Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4289/2023 23.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqı tələbi, əmək kitabçasının bərpa olunması” tələbinə mülki iş üzrə (Açar sözlər: şikayət vermə müddətinin bərpası) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqı tələbi, əmək kitabçasının bərpa olunması” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4744/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadından cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına qarşı «əmrin ləğvi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqı tələbi, əmək kitabçasının bərpa olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(006)- 4744/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına qarşı «əmrin ləğvi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqı tələbi, əmək kitabçasının bərpa olunması» tələbinə dair iddiasının təmin edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən İddiaçı barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 94 nömrəli əmr ləğv edilməklə sonuncu işinə - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Laboratoriya bölməsinin həkim-mütəxəssisi (biokimyəvi üzrə) - xx.xx.2022ci il tarixdən məcburi işburaxmaya görə əmək haqqı hesablanmaqla bərpa edilməsi, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən İddiaçı məxsus əmək kitabçası bərpa edilərək (işə götürən tərəfindən geri qaytarılması mümkün olmadıqda) İddiaçı qaytarılması qət edilmişdir.
3. Cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmiş və qeyd olunan apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 dekabr 2022-ci il tarixli, 2(103)-8636/2022 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4744/2022 saylı iş üzrə 18 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 2(006)- 4744/2022 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2022- ci il tarixli, 2(006)-4744/2022 saylı qətnaməsindən cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.
6. Sonra cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(006)-4744/2022 saylı qətnaməsindən apellyasiya şikayəti və «apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair» ərizə daxil olmuş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(006)-4744/2022 saylı qərardadı ilə cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(006)-4744/2022 saylı qətnaməsindən apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
7. Cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən ərizəylə məhkəməyə müraciət edilərək, apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi məhkəmədən xahiş edilmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının «apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair» ərizəsinin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(006)-4744/2022 saylı qətnaməsindən cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının apellyasiya şikayəti vermə müddətinin buraxılması üzrlü hesab edilərək bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 2345/2023 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4744/2022 saylı iş üzrə 18 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyrimümkün hesab edilməsi, apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 4744/2022 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(006)-4744/2022 saylı qətnaməsindən cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.
11. Daha sonra cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası buraxılmış prosessual müddətin bərpasına dair yenidən-ikinci dəfə ərizə vermişdir.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4744/2022 saylı, xx.xx.2023-cü tarixli qərardadı ilə cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(006)-4744/2022 saylı qətnaməsindən «apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair» vəsatətinin təmin edilməməsi və apellyasiya şikayətinin ona geri qaytarılması qərara alınmışdır.
13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, peşəkar hüquqşünaslarla təmsil olunan dövlət qurumunun qətnamədən dəfələrlə apellyasiya şikayətinin düzgün formada verilməməsinə əsaslanmaqla apellyasiya şikayətinin vaxtında verilməməsi üzrlü hal hesab oluna bilməz. Həmçinin məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən 4 (dörd) dəfə apellyasiya şikayətləri verilmiş, məhkəmə tərəfindən müddətin bərpasına dair ərizələrə baxarkən bu barədə cavabdehin nümayəndəsinə qanunverciliyin tələbinə uyğun qaydada (Əlavə-2 riayət etməklə) verilməsinə dair xəbərdarlıq edilmişdir. Qeyd olunan qətnamə cavabdeh tərəfindən 14 dekabr 2022-ci il tarixdə rəsmi qaydada almasına baxmayaraq üzərindən 3 (üç) aydan çox müddət keçmişdir ki, bu halda ağlabatan olmamaqla iddiaçının hüquqlarının əlçatanlığının təmininə qarşı yönəlmiş prosessual hərəkətdir. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin buraxılması səbəbləri vəsatətin təmin edilməsi üçün əsas hesab oluna bilməz.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
14. Cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-4744/2022 saylı qərardadından şikayət verilərək, qərardadın ləğv edilməsi xahiş edilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4744/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-4744/2022 saylı qərardadından cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
15. Cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən ərizəylə məhkəməyə yenidən müraciət edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4744/2022 saylı iş üzrə 17 mart 2023-cü il tarixli qərardadından Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş şikayətin verilməsi müddətinin buraxılması səbəbini üzrlü hesab edərək şikayətin verilmə müddətinin bərpasına dair qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
16. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(006)-4744/2022 nömrəli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmişdir. Bununla bağlı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən 14 dekabr 2022-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(103)-8636/2022 nömrəli qəradadında göstərilmişdir ki, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş formada verilmədiyinə görə verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilmişdir. Bununla əlaqədar olaraq Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən 01 fevral 2023-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2(103)-2345/2023 nömrəli qərardadında göstərilmişdir ki, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 2-də göstərilən formada verilməmiş, birinci instansiya məhkəməsi isə bu Məcəllənin tələblərinə uyğunluğunu yoxlamadan işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kollegiya qeyd etmişdir ki, məlumatları Əlavə 2-də göstərilən formadakı kimi cədvəlin içərsində verilməsi başa düşməlidir. Eyni zamanda kollegiya bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırdıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Yuxarıda göstərilənləri nazərə alaraq Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinika tərəfindən prosessual müddət buraxılmadan xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 2-də göstərilən formaya tam uyğun olaraq apellyasiya şikayəti verilmişdır. Buna baxmayaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi 17 mart 2023-cü il tarixli, 2(006)-4744/2022 nömrəli qərardad çıxardaraq “apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair” vəsatət təmin edilmədən apellasiya şikayəti geri qaytarmışdır. Bakı Apellyasiya Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(103)-8636/2022 nömrəli qərardadında və 24 fevral 2023-cü il tarixli, 2(103)-2345/2023 nömrəli qərardadında müddətin buraxılması haqqında heç bir qeyd edilməmişdir. Əksinə, kollegiya bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırdıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Bundan başqa Bakı şəhəri NəsimiRayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli 2(006)- 4744/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqı tələbi, əmək kitabçasının bərpa olunması” tələbinə dair iddia ərizəsini təmin edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən İddiaçı barəsində qəbul edilmiş 17 may 2022-ci il tarixli, 94 nömrəli əmr ləğv edilməklə sonuncu işinə - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının laboratoriya bölməsinin həkim-mütəxəssisi (biokimyəvi üzrə) - 28 aprel 2022-ci il tarixdən məcburi işburaxmaya görə əmək haqqı hesablamaqla bərpa edilmişdir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərkən cavabdeh hesab edir ki, iddiaçının tələbi əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. İddiaçı həbsdə olduğu vaxtda (28 aprel 2022-ci il) onun əmək müqaviləsinə yalnız 17 may 2022-ci il tarixdə xitam verilmiş və onun son əmək haqqı 17 may 2022-ci il tarixədək (arayış əlavə olunur) hesablanmışdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İddiaçı iddia tələblərində 17 may 2022-ci il tarixdən işdən azad edildiyi barədə işəgötürənin əmrinin ləğv edilməsi, öz əvvəlki işinə inzibati həbsdən sonra məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməklə bərpa olunması və əmək kitabçanın bərpa olunması barədə iddia vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırılmış və Mülki Prosessual Məcəlləsinə əlavə 2-də göstərilən formaya tam uyğun olaraq Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinə göndərilmişdir.
17. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4744/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının «şikayətin verilməsi üçün buraxılmış müddətin bərpasına dair» ərizəsi təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(006)-4744/2022 saylı qərardadından cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının şikayət vermə müddətinin buraxılması üzrlü hesab edilərək bərpa edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-4744/2022 saylı qərardadından cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş şikayət təmin edilməmiş, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir.
18. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
19. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə şikayətə qarşı yazılı etiraz ünvanlamış, etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin apellyasiya şikayəti qanunvericiliyin tələblərinə riayət edilmədiyi və prosessual müddət üzrlü səbəb olmadan ötürüldüyü üçün Nəsimi Rayon Məhkəməsinin 2(006)-4744/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəsimi Rayon Məhkəməsi qeyd etmişdir ki, cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının nümayəndəsi prosessual normalara riayət edilmədən verildiyindən apellyasiya şikayəti vermək üçün müddətin ötürüldüyünü qeyd etsə də, məhkəmə hesab edir ki, peşəkar hüquqşünaslarla təmsil olunan dövlət qurumunun qətnamədən dəfələrlə apellyasiya şikayətinin düzgün formada verilməməsinə əsaslanmaqla apellyasiya şikayətinin vaxtında verilməməsi üzrlü hal hesab oluna bilməz. Həmçinin məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən 4 (dörd) dəfə apellyasiya şikayətləri verilmiş, məhkəmə tərəfindən müddətin bərpasına dair ərizələrə baxarkən bu barədə cavabdehin nümayəndəsinə qanunverciliyin tələbinə uyğun qaydada (Əlavə-2 riayət etməklə) verilməsinə dair xəbərdarlıq edilmişdir. Qeyd olunan qətnamə cavabdeh tərəfindən 14 dekabr 2022-ci il tarixdə rəsmi qaydada almasına baxmayaraq üzərindən 3 (üç) aydan çox müddət keçmişdir ki, bu halda ağlabatan olmamaqla iddiaçının hüquqlarının əlçatanlığının təmininə qarşı yönəlmiş prosessual hərəkətdir. Hal-hazırda isə qətnamənin qəbul edilməsindən 8 ay-240 gün keçir. İddiaçı hüquqları sadəcə kağız üzərində qalmış, belə desək, “xəyali hüquqa” çevrilmişdir. cavabdehin dəfələrlə apellyasiya şikayəti verməsinin səbəbi iddiaçının işinə bərpa olmasının qarşısını almaqdır. Cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası sadə hüquqlarını bilməyən vətəndaş yox, ciddi və disiplinli bir dövlət müəssisəsidir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası deyə bilməz ki, mənim dəfələrlə apellyasiya şikayəti verməyim üzrlü hesab oluna bilər Bu heç bir hesaba, heç bir kitaba sığmaz. Bundan əlavə iş materiallarından görünür ki, apellyasiya şikayəti ümumiyyətlə düzgün şəkildə əsaslandırılmamış, birinci instansiya məhkəməsində qeyd edilən şablon fikirlərə söykənmişdir. Apellyasiya şikayətinə nəzər yetirdikdə açıq-aydın görünür ki, qarşı tərəf vaxt qazanmaq naminə prosessual hüquqlarından sui-istifadə edir. Qeyd olunanlara əsasən, iddiaçı xx.xx.2023-cü il tarixli qərardad tamailə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmasını və cavabdeh tərəfin həmin qətnamədən verdiyi şikayətə kəskin şəkildə etiraz edərək həmin şikayətin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq normaları:
20. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
21. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.1-cı maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
22. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
23. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
24. Mülki Prosessual Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) (Maddə 133.3)
25. Həmin Məcəllənin 364.1-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(006)-4744/2022 saylı qətnaməsindən cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilərək qəbul edilməlidir.
27. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(006)-4744/2022 saylı qətnaməsi cavabdehə poçt vasitəsilə göndərilmiş, cavabdehin nümayəndəsi tərəfindən imza edilərək 14 dekabr 2022-ci il tarixdə qəbul edilmişdir.
28. İlkin olaraq cavabdeh tərəfindən apellyasiya şikayəti 15 dekabr 2022-ci il tarixdə verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 dekabr 2022-ci il tarixli, 2(103)-8636/2022 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4744/2022 saylı iş üzrə 18 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır.
29. Bakı Apellyasiya Məhkəməsinin qərardadı onunla əsaslandırılmışdır ki, cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 2-də göstərilən formada verilməmişdir. Kollegiya qeyd etmişdir ki, Əlavə 2-də göstərilən forma dedikdə apellyasiya şikayəti verən şəxs, barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat, işin halları, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər və s. göstərilməsi və həmin məlumatların Əlavə 2-də göstərilən formadakı kimi cədvəlin içərisində verilməsi başa düşülür.
30. Bundan sonra cavabdeh tərəfindən daha 2 dəfə apellyaiya şikayəti verilmiş, lakin apellyasiya şikayətləri gei qaytarılmışdır.
31. Cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası yenidən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair yenidən-ikinci dəfə ərizə vermişdir.
32. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4744/2022 saylı, xx.xx.2023-cü tarixli qərardadı ilə cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(006)-4744/2022 saylı qətnaməsindən «apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair» vəsatətinin təmin edilməməsi və apellyasiya şikayətinin ona geri qaytarılması qərara alınmışdır.
33. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən 4 (dörd) dəfə apellyasiya şikayətləri verilmiş, məhkəmə tərəfindən müddətin bərpasına dair ərizələrə baxarkən bu barədə cavabdehin nümayəndəsinə qanunverciliyin tələbinə uyğun qaydada (Əlavə-2 riayət etməklə) verilməsinə dair xəbərdarlıq edilmişdir. Qeyd olunan qətnamə cavabdeh tərəfindən 14 dekabr 2022-ci il tarixdə rəsmi qaydada almasına baxmayaraq üzərindən 3 (üç) aydan çox müddət keçmişdir ki, bu halda ağlabatan olmamaqla iddiaçının hüquqlarının əlçatanlığının təmininə qarşı yönəlmiş prosessual hərəkətdir.
34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsassız hesab edərək qeyd edir ki, cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş müddətdə verilmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi verilmiş apellyasiya şikayətlərini vaxtında qeyri-mümkün saymamış və mülki işi apellyasiya şikayətinə baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli qərardadları ilə apellyasiya şikayətləri qeyri-mümkün hesab edilərək yenidən birinci instansiya məhkəməsinə qaytarılmışdır. Nəticədə hazırki şikayətin verilməsi üçün 3 aydan çox müddət keçmişdir.
35. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti verilməsi müddəti cavabdeh tərəfindən üzrlü səbəbdən ötürülmüşdür.
36. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş hazırki apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl edilməklə verilmiş, apellyasiya şikayətinin geri qaytarılması üçün əsas yoxdur.
37. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4744/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(006)-4744/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə cavab verdiyindən mümkün hesab edilməklə apellyasiya şikayəti qəbul edilməlidir.
38. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə R A R A A L D İ:
Cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4744/2022 saylı, xx.xx.2023-cü tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(006)- 4744/2022 saylı qətnaməsindən cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş apellyasiya şikayəti qəbul edilsin. Qərardaddan şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev