Məhkəmə qərarları › İş №2(103)-4290/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4290/2025

09.06.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-4290/2025 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər cavabdeh5, cavabdeh1, cavabdeh2, cavabdeh4, cavabdeh3 qarşı əmlak hüquqlarına xitam verilməklə yaşayış sahəsindən çıxarılma və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə (açar sözlər: yaşayış sahəsindən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X9 katibliyi ilə, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər cavabdeh5, cavabdeh1, cavabdeh2, cavabdeh4, cavabdeh3 qarşı əmlak hüquqlarına xitam verilməklə yaşayış sahəsindən çıxarılma və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2025-ci tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsində ev ** nömrəli, 51.1 kv.m ümumi, 38.1 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı ** nömrəli mənzil tam mülkiyyət hüququ üzrə cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Bakı Şəhər Icra Hakimiyyətinin Başçısının ## #### 2022-ci il tarixli, *** nömrəli Sərəncamından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerquluşu planında göstərilən koordinatlar daxilində yerləşən 10858 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “xxxx” MMC tərəfindən həll edilməsi şərti ilə çoxmənzilli yaşayış kompeksinin tikintisi üçün icarə əsasında “xxxx” MMC-nin istifadəsinə verilmişdir.

3. EL-***/**** nömrəli, ## ###### 2022-ci il tarixli Lisenziyanın surətindən görünür ki, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərini “xxxx” MMC-yə həyata keçirməsinə icazə vermişdir.

4. Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi AzərdövlətLayihə Azərbaycan Dövlət Baş Layihə Institutunun ***** nömrəli, ##.##.2021-ci il tarixli rəyindən qeyd olunur ki, Bakı şəhəri Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşqı Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının texniki vəziyyəti barədə rəydən görünür ki, Aşıq Alı küçəsində yerləşən ** saylı yaşayış binası 1960-cu ildə inşa olunmuşdur. 2 mərtəbəli, 2 girişli, 16 mənzilli, zirzəmisizdir. Planda düzbucaqlı formadadır, uzunluğu 52,0 metr, eni 9,0 metrdir. Mərtəbə hündürlüyü 3,2 metr, kürsü hündürlüyü 1,0 metrdir. Binanın yükdaşıyan divarları mişarlanmış əhəngdaşından 40 sm qalınlığında yerinə yetirilmişdir. Örtüklər ağac tirlərdən quraşdırılmışdır. Pilləkən konstruksiyası metal kosourlar üzərində yığma dəmir-beton pillələrdən yerinə yetirilmişdir. Balkonlar dəmir-betondan quraşdırılmışdır. Dam çardaq tiplidir, ağac elementlərdən quraşdırılmış və şiferlə örtülmüşdür. Fasadlar suvaqsızdır. Vizual texniki baxış zamanı 2 mərtəbəli yaşayış binalarının yükdaşıyan divarlarında aşınmalar, suvaq tökülmələri, hörgü məhlulunun tökülməsi, ağac elementlərində əyinti, bioloji zədələnmələr müşahidə olunduğu,ağac materialından quraşdırılmış döşəmə və örtük elementlərində müxtəlif deformasiyalar yarandığı,pilləkən və balkonların beton sahələrində ciddi aşınma, deformasiyayalar mövcudluğu, dəmir-beton elementlərin beton mühafizə qatı tökülmüş, armatur karkası korroziyaya məruz qaldığı,dam örtükləri yararsız vəziyyətdəolduğu, şiferlər sınmış, müəyyən sahələrdə yerdəyişmələr çardağın ağac elementlərində çatlar, əyintilər, zədələr yarandığı, atmosfer sularının təsirindən otaqların divarları və tavanlarında nəmlik müşahidə olunduğu, sakinlər tərəfindən yaşayış binalarına bitişik və söykənmiş primitiv tikililər inşa edildiyi, tikililər əsasən balkonların üstündə yerləşdiyindən binalar əlavə yüklənmələr olduğu, yaşayış binalarının balkon və dəhlizlərin əksər sahələri müxtəlif təyinatlı otaqlara uyğunlaşdırıldığı, bu sahələrdə yükdaşıyan və qoruyucu elementlərin odadavamlılığı yetərli olmadığı, mühəndis-kommunikasiya təminatı sistemi (elektrik xətləri, su və kanalizasiya xətləri) fərdi qaydada quraşdırılmadığı, texniki normalar nəzərə alınmadan tikilmiş müxtəlif təyinatlı tikililərin dayanıqlığı yolverilmədiyi, xüsusən, əlavə tikililər olan sahələrdə yanğın təhlükəsizliyi və təxliyyə tələblərinə əməl olunmadığı müəyyən edilmişdir. Yaşayış binalarının istismarı müddətində yükdaşıyan inşaat konstruksiyalarının yenilənməsi, əsaslı təmir işlərinin aparılması müşahidə olunmadığı, binaların istismar keyfiyyəti aşağı səviyyədə olması, yaşayış evlərinin təmirsiz istismar olunması, fiziki və mənəvi cəhətdən köhnəlməsi binaların dayanıqlığına mənfi təsir göstərməsi, tikililərin mövcud texniki vəziyyəti bu günkü qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermədiyi müəyyən edilmişdir. Qeyd olunan ərazidə qeyri-yaşayış tikililərinin (ticarət, qaraj və s. ) tikintisi primitiv şəkildə aparıldığını, tikililər əsaslandırılmamış şəkildə inşa edildiyi,divar və örtük elementləri müxtəlfcinsli materiallardan yerinə yetirildiyi, elementlərin, nəticədə bütöv tikilinin dayanıqlığı təmin edilmədiyi müəyyən edilmişdir. Istər yaşayış binalarına bitişik, istərsə də həyətdəki müxtəlif təyinatlı tikililər yaşayış ərazisində sakinlərin və nəqliyyatın hərəkətinə əngəl törətməsi, yaşayış binaları və qeyri-yaşayış tikililərinin mövcud vəziyyəti texniki cəhətdən yolverilməz vəziyyətdə olduğu göstərilmişdir.

5. “xxxx” MMC-nin MS/XS**** nömrəli, ##.##.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh5 ərazidə qəzalı vəziyətdə olan binaların sökülərək yerində müasir tələblərə cavab verən yeni yaşayış binalarının tikilməsi və köçürülmüş sakinlərin bu binalarda mənzillərlə təmin olunması ilə əlaqədar “xxxx” MMC-nin Hüseyn Ərəblinski küçəsi 12 ünvanında yerləşən ofisinə dəvət edilmişdir.

6. ünvan 1 Kommunal Təsərrüfat Departamenti * saylı Xüsusi Təyinatı Mənzil Kommunal Təsərüffatı Birliyinin *** saylı Mənzil Kamunal Istismar sahəsinin ##.##.2025-ci il tarixli ** nömrəli arayışından görünür ki, ünvan 2 ünvanında cavabdeh5, cavabdeh2, cavabdeh4, X6 və cavabdeh1 qeydiyyatdadır.

7. “xxxx” MMC və cavabdeh5 arasında bağlanmış ## ####### 2025-ci il tarixli əvəzləşmə müqaviləsinə əsasən tərəflər razılığa gəlmişlər ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2025-ci tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin qət etdi hissəsində cavabdeh cavabdeh5 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi, ev 18 ünvanında yerləşən ümumi sahəsi 51,1 m2 olan ** saylı mənzilə dair mülkiyyət hüququları iddiaçı “xxxx” MMC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşa ediləcək B* saylı binasının 3-cü mərtəbəsində yeləşən ** saylı mənzillə əvəz edilir, müqavilənin hər 2 tərəf üçün tam icrasınadək aylıq 450 manat aylıq kirayə haqqı ödənilir.

Birinci instansiya məhkəməsində icraat

8. Iddiaçı “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh5 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzilə dair mülkiyyət hüquqularına xitam verilməklə onun və onunla birgə yaşayan şəxslərin (ailə üzvləri də daxil olmaqla cavabdeh1, cavabdeh4, X8, cavabdeh2) mənzildən çıxarılması, mənzilin boşaldılması və həmin mülkiyyətin əvəzi olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan binada cavabdeh cavabdeh5 51,1 m2 və onun 20% hissəsi olan 10,22 m2 əlavə edilməklə bina B2, mərtəbə-2, təmirli mənzil 6, 3 otaq 55 m2 və onun 20% hissəsi olan 11 m2 əlavə edilməklə 66 m2 mənzillə təmin olunması və cavabdehin mənzildən çıxarılan gündən yeni mənzillə təmin olunan günədək aylıq 450 manat kirayə haqqı ilə təmin olunması öhdəliyinin iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Iddia işin yuxarıda qeyd olunan halları əsaslandırılmış və qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsində yerləşən qəzalı vəziyyətdə olan bəzi binaların sökülməsi işləmləri başladığından, artıq mülkiyyətçilərlə razılaşdırılıb müqavilə imzalamaqla onların oradan köçürülməsi prosesinə start verilmişdir. Lakin, hazırkı iddianın mahiyyəti olan məsələ, həmin sakinlərdən biri olan və iş üzrə cavabdeh cavabdeh5 şirkətin irəli sürdüyü təkliflə razı olmadığı üçün məhkəmə müstəvisində qaldırılmışdır. Belə ki, iş üzrə cavabdeh ünvan 6 ünvanının mülkiyyətçisidir. Çıxarışa əsasən, mənzilin ümumi sahəsi 51.1 kv.m təşkil edir. Ümumi formalaşmış praktika nəzərə alınaraq, cavabdehin mülkiyyətində olan əmlakın kv.m. uyğun olaraq onun 20% əlavəsi verilməklə təklif olunmuş, cavabdeh ofisin fəaliyyət göstərdiyi yerə rəsmi olaraq ## ######## 2023-cü il tarixdə MS/XS/**** saylı məktubla dəvət edilmiş və o məktubu rəsmi olaraq qəbul etmişdir. Lakin hazırda cavabdeh həmin mülkiyyətdən çıxmaq istəmir. Iddiaçı sakinləri onlara məxsus olduğu əmlaka uyğun olaraq əmlakla yeni tikiləcək binada təmin etməli və bina tikilənədək onlara müvafiq kirayə haqları ödəməlidir və iddiaçı da bütün digər sakinlərlə artıq razılıq əldə edib, müqavilə imzalayıb və onların hər birinin mənzillərinə müvafiq olaraq aylıq kirayə haqqı ödəməyə başlayıb. Iddiaçı tərəfindən sərəncamda müəyyən olunmuş öhdəliklər tam şəkildə icra edilsə də, cavabdehin sərəncamına uyğun müqavilə bağlamaqdan imtina etməsi hazırda bir sıra çətinliklər yaradır. Qeyd etmək istərdik ki, söküləcək bina qəzalı vəziyyətdədir və oradan köçürüləcək bütün sakinlər vaxtında köçürülməlidir ki, vaxtında da binanın inşasına başlanılsın və müəyyən edilmiş vaxt ərzində şirkət sakinləri yeni tikiləcək bina ilə təmin etsin. Lakin, cavabdehin bu cür qanunsuz hərəkətləri və əsassız varlanmaq istəyi, digər sakinlərin hüquqularına xələl gətirir, sərəncamın icrasını gecikdirir və binanın sakinlərinin yaşayışla təmin olunmaq aqibətini sual altına qoyur.

10. Iddiaçı “xxxx” MMC iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh5 mülkiyyətində olan ünvan 6 mənzilə dair mülkiyyət hüquqularına xitam verilməklə onun və onunla birgə yaşayan şəxslərin (ailə üzvləri də daxil olmaqla cavabdeh1, cavabdeh4, X8, cavabdeh2) mənzildən çıxarılması, mənzilin boşaldılması və həmin mülkiyyətin əvəzi olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan binada cavabdeh cavabdeh5 51,1 kv.m və onun 20% hissəsi olan 10,22 kv.m əlavə edilməklə bina B2, mərtəbə-2, təmirli mənzil 6, 3 otaq 55 kv.m və onun 20% hissəsi olan 11 kv.m əlavə edilməklə 66 kv.m mənzillə təmin olunması və cavabdehin mənzildən çıxarılan gündən yeni mənzillə təmin olunan günədək aylıq 450 manat kirayə haqqı ilə təmin olunması öhdəliyinin iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Cavabdeh cavabdeh5 nümayəndəsi cavabdeh3 iddia tələbinə etiraz edərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmiş və eyni zamanda bildirmişdir ki, iddiaçı tərəfindən onlara təklif edilən mənzil ilə onun mülkiyyətində olan mənzilin kv.m-i uyğunsuzdur. Beləki, onlar mülkiyyətində olan mənzildə əlavə tikinti quraşdırılma işləri aparılmasa da, köhnə binanın mənzili ilə yeni tikilmiş binaların mənzillərinin kv.m-ləri üst-üstə düşmür. Bu səbəbdən təklif edilən mənzilin ölçüsü ədalətli hesab edilə bilməz.

12. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2025-ci tarixli, e-2(008)- ****/**** nömrəli qətnaməsinə əsasən iddia qismən təmin olunaraq, cavabdeh cavabdeh5 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi, ev 18 ünvanında yerləşən ümumi sahəsi 51,1 m2 olan ** saylı mənzilə dair mülkiyyət hüquqularının iddiaçı “xxxx” MMC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşa ediləcək B* saylı binasının 2-ci mərtəbəsində yeləşən ümumi sahəsi 66 m2 olan 3 otaqlı, təmirli, * saylı mənzillə əvəz edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi, ev 18 ünvanında yerləşən ümumi sahəsi 51,1 m2 olan ** saylı mənzilin cavabdeh cavabdeh5 və onunla birgə yaşayan ailə üzvüləri (cavabdeh1, cavabdeh4, X8, cavabdeh2) tərəfindən boşaldılması, cavabdeh cavabdeh5 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi, ev 18 ünvanında yerləşən ümumi sahəsi 51,1 m2 olan ** saylı mənzildən çıxarıldığı gündən yeni mənzillə təmin edildiyi günədək aylıq 450 (manat kirayə haqqı ilə təmin olunması öhdəliyinin iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

13. Qətnamənin əsaslarına görə, kompensasiya tələbin irəli sürülməsindən öncə onun ədalətliliyi barədə tərəflər arasında mövcud ola bilən münasibətlər bütün mülki hüquqi ləvazimatlar barədə əhatəli təsəvvürlərin yarandığı tərzdə, müqavilə münasibətlərinə daxil olmaq imkanlarını istisna edən mötəbər və təkzibedilməz sübutlar əsasında mümkün ola bilər. Hazırki mübahisəli münasibətlərin razılaşması üzrə (tələb-təklif təfərrüatların rəsmi ifadəsi) iddiaçı tərəfindən mülkiyyətçiyə əhatəli şəkildə təqdim edilmişdir. Məhkəmə Mülki Məcəllənin 560-cı maddəsində təsbit edilmiş əsaslara istinadən hesab edir ki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməli, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə qeyd etmişdir ki, məhkəmə tərəfindən tərəflərə mübahisənin barışıq yolu ilə həll edilməsi üçün kifayət qədər imkan yaratmış, lakin tərəflər arasında mübahisənin danışıqlar yolu ilə nizama salınması mümkün olmamışdır. Hazırki iş üzrə cavabdehin mülkiyyətində və istifadəsində olan sahələrin yerləşdiyi mənzil iddiaçının məqsədli istifadəsinə verilməsi və həmin ərazidə yeni yaşayış binalarının tikilməsi nəzərdə tutulduğu nəzərə alınaraq, məhkəmə hesab etmişdir ki, mübahisənin yekun həlli məqsədi ilə cavabdehin mülkiyyət hüququna müdaxilə ilə mülki hüquq münasibətlərinin digər iştirakçılarının, o cümlədən iddiaçının hüquq və mənafeləri, habelə sökülməsi nəzərdə tutulan ərazidə yaşamış sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması arasında ağlabatan tarazlığın müəyyən edilməsinə yönəldilməlidir. Kompensasiya təklif olunarkən mülkiyyətçinin mübahisəsiz istifadə etdiyi sahələrin ölçüləri nəzərə alınmalı və gələcəkdə əlavə mübahisələrin yaranmasına səbəb olmamalıdır. Iddiaçı cavabdehə onun sənəd üzrə 51.10. kv metr təşkil edən ** saylı mənzilinin sökülərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan B* saylı binasının 2-cü mərtəbəsində 66 kv.m olan mənzil verməklə, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə hər ay 450 manat kirayə haqqı ödənilməklə, cavabdehinvə onun ailə üzvülərini ** saylı mənzilindən çıxarılmasını tələb etməklə cavabdehi mülkiyyətdən məhrum etmir, bu reallıqda cavabdehin mülkiyyət hüquqlarının məhdudlaşdırılmasıdır. Iddiaçı cavabdehin mülkiyyətində olan mənzilini satın almaq deyil, sadəcə həmin mənzilin yerləşdiyi Bakı şəhəri, Sabunçu rayonu, Aşıq Alı küçəsi, ** saylı yaşayış binasını söküb yerində yeni yüksək mərtəbəli yaşayış binası tikmək, tikiləcək binada isə cavabdehə müvafiq yeni, əvvəlki mənzilin sahəsindən də artıq sahəsi olan mənzil vermək niyyətindədir. Cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Aşıq Alı küçəsi, ** saylı yaşayış binasındakı mənzilə olan mülkiyyət hüququ, həmin yaşayış binası söküldükdən sonra yerində tikiləcək binadan verilən yeni mənzilə şamil olunacaqdır, sadəcə olaraq tikinti işlərinin aparıldığı müddət ərzində cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Aşıq Alı küçəsi, ** saylı evin, ** saylı mənzilinə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ, yəni mülkiyyət hüququ müvəqqəti olaraq məhdudlaşacaqdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin mülkiyyətində olan mənzilin yerləşdiyi Bakı şəhəri, Sabunçu rayonu, Aşıq Alı küçəsi, 18 yaşayış binasının qanunvericilikdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə deyil, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, ərazilərin və yaşayış məntəqələrinin sosialiqtisadi inkişafının təmin edilməsi məqsədilə sökülməlidir. Məhkəmə onu da qeyd etmişdir ki, cavabdeh onun mülkiyyətində olan evin faktiki sahəsinin daha çox olduğunu bildirsədə məhkəmə qeyd edir ki, cavabdehin mülkiyyətində olan evin sahəsinin sənədlər ilə 51.10 kv.m olduğu müəyyən edilmişdir, Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin mülkiyyətində olan ümumi sahəsi 51.105 kv.m mənzilə münasibətdə iddiaçının əvəzləşdirilməsi üçün təklif edilmiş 66 kv.m mənzil ədalət hesab edilməlidir. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçı iddia tələbində cavabdehin mülkiyyətində olan mənzilə dair mülkiyyət hüququna xitam verilməsini tələb etsədə, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdeh cavabdeh5 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 51.10 kv.m. mənzilə dair mülkiyyət hüquqular iddiaçı “xxxx” MMC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşa ediləcək B* saylı binanın 2-ci mərtəbəsində 66 kv.m mənzil olan * nömrəli, 3 otaqlı mənzil ilə əvəz edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küç, ev 18 ünvanında yerləşən 51.10 kv.m. mənzil cavabdeh cavabdeh5 və onunla birgə yaşayan ailə üzvüləri tərəfindən boşaldılmalı, cavabdeh X3 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 34.50 kv.m. mənzildən çıxarıldığı gündən yeni mənzillə təmin edildiyi günədək aylıq 400 manat kirayə haqqı ilə təmin olunması öhdəliyi iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulmalıdır.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 12, 13, 16, 24, 29, 43, 71, 80-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6, 11, 16, 139, 152, 154, 155, 157, 158, 159, 160, 163, 164, 165, 166, 169, 234-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” ## ###### 2011ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” ## ###### 2012-ci il tarixli Qərarına, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1, 4.2-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28.7, 85-ci maddələrinə, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il # ####### tarixli *** nömrəli, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il ## ###### tarixli * nömrəli və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” ## ###### 2016-cı il tarixli, ** nömrəli qərarlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər kabinetinin ##.##.2019-cu il tarixli, *** saylı Qərarına, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair ## #### 1952-ci il Əlavə Protokoluna istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh cavabdeh5 həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnaməni ləğv etməklə iddianın bütünlüklə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı onun mülkiyyət hüquqlarını pozaraq onun əmlakı üzərində sərəncam vermək qərarına gəlmiş və ailə üzvləri ilə yaşadığı evə qanunsuz sahiblənməklə yanaşı öz istəyinə uygun hərəkət edərək tikdiyi binada yerləşən mənzilə köçürülməsinə qərar vermişdir. Halbuki mənzil almaqda və yaşayış yeri seçməkdə hər bir kəs sərbəst və müstəqildir, lakin iddiaçının mülkiyyət hüquqlarını cavabdeh cavabdeh5 mənzil üzərində mülkiyyət hüquqlarından daha üstün hüquq kimi qəbul edən məhkəmə bu qanunsuz qətnaməni qəbul etmişdir. Bakı şəhərində yaşayış ücün yararlı olan bu tip mənzillərin aylıq kirayə haqqı 700-800 manat civarında oldugu halda məhkəmə aylıq kirayə haqqını 450 manat məbləgində təyin etmişdir ki, bu da məhkəmənin birtərəfli və qeyri-obyektiv mövqeyinə dəlalət edir. Qətnamə prosessual hüquq normalarınıntələbləri pozulmaqla çıxarılmışdır, Eyni zamanda məhkəmə bu iş üzrə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinin tələblərinin pozmaqla qətnamə çıxarmışdır. Mülki Prosessual Məcəllənin 14.1.ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi yaratmalıdır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Lakin məhkəmə cavabdehin dəlillərini nəzərə almamış və onun mülkiyyət hüquqlarına zidd qətnamə çıxarmışdır.

17. Daha sonra iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh1, cavabdeh2nın, cavabdeh4 və cavabdeh3 hazırki iş üzrə cavabdehlər qismində cəlb edilməsini xahiş etmiş və həmin şəxslər cavabdeh qismində işə cəlb olunmuşluar .

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayətinə etiraz təqdim edərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2025-ci tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.

20. Iddiaçı “xxxx” Məhdud Məsuliyyəti Cəmiyyətinin nümayəndəsi Vəkil iştirak etdiyi məhkəmə iclaslarında apellyasiya şikayətinə etiraz ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

21. Cavabdeh, o cümlədən digər cavabdeh cavabdeh5 nümayəndəsi cavabdeh3 iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli, 2(103)- ****/**** nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi və mütəxəssis rəyinin alınması qərara alınmış, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə, mütəxəssis rəyinin verilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.2ci maddəsinə əsasən qiymətləndirmə fəaliyyətini həyata keçirmək hüququnu əldə edən və Qiymətləndiricilər Palatasının üzvü olan fiziki şəxs tərəfindən aparılır və qiymətləndiricinin müəyyən olunması Azərbaycan Respublikası Qiymətləndiricilər Palatasına həvalə edilmiş, ekspert və mütəxəssis rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılmışdır.

23. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2026-cı il tarixli, **/**** nömrəli ekspert rəyində qeyd olunmuşdur: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Əli küçəsində yerləşən ** saylı evin, ** saylı mənzilin ümumi sahəsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin (“Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”) 59.2 və 59.3 bəndlərinin tələblərinə əsasən, yeni ki, balkon tikilisinə müvafiq azaltma əmsalları tətbiq olunmadan hesablanarkən, sözügedən mənzilin faktiki sahəsinin (55,0 kv.m) reyestrdən çıxarışda olan ölçü və texniki pasportda olan göstəricilərlə üst-üstə düşmədiyi, həmin mənzilin ümumi sahəsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin (“Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”) 59.2 və 59.3 bəndlərinin tələblərinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının ## ###### 2012-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş *“Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”*na əsasən, yeni ki, balkon tikilisinə müvafiq azaltma əmsalları tətbiq olunaraq hesablanarkən, mənzilin sahəsinin (61,1 kv.m) reyestrdən çıxarışda olan ölçü və texniki pasportda olan göstəricilərlə üst-üstə düşdüyü müəyyən edilmişdir; Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Əli küçəsində yerləşən ** saylı evin, ** saylı mənzilin faktiki sahəsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin (“Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”) 59.2 və 59.3 bəndlərinin tələblərinə əsasən, yeni ki, balkon tikilisinə müvafiq azaltma əmsalları tətbiq olunmadan hesablanarkən, mənzilin faktiki sahəsinin 55,0 kv.m təşkil etdiyi müəyyən edilmişdir.

24. “X4 və Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ## ##### 2026-cı il tarixli, ** nömrəli mütəxəssis rəyində qeyd olunmuşdur: cavabdeh5 mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən mənzilin hazırkı vəziyyətdə orta bazar qiyməti 110000 manat təşkil edir; cavabdeh5 mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən mənzilin təmir vəziyyəti və yerləşdiyi ərazi nəzərə alınmaqla hazırkı dövrə olan orta aylıq kirayə haqqı 450 manat təşkil edir; cavabdeh5 mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən mənzilin yerləşdiyi ərazidə yeni tikilən binalarda təmirli mənzillərin 1 kv.m dəyəri 2900 manat təşkil edir.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 152.7. Istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Maddə 154.2. Bu Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulan məqsədlər üçün qanunvericilik yolu ilə məhdudiyyətlərin müəyyənləşdirildiyi hallar istisna olmaqla, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın miqdarı və dəyəri məhdudlaşdırılmır.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2021-ci il tarixli Qərarı: “O da qeyd edilməlidir ki, hər bir konkret halda mülki hüquqi məsuliyyət tədbirləri tətbiq edilərkən, onların törədəcəyi nəticələr (həm zərərçəkən, həm də zərərvuran şəxslərə münasibətdə) dəymiş zərərə mütənasib olmalı, eyni zamanda fərdi və ümumi maraqların tarazlığı təmin edilməlidir. Əks yanaşma mülki hüququn ümumi əsaslarına zidd olmaqla, ədalət və mütənasiblik prinsiplərinin pozulmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə sui-istifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar.”

27. “Fortis-Bayıl” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2020-ci il tarixli Qərarı: “Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il ## #### tarixli 392 IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il # ######## tarixli *** nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Eyni zamanda qeyd olunmalıdır ki, məhkəmələr tərəfindən mübahisəli məsələyə baxılarkən həmin normativ hüquqi akt qüvvədə olmuşdur. ... Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur”.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

Apellyasiya baxışının hədləri

30. Apellyasiya şikayəti ilə qətnamənin tam ləğv olunması xahiş edilsə də, iddia tələbi təmin edilməyən hissədə qətnamə iddiaçı tərəfindən mübahisə edilmədiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia tələbinin təmin edilməyən hissəsində hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün qətnamə iddia təmin olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. “xxxx” MMC və cavabdeh5 arasında bağlanmış ## ####### 2025-ci il tarixli əvəzləşmə müqaviləsinə əsasən tərəflər razılığa gəlmişlər ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2025-ci tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin qət etdi hissəsində cavabdeh cavabdeh5 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi, ev 18 ünvanında yerləşən ümumi sahəsi 51,1 m2 olan ** saylı mənzilə dair mülkiyyət hüququları iddiaçı “xxxx” MMC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşa ediləcək B* saylı binasının 3-cü mərtəbəsində yeləşən ** saylı mənzillə əvəz edilir, müqavilənin hər 2 tərəf üçün tam icrasınadək aylıq 450 manat aylıq kirayə haqqı ödənilir.

32. Göründüyü kimi apellyasiya şikayətində mübahisələndirilən məsələlər tərəflər arasında bağlanmış əvəzləşmə müqaviləsinin şərtlərinə əsasən həllini tapmışdır. Lakin apellyator məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəməyə gəlmədiyindən və iddiaçı tərəfindən tələbdən imtina olunmadığından məhkəmə apellyasiya şikayətini işin halları baxımından qiymətləndirərək yekun nəticəyə gəlməlidir.

33. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı cavabdehin mülkiyyətində olan mənzilin ölçüsünün reyestrdən çıxarışda olan ölçü və texniki pasportda olan göstəricilərlə üst-üstə düşdüyü, həmin ərazidə yerləşən oxşar mənzillərin kirayə haqqının 450 manat olduğu müəyyən edildiyinə görə kollegiya hesab edir ki, ## ####### 2025-ci il tarixli müqavilədə qeyd olunan formada əvəzləşdirilmə ədalətli və qanunidir.

34. Özbaşına tikili olan evin sökülməsi tələbi vətəndaşların, o cümlədən onların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin olunması tədbirləri ilə əhatə olunur və cavabdehə məruz qaldıqları təsirin kompensasiyası onlara ədalətli məbləğin ödənilməsi, Konstitusiya Məhkəməsinin qərarlarında bəhs olunan mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsaslardan biri kimi çıxış edir. Bu kontekstdə, bir şəxsin əmlaka dair hüquqları digərlərinin hüquqlarından üstün sayılmamalı, əmlak hüquqlarının həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalı, daşınmaz əmlak üzərində hüquq müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməli, Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulması hallarında hüquq sahibləri öz hüquqlarından sui-istifadə etməməli, sökülən əmlakın əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməməlidirlər. Belə ki, hüquq sahibləri ilə razılığın əldə olunmasının qeyri-mümkünlüyü digər şəxslərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.

35. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunaraq qətnamə tərəflər arasında bağlanmış səvəzləşmə müqaviləsinin şərtlərinə uyğun olaraq mənzilin yerləşdii bina, mərtəbə və yeri ilə bağlı hissədə dəyişdirilməli, təhvil verilməli olan mənzil Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşa ediləcək B* saylı binasının 3-cü mərtəbəsində yeləşən ** saylı mənzillə əvəz edilməlidir.

36. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2025-ci tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2025-ci tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi mənzilin yerləşdiyi bina, mərtəbə və yeri ilə bağlı hissədə dəyişdirilsin. cavabdeh5 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi, ev 18 ünvanında yerləşən ümumi sahəsi 51.1 kv.m. olan ** saylı mənzilə dair mülkiyyət hüquqular iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşa ediləcək B* saylı binasının 3-cü mərtəbəsində yeləşən ümumi sahəsi 66 kv.m olan 3 otaqlı təmirli ** saylı mənzillə əvəz edilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Ekspertizanın keçirilməsinə sərf olunan 150 manat məbləğində pul vəsaiti “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar