Məhkəmə qərarları › İş №2(103)-4259/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4259/2023

12.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4259/2023 12.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, iddiaçı X1 cavabdeh Maraqlı şəxs1 vəzifəli şəxsinin hərəkətsizliyindən şikayətinə dair iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsindən Ərizəçi2 apellyasiya şikayətinə mülki məhkəmə icraatı qaydasında baxılmasının mümkünlüyü məsələsini yoxlayaraq müəyyən etdi: Hazırkı iş inzibati iş sayılır. Belə ki, Sabunçu Rayon Məhkəməsi həmin işə baxdığı zaman (2006-cı ildə) ümumi məhkəmə olmaqla yanaşı, həm də inzibati məhkəmə sayılıb, yəni indiki inzibati məhkəmələrin səlahiyyətinə malik olub. Bundan başqa, işə həmin məhkəmə tərəfindən xüsusi iddia icraatı qaydasında baxılıb, bu icraatın qaydaları isə hazırkı inzibati məhkəmə icraatının qaydalarına oxşar olub. O cümlədən iş üzrə cavabdeh Maraqlı şəxs1 inzibati orqandır, yəni iddia ərizəsində inzibati orqanın hərəkətsizliyinə dair mübahisə qaldırılıb. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası inzibati işlərə baxmaq səlahiyyətinə malik deyil. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Odur ki, hazırkı iş üzrə mülki məhkəmə icraatı qaydasında apellyasiya qeyri-mümkün sayılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qərara aldı: İddiaçı X1 cavabdeh Maraqlı şəxs1 vəzifəli şəxsinin hərəkətsizliyindən şikayətinə dair iş üzrə mülki məhkəmə icraatı qaydasında apellyasiya qeyri-mümkün sayılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar