Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4290/2020 08.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X44 oğlunun katibliyi, İddiaçı1 və onun nümayəndəsi və vəkili X4, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, Cavabdeh3 vəkili X7 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1, X18 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə 7000 (yeddi min) manat məbləğində kompensasiya verilməklə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 10-cu Badamdar küçəsi 5 saylı evə olan istifadə hüquqlarına xitam verilməsi və öz əşyaları ilə birlikdə həmin evdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə baxışı dövründə iddiaçılar Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehlərin hər birinə 3350 (üç min üç yüz əlli) manat olmaqla, ümumilikdə 10050 (on min əlli) manat məbləğində kompensasiya verilməklə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 10-cu Badamdar küçəsi 5 saylı evə olan istifadə hüquqlarına xitam verilməsi, öz əşyaları və ailə üzvləri ilə birlikdə həmin evdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə baxışı dövründə iddiaçılar Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehlərin hər birinə 5700 (beş min yeddi yüz) manat olmaqla, ümumilikdə 17100 (on yeddi min yüz) manat məbləğində kompensasiya verilməklə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 10-cu Badamdar küçəsi 5 saylı evə olan istifadə hüquqlarına xitam verilməsi, öz əşyaları və ailə üzvləri ilə birlikdə həmin evdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə baxışı zamanı iddiaçılar Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh1 və onun azyaşlı övladları – X5 və X6, Cavabdeh2 və onun azyaşlı övladları – X30, X19 və Cavabdeh3 hər birinə (yetkinlik yaşına çatmayan istisna olmaqla) 5700 manat olmaqla, ümumilikdə 17100 (on yeddi min yüz) manat məbləğində kompensasiya verilməklə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 10-cu Badamdar küçəsi, 5 saylı evə olan istifadə hüquqlarına xitam verilməsi, öz ailə üzvləri və əşyaları ilə birlikdə həmin evdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə baxışı dövründə iddiaçı X12 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh1 və onun azyaşlı övladları – X5 və X6, Cavabdeh2 və onun azyaşlı övladları – X30, X19 və Cavabdeh3 ümumilikdə 25000 (iyirmi beş min) manat məbləğində kompensasiya verilməklə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 10-cu Badamdar küçəsi 5 saylı evə olan istifadə hüquqlarına xitam verilməsi, öz ailə üzvləri və əşyaları ilə birlikdə həmin evdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrinin ******* saylı çıxarışına əsasən Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 10-cu Badamdar küçəsi 5 saylı ev X12, X18 və İddiaçı3 paylı mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 2014-cü ildən həmin ünvanda yerləşən evə köçərək orada yaşamağa başlamışlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onların ailə üzvü deyil və onların mülkiyyətində olan evə dair heç bir hüquqları yoxdur. Cavabdehlərin mübahisəli evdə yaşamaları onların mülkiyyət hüquqlarının həyata keçirməsinə maneçilik törədir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(009)- 3168/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçılar apelyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(009)-3168/2019 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində iddia ərizəsində istinad edilən dəlillərə əsaslanmaqla göstərilmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 2014-cü ildən onların mülkiyyətində olan evdə yaşayırlar. Onlar onun ailə üzvləri deyillər və evə heç bir hüquqları yoxdur. Onlara məxsus evdə yaşamaları ilə mülkiyyət hüquqlarını həyata keçirməyə maneçilik törədirlər. Məhkəmə iclasında İddiaçı1 və onun nümayəndəsi və vəkili X20 apelyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onun vəkili X24 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən, mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Səbail rayonu 10-cu Badamdar küçəsində yerləşən 5 saylı ev paylı mülkiyyət hüququ əsasında X12, İddiaçı2 Akhangil oğlu və İddiaçı3 məxsusdur. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 2248 nömrəli reyestr kitabının 209111 nöməli vərəqində qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN tərəfindən verilmiş ******* nömrəli xx.xx.2019-cu il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Bakı şəhəri Səbail rayonu 10-cu Badamdar küçəsində yerləşən 5 saylı ev İddiaçı3, X13, X14, X25, X21, X15, X16, Cavabdeh2, X26, X27, X22, Cavabdeh1, Cavabdeh3 X29, X8, X23, X28, X30 və X31 qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Səbail Rayon Məhkəməsinin 2(009)-2735/2014 saylı, xx xxxxxxxx 2014-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanına köçürülmüşlər. İş materiallarına əlavə edilmiş Səbail Rayon Məhkəməsinin 2(009)-1760/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı X12 cavabdehlər X28, Cavabdeh1, Cavabdeh2 Alxan oğlu və Cavabdeh3 qarşı «mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 10-cu Batamdar küçəsi 5 saylı evə istifadə hüquqlarına xitam verilməsi və əşyaları ilə birlikdə evdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmiş, lakin iddiaçının iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-10855/2019 saylı qətnaməsi ilə iddiaçı X9 apellyasiya şikayəti qismən təmin edilmiş, Səbail rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(009)-1760/2019 saylı qətnaməsi “cavabdeh X10 Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 10-cu Badamdar küçəsi 5 saylı evə istifadə hüququna xitam verilməsi və əşyaları ilə birlikdə evdən çıxarılması”na dair iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddiaçı X9 iddia tələbi cavabdeh X17 münasibətdə təmin təmin edilmiş, X10 həmin evə istifadə hüququna xitam verilmiş və o, əşyaları ilə birlikdə həmin evdən çıxarılmış, Səbail Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(009)-1760/2019 saylı qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlarla mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 10-cu Badamdar küçəsində yerləşən 5 saylı ev iddiaçıların paylı mülkiyyətdədir, evin 1 otağı X2, 2 otağı İddiaçı3, 3 otağı isə İddiaçı2 Akhangil oğlunun mülkiyyətindədir. Cavabdeh3 iddiaçı X2 qardaşı X1 arvadı, Cavabdeh2 və Cavabdeh1 isə iddiaçının qardaşının övladlarıdır. İddiaçının qardaşı ilə Cavabdeh3 arasında olan nikah pozulmuşdur. Cavabdehlər Cavabdeh3 1991-ci ildə həmin ünvana gəlin gəldiyi tarixdən, Cavabdeh2 Alxan oğlu 1992ci ildə, Cavabdeh1 isə 1995-ci ildə anadan olduqları tarixdən Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi 10-cu Batamdar küçəsində yerləşən 5 saylı evdə yaşamışlar, məhkəmə qətnaməsinə əsasən həmin evə köçürülmüşlər və hazırda da bu ünvanda yaşamaqda davam edirlər. Həmçinin, tərəflər Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlərin mübahisəli ünvanda istifadə hüquqlarının olduğu təsbit edilmişdir. AR Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, işin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, iddiaçılar mübahisəli mənzilin paylı mülkiyyətçiləridir. Hal-hazırda iddiaçı 25000 (iyirmi beş min) manat məbləğində kompensasiya verilməklə cavabdehlərin Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 10-cu Badamdar küçəsi 5 saylı evə olan istifadə hüquqlarına xitam verilməsi, öz əşyaları ilə birlikdə həmin evdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş edir, cavabdehlər kompensasiya miqdarı ilə razılaşmayaraq iddanın təmin edilməməsini xahiş edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mənzil Məcəlləsinin 30-cu maddəsinin məzmunundan görünür ki, görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2006-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarında göstərilir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Qeyd edilən maddələrin məzmunundan və KM Plenumunun qərarında təsbit edilmiş hüquqi mövqedən görünür ki, yaşayış sahəsindən istifadə hüququna məhkəmə qaydasında o vaxt xitam verilə bilər ki, belə bir tələbi mülkiyyətçi irəli sürmüş olsun və iddia tələbi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə qarşı yönəlsin. Apelyasiya instansiya məhkəməsi tərəfindən mübahisəli evin yerində müayinəsi aparılmış və müəyyən olunmuşdur ki, mübahisəli ünvan Badamdar qəsəbəsində 10-cu Badamdar küçəsi ilə ona perpendikulyar küçənin kəsişməsində yerləşir və faktiki olaraq bir-birindən təcrid olunmuş evlərdən ibarətdir. Hər bir evin küçədən ayrıca giriş qapısı vardır. Tərəflərin iştirakı ilə mübahisəli evə əvvəlcə 10-cu Badamdar küçəsində yerləşən qapıdan daxil olduqda müəyyən edildi ki, həmin ünvanda kiçik həyət vardır. Həyətdə küçə qapısı ilə üzbəüz qapı vardır. Həmin qapıdan evə daxil olduqda bir otaqdan ibarət zal müşahidə edildi. Zalın giriş qapısı ilə üzbəüz divarında və sol divarında digər otaqlara açılan iki qapı vardır. Giriş qapısı ilə üzbəüz ikinci otaq yataq otağıdır. Zalda və həmin yataq otağında Cavabdeh2 ailə üzvləri ilə birlikdə yaşayır. Sol tərəfdə yerləşən ikinci qapıdan içəri keçdikdə isə müəyyən edildi ki, orada kiçik dəhliz və bir otaq vardır. Tərəflərin bildirdiyinə görə həmin hissə iki otaqdan ibarət olmuş, sonradan otaqların arasındakı arakəsmə sökülərək bir otağa çevrilmişdir. Tərəflərin bildirdiyinə görə, həmin otaqda iddiaçı Axangil Məmmədovun qardaşı X28 yaşayır. Bundan sonra, həmin ünvana yan küçədə olan digər qapıdan daxil olduqda, müəyyən edildi ki, həmin hissə iki otaq, bir mətbəx və sanitar qovşaqdan ibarət olmaqla, ünvandakı digər tikililərdən tam təcrid şəkildə inşa olunmuşdur. Müəyyən edildi ki, həmin hissədə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 (azyaşlı uşaqları ilə birlikdə) yaşayırlar. Həmin ünvana aid olan digər tikililər mübahisə predmeti olmadığından onların müayinəsi aparılmadı. Tərəflərin iştirakı ilə evə dair tərtib edilmiş texniki pasportda əks olunmuş evin sxematik planı ilə otaqların faktiki yerləşməsi müqayisə edildikdə, müəyyən edildi ki, iddiaçı X3 mülkiyyətində olan yaşayış sahəsi onun qardaşı X10 faktiki istifadəsindədir. Cavabdeh2 Alxan oğlunun və onun ailə üzvlərinin yaşadıqları iki otaq, həmçinin digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 (azyaşlı uşaqları ilə birlikdə) yaşadıqları digər tikililər isə sonradan inşa edilməklə, texniki pasportda öz əksini tapmamışdır. Beləliklə, iş materialları ilə və mübahisəli ünvanın məhkəmə tərəfindən yerində müayinəsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçılara məxsus olan mübahisəli ünvanda yerləşən mülk onlara paylı mülkiyyət hüququ ilə məxsus olmaqla, hər birinə məxsus olan pay (yaşayış və köməkçi sahələr) naturada ayrılmışdır və bir-birindən təcrid olunmaqla ayrıca giriş-çıxışı vardır. Əmlakın yerləşdiyi torpaq sahəsinin iddiaçıların istifadəsinə ayrılmasına dair və ya mülkiyyətə verilməsinə dair sənədlər aşkar edilməmişdir. Müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 (azyaşlı uşaqları ilə birlikdə), həmçinin digər Cavabdeh2 ailəsi ilə birgə faktiki olaraq yaşadıqları və iddiaçılar tərəfindən kompensasiya müqabilində boşaldılması tələb edilən tikililər həmin ünvana məxsus torpaq sahəsində yerləşir, həmin tikililərin iddiaçıların mülkiyyətində olan yaşayış sahələrinə aidiyyatı yoxdur və təcrid olunmuş yaşayış sahəsi kimi küçəyə ayrıca giriş-çıxış qapısı vardır. Həmin tikililər cavabdehlərin özləri tərəfindən öz vəsaitləri hesabına inşa edilmişdir. Mübahisəli ünvanın iddiaçıya aid olan bir otağının giriş qapısı Cavabdeh2 istifadəsində olan otağa açılsa da, həmin otaqdan iddiaçının qardaşı X10 yaşadığı müəyyən edilir. Bununla bağlı, məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 (azyaşlı uşaqları ilə birlikdə), həmçinin Cavabdeh2 Alxan oğlunun (ailəsi ilə birlikdə) faktiki olaraq yaşadıqları və iddiaçılar tərəfindən kompensasiya müqabilində boşaldılması tələb edilən tikililər mübahisəli ünvanda yerləşsələr də, iddiaçıların mülkiyyətində olan yaşayış sahələrinə aidiyyatı olmayan özbaşına tikilidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfin cavabdehlər Cavabdeh3, Cavabdeh1 (azyaşlı uşaqları ilə birlikdə) və Cavabdeh2 Alxan oğlunun (ailəsi ilə birlikdə) faktiki olaraq yaşadıqları sahədən onlara kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi və onların həmin sahədən çıxarılması ilə bağlı iddiasının qanuni əsası mövcud deyildir. Belə ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsini tələb etmək hüququ əmlakın mülkiyyətçisi olan şəxslərə məxsusdur. Lakin hazırkı işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 (azyaşlı uşaqları ilə birlikdə) yaşadıqları sahə onların özləri tərəfindən inşa edilmiş özbaşına tikilidir. Cavabdehlərin həmin sahədən istifadə etmələri iddiaçıların mülkiyyətində olan əmlak üzərində sərbəst sərəncam verməklə bağlı hər hansı hüquqlarını məhdudlaşdırmır. Ona görə də, iddia tələbi cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Alxan oğlunun istifadə hüquqlarına xitam verilməsi və onların istifadə etdikləri yaşayış sahəsindən ailə üzvləri və əşyaları ilə birlikdə çıxarılmalarına dair hissədə yuxarıda qeyd edilən əsaslara görə təmin edilə bilməz. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini cavabdehlərə təklif edilən kompensasiya məbləğinin az olması əsası ilə rədd etmiş, bununla da hazırkı mübahisəni həll edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Ona görə də, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğ edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385.1.1, 386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: İddiaçılar tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(009)- 3168/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-4290/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4290/2020
08.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver