Məhkəmə qərarları › İş №2(103)-4269/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4269/2021

21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4269/2021 21.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadından iddiaçı “İddiaçı-A” MMC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı “İddiaçı-A” MMC Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim A.Paşayeva, iş № 2(008)-2778/20) iddianın təmini tədbirinin tətbiqi barədə ərizə təmin olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmış və iddianı təmin tədbirinin tətbiqi barədə xx.xx.2020-ci il tarixli qərardad ləğv edilmişdir. İddiaçı “İddiaçı-A” MMC Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək onun ləğv olunmasını və mülki işə baxılmasını xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qərardadla şikayəti əsassız sayaraq təmin etməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9600/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı “İddiaçı-A” MMC-nin verdiyi şikayət üzrə apellyasiya dövlət rüsumu ödənilmədiyindən qeyri-mümkün hesab edilmiş və şikayət mülki işlə birlikdə həmin məhkəməyə qaytarılmışdır. Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə “İddiaçı-A” MMC-nin xx xxxxxxx 2020-ci il tarixli qərardaddan verdiyi şikayət göstərilən əsasla geri qaytarılmışdır. İddiaçı “İddiaçı-A” MMC dövlət rüsumunu ödəyərək xx xxxxxx 2021-ci il tarixli qərardadın ləğv olunmasını və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında məhkəmə bildiriş tərəflərə göndərilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından məlum olur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası şikayəti dövlət rüsumu ödənilməməsi əsası ilə qeyri-mümkün hesab etmiş, birinci instansiya məhkəməsi də Azərbaycan Respublikası MPM-nin 399-cu maddəsinə istinad edərək şikayəti həmin hsasla geri qaytarmışdır. İddiaçı göstərilən nöqsanı aradan qaldıraraq müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunu ödəmişdir. Amma bununla yanaşı birinci instansiya məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadından da şikayət vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin geri qaytarılma əsası məhz dövlət rüsumunun ödənilməməsi olmuşdur. İddiaçı mahiyyət etibarı ilə dövlət rüsumunun ödənilməsi məsələsini mübahisələndirməmiş, əksinə, geri qaytarılma əsası ilə razılaşaraq dövlət rüsumunu ödəmişdir. Verilmiş şikayət iddiaçının göstərilən hərəkəti ilə ziddiyyət təşkil edir. Belə ki, həmin şikayətdə göstərilmişdir ki, dövlət rüsumunun ödənilməsi barədə qəbzi əlavə etmək unudulmuş, məhkəmə isə bunu xatırlatmamışdır. Beləliklə, iddiaçı özü də dövlət rüsumunu ödəmədiyini etiraf etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin tərəflərə dövlət rüsumunun ödənilməsi barədə qəbzin əlavə edilməsini təklif etmək və ya xatırlatmaq vəzifəsi yoxdur, bu hal şikayətin geri qaytarılması üçün əsasdır və məhkəmə tərəfindən heç bir prosessual pozuntuya yol verilməmişdir. Digər tərəfdən, məhkəmə kollegiyası nəzərə alır ki, şikayətin qoşmasında dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilmiş, aşkarlanmış nöqsan aradan qaldırılmışdır. Belə olan halda, baxılmamış saxlanılma barədə məhkəmə qərardadından verilmiş şikayətin baxılmasına mane olan hər hansı hal yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı “İddiaçı-A” MMC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar