Məhkəmə qərarları › İş №2(103)-4281/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4281/2020

20.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4281/2020 20.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X4 və X3 ibarət tərkibdə, Allahvediyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil, Cavabdeh və onun X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-675/2019 saylı qərardadından iddiaçının şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9368/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadı ilə qoyulmuş həbsin götürülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddianın təmin tədbiri barədə qərardadın ləğv edilməsini və həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-675/2019 saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 9368/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadının ləğv edilməsi və Cavabdeh mülkiyyətində olan, 1. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (16 saylı çörəkbişirmə müssəsinin), 2. Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 79, mənzil 54, 3. Bakı şəhəri, Yasamal rayonu, ƏHaqverdiyev Əbdülrəhim küçəsi, ev 13, mənzil 30, 4. **-RJ-*** dövlət qeydiyyat nişanlı, “KİA RİO” minik markalı (rəngi: göy metalik, mühərrik G4FACS368596, ban: KNADN412BD6150386) avtomobilin, 5. **-RN-*** dövlət qeydiyyat nişanlı, “DAEWOO DAMAS” minik markalı, (rəngi: ağ, mühərrik FBCB199027KA1, şassi: XWB7T11ZB5A084544) avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi, qərardadın icrasının Azərbaycan Respublikası DİN-nin BDYPİ-nə və Yasamal rayon İcra və probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Hazırda iddiaçı həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsini və iddianı təmin tədbirinə dair ərizənin təmin olunması barədə qərardadın qüvvədə qalması və həbsin götürülməsi barədə cavabdehin ərizəsinin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətə görə qərardad qanunsuz və əsassızdır, cavabdehin onun etibarından sui-istifadə edərək, pulunu mənimsəməsi ilə bağlı Binəqədi RPİ-nin icraatında cinayət işi ilə bağlı araşdırma getməsi nəzərə alınmamışdır. Təsviri hissədə avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi qeyd edilsə də, daşınmaz əmlaklar üzərinə qoyulmuş həbs də götürülmüşdür. Qərardaddan verilmiş şikayət məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və nümayəndəsi-vəkili isə şikayətin dəlilləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmadan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, eyni zamanda iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(004)-9363/18 saylı qərardadı ilə ərizə təmin edilərək, Cavabdeh mülkiyyətində olan 1. ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi (16 saylı çörəkbişirmə müssəsinin), 2. Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 79, mənzil 54, 3. Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev Əbdülrəhim küçəsi, ev 13, mənzil 30, 4. **-RJ-*** dövlət qeydiyyat nişanlı, “KİA RİO” minik markalı (rəngi: göy, mühərrik G4FACS368596, ban: KNADN412BD6150386) avtomobilin, 5. **-RN-*** dövlət qeydiyyat nişanlı, “DAEWOO DAMAS” minik markalı, (rəngi: ağ, mühərrik FBCB199027KA1, şassi: XVVB7T11ZB5A084544) avtomobillərin və daşınmaz əmlakların üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-675/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7528/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(004)-675/2019 saylı qətnaməsi ləğv olunmuş, İddiaçı Cavabdeh qarşı “135 000 ABŞ dolları məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə” tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(102)-7042/2019 saylı qərarı ilə İddiaçı oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7528/2019 saylı xx xxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Qanunun tələbinə görə iddianı təmin etmənin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi iddianı təmin etmənin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. Məcəllənin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər. Kollegiya qeyd edir ki, hazırki iş üzrə iddia tələbi rədd edilmiş və yekun məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. Ona görə də görülmüş iddianı təmin etmə tədbirinə olan zərurət aradan qalxdığından cavabdehin əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Kollegiya qeyd edir ki, cavabdehin şikayətinin dəlilləri əsassızdır və qərardadın ləğv edilməsi üçün təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 401 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-675/2019 saylı mülki iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar