Məhkəmə qərarları › İş №2(103)-4286/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4286/2021

01.07.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4286/2021 01.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim:Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsilə X9 Şirinov, Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının, nümayəndəsi-Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə, X4, Bakı şəhəri, 9 saylı Notariat Ofisi və Bakı şəhəri 50 saylı Notariat Ofisinə qarşı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatların ləğv edilməsi və sair tələblərə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi-Vəkil tərəfindən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-298/2020 saylı 13.11.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi, X7, Bakı şəhəri 9 saylı Notariat Ofisi və Bakı şəhəri 50 saylı Notariat Ofisinə qarşı “Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 30.12.1994-cü il tarixli, 1802 saylı sərəncamına əsasən 246 saylı Bağ Tikinti Kooperativinin tərkibində olmaqla onun istifadəsinə ayrılmış 2533 saylı bağ sahəsinin yerləşdiyi ərazidə eyni Bağ Tikinti Kooperativinin 2534 saylı bağ sahəsinə aid olan sənədlər əsasında keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən vətəndaş X5 adına verilmiş 23 iyun 2014-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestrində vətəndaş X5 adına aparılmış 10 iyul 2014-cü il tarixli ilkin qeydiyyatın ləğv edilməsi, Bakı şəhəri 9 saylı Notariat Kontoru tərəfindən vətəndaş X2 adına verilmiş 17 iyul 2014-cü il tarixli 2V-1-214 reyestr nömrəli, “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin ləğv edilməsi, Bakı şəhəri 50 saylı Notariat Kontorunda satıcı X6 ilə alıcı X7 arasında 02 aprel 2018-ci il tarixdə bağlanmış 4Ə-286 reyestr nömrəli alqısatqı müqaviləsinin ləğv edilməsi, Daşınmaz əmlakın dövlət reyestrində 06 aprel 2018-ci il tarixdə X3 adına aparılmış qeydiyyatın və verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı İddiaçı səlahiyyətli nümayəndəsi apellyasiya şikayəti verərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmasını xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin, Bakı şəhəri, 9 saylı Notariat Ofisin,Bakı şəhəri 50 saylı Notariat Ofisinin səlahiyyətli nümayəndələri və X1 iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının səlahiyyətli nümayəndəsi Vəkil məhkəməyə ərizə təqdim edərək, iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin Bakı 1 saylı Ərazi İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsində kordinatların müəyyən edilməsi və sair məsələlərlə bağlı ayrıca bir inzibati iş qaldırıldığını və bununla da hazırkı iş üzrə iddia ərizəsinin geri qaytarılmasını nəzərə alıb, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Kollegiya işin hallarını müzakirə edib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı səbəblərdən səlahiyyətli nümayəndəsi Vəkil hazırkı mülki iş üzrə iddia ərizəsinin qaytarılması barəsində ərizəsi təmin olunmalı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 298/2020 saylı 13.11.2020-ci il tarixli qətnaməsi ləğv edilməklə, iddia ərizəsinin baxılmamış saxlanılmasına dair qərardad qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.11.-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263, 306.4 və 405-ci maddələrini rəhbər tutaraq kollegiya Q Ə R A R A A L D İ: İddiaçı səlahiyyətli nümayəndəsinin İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə, X4, Bakı şəhəri, 9 saylı Notariat Ofisi və Bakı şəhəri 50 saylı Notariat Ofisinə qarşı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatların ləğv edilməsi və sair tələblərə dair iddia ərizəsinin qaytarılması barəsində ərizəsi təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-298/2020 saylı 13.11.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi baxılmamış saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar