Məhkəmə qərarları › İş №2(103)-426/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-426/2021

12.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-426/2021 12.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı vəkili Vəkil, Cavabdeh nümayəndələri X3, X12 və vəkili X5 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)-895/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı məhkəməyə müraciət edərək, Cavabdeh övladı X8 və onlara məxsus əşyaları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında yerləşən 335H saylı bağ evindən və torpaq sahəsindən çıxarılması, evin ona təhvil verilməsi və cavabdeh tərəfindən əmlakına daxil olmağa və sərbəst şəkildə istifadə etməyə törədilən bütün növ manelərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)-895/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh övladı X8 və onlara məxsus əşyaları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində, yerləşən 335H saylı bağ evindən çıxarılması, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində, yerləşən 335H saylı bağ evinin İddiaçı təhvil verilməsini qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia ərizəsi verildiyi gündən qətnamə çıxarıldığı günədək ümumiyyətlə məhkəmə prosesi barədə heç bir məlumatı olmamış, ünvanına heç bir bildiriş göndərilməmişdir. Məhkəmə tərəfindən iş üzrə icraatın materiallarına əlavə edilmiş xx xxxx 2018-ci il tarixli, 2(103)-7258/2018 saylı Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X8 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Həmin qətnamə məhkəmə tərəfindən çıxarılan zaman qeyd edilən fərdi yaşayış evi özbaşına tikili olmuşdur. İddiaçı tərəfindən iddia ərizəsində qeyd edilmişdir ki, bir neçə il əvvəl Zaur Zöhrabov evsiz olduğundan ona özünəməxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Musalan yaşayış massivində yerləşən 335H saylı fərdi yaşayış evindən istifadə etməsinə icazə vermiş, daha sonra onun həmin fərdi yaşayış evindən ailə üzvləri ilə birlikdə istifadə etməsini öyrəndiyini, fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsini tələb etdiyini, Zaur Zöhrabovun evdən çıxdığını onun isə hal-hazırki günədək evdən qanunsuz istifadə etməyini göstərmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən qətnamə çıxarılan zaman cavabdeh tərəf X9 olmuş, mübahisəli ev isə iddiaçının hal-hazırda iddia etdiyi fərdi yaşayış evi olmuşdur. Belə ki, iddiaçı özü iddia ərizəsində həmin fərdi yaşayış evlərinin eyni olmasını etiraf etməsinə baxmayaraq məhkəmə tərəfindən həmin xüsusata əhəmiyyət verilməmişdir. İddiaçı iddia ərizəsində Zaur Zöhrabovun ona məxsus evdən ailəsi ilə birlikdə istifadə etməsini, onun isə fərdi yaşayış evindən hal-hazırki günədək çıxmamağını iddia ərizəsində göstərməyinə baxmayaraq qətnamədə hakim Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinə münasibət bildirərək həmin qətnamədə onun Musalan yaşayış massivi 901/Z ünvanında yerləşən evə köçürüldüyünü, tərəflərin eyni tərəflər olmamasını əsas gətirmiş və həmin qətnamənin hazırki iş üzrə preyudisial əhəmiyyətə malik olmadığını göstərmişdir. Belə olan halda məhkəmə tərəfindən onun övladı ilə birlikdə Musalan yaşayış massivi 901/Z ünvanında yaşamaqla, iddiaçıya məxsus Maştağa qəsəbəsi 335H saylı fərdi yaşayış evini qanunsuz zəbt etməyi arasında olan ziddiyyət məhkəmə tərəfindən araşdırılmamışdır. Sabunçu Rayon Məhkəməsi tərəfindən hərətərəfli araşdırma aparılmamaqla qətnamə çıxarılmışdır. Belə ki, onun həmin məhkəmə baxışı barədə məlumatı olsaydı Mülki Prosessual Məcəllənin 79.1-ci maddəsinin tələbinə əsasən yerli baxışın keçirilməsi ilə Bakı Apellyasiya Məhkəməsi tərəfindən çıxarılmış qətnamə ilə köçürüldüyü Musalan massivi 901/Z ünvanı ilə iddiaçının təqdim etdiyi çıxarışda göstərilmiş 335H saylı fərdi yaşayış evinin eyni olmasını sübut edə bilərdi. Bundan başqa məhkəmə baxışının yeri və vaxtı barədə məlumat verilməməklə qarşılıqlı iddia verilməsi hüququndan məhrum olunmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi çıxarılan zaman qeyd edilən ev özbaşına tikili olmuş, o, övladı ilə birlikdə həmin fərdi yaşayış evinə köçürüldükdən sonra çıxarış əldə olunmuşdur. Bununla da, həmin çıxarışın etibarsızlığına dair qarşılıqlı iddia vermək imkanı olmamışdır. Həmin fərdi yaşayış evinin faktiki mülkiyyətçisi X4r. O və övladı Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi əsasında həmin evə köçürüldükdən sonra Xalid Zöhrabov və ailə üzvləri hər cür vasitə ilə onun evdən çıxarmağa çalışırlar. Belə ki, hal-hazırki iddaçı Xalid Zöhrabovun qonşusudur. Həmin fərdi yaşayış evindən Xalid Zöhrabov və o, birlikdə istifadə edirlər. Yəni, məhkəmə qətnaməsi çıxarılan zaman Xalid Zöhrabov həmin evdə yaşamış və hal-hazırda onunla birlikdə eyni evdə yaşayır. Ona gündəlik qulluq onun tərəfindən göstərilir. Qeyd edilən fərdi yaşayış evinə dair komunal xərclər onun tərəfindən ödənilir. Apellyasiya şikayətinə qoşma şəklində əlavə olunmuş “Azərişiq”la “Elektrik enerjisindən istfadə qaydalarına” dair müqavilədən görünür ki, müqavilədə tərəf kimi Xalid Zöhrabov iştirak etmişdir. Həmin müqavilə xx.xx.2009-cu il tarixdə bağlanmışdır. Əgər iddiaçı Xalid Zöhrabova və ailə üzvlərinə yaşaması üçün fərdi yaşayış evi vermişdirsə və həmin evin çıxarış əsasında mülkiyyətçisi olmuşdursa 2009-cu ildə elektrik enerjisindən istifadəyə dair müqavilə hansı səbəbdən Xalid Zöhrabovun iştirakı ilə bağlanmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X16 apellyasiya şikayətini müdafiə etdi, həmçinin bildirdi ki, evi cavabdehin əri və qaynatası tikib, iddiaçıya heç bir aidiyyəti yoxdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X10 da apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili X13 bildirdi ki, istifadə hüququ tanınmaqla köçürülmə qət olunub. Nuranə evin birgə nikahından əldə olunan ev olduğunu bildirir. Əslində bu məsələnin Rahimə heç bir aidiyyəti yoxdur. Sadəcə olaraq onun adına sənədləşdirilib, onun adına çıxarış alınıb ki, bu yolla cavabdeh Nuranə evdən çıxarılsın. Bu illər ərzində Rahim niyə heç bir prosesə qoşulmayıb ki, onun əmlakına niyə köçürülür. Ali Məhkəmənin qərari qanuni qüvvəyə minəndən sonra Rahim hazırki iddianı qaldırdı. X22 evsiz idisə, 2008-ci ildən kommunal xərc Xalidin adına niyə gəlirdi. Nuranə iki ildən çoxdur ki, orada yaşayır. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, evi kimin tikməsi barədə mübahisə yoxdur. Sadəcə məsələ budur ki, birgə təsərrüfat aparılıb. İddiaçının cavabdehlə heç bir tanışlığı yoxdur. Bugünə kimi evin birlikdə tikildiyi heç vaxt deyilməyib. Hazırki prosesdə evin birlikdə tikildiyini iddia edirlər. Nuranə evə köçürülüb, orada yaşayır. X25 tikib. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən qənaətini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında yerləşən 335H saylı bağ evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci ildə qeydiyyata alınmışdır. İddiaçının tanışı X6 mübahisəli bağ evinə iddiaçının razılığı ilə müvəqqəti yaşamaq üçün öz ailə üzvləri ilə birlikdə köçmüş, daha sonra iddiaçının tələbi əsasında həmin mənzili tərk etmişdir. X1 gəlini, yəni hazırki iş üzrə cavabdeh həmin bağ evini tərk etməmiş öz uşağı ilə yaşamağa davam etmişdir. Daha sonra Cavabdeh ilə yoldaşı X14 arasında münasibətlər pozulmuş cavabdeh mənzilə köçürülmə tələbi ilə bağlı X11 qarşı iddia qaldırmışdır. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təmin edilərək Cavabdeh övladı xx.xx.2017-ci il təvəllüdlü X8 ilə birlikdə ünvan 2 ünvanında yerləşən (özbaşına tikiliyə) evə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(103)- 7258/2018 saylı qətnaməsi ilə cavabdeh X7 apellyasiya şikayəti təmin edilməyərək, Sabunçu rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Əşya üzrə sahiblik hüququ faktiki məsələ olmaqla Mülki Məcəllənin 159-cu maddəsinə əsasən əşyaya faktiki sahiblik edən şəxs hesab olunur. Bu zaman o, ya əşyanın sahibi, ya da özgə əşyasının sahibi ola bilər (MM-nin 161-ci maddəsi). Məhkəmə müəyyən edir ki, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında yerləşən 335H saylı bağ evi üzərində heç bir sahiblik hüququna təsir edən sübutu mövcud deyil. Cavabdehin xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan torpaq sahəsində yerləşən tikilidə iddiaçının razılığı olmadan yaşamaqda davam etməsi nəticəsində iddiaçı hal-hazıradək bağ evinə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını həyata keçirə bilmir. Bundan başqa, məhkəmə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi və həmin qətnamənin dəyişdirilmədən saxlanmasını qət edən Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(103)-7258/2018 saylı mövcud qətnamələrinə münasibət bildirərək hesab edir ki, sözügedən qətnamələr üzrə tərəflər hazırki iş üzrə eyni tərəflər deyil və bundan başqa, qeyd olunan qətnqamələrə əsasən Cavabdeh hazırki mübahisəli bağ evinə yox, özbaşına tikili statusuna malik olan ünvan 2 ünvanında yerləşən evə köçürülməsi qət edilmişdir. Bu səbəbədən də sözügdən məhkəmə qətnaməsi hazırki iş üzrə preyudusial əhəmiyyətə malik ola bilməz Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılması üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, işdən görünür ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh övladı xx.xx.2017-ci il təvəllüdlü X8 ilə birlikdə ünvan 2 ünvanında yerləşən (özbaşına tikiliyə) evə köçürülməsi qət edilmiş və həmin qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə kassasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Hazırki iş üzrə olan qətnamə ilə Cavabdeh övladı X8 və onlara məxsus əşyaları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində, yerləşən 335H saylı bağ evindən çıxarılması, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində, yerləşən 335H saylı bağ evinin İddiaçı təhvil verilməsini qət edilmişdir. İddia tələbi bu həcmdə(qaydada) təmin edilsə də iddiaçı qətnaməni mübahisələndirməmişdir(çünki,iddia tələbində torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması da tələb edilmişdir). Bu evlərin eyni ev olmasını tərəflər mübahisələndirməsə də, apellyasiya baxışında məhkəmə qərardadına əsasən alınmış Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxx 2021-ci il tarixli məlumatında qeyd edilmişdir ki, tədqiqat obyektinə texniki baxış keçirilmişdir. Mübahisəli torpaq sahəsi və üzərində inşa olunmuş bağ evi **********55-11301 reyestr nömrəli çıxarışa əsasən vətəndaş İddiaçı mülkiyyətində olan 335 H saylı bağ evidir. Müraciətdə göstərilən Musalan yaşayış massivi, ev 901/Z ünvan rekviziti və bu evə dair hər hansı bir sənəd təqdim olunmadığı üçün verilmiş sualların cavablandırılması mümkün olmamışdır. Göründüyü kimi, anlaşılan şəkildə verilməsə də qeyd olunan İdarənin məlumatında da cavabdehin vaxtı ilə məhkəmə aktına əsasən köçürüldüyü, iddiaçının isə hazırda onun çıxarılmasını tələb etdiyi evin, eyni ev olduğu təsdiq olunur. İkincisi, cavabdehin mübahisəli evə azyaşlı övladı ilə birgə köçürülməsinə dair hər üç instansiya məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı mövcuddur. Bu günə qədər də həmin evdə yaşayır. Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin təhqiatçısı tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da görünür ki, həmin ünvanda yaşayan keçmiş qaynatası ilə xx.xx.2020-ci il tarixdə aralarında məişət zəmində münaqişə baş vermiş və cavabdeh xəsarət almışdır. İddiaçının isə xx.xx.2018-ci ildə həmin evə və yerləşdiyi 0.12 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququ qeydə alınmışdır. Lakin iddiaçının mübahisə predmeti olan evə mülkiyyət hüququnun qeydə alınması hazırki iddianın əsaslılığına dəlalət etmir. Üçüncüsü, apellyasiya baxışı zamanı da iddia tələbinin əsassız olması, iddiaçının hazırki iddianı irəli sürməklə hüquqlarından sui-istifadə etməsi öz təsdiqini tapdı. Belə ki, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. İddiaçının hüquqdan suiistifadə edərək, Cavabdeh ziyan vurmaq məqsədi ilə bu iddianı irəli sürməsi təqdim olunan sənədlərlə, o cümlədən apellyasiya şikayətinin bütün dəlilləri ilə təsdiq olunur. Belə ki, cavabdeh Cavabdeh keçmiş əri Zaur Zöhrabova qarşı azyaşlı övladı ilə birlikdə mübahisəli ünvanda inşa edilmiş özbaşına tikiliyə köçürülməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən və iddiası təmin olunmaqla yekun olaraq bu iddia kassasiya instansiyası məhkəməsi tərəfindən də təsdiq olunduqdan sonra düşünülmüş şəkildə planlaşdırılan hazırkı iddia ortaya çıxmış və iş üzrə bu cür qətnamə çıxarılmışdır. Əslində hazırkı iddianın ortaya çıxmasında məqsəd də hazırki iş üzrə Cavabdeh mübahisəli ünvandakı inşa olunmuş əvvəlcə özbaşına tikili olan, sonradan isə, hazırki işin predmeti olmasa da məlum olmayan səbəbdən iddiaçının adına qeydə alınmış evdən çıxarmağa nail olmaq olmuşdur. Bu isə Cavabdeh və azyaşlı uşağının hüquqlarını pozmaqla yanaşı, mənafeyinə də açıq-aşkar ziddir. Dördüncüsü, apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsinin və vəkilinin gətirdiyi dəlillər inandırıcı və ağlabatan olmamaqla işin hallarına da uyğun deyildir. Çünki, iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətində göstərilən və cavabdeh tərəfin gətirdiyi bu dəlilləri təkzib edəcək hər hansı bir mötəbər arqument irəli sürmədi. Ona görə də, ədalət mühakiməsini həyata keçirən məhkəmə həqiqətə nail olunmasını təmin edərək həm işdə iştirak edən, həm də iştirak etməyən şəxslərin hüquqlarının və qanuni mənafeyinin qorunmasını təmin etməlidir. Bu həm də məhkəmənin dövlət və cəmiyyət qarşısında pozitiv öhdəliyinin icrası ilə bağlı olan bir məsələdir. Beşincisi, apellyasiya şikayətində göstərilən dəlillər hazırki iddianın hüquqdan sui-istifadə edilməklə, məhz Cavabdeh ziyan vurmaq məqsədilə iddiaçının və cavabdehin keçmiş əri və onun ailəsinin birgə mövqedən çıxış edərək irəli süruldüyünü açıq-aşkar təsdiq edir. Belə ki, iddiaçının və cavabdehin keçmiş ərinin və onun ailə üzvlərinin bilərəkdən bu vasitədən istifadə edərək mübahisəli evdən Cavabdehın çıxarılmasına nail olmaları əlbətdə ki, onları məmnun etməyə bilməzdi. Əks halda, heç olmasa iddiaçı həm Cavabdeh mübahisəli evə vaxtı ilə köçürülməsinə dair birinci və apellyasiya instansiya məhkəmələrinin qətnamələrindən, eləcə də hazırki iddiasının tam həcmdə təmin olunmamasından apellyasiya şikayətləri verməli idi. Lakin bu cür qətnamənin onu “qane” etməsi, iddiaçının cavabdehin keçmiş əri və ailə üzvləri ilə vahid niyyətlə, bilərəkdən, məhz Cavabdeh hüquqdan sui-istifadə edərək ziyan vurmaq, daha doğrusu, sonuncunun mübahisəli ünvanda inşa olunmuş evə köçürülməsi ilə bağlı dövlətin adından çıxarılmış və qanuni qüvvəsini almış məhkəmə aktlarının əhəmiyyətini heçə endirmək məqsədilə düşünülmüş şəkildə edilməsinin bariz nümunəsidir. Əgər bu cür olmasaydı iddiaçı həm digər iş, həm də hazırki iş üzrə bir dəfə də olsun məhkəmə iclaslarında iştirak edərdi, Cavabdeh mübahisəli evə köçürülməsinə dair qətnamələrin həqiqətən də mənafeyinə zidd idisə apellyasiya və ya kassasiya şikayətləri verə bilərdi. Çünki, həmin işdə də Cavabdeh keçmiş əri mübahisəli evin hazırki iş üzrə iddiaçıya məxsus olduğunu apellyasiya şikayətində göstərmişdir. Ona görə də iddiaçı şəxsən məhkəmə iclaslarında iştirak edərək hazırki iş üzrə cavabdeh, digər işdə isə iddiaçı olan Cavabdeh dəlillərinə aydınlıq gətirməli idilər. Çünki, mülki dövriyyədə evində yaxud torpaq sahəsində yaşayanların yaxud oradan çıxmaq istəməyənlərin kimliyini öyrənmədən, onların orada yaşamaq istəmələrinin səbəblərini öyrənmədən və.s. məsələləri araşdırmadan bu cür iddiaları həqiqətən kənar təsir olmadan öz iradələri ilə irəli sürülməsi inandırıcı və ağlabatan olmamaqla yanaşı, həyatda həmişə baş verən hallara uyğun deyildir. Belə ki, insan elə bir şüurlu varlıqdır ki, o, özününkü olan əmlakdan kimlərinsə çıxmasını tələb edirsə, mütləq onu əvvəlcədən görmək istəyir, onunla mübahisəni məhkəmədən kənar sülh yolu ilə həll etmək istəyir, bu baş vermədikdə isə məhkəməyə mübahisələri zamanı mütləq məhkəmə iclaslarında iştirak edib iddiasını nümayəndəsi və vəkili olsa da şəxsən müdafiə etmək istəyir. Çünki, insanın həyat tərzi də bunu tələb edir. Lakin İddiaçı bu istəklərin olmaması, yəni qeyd olunanları yoxlamadan həqiqətən vicdanlı şəxs kimi mübahisəli evin həqiqi mülkiyyətçisi olması ümumiyyətlə inandırıcı deyildir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.2-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)-895/2020 saylı qətnaməsi ləğv edilməli və iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)- 895/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar