Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4270/2023 23.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Sabunçu rayon Məhkəməsinin e-2(008)-3354/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, 6 saylı evin 10 saylı mənzilin bəzi əşyaları ilə - kondisioner, dəhliz şkafı, mətbəx mebeli ilə birlikdə Cavabdeh, onun ailə üzvləri, anası - Xuraman və digər şəxslər tərəfindən İddiaçı təhvil verilməsi, Cavabdeh, onun ailə üzvlərinin, anası - Xuramanın və digər şəxslərin həmin mənzildən çıxarılması, mənzilin boşaldılması, iddiaçının həmin mənzildən istifadə etməsinə, mənzilə girib-çıxmasına maneçilik törədilməsinin Cavabdeh, onun ailə üzvlərinə, anası - Xuramana və digər şəxslərə qadağan edilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə2 vəsatət verərək, cavabdehin qeydiyyat ünvanının Naxçıvan MR-nin Ordubad rayonu olduğundan işin aidiyyəti göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə vəsatət rədd edilmişdir. Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə2 şikayətlə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli qərardadın ləğv edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarından görünür ki, iddiaçı mübahisə predmeti olan mənzilə alqı-satqı müqaviləsini hazırkı iş üzrə tərəf olmayan X2 ilə bağlamış, eyni zamanda iddiaçı mübahisə predmeti olan mənzilə dair BEH müqaviləsini Cavabdehlə bağlamış və ona 30200 manat məbləğində pul ödəmişdir. İddia ərizəsində də iddiaçı mənzilin alqı-satqı ilə bağlı bütün danışıqların Cavabdeh və onun anası ilə aparıldığını göstərmişdir. Bu hallar iddiaçının vicdanlı alıcı olmadığını, onunla X2 arasında bağlanmış müqavilənin formal olmasını, mənzilin qanuni sahibinin Cavabdeh olduğunu, iddiaçının mübahisə predmeti olan mənzilə dair qanuni mülkiyyət və sahiblik hüququnun olmadığını təsdiq edir. Onlar tərəfindən iddiaçı ilə X2 arasında bağlanmış əqdin etibarsızlığına dair hələ ki, qarşılıqlı iddia verilməsə də məhkəmə işdə aşkar sübutlar əsasında və bu əqdin etibarlı olmadığını və iddiaçının qanuni mülkiyyətçi və sahib olmadığını müəyyən etməli idi. Belə olan halda məhkəmənin MPM-nin 39.1-ci maddəsinə istinad etməsi doğru deyildir və iş MPM-nin 35.1-ci maddəsinə uyğun olaraq cavabdehin rəsmi qeydiyyatda olduğu yer üzrə baxılmalıdır. Bakı Şəhəri Sabunçu rayon Məhkəməsinin e-2(008)-3354/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı Şəhəri Sabunçu rayon Məhkəməsinin e-2(008)- 3354/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 iyun 2021-ci il tarixli qərarına əsasən «Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq qeyd edilmişdir ki, boşaldılması tələb edilən ev Sabunçu rayonunda yerləşdiyindən, hazırki işə müstəsna aidiyyət qaydalarına uyğun Sabunçu rayon məhkəməsində baxılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə2 mülki işin aidiyyəti üzrə göndərilməsi barədə ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı Şəhəri Sabunçu rayon Məhkəməsinin e-2(008)-3354/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4270/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4270/2023
23.06.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver