Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4262/2023 24.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), İx oğlu və Sx oğlundan ibarət tərkibdə, İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair ilkin, ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-42/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı "zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanılmış xx.xx.2015-ci il tarixli beh müqaviləsindən əmələ gələn öhdəliyi icra etmədyi üçün behin iki misli olan 1.000 manat, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ilə təsdiq olunan zərərin əvəzi kimi 14.000 manat, ünvan 1 ünvanında mənzilin təmir işlərinə çəkilmiş xərcin dəyəri olan və zərərin əvəzi kimi 19.000 manat, cəmi 34.000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra ilkin iddia tələbi üzrə İddiaçı iddia ərizəsinə dəqiqləşdirmə ilə məhkəməyə müraciət edərək iddia tələbində qeyd olunan 14.000 manat məbləğində borcun 2.950 manat hissəsinin Azərbaycan manatı ilə və qalıq hissəsi isə 6.500 ABŞ Dolları olması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Məhkəmə prosesinin gedişatında Cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Zülfü Adıgözəlov küçəsi, dalan 15, ev 10 ünvanında yerlşən 10a saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 42/2023 nömrəli qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 6.500 ABŞ Dolları (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq manatla ödənilsin) məbləğində pul vəsaitinin və 6.138 manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun Cavabdeh tutularaq, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, İddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilindən çıxarılması qət edilmişdir.
5. Qətnamədən narazı qalan ilkin iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və onun iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
6. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
7. İlkin iddia üzrə iddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini və apellyasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
8. Şikayət onunla əsaslandırılmışdır ki, sözügedən qətnamə nümayəndə və vəkili Vəkil2 elektron kabinetində yerlşdirilmişdir. O, vəkilindən imtina etmişdir və imtina ilə bağlı sənədi şikayətinə əlavə etmişdir.
9. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
10. Şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
11. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq 12.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-42/2023 nömrəli qərardadı ləğv edilməli və apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət buraxılmamış hesab edilməlidir.
14. Belə ki, birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-42/2023 nömrəli qətnaməsi “Elektron məhkəmə” informasiya sistemində xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, ilkin iddia tələbi üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil2 elektron kabineti mövcuddur və qətnamənin təhvil alındığı tarix xx.xx.2023-cü il, yəni məhkəmə aktının elektron kabinetə yerləşdirildiyi tarix hesab edilməlidir.
15. Lakin İddiaçı tərəfindən təqdim edilmiş sənəddən aydın olur ki, onun tərəfindən nümayəndəsi Vəkil2 verilmiş etibarnaməyə məhkəmə qətnaməsinin qəbul edildiyi tarixdən bir gün əvvəl – xx.xx.2023-cü il tarixdə xitam verilmişdir.
16. İşdə olan ərizədən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə qətnamənin alınması üçün məhkəməyə müraciət etmiş, qətnaməni xx.xx.2023-cü il tarixdə almış, daha sonra “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə xx.xx.2023-cü il tarixdə apellyasiya şikayətini təqdim etmişdir.
17. Göründüyü kimi, iddiaçı tərəfindən verilən apellyasiya şikayəti prosessual qanunvericiliklə nəzərdə tutulmuş müddətdə verilmişdir.
18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.3, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı şikayəti təmin olunsun. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-42/2023 nömrəli qərardadı ləğv edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-43/2023 nömrəli qətnaməsindən ilkin iddia üzrə İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət buraxılmamış hesab edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.