Məhkəmə qərarları › İş №2(103)-4257/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4257/2025

21.07.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4257/2025 21.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı cavabdehlər İsmayıllı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4480/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı İddiaçı cavabdehlər İsmayıllı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin 18 aprel 2025-ci il tarixli, 18-1-47/3-1- 358/2025 saylı əmrinin ləğv edilməsi,onun, yəni İddiaçı İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında “Ginekologiya və doğum” şöbəsinin müdiri vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, habelə mənəvi zərərin əvəzi olaraq 20000 manat məbləğində pul vəsaitinin cavabdehlər İsmayıllı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsindən və X6 Xidmətindən müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4480/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.2, 114.1.3, 149.2, 152.1.1, 152.1.3, 152.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsində cavabdehlər qismində İsmayıllı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətini, cavabdehlərin qeydiyyat ünvanı kimi isə müvafiq olaraq İsmayıllı rayonu, X7 küçəsi və Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsi 107 ünvanını göstərmiş, mülki prosessual qanunvericiliyin 36.2-ci maddəsinə istinad etməklə cavabdehlərdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin ünvanının ünvan 1ırki iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Prosessual qanunvericiliyin iddia ərizəsinin məzmununa dair qeyd edilən müddəaları tələb edir ki, iddiaçı tərəfindən cavabdehə qarşı yönəldilmiş tələb ifadə edilməli, iddiaçının öz tələblərini əsaslandırdığı hallar ərizədə dəqiq göstərilməli, başqa sözlə verilmiş tələb əsasında məhkəmə icraatının başlanması və tələb üzrə çıxarılacaq qərarın cavabdeh tərəfindən icrası mümkün olmalıdır. Sadalanan tələblərə cavab verməyən iddia ərizəsi üzrə icraat qeyri-mümkün hesab edilməli və hakim tərəfindən geri qaytarılmalıdır. İddia ərizəsinin məzmunundan görünür ki, tərəflər arasında yaranmış mübahisənin predmetini əmək mübahisəsi təşkil edir, əmək münasibətlərində isə tərəflərdən yalnız İddiaçı və İsmayıllı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi çıxış edir və həmin publik hüquqi şəxs tərəfindən qəbul edilmiş əmrin qanuniliyi mübahisələndirilir. Hazırkı iş üzrə isə iddiaçı iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətini cavabdeh qismində cəlb edərək, ona qarşı formal tələblə, yəni mənəvi zərərin vurulması tələbini irəli sürmüş, həmin cavabdehin hazırki mübahisədə mənəvi zərərin vurulmasında rolu, təqsiri, əmək qanunvericiliyinin tələblərinin həmin publik hüquqi şəxs tərəfindən pozulması ümumiyyətlə ərizədə əsaslandırılmamış, iddia tələbi faktiki olaraq yalnız digər cavabdehə qarşı yönəlmişdir. Qeyd edilmiş normaları nəzərə alaraq, iddiaçı iddia ərizəsini mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmununa riayət etmədən tərtib etmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə qarşı formal olaraq tələb irəli sürülmüş, məhz həmin cavabdehin ünvanına əsaslanmaqla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, bununla da prosessual qanunvericiliyin ərazi aidiyyəti ilə bağlı imperativ tələbinə əməl edilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi geri qaytarıldığından dövlət büdcəsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına 30 may 2025-ci il tarixdə ödənilmiş 1808İ07579 qəbz nömrəli 150 manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Apelyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi İddiaçı şikayət vermiş, Binəqədi Rayon Məhkəməsinin 5 iyun 2025-ci il tarixli, e-2(001)- 4480/2025 nömrəli qərardadının ləğv edilməsini və işin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Mülki Prosessual Məcəllənin 36.2, 152.1.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmənin mövqeyi ilə razı deyil, belə ki, ərazi aiddiyyəti tərəflərindən prosessual qanunvericiliyin tələbləri gözlənilməklə müəyyən edilmişdir. Müəssisəsinin qanunsuz hərəkətlərinin qarşısının alınması və əmək hüquqlarının müdafiəsi məqsədilə xx.xx.2025-ci il tarixində X4 və 13 saylı region üzrə X6 İdarəsinə (bundan sonra Əmək Müfəttişliyi) iddiaçı tərəfindən müraciət edilsə də, müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən heç bir tədbir görülməmişdir, hansı ki, Əmək Müfəttişliyinin qanunvericiliklə təsbit olunmuş xidməti vəzifələrini icra etməməsi, hərəkətsizliyi fonunda tibb müəssisəsi müvəkkili İddiaçı 18 aprel 2025-ci il tarixli, 18-1 -47/3-1 -358/2025 saylı əmrlə işdən çıxartmışdır. X4 iddiaçı tərəfindən edilən çox saylı müraciətlər nəticəsində əsaslı bir heç bir nəticə hasil edilməmişdir. Belə ki, X3 22 may 2025-ci il tarixli, 3-17-5/2-S-47552/2025 saylı cavab məktub birbaşa işgötürənin izahatının eynisi xarakter daşımışdır, hansı ki, iş üzrə hər hansısa araşdırılma aparılmamış və pozulmuş əmək hüquqlarının bərpası istiqamətində heç bir tədbir görülməmiş, müvafiq qurum pozulmuş əmək hüquqlarının müdafiəsinə çalışmamışdır. Məlum olduğu üzrə AR Prezidentinin 2011-ci il 16 fevral 2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti haqqında Əsasnaməyə görə Əmək Müfəttişliyinin aşağıdakı qeyd vəzifələri vardır. Sözügedən Əsasnamənin 3.1.1-ci maddəsinə əsasən, öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinə əməl olunması sahəsində, o cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlilliyi olan şəxslərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirmək; Sözügedən Əsasnamənin 3.1.10-ci maddəsinə əsasən, öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxsləri Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq dövlət orqanları qarşısında məsələ qaldırmaq; X6 Xidmətinin 22 may 2025-ci il tarixli, 3-17- 5/2-S-47552/2025 saylı cavab məktubudan aydın olduğu üzrə müraciəti aidiyyəti üzrə araşdırılmamışdır, sadəcə müraciətinin fərdi əmək mübahisəsi hesab olunduğundan məhkəmə qaydasında həll edilməsi barədə məlumat vermişdir. Hansı ki, bu birbaşa olaraq X3 xidməti vəzifələrini yerinə yetirməməsi deməkdir. Bu da öz növbəsində bir işçi kimi əmək hüquqlarının müdafiəsinə əngəl törətmişdir. Belə ki, AR Əmək Məcəlləsinin 15-ci maddəsinə əsasən, Bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı yəni X6 Xidməti həyata keçirir. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan yəni, Əmək Müfəttişliyi Xidməti fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. İddiaçı işdən çıxarılmadan əvvəl sözügedən mərkəzi icra hakimiyyəti orqanına müraciət edəndə probleminin həlli istiqamətində müsbət nəticə alacağına çox ümidlə yanaşırdı, hansı ki, əsas fəaliyyət istiqaməti ölkədə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək, həmçinin işçilərin hüquqlarını qormaq olan bir qurumun dərhal işəgötürənin qanunsuz hərəkətlərinə son qoyacağına, eləcə də hüquqlarının müdafiəsinə çalışacağına inanırdı. Lakin X6 ümumiyyətlə hərəkətsiz mövqe nümayiş etdirməklə, işəgötürən barəsində heç bir araşdırma aparmamış, habelə müvəkkilinin hüquqlarının qorunması istiqamətində heç bir tədbir görməmişdir. Belə ki, həmin müraciətdən 1 ay 12 gün keçdikdən sonra məhkəməyə müraciət etməyi tövsiyyə edən formal cavab məktubu ünvanlamaqla kifayətlənmişdir,hansı ki, müraciətə cavab vermək üçün bu qədər gözləməyə ehtiyac yox idi. X2raq müvəkilinin işdən çıxarılmasının qarşısının alınması istiqamətində konkret qabaqlayıcı tədbirlər görməli idi. Bütün bu işdən çıxarılma müddəti ərzində iddiaçı mənəvi izdirab keçirmişdir, hansı ki, son ümid yeri və çarə kimi gördüyü Əmək Müfəttişliyinin bu hərəkətsizliyi iddiaçının psixoloji sağlamlığına ciddi təsir etməklə, onun psixoloji gərginlik və sarsıntı yaşamasına səbəb olmuşdur. Qeyd edilən xüsusatlardan aydın olduğu üzrə X6 Xidməti qanunvericilikdə təsbit olunmuş xidməti vəzifələrini yerinə yetirməmiş, pozulmuş əmək hüquqlarımın müdafiəsi və bərpası istiqamətində faktiki olaraq heç bir tədbir görməmişdir. Hansı ki, bu da öz növbəsində işəgötürənə əmək hüquqlarını kobud surətdə pozmasına, eləcə də əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam verməsinə rəvac verdiyinə dəlalət etməkdədir. Bunu nəzərə alaraq, hesab edir ki, X6 Xidmətinin işə cavabdeh kimi cəlb edilməsi və mənəvi zərərin əvəzinin müştərək qaydada cavabdehlərdən tutulması üçün hüquqi əsas var, hansı ki, bu iddiaçının konstitusiyon hüquq olan hüquq və azadlıqlarının məhkəmə təminatı hüququ baxımından da olduqca zəruridir. Qeyd edilən xüsusatlar ərazi aidiyyətinin düzgün müəyyən edildiyini və müvafiq işin icraata götürülməsinin zəruri olduğunu göstərməkdədir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4480/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi: Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Diqqətə çatdırılmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri birinci instansiya məhkəməsinin qəbul etdiyi məhkəmə aktlarının qanuniliyinin yoxlanılmasından ibarətdir. Məhkəmə kollegiyası ilk olaraq münasibətlərin səciyyəsini nəzərə alaraq, işin mülki icraat qaydasında baxılaraq məhkəmənin səlahiyyətlərinə aid olmasını müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən: İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən: İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Vİİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 31.1. aidiyyət qaydalarının pozulmasına yol verilmir. 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385, 387, 395, 397, 398-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, sübut olmayan və düzgün təfsir edilməyən mülahizələr əsasında şikayətin dəlilləri üzrə qeyd edilən prosessual hüquq normalarına müvafiq qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, tərəflər arasında yaranmış mübahisənin predmetini əmək mübahisəsi təşkil edir, əmək münasibətlərində isə tərəflərdən yalnız İddiaçı və İsmayıllı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi çıxış edir və həmin publik hüquqi şəxs tərəfindən qəbul edilmiş əmrin qanuniliyi mübahisələndirilir, iddia tələbi faktiki olaraq yalnız digər cavabdeh İsmayıllı Rayon Mərkəzi Xəstəxanası qarşı yönəlmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə cavabdeh kimi qeyd edilsə də, ona qarşı irəli sürülmüş tələbin dəlili kimi Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin öz vəzifə səlahiyyətlərini yerinə yetirməməsi (hərəkətsizliyi) ilə iddiaçının psixoloji sağlamlığına ciddi təsir etməklə, onun psixoloji gərginlik və sarsıntı yaşaması göstərilmişdir. Göründüyü kimi də qeyd edilən tələb inzibati icraat qaydasından irəli gələn münasibətlərdən irəli gələrək inzibati məhkəmələrin predmetinə aiddir. Deməli bir-bir ilə əlaqəli olmayan tələblər bir icraatda birləşdirilmişdir ki, prosessual qanunvericilik buna yol vermir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinin tələblərinə əsasən: Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli 4-№-li qərarına əsasən: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.15.4. Eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən: 2.0.5. inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciəti. Qanunun 71-ci maddəsinə əsasən: 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. 71.2. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. 71.3. Yalnız aşağıdakı hallarla bağlı aralıq inzibati aktlardan müstəqil şəkildə subordinasiya baxımından yuxarı inzibati orqana və ya şikayətə baxmaq səlahiyyətinə malik olan digər orqana (bundan sonra - şikayət instansiyası) şikayət verilə bilər: 71.3.1. səlahiyyətlə bağlı; 71.3.2. etirazla bağlı; 71.3.3. icraat üzrə materialların tanış olmaq üçün maraqlı şəxsə təqdim edilməsindən və ya iş üzrə maraqlı şəxsə məlumat verilməsindən imtina olunması ilə bağlı; 71.3.4. qanunla birbaşa nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin İnzibati mübahisələrin məhkəmə aidiyyəti adlı 2-ci maddəsinə əsasən: 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara. Apellyasiya şikayətinin dəlillərinə məxsusi olaraq qeyd edilməlidir ki, iddiaçı inzibati orqanı cavabdeh kimi təsbit etmiş və həmin cavabdehin qeydiyyatı ünvanını əsas götürməklə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, bununla da prosessual qanunvericiliyin tələblərini pozmaqla onlardan sui-istifadə etməyə cəhd etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipini müəyyən edən 24 maddəsinin İİİ hissəsinə əsasən: Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun Tələblərinə əsasən: 1.2. Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir. Eyni zamanda izah edilməlidir ki, publik hüquqlarının pozulması ehtimal edilən şəxs inzibati icraat qaydasında, habelə nəticəsindən asılı olaraq inzibati prosessual qanunvericiliyə əsasən müvafiq araşdırmanın həyata keçirilməsi üçün inzibati səlahiyyəti həyata keçirən təşkilata və məhkəməyə müraciət etmək hüququna malikdir. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmamalıdır. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən, hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4480/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixl qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar