədən şəkərli diabet xəstəliyindən əziyyət çəkən şəxsin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işdən azad edilməsi qanunvericilikdə qadağan olunmayıb. Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinə görə, işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görə bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Yəni işçi şəkərli diabetlə xəstə olmasına görə işdən azad edilə bilməz. İddiaçı şəkərli diabet xəstəsi olduğuna görə deyil, ştatı ixtisar edildiyinə görə işdən azad olunub. Beləliklə, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə görə, işçilərin ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. İddiaçının ştatı ixtisar edilib və işəgötürən əmək müqaviləsini ləğv edərkən Əmək Məcəlləsinin tələblərinə əməl edib. İşin bu halları birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. Odur ki, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar