Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4263/2022 28.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı istifadə hüquqlarının itirilməsi və evdən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli 2(003)-2525/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı əvvəlcə iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ona məxsus olan ünvan 1 ünvanında yerləşən 1 saylı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin ona məxsus olan həmin evdən və 0,958 ha torpaq sahəsindən əşyaları ilə birlikdə çıxarılmaları, həmin evin və torpaq sahəsinin onun istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 1 saylı evi və 0,0958 ha torpaq sahəsini o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş hərrac zamanı “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 03 may 2021-cu il tarixli müqaviləyə əsasən almışdır. Həmin müqavilə əsasında evi öz mülkiyyətinə qəbul etmiş və bu barədə ona 18 may 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bütün bunlara baxmayaraq cavabdehlər onun evindən və torpaq sahəsindən çıxmır, evini və torpaq sahəsini onun istifadəsinə vermirlər. Cavabdehlər həmçinin onun evinin pasport qeydiyyatında qalmışlar. Cavabdehlərin müdaxiləsi Azərbaycan Respublikası Konstitusiyası ilə ona verilən və dövlət tərəfindən qorunan mülkiyyət hüququnu pozur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli 2(003)-2525/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ona heç vaxt 60000 ABŞ dolları məbləğində pul verməmiş, məhkəmə isə işin hallarını ətraflı araşdırmadan iddianı təmin etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb bildirmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan sübutlardan görünür ki, notarial qaydada təsdiq olunmuş 01 oktyabr 2018-ci il tarixli 3M-1177 saylı kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh2 60000 ABŞ dolları məbləğində borc vermiş, həmin tarixli 3M-1178 saylı ipoteka müqaviləsinə əsasən kreditin qaytarılmasının təminatı kimi Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 saylı evi ipoteka ilə yüklü etmişdir. Kredit müqaviləsində borcun qaytarılması müddəti 01 yanvar 2019-cu il müəyyən edilmişdir. İpoteka müqaviləsi bağlanarkən cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 razılığı alınmış, onlar notarial qaydada təsdiq olunmuş ərizə verərək ipoteka qoyulmuş əmlaka tutma yönəldiyi halda heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən mənzili qeyd-şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşlər. Borc ödənilmədiyinə görə ev açıq hərraca çıxarılmış və 03 may 2021-ci il tarixli hərracın yekunları barədə protokola və alqı-satqı müqaviləsinə əsasən İddiaçı evi açıq hərracda əldə etmişdir. İddiaçı həmin ev üzərində mülkiyyət hüququnu təsdiq edən 18 may 2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İş materillarında olan ASAN 5 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, cavabdehlər ünvan 1 ünvanında yerləşən 1 saylı evdə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 1 saylı evin mülkiyyətçisi olduğundan, cavabdehlərin isə həmin evə dair hər hansı hüquqları qalmadığından, İddiaçı hazırkı iddianı qaldırmaqda haqlı olmuş, birinci instansiya məhkəməsi düzgün olaraq iddianı təmin etmişdir. İddiaçı Cavabdeh2 60000 ABŞ dolları məbləğində borc verməməsi barədə apellyasiya şikayətinin yeganə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, pulun verilməsi iş materiallarında olan notarial qaydada təsdiq olunmuş borc müqaviləsi ilə təsdiq olunur. Cavabdeh2 həmin borc müqaviləsini, habelə hərracın nəticələrini mübahisələndirməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Buna görə də qətnamə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlili isə əsassız olmaqla qətnamənin ləğv edilməsinə əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli 2(003)-2525/2021 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4263/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4263/2022
28.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver