Məhkəmə qərarları › İş №2(103)-4277/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4277/2025

21.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4277/2025 21.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə,İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ pul” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1740/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən İddiaçıa şifahi müqavilə əsasında xidmət haqqı kimi ödənilməmiş 600 manat pulun, həmçinin iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1740/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair” iddia ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1740/2025 saylı qərarından apellyasiya şikayəti verə bilməsi üçün İddiaçı “dövlət hesabına vəkillə təmin olunma” barədə ərizələri məhkəmənin xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli qərardadları ilə təmin edilməmişdir.İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhər, Xətai rayon Məhkəməsinin 2(011)-1740/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, pul tələbinə dair iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-1740/2025 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1740/2025 saylı xx.xx.2025- ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti prosessual müddətin bərpası barədə ərizə ilə birlikdə xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1740/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizənin rədd edilməsi, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "pul” tələbinə dair” iddia ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1740/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə İddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasından imtina olunması, İddiaçı Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1740/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1, 133.1, 135.2, 135.5, 360, 361.1.3; "Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının 1.4-cü bəndinə istinadən qeyd edilmişdir ki, iş materiallarından görünür ki, hazırkı apellyasiya şikayəti məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(011)-1740/2025 saylı Qətnaməsinin ləğv olunması barədədir, həmin qətnamə xx.xx.2025-ci il tarixdə məhkəmə qəbzinə imza edilməklə iddiaçı tərəfindən rəsmi qaydada alınmış, iddiaçının qeyd edilən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş 1 aylıq prosessual müddətin axını xx.xx.2025- ci il tarixdən başlamış və xx.xx.2025-ci il tarixdə bitmişdir, ilk dəfə apellyasiya şikayətini isə xx.xx.2025-ci il tarixdə verib. Bundan əlavə iddiaçı qətnamədən narazı qalması barədə iradəsini də xx.xx.2025-ci il tarixdə (dövlət hesabına vəkil ilə təmin edilməyə dair ilk dəfə ərizə verməklə), yəni qanunla müəyyən edilmiş müddət keçdikdən sonra ifadə edib. Prosessual müddətin bərpasına dair ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur.Müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. İddiaçının ləğv edilməsini tələb etdiyi Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1740/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi xx.xx.2025-ci il tarixdə onun tərəfindən rəsmi qaydada alınmışdır, bununla belə apellyasiya şikayəti vermə müddəti onun tərəfindən 1 ay 17 gün ötürülmüşdür. Digər tərəfdən, ərizədə qeyd edilən hallar onun iradəsindən asılı olan, həmin halların dəf edilməsi isə imkanlarından kənara çıxmayan hallar olduğundan həmin hallar buraxılmış prosessual müddətin bərpası üçün nəzərə alına bilməz. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: İddiaçı qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5,6; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267.2, 268.1, 268.2, 269.1, 269.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, o Bakı şəhər, Xəqani küçəsi, 123-129-da yerləşən “Çorbaçı” adlanan restoranın idarə edəni hazır ki, Cavabdeh2 və onun şəriki Türkiyyə Cümhirriyətinin vətəndaşı Cavabdeh1 ilə şifahi razılığı əsasında “Çorbaçı” restoranının Elektrik işlərini, santexnik işlərini, avadanlıqların quraşdılması, stolların təmiri, və Pəncərələrin təmiri və s. işlərini görmək üçün 600 manata razılaşmışdır. O dövlət orqanlarına, dövlətin qanunlarını pozan şəxslər barəsində şaikayətlər, müraciətlər etmiş, ancaq savadı, bu işdən sərişdəsi olmadığı üçün narazı qaldığı Bakı şəhər, Xətai rayon Məhkəməsinin 2(011)-1740/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş bir ay müddətində apellyasiya şikayəti verməyi geçikdirdiyi üçün Apellyasiya şikayəti və savadsızdıqdan vermədiyi apellyasiya şikayətinin və müddətinin bərpasını nəzərə alınmamışdır. Bu səbədən də Bakı şəhər, Xətai rayon Məhkəməsinin 2(011)-1740/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadında şikayət verir. Hesab edir ki, Bakı şəhər, Xətai rayon Məhkəməsinın xx.xx.2025-ci il tarixli qərardadı məhkəmə tərəfindən yenidən araşdılmalı və qqərardad ləğv edilərək iş üzrə 2(011)-1740/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnamənin yenidən araşdılması üçün Bakı apellyasiya məhkəməsinin mülki kollegiyasına göndərilməsi ədalətli olardı. Dövlətin məhkəməsi isə müddətin bərpasına dair verdiyi ərizənin təmin edilməməsinə dair qərardad çıxarılaraq işi özünə qaytarılmasına dair xx.xx.2025-ci il tarixli qərardad çıxararaq ərizəni rədd etmişdir. O məhkəmənin müddətinə dair ərizənin rədd edilməsinə dair qərardad ilə razı deyil və hesab edir ki, məhkəmə ədalətli mövqe tutmamışdır” Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1740/2025 saylı işi üzrə 25 iyun 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışının hədləri və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. İddiaçı tərəfindən ayrı-ayrı vaxtlarda dəftərxana vasitəsi ilə daxil olmuş ərizələrə münasibətdə qeyd edilməlidir ki, həmin ərizələr işin mahiyyətinə aiddir. Hazırkı mərhələdə isə məhkəmə kollegiyası qətnamədən şikayət verilməsi üçün prosessual müddətin bərpasının rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qəraradadının düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipini müəyyən 24 maddəsinin İİİ hissəsinə əsasən: Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun Tələblərinə əsasən: 1.2.Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-ci maddəsinə əsasən: Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin tələblərinə əsasən: 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. 129.4. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 60, 80, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128-146, 357, 360-366, 385, 387, ,“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Qərardadın ləğv olunması və ya dəyişdirilməsi üçün hər hansı əsaslar müəyyən edilmir. İddiaçı tərəfindən ilkin olaraq dövlət hesabına vəkillə təmin olunma barədə ərizə verildikdə artıq qətnamədən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddət ötürülmüşdür. İddiaçı müddətin ötürülməsinin üzürlü səbəblərini əsaslandırmamışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən, şəxsin məhkəmə müdafiə hüququnun təmin edilməsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395 - 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1740/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar