Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4274/2024 22.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Hüquq və X20” X19rşı mülki iş üzrə (Açar sözlər: “əmrin ləğvi, müddətli bağlanmış əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi, işə bərpa və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi, iddia müddəti”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh “Hüquq və X20” X30 nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2024/2024 saylı, 10 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. “Hüquq və X20” X33 İdarə Heyətinin sədri X4 ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 24 nömrəli əmək müqaviləsinə əsasən, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Hüquq və X20” X23 Dövlət təhlükəsizliyinin hüquqi təminatı şöbəsində əvəzçilik üzrə 0,5 ştat vahidi ilə elmi işçisi vəzifəsinə işə qəbul edilmişdir. İşçinin əmək haqqı 234 manat müəyyən edilmişdir.
2. “Hüquq və X20” X30 İdarə Heyətinin sədri X4 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli 19 nömrəli əmək müqaviləsinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə İddiaçı xx.xx.2023-cü il tarixdən “Hüquq və X20” X23 Hüquqi tədqiqat şöbəsində hüquq tədqiqatçısı (junior - Beynəlxalq ümumi və xüsusi hüquq, ətraf mühitə dair qanunvericiliyi) vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək bir il müddətinə bağlanmışdır, işin birinci 3 ayı sınaq müddəti hesab edilmişdir. İşçi xx.xx.2023-cü il tarixdən işə başlayır.
3. İddiaçı xx.xx.2023-cü il tarixdə 002/07-503 nömrəli müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında xəbərdarlıq məktubu təqdim edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı cavabdeh “Hüquq və X20” X19rşı əmrin ləğvi, müddətli bağlanmış əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi, işə bərpa və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, “Hüquq və X20” X24 xx.xx.2023-cü il tarixli 220/K nömrəli əmrinin ləğv edilməsi, “Hüquq və X20” X33 ilə onun arasında bağlanmış xx.xx.2023-cü il tarixli 19 nömrəli müddətli əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi, onun “Hüquq və X20” X24 Hüquqi tədqiqat şöbəsində hüquq tədqiqatçısı-aparıcı mütəxəssis vəzifəsinə bərpa edilməsi və xx.xx.2023-cü il tarixdən işə bərpa edildiyi günədək məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbində göstərib ki, Azərbaycan Respublikasında qüvvədə olan hüquqi aktlarla publik hüquqi şəxslərə hüquq sahəsində təhsili olmayan (qeyri-hüquqşünas) və ya işlədiyi müddətdə hüquq təhsili alan şəxslərlə hüquq sahəsində müddətli və ya müddətsiz əmək müqaviləsini bağlamağı qadağan edən hüquqi norma müəyyən edilməmişdir. Əks halda o, “Hüquq və X20” publik hüquqi şəxsdə 4 il 3 ay ərzində nə işləyər, nə də onunla hal-hazırda sonuncu hesab olunan xx.xx.2023-cü il tarixli 19 nömrəli əmək müqaviləsi bağlana bilərdi. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İX hissəsinə əsasən hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz. Onun tutduğu vəzifə əvvəllər bitirdiyi ixtisas və ixtisaslaşmaya uyğun olmasa da, hal-hazırda onun “Bakı Dövlət Universiteti” X30 hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasında təhsil aldığı ixtisasa, yəni 5603.01- “Beynəlxalq hüquq; insan hüquqları” ixtisası üzrə fəlsəfə doktoru proqramına tam şəkildə uyğundur. O, hal-hazırda fəlsəfə doktoru proqramı üzrə qiyabi təhsil formasında doktoranturanın 3-cü kursunda təhsil alır. Həmçinin hüquq diplomunun olması “Hüquq və X20” X30 vəzifə təlimatında da göstərilməmişdir. xx.xx.2023-cü il tarixli 19 nömrəli əmək müqaviləsini imzalayarkən onun müddətli olması barədə məlumatlı olmamış və bu halı təsdiq edən müvafiq sübut təqdim etmişdir. İşçinin sərbəst (azad) iradə ifadəsinin və tərəflərdən birinin, yəni işçinin hüquq bərabərliyinin mövcud olmadığı şəraitdə əmək müqaviləsini imzalaması, onun qüvvədə olduğu müddətdə tərəflərin hüquqlarını həyata keçirməsi, öhdəliklərini yerinə yetirməsi, eləcə də əmək müqaviləsinin qüvvədə olduğu 1 il müddətində tərəflərdən heç birinin əmək müqaviləsinin hər hansı bir müddəasını, o cümlədən də müqavilənin 2.2-ci bəndinin işçi və ya işəgötürən tərəfindən mübahisələndirilməməsi halı işçi tərəfindən iradə ifadəsinin mövcud olduğunu təsdiq etmir. O, təxminən 2023-cü ilin yanvar ayının 9-10-da əmək müqaviləsinin altsistemə yerləşdiyini görmüş və ona məlum olmuşdur ki, müqavilə müddətli bağlanmışdır. Əmək müqaviləsi bildirişi xx.xx.2023-cü il tarixdə altsistemə yerləşdirilmişdir. Cavabdehin təşəbbüsü ilə onun xx.xx.2022-ci ilə kimi aktiv əmək müqaviləsinə xitam verilməklə, onun əmək müqaviləsinin 1 il 9 aydan sonra müddətsiz hesab olunması üçün İnstitutda topladığı 3 il 3 aylıq müddət faktiki olaraq sıfırlanmışdır. Halbuki, işəgötürən onun xx.xx.2022-ci ilə kimi aktiv əmək müqaviləsinə müvafiq dəyişiklikləri Əmək Məcəlləsinin 46-cı maddəsində nəzərdə tutulmuş qaydada da apara bilərdi. Lakin işəgötürən Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsi ilə nəzərdə tutulan “hüquqlardan sui-istifadəyə yol verilmir” tələbə riayət etməyərək, onun əmək hüquqlarını pozmuşdur. Məqsəd isə bağlanmış əmək müqaviləsinin müddətsiz hesab edilməsi üçün 5 illik müddətin yenidən hesablanması olmuşdur. Beləliklə, işəgötürənlə xx.xx.2023-cü il tarixli 19 nömrəli müqaviləni bağlamaqla faktiki olaraq əlverişsiz vəziyyətə düşmüşdür. Əmək müqaviləsinin təhvil almaq barədə başqa bir jurnala imzalamış, hansı ki, təhvil alarkən tarix qeyd edərək, ona imzalamışdır. Burada əmək müqavilələrinin qeydiyyatı kitabına çəkdiyi imzanı nəzərdə tutmur. Lakin cavabdeh həmin kitabdan başqa hər hansı kitab olmadığını qeyd edir. Cavabdeh əmək müqaviləsini xx.xx.2023-cü il tarixdə almağını təsdiq edən hər hansı sübut təqdim etməlidir. İşəgötürənlə xx.xx.2023-cü il tarixli 19 nömrəli müqaviləni bağlayarkən, cavabdeh onunla həmin müqavilənin heç bir şərtini müzakirə etməmiş və razılaşdırmamışdır. Müqavilədəki imza ona məxsusdur. Lakin imzanın altındakı xx.xx.2023-cü il tarixini o, yazmamışdır. Müqaviləni imzalamağa verərkən yalnız 5-ci səhifəsi ona təqdim edilmiş, digər səhifələri təqdim edilməmişdir. Klavdiya Qənbərova ona bildirmişdir ki, əmək müqaviləsi tam hazır olduqdan sonra bir nüsxəsi ona veriləcəkdir. O, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ərizələrində əmək müqaviləsinin müdətini göstərmişdir. O, xx.xx.2022-ci il tarixli ərizəsi əsasında işə girmişdir. Həmin ərizədə müqavilənin müddətli bağlanmasını qeyd etməmişdir. Bu səbəbdən müqavilənin müddətsiz bağlandığını zənn etmişdir. Onun vəzifəsi dəyişərkən Əmək Məcəlləsinin 46-cı maddəsinə istinad edilməli idi. O, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin müddətli bağlanacağını əvvəlcədən bilsəydi, bunu işəgötürənlə müzakirə edər və Əmək Məcəlləsinin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən vəzifəsinin dəyişməsinə nail ola bilərdi. İşəgötürən faktiki olaraq onu aldatmış və müddətli müqavilə bağlamışdır. 2022-ci ilin dekabr ayının sonunda əmək müqaviləsinin 5-ci səhifəsinə imza etmişdir. Əmək müqaviləsi bildirişi xx.xx.2023-cü il tarixdə alsistemə yerlədirilmiş, 2-3 gün sonra o, əmək müqaviləsi bildirişini görmüş və əmək müqaviləsinin müddətli bağlanmasını öyrənmişdir. Lakin əmək müqaviləsini mübahisələndirməmişdir. xx.xx.2023 cü il tarixdə HİK-nə müraciət etmiş və HİK-nin üzvü olmadığı halda onun əmək haqqından 1%-nin HİK-nə tutulmasının əsassız olduğunu bildirmişdir. İşəgötürən güclü tərəf olduğuna görə, o, əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsi və müddətli əmək müqaviləsinin müddətsiz bağlanması üçün müraciət etsəydi, adekvat münasibət görərdi. Bu səbəbdən o, əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsi üçün işəgötürənə müraciət etməmişdir. Ona bildiriş verilmişdir ki, müqavilənin müddəti bitəndən sonra xitam veriləcəkdir. xx.xx.2023-cü il tarixli əmrlə onunla bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə müddət bitdiyinə görə xitam verilmişdir. Müqavilə tərəflərin hüquq bərabərliyi şəraitində bağlanmamışdır. Müqavilənin müddətli bağlanmasının səbəbi göstərilməmişdir. Əmək müqaviləsinin 3 aylıq sınaq müddəti ilə bir il müddətinə müqavilə bağlanması Konstitusiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının tələblərinə ziddir. Onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi qanunsuz və əsassızdır. Cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqinə dair ərizəsi MPM-in 10-1.1, 10-1.3, 78.1-1-ci maddəsinin tələbinə uyğun olaraq məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməmişdir. O, xx.xx.2023-cü il tarixli əmək müqavilənin ona verilmiş nüsxəsini məhkəməyə təqdim etmişdir. İşəgötürənin təqdim etdiyi əmək müqaviləsi ilə eyni olub-olmamasını yoxlamamışdır. Əmək müqaviləsi bildirişinin yerləşdirilməsi Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 183 nömrəli qərarına əsasən altsistemə yerləşdirilir. Əmək müqaviləsini sənədlərlə iş şöbəsi, hüquq və kadrlar şöbəsində Klavdiya Qənbərovanın, Nümayəndə1 və Samirə Qaramollayevanın iştirakı ilə imzalamışdır. Əmək müqaviləsini imzalamağa Klavdiya Qənbərova təqdim etmişdir, yalnız 5-ci vərəqi ona təqdim edilmiş və imzalamışdır. O, müqavilənin bir nüsxəsinin ona verilməsini istədikdə, Klavdiya Qənbərova bildirmişdir ki, hələ hazır deyil, hazır olandan sonra təqdim edəcəklər. Əmək müqaviləsinin bir nüsxəsini xx.xx.2023-cü il tarixdən sonra jurnala imza edərək Samirədən almışdır. Məhkəməyə təqdim edilmiş əmək müqavilələrinin qeydə alınması kitabındakı imza ona məxsusdur, lakin o, başqa jurnala imza etməklə əmək müqaviləsini əldə etmişdir. BDU doktorantıdır. İşlədiyi müddət ərzində səmərəli işləmiş və hesabatlarını da vermişdir. 2023-cü ilin aprel ayında aparıcı mütəxəssis keçirilib, əmək müqaviləsi 1 saylı əlavə göstərilən formaya ziddir. Bərabərlik hüququ təmin edilməyib, Konstitusiyanın 25-ci maddəsinin tələbi pozulub. İşçinin işəgötürənə münasibətdə daha zəif tərəf olması KM-nin qərarında göstərilib. Onun işi daimi xarakterli olmasına baxmayaraq, müddətli müqavilə bağlaması qanunsuz olmuşdur.
6. Cavabdeh “Hüquq və X20” X33 tərəfindən isə iddia müddətinin tətbiqinə dair ərizə təqdim edilərək bildirilmişdir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə qurtarmışdır
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2024/2024 saylı, 10 may 2024cü il tarixli qətnaməsi ilə (hakim Vahid Hacıyev) iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi iş üzrə yekun qənaətini belə əsaslandırıb ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatları, iş materiallarında olan rəsmi sənədlərlə və işin həqiqi halları ilə müəyyən edildi ki, “Hüquq və X20” publik hüquqi şəxs İdarə Heyətinin sədri X4 ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 24 nömrəli əmək müqaviləsinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Hüquq və X20” X23 Dövlət təhlükəsizliyinin hüquqi təminatı şöbəsində əvəzçilik üzrə 0,5 ştat vahidi ilə elmi işçisi vəzifəsinə işə qəbul edilmişdir. İşçinin əmək haqqı 234 manat müəyyən edilmişdir. “Hüquq və X20” publik hüquqi şəxs İdarə Heyətinin sədrinin xx.xx.2022-ci il tarixli 1/049 nömrəli əmri ilə İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Hüquq və X20” publik hüquqi şəxs Dövlət təhlükəsizliyinin hüquqi təminatı şöbəsinin elmi işçisi təyin edilmişdir. Əmrin verilməsinə əsas “Hüquqi Ekspertiza və qanunvericilik Təşəbbüsləri Mərkəzi” X30 xx.xx.2022-ci il tarixli R-3 nömrəli qərarı, İddiaçıla bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsi və ərizəsi olmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə “Hüquq və X20” X30 İdarə Heyətinin sədri Məhəmməd Quluzadəyə müraciət edərək, onun “Hüquq və X20” X30 Hüquqi tədqiqat şöbəsində hüquq tədqiqatçısı (junior- Beynəlxalq ümumi və xüsusi hüquq, ətraf mühitə dair qanunvericiliyi) vəzifəsinə xx.xx.2023-cü il tarixdən işə qəbul edilməsini xahiş etmişdir. “Hüquq və X20” X30 İdarə Heyətinin sədri X4 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli 19 nömrəli əmək müqaviləsinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə İddiaçı xx.xx.2023-cü il tarixdən “Hüquq və X20” X23 Hüquqi tədqiqat şöbəsində hüquq tədqiqatçısı (junior Beynəlxalq ümumi və xüsusi hüquq, ətraf mühitə dair qanunvericiliyi) vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək bir il müddətinə bağlanmışdır, işin birinci 3 ayı sınaq müddəti hesab edilmişdir. İşçi xx.xx.2023-cü il tarixdən işə başlayır. İşçiyə hər ay 1.500 manat əmək haqqı ödənilir. “Hüquq və X20” publik hüquqi şəxs İdarə Heyətinin sədrinin xx.xx.2023-cü il tarixli 19/K nömrəli əmri ilə İddiaçı xx.xx.2023-cü il tarixdən 3 aylıq sınaq müddəti təyin edilməklə xx.xx.2023-cü il tarixədək “Hüquq və X20” publik hüquqi şəxs Hüquqi tədqiqat şöbəsində hüquq tədqiqatçısı (junior- Beynəlxalq ümumi və xüsusi hüquq, ətraf mühitə dair qanunvericiliyi) vəzifəsinə təyin edilmişdir. Əmrin verilməsinə əsas İddiaçı ərizəsi və əmək müqaviləsi olmuşdur. İddiaçı ilə xx.xx.2023-cü il tarixli müddətli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2023-cü il tarixdə gücləndirilmiş elektron imza vasitəsilə informasiya sisteminə daxil edilmiş, xxxxxxx000300 nömrə ilə qeydiyyata alınmış və xx.xx.2023-cü il tarixdə saat 12:31:18-də çap edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab edilmişdir. Məhkəmələr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47 ci maddəsinin “f” bəndi ilə bağlı işlərə baxarkən müqavilə tərəflərinin həqiqi iradə ifadələrini bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə uyğun olaraq araşdırıb nəticəyə gəlməlidirlər. “Hüquq və X20” X30 İdarə Heyətinin sədrinin xx.xx.2023-cü il tarixli 220/K nömrəli əmri ilə Hüquqi tədqiqat şöbəsində hüquq tədqiqatçısı (aparıcı mütəxəssis) İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68 ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Əmrin verilməsinə əsas N.Rüstəmovanın xidməti məktubu olmuşdur. xx.xx.2023-cü il tarixli müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2023-cü il tarixdə gücləndirilmiş elektron imza vasitəsilə informasiya sisteminə daxil edilmiş, xxxxxxx0003X0 nömrə ilə qeydiyyata alınmış və xx.xx.2023-cü il tarixdə saat 15:58:11-də çap edilmişdir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması, əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Məhkəməyə iddiaçının vəsatəti əsasında cavabdeh tərəfindən təqdim edilmiş “Hüquq və X20” X30 işçiləri- Nümayəndə1, Nümayəndə2, X2, X15, X8, X7, X18, X16, X5, X12, X1, X9, X6, X10, X13 əmək müqavilələri ilə İddiaçı əmək müqaviləsinin müqayisəli təhlili zamanı müəyyən edilmişdir ki, X3 istisna olmaqla, digər şəxslərlə bağlanmış əmək müqavilələri də müddətli bağlanmış, əmək müqaviləsinin şərtləri İddiaçı əmək müqaviləsinin şərtləri ilə eynidir. Yəni İddiaçı qarşı hər hansı ayrı seçkiliyə yol verilməmişdir. X3 ilə bağlanmış əvvəlki əmək müqaviləsi müddətsiz olduğuna görə, struktur dəyişikliyindən sonra da onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. Həmçinin iddiaçının əvvəlki müddətli əmək müqaviləsi üzrə əmək haqqı 234 manat olmuş, xx.xx.2023-cü il tarixli müddətli əmək müqaviləsinə əsasən onun əmək haqqı 1500 manat müəyyən edilmişdir. Yəni, işəgötürən tərəfindən iddiaçıya qarşı hər hansı bir qərəzli münasibət olması müəyyən edilməmişdir. İddiaçı ilə xx.xx.2023-cü il tarixli müddətli əmək müqaviləsi bağlanan zaman işəgötürən “Hüquq və X20” X33 tərəfindən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, müddətli əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi hissəsində iddia müddəti ötürüldüyünə görə rədd edilməsini xahiş edir. Göründüyü kimi, iddiaçı xx.xx.2023-cü il tarixli müddətli əmək müqaviləsini imzalamış və əmək müqaviləsinin şərtlərini qəbul etməklə, xx.xx.2023cü il tarixədək həmin müqavilə əsasında işləmiş və xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin şərtləri ilə bağlı işəgötürənə heç bir irad bildirməmiş və müqavilənin şərtlərinin dəyişdirilməsi ilə bağlı işəgötürənə və ya məhkəməyə müraciət etməmişdir. İddiaçının əmək müqaviləsinə xitam verilməsindən sonra həmin müqavilənin müddətsiz bağlanmalı olmasını iddia etməsi əsassızdır, həmçinin xx.xx.2023-cü il tarixli əmək müqaviləsini mübahisələndirmək üçün Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş bir aylıq iddia müddətini ötürməklə, xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia ərizəsi vermişdir. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşəgötürənin xx.xx.2023-cü il tarixli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən müddətli əmək müqaviləsi əsasında işləyən işçi (iddiaçı) əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş və onunla xx.xx.2023-cü il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 68-ci maddəsinin tələblərinə əməl edilmişdir. Burada əsas rolu işəgötürən tərəfindən verilən əmrin məzmunu oynayır. Əmrin məzmunundan isə aydın olur ki, müqavilənin müddəti bitdiyinə görə işəgötürən işçi ilə yeni müqavilə bağlamamış və müddəti bitmiş müqaviləyə sonuncu iş günündə xitam vermişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2023 cü il tarixli 220/K nömrəli əmrlə, əmrin verildiyi gün- xx.xx.2023-cü il tarixdə tanış edilmiş (əmrin surəti əlavə edilir), xx.xx.2023-cü il tarixdə ona məxsus ******* nömrəli əmək kitabçası İddiaçı təqdim edilmişdir. İddiaçı çatacaq son haqq-hesab həmin gün hesablanmış və xx.xx.2023-cü il tarixdə iddiaçının bank hesabına köçürülməklə tamamlanmışdır. İddiaçı iddia ərizəsində əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinin pozulmasını əsaslandırmamış və heç bir sübut təqdim etməmişdir. Ümumiyyətlə işəgötürənin müddətli əmək müqaviləsinə xitam verilməsi barədə əmrini mübahisələndirməmiş, yalnız əmək müqaviləsinin müddətli bağlanmasını qanunsuz hesab edərək, əmrin ləğv edilməsini məhkəmədən xahiş etmişdir ki, bu da tamamilə əsassızdır. Bu səbəbdən iddia tələbi təmin edilə bilməz.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş edib göstərir ki, məhkəmə çıxardığı qətnamədə iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilən sübutlara heç bir qiymət verməmişdir. Bu hal Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci və 218.1-ci maddələrinin tələblərinin pozulması ilə nəticələnmişdir. Məhkəmə cavabdehin məhkəməyə təqdim etdiyi sənədləri (iddia ərizəsinə etiraz, iddia müddətinin tətbiqi barədə ərizə və digər yazılı sübutlar) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1-10-1.3-cü və 78.1-1-ci maddələrinin tələblərinə riayət edilmədən qəbul etmiş və nəticədə cavabdehin 8 aprel 2024-cü il tarixində məhkəməyə qeyri-qanuni şəkildə təqdim etdiyi iddia müddətinin tətbiqi barədə ərizə məhkəmə tərəfindən nəzərə alınaraq iddiaçının iddia tələbləri rədd edilmişdir. İddiaçının 10 may 2024-cü il tarixli vəsatətlə məhkəməyə müraciət etməsinə baxmayaraq, məhkəmə həmin vəsatətə heç bir münasibət bildirməmiş, yəni Mülki Prosessual Məcəllənin 263.4-263.5-ci maddələrinə uyğun olaraq mürəkkəb olmayan məsələni məhkəmə iclasında həll etməmiş, müşavirə otağına getməyib, yerində müşavirə edərək, ayrıca akt şəklində tərtib olunmadan qərardad çıxarmamış və nəticədə qərardad şifahi elan olunmamış və məhkəmənin iclas protokoluna yazılmamışdır. Beləliklə, cavabdehin 8 aprel 2024-cü il tarixində məhkəməyə qeyri-qanuni şəkildə təqdim etdiyi iddia müddətinin tətbiqi barədə ərizə məhkəmə tərəfindən nəzərə alınaraq iddiaçının iddia tələbləri həmin ərizə əsasında rədd edilmişdir. Məhkəmə iddiaçının iddia müddətini ötürməsi qənaətinə gəlmişdir. Halbuki, bu, əsassızdır. Belə ki, cavabdeh İddiaçı məhkəməyə göndərdiyi iddia ərizəsindəki “müddətli bağlanılmış əmək müqaviləsinin müddətsiz bağlanılmış hesab edilməsi” iddia tələbi üzrə iddia müddətinin ötdüyünü qeyd etmişdir. Halbuki, bu iddia tam şəkildə əsassızdır. Belə ki, iddiaçının məhkəməyə göndərdiyi iddia ərizəsində “əmrin ləğvi” tələbi ilk növbədə qoyulmuşdur ki, bu iddia tələbi də iddia ərizəsindəki digər iddia tələbi ilə, yəni “müddətli bağlanılmış əmək müqaviləsinin müddətsiz bağlanılmış hesab edilməsi” tələbi ilə sıx bağlıdır. Əgər qanunsuz (tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməməklə onların qarşılıqlı razılığı olmadığı hallar nəzərdə tutulur) bağlanılmış müqaviləyə qanunsuz əsaslarla xitam verilirsə həmin əmr özü-özlüyündə qanunsuzdur. Belə ki, 5 yanvar 2023-cü il tarixli 19 nömrəli müddətli əmək müqaviləsi bağlanarkən işçinin qabaqcadan həmin müqavilənin şərtləri ilə tanış olması üçün cavabdeh tərəfindən hüquq bərabərliyi prinsipinə riayət edilməməsi səbəbindən işçinin müqavilənin müddəti barəsində sərbəst (azad) iradə ifadəsi olmamışdır. Çünkü o, əmək müqaviləsinin müddətli bağlanması barədə məlumatsız idi. Bu onun imzaladığı 19 dekabr 2022-ci il tarixli ərizə ilə də sübut olunur. Həmin ərizədə müqavilənin hansı müddətə bağlanması ilə bağlı heç bir məlumat mövcud deyil. Ona bu barədə (müqavilənin müddəti) şifahi məlumat da verilməmişdi. Bu da işçinin həmin müqaviləni hüquq bərabərliyinin mövcud olmadığı şəraitdə bağlaması ilə nəticələnmişdir. Nəticə etibarilə cavabdehin hüquq bərabərliyi prinsipinə riayət etmədən Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə istinad edərək iddiaçı ilə müddətli əmək müqaviləsi bağlaması və daha sonra ona həmin Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən xitam verməsi “Hüquq və X20” publik hüquqişəxsin 26 dekabr 2023-cü il tarixli, 220/K nömrəli “İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi” haqqında əmrin qanunsuz olduğunu təsdiq edir. Bu da öz növbəsində onun ləğv edilməsi üçün hüquqi zəmin yaradır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
10. Məhkəmə iclasında cavabdeh “Hüquq və X20” X30 nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
11. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
12. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 25. İ hissə. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 35. İ, İİ, İİİ, İV və Vİİİ hissəsi. Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.
13. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 12 “c” bəndi. Əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Maddə 47, “f” bəndi. Əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2. “b” Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsasıdır. Maddə 287. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Maddə 292.1. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 296.6.Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.
17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
19. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
20. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
21. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmuş olsa belə, yəni dispozisiya əlamətləri ilə uzlaşsa belə iddia tələbi iddia müddəti ötürülməklə verildiyindən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
22. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan iddia müddətini tənzimləyən normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin iddia müddətinin keçməsi ilə əlaqədar etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.
23. İşdən görünür ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2023cü il tarixli əmr ilə, həmin gün tanış edilmiş, xx.xx.2023-cü il tarixdə ona məxsus ******* nömrəli əmək kitabçası təqdim edilmiş, çatacaq son haqq-hesab həmin gün hesablanmış və xx.xx.2023-cü il tarixdə bank hesabına köçürülmüşdür. xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə mediasiya prosesi keçirilmiş, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 16 fevral 2024-cü ildə arayış verilib. İddiaçı isə xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yəni, iddiaçı qanunla müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürmüşdür. Belə ki, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Beləliklə, iddiaçı əmək müqaviləsinin ləğv edilməsinə dair əmri, əmək kitabçasını və son haqq-hesabı 26-29 dekabr 2023-cü ildə alsa da, eləcə də mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımı dayandırılmasına baxmayaraq yenə də iddia müddətini ötürmüşdür.
24. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəf də iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. İddia müddətinin keçməsi isə məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
25. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunur ki, iddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilən sübutlara heç bir qiymət verilmədiyini qeyd etsə də konkret hansı sübutlara qiymət verilmədiyini açıqlamamışdır. İddiaçı bu cür dəlildən istifadə edirsə qiymət verilməyən sübutun adını da qeyd etməli və bu cür sübutun iddianın əsaslılığına və təmin edilməsini zəruri edəcək nə kimi təsiri olacağını da göstərməyib. Ona görə də Mülki Prosessual Məcəlləsinin 88-ci və 218.1-ci maddələrinin tələblərinin pozulmasından söhbət gedə bilməz. 26.Cavabdehin məhkəməyə təqdim etdiyi sənədləri (iddia ərizəsinə etiraz, iddia müddətinin tətbiqi barədə ərizə və digər yazılı sübutlar) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1-10-1.3-cü və 78.1-1-ci maddələrinin tələblərinə riayət edilmədən qəbul etdiyini və nəticədə cavabdehin 8 aprel 2024-cü il tarixində məhkəməyə qeyri-qanuni şəkildə təqdim etdiyi iddia müddətinin tətbiqi barədə ərizə məhkəmə tərəfindən nəzərə alınaraq iddia tələblərinin rədd edildiyini göstərsə də, əvvəla qeyd olunan sənədlərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə qəbul edilməməsi həmin sənədlərin qeyri-qanuni təqdim edildiyinə dəlalət etmir. Çünki mülki prosessual qanunvericilik hələlik həmin sənədlərin elektron kabinetdən kənar qəbul edilməsini qadağan etmir. Ən azından ona görə ki, iddiaçı da ilkin olaraq iddia ərizəsini və digər sənədləri elektron kabinet vasitəsilə təqdim etməmişdir. İddiaçının yanaşması əsas götürülsə belə çıxır ki, məhkəmə iddia ərizəsini də qəbul etməməli idi.
27. İddiaçının cavabdeh tərəfindən təqdim edilmiş sənədlərin nəzərə alınmaması barədə 10 may 2024-cü il tarixli vəsatəti qərardadla həll edilməli məsələlərə aid edilməmişdir. Bu sənədlərin, o cümlədən iddia müddətinin tətbiq edilməsi barədə ərizənin nəzərə alınmaması işə mahiyyəti üzrə baxıldıqdan sonra qətnamə ilə həll edilməli məsələlərə aid olmuşdur. Məhkəmə də yekun məhkəmə aktı çıxararkən mahiyyət etibarı ilə qətnamənin məzmununda bu sənədləri, o cümlədən iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alıb iddianı rədd etmişdir. Demək ki, məhkəmə istəsə idi də, qeyd olunan vəsatətə qərardadla münasibət bildirə bilməzdi. Çünki vəsatətdə göstərilən sənədlərin nəzərə alınmaması yekun məhkəmə aktı çıxarılarkən müşavirədə baxılmalı və həll edilməli olan məsələlərə aiddir.
28. 5 yanvar 2023-cü il tarixli 19 nömrəli müddətli əmək müqaviləsi bağlanarkən qabaqcadan həmin müqavilənin şərtləri ilə tanış olması üçün cavabdeh tərəfindən hüquq bərabərliyi prinsipinə riayət edilməməsi səbəbindən iddiaçının müqavilənin müddəti barəsində sərbəst (azad) iradə ifadəsi olmadığı, çünki əmək müqaviləsinin müddətli bağlanması barədə məlumatsız olduğu, ümumiyyətlə müqavilənin müddətli bağlanmasının qanunsuz olması barədə dəlillərə birinci instansiya məhkəməsi tərəfindən ətraflı hüquqi qiymət verilmişdir. Ona görə də məhkəmə tərkibi həmin dəlillər üzrə əlavə hüquqi dəyərləndirmələr aparılmasına lüzum və əsas görmür.
29. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2024/2024 saylı, 10 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2024/2024 saylı, 10 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.