Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4267/2022 01.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2(004)-958/2022 saylı qərardadından cavabdeh Azərbaycan Milli X1, Etnoqrafiya və Antropologiya İnstitutunun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18.04.2022-ci il tarixli, 2(004)-958/2022 saylı qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05.03.2022-ci il tarixli, 2(004)-958/2022 saylı qətnaməsindən cavabdeh AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh Azərbaycan Milli X1, Etnoqrafiya və Antropologiya İnstitutunun nümayəndəsi Nümayəndə 23.04.2022-ci il tarixdə həmin qərardaddan şikayət verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin18.04.2022-ci il tarixli, 2(004)-958/2022 saylı qərardadının ləğv edilməsi və qətnamədən verilən apellyasiya şikayətinin qəbul edilməsini xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti onun tərəfindən düzgün verilərək institutun nümayəndəsi Nümayəndə məxsus elektron kabinet vasitəsilə və elektron imza ilə imzalanmaqla göndərilmiş, lakin elektron məhkəmə sistemində baş vermiş texniki problemlər nəticəsində elektron portalda hüquqi şəxs olan “Qəsr” Mədəni İrsi və X3 İctimai Birliyinin adı görünmüşdür. Problemi həll etmək üçün Elektron Məhkəmə sisteminin qaynar xətti ilə əlaqə yaratmış, lakin əməkdaşların cəhdlərinə baxmayaraq yaranmış problemi aradan qaldırmaq mümkün olmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26.04.2022-ci il tarixli, 2(004)-958/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2(004)-958/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, ərizədə apellyasiya şikayətinin cavabdehin nümayəndəsinə məxsus elektron imza ilə imzalanaraq göndərildiyi bildirilsə də, iş materiallarından müəyyən edilir ki, məhkəməyə daxil olan 15.04.2022-ci il tarixli apelyasiya şikayəti baxılan iş üzrə proses iştirakçısı olmayan başqa hüquqi şəxs–“Qəsr” Mədəni İrsi və X3 İctimai Birliyinə bağlı olan elektron imza ilə imzalanmışdır. Eyni zamanda cavabdeh qeyd olunan yanlışlığı aradan qaldıraraq 25.04.2022-ci il tarixdə yenidən apellyasiya şikayəti göndərmişdir. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18.04.2022-ci il tarixli, 2(004)-958/2022 saylı qərardadından verilən şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Milli X1, Etnoqrafiya və Antropologiya İnstitutunun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2(004)- 958/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-4267/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4267/2022
01.06.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver