Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4262/2024 10.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2559/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Ərizəçi Maraqlı şəxs1, Bakı şəhər İcra hakimiyyəti X1 Həmkarlar İttifaqı Komitəsi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə mənzil verilmə hüquqi faktının tanınmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, BİT HİK MMK (Bakı şəhəri Baş İstehsalat İdarəsi Həmkarlar İttifaqı Komitəsinin) (Yaşıl müəssisələr Baş İstehsalat İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin) xx.xx.1989-cu il tarixli 38 nömrəli iclas protokolundan çıxarışa əsasən ünvan 1 ünvan ünvan 2anasında mərhum X6 və ailə üzvlərinə (həyat yoldaşı Ərizəçi) mənzil verilməsi hüquqi faktın müəyyən edilməsi barədə xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2559/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Ərizəçi Maraqlı şəxs1, Bakı şəhər İcra hakimiyyəti X1 Həmkarlar İttifaqı Komitəsi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə mənzil verilmə hüquqi faktının tanınmasına dair ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina edilməsi qərara alınmışdır. Ərizəçi elektron məhkəmə informasiya sistemi vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2559/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından şikayət vermişdir. Şikayət belə əsaslandırılmışdır ki, iş materiallarında da göründüyü kimi o və onun ailə üzvləri həmin evdə pasport qeydiyyatında olmaqla faktiki olaraq 1989-cu il tarixdən yaşayırlar. Lakin hakim qərardadında göstərir ki, “Yuxarıda istinad edilən qanunvericilik normalarından da görünür ki, yataqxanalarda yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Ərizəçiyə Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti X4 Həmkarlar İttifaqı Komitəsi tərəfindən cavab verilərək, sənədinin dublikatının təqdimedilməsinin qeyrimümkün olduğu bildirilmişdir. Buradan görünür ki, inzibati orqan olan Bakı İcra Hakimiyyətinin nəzdində X4 hal-hazırda mövcuddur və 1989- cu ildə protokoldan çıxarışı təqdim etmiş Yaşıllaşdırma Müəssisələri Baş İstehsalat İdarəsinin funksiyalarını yerinə yetirir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, protokoldan çıxarışa əsasən şəxsin mənzildə yaşaması faktının müəyyən edilməsi xüsusi icrrat qaydasında baxılaraq həll edilə bilməz. Məhkəmə bu qənaətə gələrkən onu da nəzərə alır ki, şəxsin müəyyən mənzildə yaşaması faktı məhkəməyə qaydasında tanınsa belə, bu gələcəkdə şəxsin həmin mənzildə vaxtilə qanuni əsaslarla (protokoldan çıxarışa əsasən) sahiblik və istifadə etdiyinin təsdiqi mənasını verməyərək, şəxsin mülkiyyət hüquqlarının tanınmasına da təsir göstərməyəcəkdir.” Lakin o həmin mənzildə yaşamaq faktının təsdiq edilməsini yox, Bİİ HİK MMK (Bakı şəhəri Baş İstehsalat İdarəsi Həmkarlar İttifaqı Komitəsinin) (Yaşıl müəssisələr Baş İstehsalat İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin) xx.xx.1989-cu il tarixli 38 nömrəli iclas protokolundan çıxarışa əsasən ünvan 1 ünvan ünvan 2anasında mərhumYusifov İldırımParpar oğluna və ailə üzvlərinə (həyat yoldaşı Ərizəçi) mənzil verilməsi hüquqi faktın müəyyən edilməsini xahiş etmişdir. O onsuzda həmin evdə pasport qeydiyyatında olmaqla yaşayır. BŞİH-nin X4 və Həmkarlar Komitəsi cavab məktubunda həmin faktı təsdiq edirlər. Onlar onun ərini uzun illərdir tanıyıblar bir yerdə işləyiblər sadəcə arxiv qalmadığı üçün dublikat verə bilmirlər. Ona görə də o xüsusi icraat qaydasında qeyd olunan protokoldan çıxarış üzrə mənziln verilməsi hüquqi faktının müəyyən edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2559/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2559/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2559/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1.2-ci maddəsinə əsasən, yataqxanalarda yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 91.2-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 93.1-ci maddəsinə əsasən, yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarı: 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. 1.4. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Ərizəçi Y.Rəmziyyə mərhum həyat yoldaşı Y.İldırıma və onun ailə üzvlərinə Bİİ HİK MMK 11 iyul 1989-cu il tarixli protokola əsasən ünvan 3 ünvanında yerləşən ailə yataqxanasında mənzilin ayrılması ilə bağlı mülkiyyət hüquqlarının təsdiq edilməsi üçün ASAN Xidmətə müraciət etmiş, ondan protokoldan çıxarışın dublikatının verilməsi tələb edilib. Ərizəçi müvafiq BŞİH-nin X2 müraciət etsə də, qurumdan məlumat verilmişdir ki, sənədin əsli həmin idarədə mövcud deyil. Buna görə də ərizəçi xüsusi icraat qaydasında mənzilin mərhum X6 və onun ailə üzvlərinə mənzil verilməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, ərizəçinin ərizədə qeyd etdiyi məsələyə mülki mühakimə icraatı qaydasında, xüsusi icraatda baxıla bilməz. Yuxarıda istinad edilən qanunvericilik normalarından da görünür ki, yataqxanalarda yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Ərizəçiyə Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti X4 Həmkarlar İttifaqı Komitəsi tərəfindən cavab verilərək, sənədinin dublikatının təqdim edilməsinin qeyrimümkün olduğu bildirilmişdir. Buradan görünür ki, inzibati orqan olan Bakı İcra Hakimiyyətinin nəzdində X4 hal-hazırda mövcuddur və 1989-cu ildə protokoldan çıxarışı təqdim etmiş Yaşıllaşdırma Müəssisələri Baş İstehsalat İdarəsinin funksiyalarını yerinə yetirir. Belə olan təqdirdə protokoldan çıxarışa əsasən şəxsin mənzildə yaşaması faktının müəyyən edilməsi xüsusi icrrat qaydasında baxılaraq həll edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Kollegiya onu da qeyd edir ki, şəxsin müəyyən mənzildə yaşaması faktı məhkəməyə qaydasında tanınsa belə, bu gələcəkdə şəxsin həmin mənzildə vaxtilə qanuni əsaslarla (protokoldan çıxarışa əsasən) sahiblik və istifadə etdiyinin təsdiqi mənasını verməyərək, şəxsin mülkiyyət hüquqlarının tanınmasına da təsir göstərməyəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2559/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2559/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4262/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4262/2024
10.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver