Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4258/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2756/2020 saylı 25 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, X1 1000,00 (bir min) manat məbləğində pul vəsaitinin və dövlət rüsumuna görə ödənilmiş 30 manat vəsaitin əvəzi İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4000 (dörd min) manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə uzaq qohumluq əlaqəri vardır. X2 10.000 ABŞ dolları alacağı var idi. Lakin həmin məbləği ondan almağa çətinlik çəkirdi. Bu məsələdən cavabdehin məlumatı var idi. 26 sentyabr 2017-ci il tarixində cavabdeh onlara gəlmiş, onlar həmin məbləğin alınması barədə söhbət etmiş, cavabdeh ona bildirmişdir ki, göstərilən məbləği X2 ala bilər. Amma bu iş xərcsiz ötüşməyəcək. Onlar bu işi həll etmək üçün 4000 (dörd min) manata razılaşmışlar. Lakin pulu növbəti gün Yasamal rayon prokurorluğunun qarşısında ona vermişdir. Lakin bugünədək cavabdeh X2 nə 10.000 ABŞ dollarını ala bilir nə də ki, ondan aldığı 4000 (dörd min) manatı qaytarmır. Daha sonra məlum oldu ki, cavabdeh etibarından su istifadə edərək onu aldadaraq aldığı 4000 (dörd min) manat pulu ələ keçirmişdir. Qeyd olunanları nəzərə alaraq, iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək qətnaməni ləğv edib, iddiamın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Qeyd olunan qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul etdiyi qətnamə işin hallarına uyğun deyildir və tətbiq edilməli olan hüquq normaları tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyildir. Odur ki, məhkəmə qətnaməsi apeliyasiya qaydasında ləğv edilməli və iddia ərizəsi rədd edilməlidir. Bu və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq Cavabdeh kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətlərinin dəlillərini ayrı-ayrılıqda müzakirə edib, apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, qarşı tərəfin şikayəti ilə razılaşmayaraq rədd olunmaasını xahiş edən iddiaçının izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin olunmamalı, Nizami Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X4 bildirmişdir ki, Həmid ilə dostdur. 2-3 il əvvəl olardı Həmid Elniyyətə onun və Vugar adlı şəxsin yanında Bakı şəhərində Neftçilər metirosunun yaxınlığında “Loğman klinikası”nın yaxınlığında 1000 manat vermişdir. Pulun məbləği 1000 manat idi. Sonrdan eşitmişdir ki, həmid Eyniyyətə əlavə 3000 manat da verib. Lakin ondan sonra Elniyyət pulu qaytarmamışdır. Həmid ona dəfələrlə müraciət etsə də, Elniyyətdən pulunu ala bilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Vugar Efendiyev bildirdi ki, Həmidin dostudur, eşitdiyinə görə Həmid Elniyətə 4000 manat pul vermişdir. Pulu verərkən onların yanında olmamışdır. Lakin 1000 manat pulu onun və Cavidin yanında Neftçilər metirosunun yaxınlığında vermişdir. Həmid dəfələrlə Elniyətdən pulunu istəsə də ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə görə, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində ifadə vermiş şahidlərin ifadələri ilə İddiaçı Cavabdeh 1000 manat pul verməsi təsdiq olunmuşdur. Məhkəmə onu da qeyd edir ki, iddiaçı cavabdehdən 4000 manat məbləğində pul tələb etsə də, şahid ifadələri ilə İddiaçı Cavabdeh 1000 manat pul verməsi sübuta yetirilir. Belə ki, şahid X4 ifadəsində İddiaçı Cavabdeh 4000 manat pul verdiyini bildirsə də, həmin məbləğdən 1000 manat hissəsinin onun yanında verildiyini bildirmişdir. Digər mələğ barədə isə məlumatı olmuşdur. Mülki iş üzrə digər şahid Əfəndiyev Vüqar isə ifadəsində göstərmişdir ki, İddiaçı Cavabdeh 4000 manat pul vermişdir. Həsənov Elniyyət həmin pulu verərəkən onların yanında olmamışdır. Lakin 1000 manat pulu onun yanında vermişdir. Göründüyü kimi, şahid ifadələri ilə İddiaçı Cavabdeh 1000 manat məbləğində pul verməsi təsdiq olunmuşdur. İddia tələbinin digər 3000 manat hissəsi isə şahid ifadələri ilə təsdiq olunmamış və iddiaçı nə birinci instansiya məhkəməsində, nə də ki, kollegiyanın iclasında bununla bağlı heç bir mötəbər sübut növü təqdim etməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhər Nizami rayon Məhkəməsinin hazırkı iş üzrə 25 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4258/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4258/2021
20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver